ABŞ-İsrail-İran müharibəsini ikinci günü İranın atdığı raketlərdən biri Heydərovlara məxsus 6 rezudensiyanın yerləşdiyi ərazinin yaxınlığına düşüb. "DİA-AZ" xəbər verir ki, bu məlumatı tanınmış jurnalist Cavanşir Həsənli ictimailəşdirib.
C.Həsənli daha sonra bildirir: "ABŞ və İsrailin bombardmanlarına cavab olaraq İran martın 1-də Dubayıı raket atəşinə tutub. Raketlərdən biri PALM JUMEYRA süni adasına atılıb. Həmin ərazidə Azərbaycanın Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Nicat və Tale Heydərovlara məxsus hər birinin müharibədən əvvəlki dəyəri 30 milyon dollar dəyərində olan 6 rezidensiya yerləşir. Raket zərbəsindən ərazidə böyük dağıntı baş verib. Onun izləri Google Map üzərindən də aydın görünür. Zərbənin təsiri o qədər güclü olub ki, ətrafdakı binalara, o cümlədən Heydərovlara məxsus azı 2 rezidensiyaya zərər dəyib, şüşələri sınıb. Raket zərbəsi zamanı süni adada 4 nəfərin yaralandığı yerli hökumətin media ofisi tərəfindən təsdiqlənib.
Adada, raket zərbəsinin endirildiyi ərazidən bir neçə kilometr məsafdə isə Hetdərovlara məxsus Sofitel The Palm Resort & Spa hoteli heç bir zərər görməyib.
İranın Palm Jumeyraya zərbə endirdiyi gün Nicat Heydərov Dubayda olub və dərhal Türkiyə üzərindən Azərbaycana təxliyə olunub".








