Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı .....                     Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edilib .....                     "Qız boşanmaq istəyirsə, oğlan tərəfi yerdən-göyə qədər haqlıdır" .....                     Natiq Pənahlıya yüksək vəzifə verildi .....                     AĞACYEYƏN BAŞÇI: Bu dəfə kəsilən ağacları... .....                     GENERAL MEHDİYEV: GÖMRÜKDƏN BİZNESƏ... .....                     Sosial Xidmətlər Agentliyi vətəndaşın BAŞINA OYUN AÇIR .....                     “Kişi qadına pul da xərcləyər, amma onu…” .....                     Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi Vatikanda keçiriləcək .....                     "Bu, çox utancverici bir gediş oldu" .....                     Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi 12.6 milyonluq Uşaq Reabilitasiya Mərkəzinin .....                     Moskvadan İrəvana xəbərdarlıq və təhdid: .....                     Oturduqları yerdə milyarder olan uşaqlar: Birinci yerdə yenə azərbaycanlıdır .....                     Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir .....                     Azərbaycan konsulunun yanında söyüş söydü .....                     “Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib .....                     Sahil Babayev islahatlara BAŞLADI .....                     "Gedib Azərbaycanda millət vəkili olacağam" .....                     Lavrov niyə “erməni soyqırımı” abidəsini ziyarət etmədi? .....                     Ağdaş təhsil Sektoruna yeni rəhbər təyin olundu .....                     Bakıda 1.3 mln. manat kapitallı plaza idarəedicisi olan şirkət yaradıldı .....                     “Naftalan –Avtonəqliyyat” rəhbərliyi seçiləcək .....                     Molla rejimi ilə BUNDAN SONRA NƏ EDƏK? .....                     Zəngəzur dəhlizi üçün son tarix: İrəvanın qərar anı .....                     Daha 10 şirkət bazarı tərk etdi: MMC-lər niyə batır? .....                     Sayt rəhbəri ilə birgə həbs edilən mühafizəçi azadlığa buraxıldı .....                     İqtisadi və enerji əməkdaşlığının gücləndirilməsi .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Arvadını döyən və onun ailə üzvlərinin evlərinə qanunsuz daxil olan şəxslə bağlı .....                     Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... .....                     "Paşinyan hakimiyyəti nə rusiyapərəst, nə də avropapərəstdir, əksinə, ermənipərəstdir..." .....                     Lavrov erməni qadınları ilə zarafat etdi: .....                     Azərbaycanda 7 milyon manata süni intellekt laboratoriyası quracaq .....                     "İran uzun müddətdir ki, Azərbaycanla hədə dilində danışır" .....                     "Bəlkə mən heç bu şərtlərə razı olmayacam..." .....                     Jurnalistdən AYNA-ya ÇAĞIRIŞ .....                     Yeni qanunvericilik Fuad Nəcəfliyə işləyəcək? .....                     Lavrovun səfəri: Kreml Paşinyandan bunu tələb edir .....                     TƏBİB stomatoloqların “dişini çəkir” .....                     Tramp müttəfiqlərə gizli görüşlərdə deyib ki... .....                 

DİN-NİN KEÇMİŞ ƏMƏKDAŞI QƏTLDƏ İTTİHAM OLUNUR
Tarix: 15-11-2012, 10:59 | Çap et
DİN-NİN KEÇMİŞ ƏMƏKDAŞI QƏTLDƏ İTTİHAM OLUNUR
SABİRABADDA BAŞ VERMİŞ BİR FACİƏDƏ ŞOK YARADAN MÜƏMMALAR

DİA.AZ: - Redaksiyamıza Sabirabad rayonunun Qasımbəyli kənd sakini Əhmədova Zinyət Rəşid qızının dövlət başçısına ünvanlanmış müraciəti daxil olub. DİA.AZ-a daxil olan müraciətdə bildirilir:

"Hörmətli cənab Prezident!

25 oktyabr 2009-cu il tarixdə səkkiz aylıq hamilə olan qızım Xoşbəxt Əhmədovanı Cəfərov Rövşən Əhməd oğlu, anası Qəmbərova Səriyyə Əmiraslan qızı və bacısı Cəfərova Gülər Əhməd qızı birlikdə qətlə yetiriblər.

Həmin vaxt prokurorluq ölüm faktı üzrə Azərbaycan Respublikası CM-nin 120-ci maddəsi ilə cinayət işi başlamaq əvəzinə, Rövşən Cəfərovla anası Səriyyə Qəmbərovanın "Xoşbəxt Əhmədova özü-özünü bıçaqla vuraraq öldürüb" deməsi ilə CM-nm 125-ci maddəsi ilə cinayət işi açaraq, müəyyən edib ki, guya qızım Rövşən Cəfərovun ofisinə gələrək orada özü-özünü bıçaqla vurub öldürüb.

İş materiallarında olan fotolara baxanda aydın görünür ki, ofisdə yerdə 1 kv.m ərazidə qan gölməçəsi var. Deməli, qızımı bıçaqla vurduqdan sonra qanının tam axmasını gözləyiblər ki, həkimlər onu həyata qaytara bilməsin.

Məhkəmədə Rövşən Cəfərov və anası dedilər ki, guya Xoşbəxt həm taksidə, həm təcili yardımda, həm də xəstəxanada özü-özünü bıçaqla vurduğunu deyib. Məhkəmədə isə taksi sürücüsü, təcili yardımın işçiləri və həkimlər dedilər ki, qızım özündə deyilmiş və danışa bilmirmiş.

Şahidlər Sidiqə Quliyeva və Yelena Karasavidi dedilər ki, Xoşbəxtin bədənində və paltarında qan qurumuşdu və özündə deyildi. Yelena Karasavidi hətta bildirdi ki, Xoşbəxtin yanında Rövşən Cəfərov və anası Səriyyə olublar, Onlar əvvəlcə yaralını tanımadıqlarını, sonra onlarda işlədiyini və onu yoldan yaralı vəziyyətdə tapdıqlarını, sonra isə onlarda əvvəllər işlədiyini deyiblər. Bu da onu deməyə əsas verir ki, qızımı onlar vurub öldürüb.

Özünə ev almaq üçün qızıma 17500 ABŞ dolları vermişdik və o da pulu Rövşənə vermişdi. O vaxt Xoşbəxt Rövşəndən hamilə idi. Başqa bir qadınla - Cəmilə Babayeva ilə evlənən Rövşən Cəfərov qızımı öldürməkdə məqsədi həm uşaqdan, həm də torpaq və daş almaq üçün qızımın ona verdiyi 17500 ABŞ dollarını ört-basdır etmək idi. İstintaq orqanı qızımın yatağının altından onun yazdığı bir məktub tapmışdı. Məktubun mətnindən bəlli olur ki, o, Rövşən Cəfərovun diktəsi ilə yazılıb. Məktubu isə qızımın döşəyinin altına qətldən 6 gün əvvəl kəbin kəsdirdiyi və 29 avqust 2010-cu ildə rəsmi nikaha girdiyi Cəmilə Babayeva tərəfindən qoyulub. Cəmilə ifadəsində yazıb ki, guya Rövşənin telefonuna təhqirli mesajlar gəlirmiş. O da kimdən olduğunu soruşanda, Rövşən deyib ki, vaxtilə əlaqə saxladığı Xoşbəxt adlı bir qadındandır. Cəmilə buna tam əmin olmaq üçün Xoşbəxtlə görüşmək istədiyini bildirəndə, Rövşən guya hər şeyi etiraf edib. Buna isə prokurorluq tam inanıb.

Məhkəmədə şahid qismində ifadə verən qızımın kirayədə qaldığı evin sahibi Elmira Babayeva dedi ki, "Xoşbəxt heç bir zaman özü-özünü öldürməzdi. O, çox ağıllı qadın idi... Xoşbəxt mənə demişdi ki, Rövşənə pul vermişəm mənə torpaq alıb. Bir gün də dedi ki, daş almaq üçün Rövşənə yenə də pul vermişəm".

Rövşən, anası və digər qohumları deyir ki, Xoşbəxt yalnız daş üçün 1500 ABŞ dolları verib, daş alınaraq Rövşənin atası Əhməd Cəfərova məxsus Yeni Suraxanı qəsəbəsindəki 4 sotluq torpaq sahəsinə boşaldılıb. Torpaq olmadığı halda, daşın alınması nə qədər inandırıcıdır? Həmin 4 sotluq torpaq sahəsinin həqiqətən də Xoşbəxtə satılması Rövşənin bacısı Gülər Cəfərova ilə danışığı zamanı tam sübuta yetir.

Gülər Cəfərovanın Rövşənlə və dayısı oğlu Fərman Qəmbərovla olan telefon danışıqları var. Telefon danışıqları qanuni şəkildə məhkəmənin icazəsi ilə MTN tərəfindən yazılıb.

Gülər Rövşənə zəng edib deyir ki, onu müstəntiq çağırıb. Rövşən də Gülərə izah edir ki, metronun "28 may" stansiyasının yanında Baş Prokurorluğun istintaq idarəsi var, getsin ora müstəntiq Ceyhunun yanına və ifadə versin.

Gülərin Rövşənə "məndən onlar sənin o yerini soruşsalar nə deyim?" sualı nə deməkdir? O deməkdir ki, qızım Xoşbəxt həqiqətən də Rövşənə torpaq almaq üçün pul verib və bəhs olunan həmin 4 sot torpağı da Rövşən qızıma satıb.

Rövşən Güləri öyrədir ki, "denən ki, mən o haqda heç nə bilmirdim... Amma denən ki, ailədir, pul verilsəydi, torpaq satılsaydı, mən də bilərdim... De ki, bizim 4 sot torpağımız var idi, onlar da demişdi ki, satsanız alarıq. Bizdə də satılıq torpaq-zad yoxdur deyərsən".

Əgər qızımı öldürdükləri vaxt Gülər orada olmayıbsa. nə üçün Rövşənə deyir ki, "Bəs soruşsalar ki, o ölən vaxt orada olmusan, onda nə deyim, əsas onu soruşacaq da...". Rövşən isə Güləri öyrədir ki, "de ki, xəbərim olmayıb, axşamı ya da sabahı bilmişəm. İşdə olmuşam, xəbərim olmayıb, axşam bilmişəm".

Gülər Cəfərova qardaşı Rövşənə deyir ki, "deyəcəm ki, anası deyirdi ki, mən adam-zad öldürənəm, mənlik deyil, mən hüquq işçisiyəm. O da deyirdi ki, sən öldürməsən, onda mən öldürəcəm, hətta deyirdi ki, qıza demişəm, getsin özü-özünü öldürsün". Gülərin bu cümləsi tam qənaətə gəlməyə əsas verir ki, bu məsələdən Cəmilənin də xəbəri olmuşdur, ona görə ki, o da ifadəsində guya ki, Zinyətin Xoşbətə gedib ofisdə özünü öldürsün deməsini o da eşidib.

Gülər Cəfərovanın dayısı oğlu Fərman Qəmbərovla telefon danışığından aydın olur ki, Rövşənlə anası qızımı öldürəndə Gülər də orada olub və istintaqdan bunu gizlədərək, yalan ifadə verib. Gülər Fərmana deyir ki, "...gəlirəm onları ana-bala doğruyam. Mən kim çıxsa qabağıma öldürəcəm, Allah haqqı, ya anası, ya balası, alçaqlar. Onu prokurorluqda birtəhər etmək mənə borc olsun. Onları prokurorluğa çəkdirmək mənə borc olsun. Darıxmasın. Gedib mən izahatı dəyişim, ana-bala aparıb ağlatsınlar, onda onlar bilərlər. Qatil, adam öldürən əclaflar..." deməsinin səbəbini məhkəmədə belə izah etdi ki, "...bu mənə aid tamam başqa bir şeydir, başqa ölüm işidir, mən bunu deyəndə, anam Səriyyəni və qardaşım Rövşəni nəzərdə tutmamışam..."

Müstəntiq Gülər Cəfərovanın yuxarıda bəhs etdiyimiz telefon danışıqları zamanı "qardaşı Rövşəni və anası Səriyyəni təhdid etməsi, hədələməsi" ilə bağlı məsələləri araşdırmışdır. Bu araşdırmanı aparanda yəqin müstəntiq fikirləmişdir ki, yəqin bunu oxuyan adamlar yazılanları başa düşməyəcəklər.

Müstəntiq Gülərə sual verir: "İş materiallarından görünür ki, sizinlə dayınız oğlu Fərman Qəmbərov arasında 27 may 2011-ci il tarixdə saat 00:03-00:04 də telefon danışığınız olub və ona ana və balası dediyiniz şəxsləri hədələyən sözlər demisiniz. Həmin vaxt ana və bala deyəndə kimləri nəzərdə tutmağınız, həmin şəxslərə qarşı o sözləri deməyinizin səbəbləri barədə nə deyə bilərsiniz?"

Gülərin cavabı: "Mən ana-bala deyəndə kimi nəzərdə tutduğumu xatırlamıram. Onda hirsləndiyimdən hədələyici sözlər demişdim, əsəbiləşməyimə səbəb ailədaxili məsələ olduğundan bu bərədə heç nə demək istəmirəm".

Sonra müstəntiq Gülər Cəfərovanın dayısı oğlu Fərman Qəmbərovla danışarkən işlətdiyi "Allah haqqı, ya anası, ya balası, alçaqlar, onu prokurorluqda birtəhər etmək mənə borc olsun. Səhər onları prokurorluğa çəkdirmək mənə borc olsun. Darıxmasın. Mən gedib izahatı dəyişim, ana-bala aparıb ağlatsınlar, onda onlar bilərlər. Qatil, adam öldürən əclaflar" deməsinin səbəbini soruşur.

Gülərin cavabını olduğu kimi yazmağa məcburam: "...anama və qardaşım Rövşənə hirslənmişdim, həmin gün işlədiyim "Azneftyağ"da işdə olmuşam, hadisəni görməmişəm, həmin gün qardaşım Elşən mənə onlara getməyi dedi. Mən də getmədim, gecə anam evə gələndə ondan eşitdim ki, Xoşbəxt özü-özünü bıçaqla vurub, onu xəstəxanaya aparıblar, orada ölüb".

Müstəntiqin verdiyi sual hara, bu cavab hara? Görünür, bu cavab müstəntiqi tam qane edib, sanki verdiyi suala lazımli cavabı alıb.

Müstəntiqin Gülərə son sualı: "Nə qədər əsəbi olsanız da, qardaşınızın ünvanına "qatil" sözünü deməyinizin əsası olub, bu barədə nə deyə bilərsiniz?"

Cavab: "Mən Azərbaycan Respublikası DİN-də işləyəndə iş yerində başımdan xəsarət almışdım. Konkret tarixi xatırlamıram, həm də həmin vaxt mən şikayət etmədim, amma bir ay DİN-nin Ayna Sultanovanın heykəlinin yaxınlığında yerləşən hospitalında müalicə aldım. O vaxtdan sonra əsəbiləşəndə ağzıma gələni deyirəm və həmin vaxt da o sözləri işlətməyimə heç bir əsas olmamışdı, əsəbiləşib demişəm".

Məgər bu araşdırmadır? Həm prokurorluq, həm də məhkəmə bu məsələlərə nə səbəbdən biganə qalır, niyə tam araşdgrma aparmaq istəmir?

Rövşən Cəfərova AR CM-nin 125-ci maddəsindən başqa, 178.3.2 və 180.3.2 maddələri ilə də ittiham elan edilmişdir. R.Cəfərov CM-nm 178.3.2-ci maddəsi ilə ona görə ittiham edilmişdir ki, vətəndaş İsrafil Cəfərovu Zeytunluq Sovxozunda 0,20 hektar torpaq sahəsini satmaq adı ilə aldadaraq 15500 ABŞ dollarını ələ keçirmişdir, CM-nın 180.3.2-ci maddəsi ilə isə ona görə təqsirləndirilir ki, soyrunçuluq yolu ilə özgəsinin yəni, Reyhan Atayevanın 12600 manat pulunu və 50 manat dəyərində mobil telefonunu talamışdır. İş materiallarından da görünür ki o, bu cinayətlərdən başqa, əvvəllər də dələduzluq əməllərinə görə iki dəfə məhkum olunmuşdur.

Deməli, Rövşən Cəfərovun qızımı öldürməkdə bir məqsədi də olub, törətdiyi digər cinayətləri ört-basdır etmək. Xoşbəxtin ölümündən sonra bizə gələn Rövşən Cəfərov dedi ki, indi vəziyyəti pisdir, bizim torpaq üçün verdiyimiz pulun 10000 manatını iki-üç günə qaytaracaq. Hətta bu barədə qəbzdə yazıb verdi. Əgər o torpaq üçün qızımdan pul almamışdısa, niyə bizə 10000 manat verəcəyi barədə qəbz yazırdı?

Azərbaycan Respublikası CPM~nin 318.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərinin əlamətlərinin mövcud olmasına görə Cəfərov Rövşən Əhməd oğluna, başqa daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün cinayət işini ibtidai araşdırmaya, prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə verdiyim vəsatəti dövlət ittihamçısı müdafiə etmədi, məhkəmə isə təmin etmədi".

Şikayətçi sonda dövlət başçısından bu işin nəzarətə götürülməsini, günahkarların məsuliyyətə cəlb edilməsini və layiqli cəza almalarını xahiş edir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı - FOTO
Bu gün, 11:37
Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edilib - AÇIQLAMA
Bu gün, 11:33
"Qız boşanmaq istəyirsə, oğlan tərəfi yerdən-göyə qədər haqlıdır"
Bu gün, 11:31
Natiq Pənahlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:28
AĞACYEYƏN BAŞÇI: Bu dəfə kəsilən ağacları... - VİDEOFAKT
Bu gün, 11:24
GENERAL MEHDİYEV: GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu?
Bu gün, 11:17
Sosial Xidmətlər Agentliyi vətəndaşın BAŞINA OYUN AÇIR - DƏRƏBƏYLİKDİR?
Bu gün, 11:09
“Kişi qadına pul da xərcləyər, amma onu…” - Fatimə KİMƏ ƏSƏBİLƏŞDİ?
Bu gün, 11:02
Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi Vatikanda keçiriləcək - “Wall Street Journal”
Bu gün, 10:59
"Bu, çox utancverici bir gediş oldu" - Etibar Məmmədov
Bu gün, 10:49
Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi 12.6 milyonluq Uşaq Reabilitasiya Mərkəzinin tikintisindən imtina etdi
Bu gün, 10:47
Moskvadan İrəvana xəbərdarlıq və təhdid: - Ermənistan seçim qarşısında
Bu gün, 10:37
Oturduqları yerdə milyarder olan uşaqlar: Birinci yerdə yenə azərbaycanlıdır - SİYAHI
Bu gün, 10:28
Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir - Böyük hazırlıq başladı
Bu gün, 10:21
Azərbaycan konsulunun yanında söyüş söydü – HƏBS OLUNDU
Bu gün, 10:18
“Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:16
Sahil Babayev islahatlara BAŞLADI - Kamran Əmirov yüksək vəzifəyə TƏYİN EDİLDİ
Bu gün, 10:14
"Gedib Azərbaycanda millət vəkili olacağam"
Bu gün, 10:12
Lavrov niyə “erməni soyqırımı” abidəsini ziyarət etmədi? - İrəvanda müzakirə
Bu gün, 09:37
Ağdaş təhsil Sektoruna yeni rəhbər təyin olundu - ƏMR
Bu gün, 09:35
Bakıda 1.3 mln. manat kapitallı plaza idarəedicisi olan şirkət yaradıldı
Bu gün, 09:30
“Naftalan –Avtonəqliyyat” rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:26
Molla rejimi ilə BUNDAN SONRA NƏ EDƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19
Zəngəzur dəhlizi üçün son tarix: İrəvanın qərar anı - AKTUAL
Bu gün, 09:15
Daha 10 şirkət bazarı tərk etdi: MMC-lər niyə batır? - ARAŞDIRMA
Bu gün, 09:12
Sayt rəhbəri ilə birgə həbs edilən mühafizəçi azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:05
İqtisadi və enerji əməkdaşlığının gücləndirilməsi - MƏQALƏ
Bu gün, 09:02
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:00
Arvadını döyən və onun ailə üzvlərinin evlərinə qanunsuz daxil olan şəxslə bağlı QƏRAR
Bu gün, 08:58
Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:52
"Paşinyan hakimiyyəti nə rusiyapərəst, nə də avropapərəstdir, əksinə, ermənipərəstdir..." - "Armtimes"
Bu gün, 08:47
Lavrov erməni qadınları ilə zarafat etdi: - Ünvanı desinlər, kifayətdir
Bu gün, 08:41
Azərbaycanda 7 milyon manata süni intellekt laboratoriyası quracaq
Bu gün, 08:38
"İran uzun müddətdir ki, Azərbaycanla hədə dilində danışır" - Çingiz Qənizadə
Bu gün, 08:30
"Bəlkə mən heç bu şərtlərə razı olmayacam..." - ETİRAZ
Bu gün, 08:27
Jurnalistdən AYNA-ya ÇAĞIRIŞ - "Bakı Bombeyə, Karaçiyə çevrilir…"
Bu gün, 08:19
Yeni qanunvericilik Fuad Nəcəfliyə işləyəcək? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:15
Lavrovun səfəri: Kreml Paşinyandan bunu tələb edir - NƏ BAŞ VERİR?
Bu gün, 08:09
TƏBİB stomatoloqların “dişini çəkir” - 1800 manat qovğası
Bu gün, 08:06
Tramp müttəfiqlərə gizli görüşlərdə deyib ki... - “Bloomberg”
Bu gün, 07:03
Daha bir məktəb direktoru: İLLİK 300 MİN QAZANC .. - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:57
““Son zəng” məktəb rəhbərlərinin mənfəətinə çevrilib” - FAKT BUDUR!
Bu gün, 06:46
İctimai nəqliyyatda XAOS - “Dərhal psixiatrın nəzarətinə götürülməlidir, yoxsa…”
Bu gün, 06:41
Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR - İTTİHAM VAR...
Bu gün, 06:28
BDU rektoru kafe biznesinə girişir - Allah BAZAR VERSİN...
Bu gün, 06:21
KRATON klinikasının dövlətə yenidə vergi borcu üzə çıxdı - Sahibi olan bu xanım isə...
Bu gün, 06:09
Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
Bu gün, 06:05
Məktəb direktorundan növbəti 'ŞEDEVR' - BU NƏDİ BELƏ?
Bu gün, 06:01
Bıçaqla insanları hədələyir, qızını döyür, şüşəni sındırır... - Son günlər NƏLƏR BAŞ VERİR?
Bu gün, 05:52
Bir əldə iki qarpız: İrəvanla strateji ittifaq, Bakı ilə birgə təlim - Tehran bölgədə HOQQA VERİR...
Bu gün, 05:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru