"Təşkilatımıza daxil olan məlumatda deyilir ki, Azneft İB Neft Daşlarınin özüllərdə zərərli işdə çalışan işçiləri 4 aydır ki, gündəlik müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar ilə təmin edilmir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı bəyan edib.
NHMT sədri səslənən iddianın doğru olacağı təqdirdə məsuliyyət daşıyan şəxslərə hüquqi öhdəliklərini də xatırladıb. M,Qəhrəmanlı bildirir:
"Əgər aldığım məlumat öz təsdiqini taparsa, bu halda müvafiq qurum( məsul şəxs) tərəfindən, Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 215. (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri -əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini təmin edir) pozulur.
Bu halda zərərli sahədə çalışan işçilərin sağlamlığına ziyan vurmuş olursunuz.
Onu da qeyd edim ki, süd və yaxud süd məhsulları hər gün verilməlidir. Ayda bir dəfə YOX!"









