PREZİDENTİN QIZI JURNALINI TƏQDİM ETDİ
Tarix: 13-11-2011, 13:31 | Çap et
“BAKU”NUN İNGİLİSCƏ VERSİYASI MARAĞA SƏBƏB OLUB
Moskvadakı Ostojenka küçəsində yerləşən "Multmedia Art Muzey"də "Baku" jurnalının ingilisdilli "Baku İnternational" versiyasının birinci nömrəsinin təqdimatı keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva mərasimdə iştirak edib.
Lent.az-ın xəbərinə görə, jurnalın baş redaktoru mərasim iştirakçıları qarşısında çıxış edərək, 2007-ci ilin dekabr ayında Moskvada "Baku" jurnalının birinci nömrəsinin təqdim edildiyini xatırladıb. Onun sözlərinə görə, elə həmin vaxtdan bu nəşrin beynəlmiləl versiyasını yaratmaq ideyası meydana gəlib: “Oktyabrın 4-də "Conde nast" nəşriyyatı ilə əməkdaşlıq sayəsində jurnalın ingilis dilində olan versiyası çapdan çıxıb. İndi bizim oxucular bu jurnalı təkcə Bakıda və Moskvada deyil, həmçinin London, Paris, Roma, Berlin, Nyu-York və dünyanın digər şəhərlərində tapa biləcəklər".
Baş redaktor deyib ki, jurnalın birinci nömrəsi od, atəş mövzusuna həsr edilmişdir: “Bu da təsadüfi deyil, çünki Azərbaycan zərdüştiliyin beşiyi sayılan diyarlardan biridir və hətta bu ölkənin Azərbaycan adı özü də "od" mənası verən "azər" sözündən yaranıb. Bakı qədim və eyni zamanda, çox gənc şəhərdir. Bu gün Bakıda avanqard memarlıq şedevrləri ilə hələ XIX əsrdə neft bumu dövründə tikilmiş binaların, teatrların, muzeylərin qədim fasadları bir-birini ahəngdar şəkildə tamamlayır. Şəhər üzərində ucalan nadir, müasir "Fleym Tauers" kompleksi Qız Qalasının hündürlüyünü kölgədə qoymur. Biz bütün belə məqamları jurnalımızın səhifələrində işıqlandırmağa, həmçinin Şərq ilə Qərbin qovuşduğu ölkəmizin qədim tarixi, onun zəngin mədəniyyəti və heyrətamiz təbiəti barədə söhbət açmağa çalışmışıq. Ən başlıcası, biz bu jurnalda insanlar haqqında - Azərbaycanın böyük rəssamları, yazıçıları, bəstəkarları və hər birinin öz həyat tarixçəsi olan, Bakıya məhəbbət hissinin birləşdirdiyi sadə insanlar haqqında söhbət açacağıq".
Leyla Əliyeva nəşriyyatın bütün komandasına, bu layihəyə inanmış, öz zəhmətlərini və məharətlərini əsirgəməmiş fotoqraf və rəssamlara təşəkkürü bildirib: “Mənə çox xoşdur ki, bu təqdimat mərasimi gözəl Moksva şəhərində, "Baku" jurnalının birinci nömrəsinin ərsəyə gəldiyi şəhərdə keçirilir. Onu da qeyd etməyə bilmərəm ki, gələn il Azərbaycanda "Eurovision" mahnı müsabiqəsi keçiriləcəkdir. Fürsətdən istifadə edib sizin hamınızı bizim şəhərə gəlməyə, onun qədim küçələrində, müasir bulvarlarında gəzintiyə çıxmağa, Xəzərin ətrini və Bakı şəhərinin bütün ecazkarlığını duymağa dəvət etmək istərdim".
"Conde Nast" nəşrlər evinin baş direktoru Albert Rid qeyd edib ki, onlar peşəkar komanda ilə işləyirlər: “İtaliyanın "Vogue" jurnalı italyan dizaynını, Amerikanın "New Yorker" jurnalı Amerika ideyalarını dünya ilə bölüşür. Biz çox şadıq ki, Leyla Əliyevanın rəhbərlik etdiyi "Baku" jurnalı da Azərbaycanla bağlı oxşar amallara xidmət edir. "Baku" jurnalının beynəlxalq versiyasının ilk buraxılışı bizi çox sevindirir. Biz bu jurnalı Leyla Əliyeva ilə birlikdə tərtib edirik və bizə təqdim edilən materialın keyfiyyəti sözün yaxşı mənasında bizi çox heyrətləndirdi".
A.Rid xüsusi vurğulayıb ki, onlar "Baku" jurnalının ingilisdilli versiyasının səhifələrində Azərbaycan haqqında dünyaya mümkün qədər çox məlumat verməyə hazırlaşırlar.
Sonra Azərbaycana həsr olunmuş videoçarx nümayiş etdirilib. Mərasimin rəsmi hissəsindən sonra Leyla Əliyeva və qonaqlar Bakıya həsr olunmuş fotosərgiyə tamaşa ediblər.
Təqdimat mərasimi "Natiq ritm qrupu" nağaraçılar ansamblının ifası ilə başa çatıb.
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Arzu Əliyeva və onun həyat yoldaşı, habelə tanınmış bəstəkar və müğənni Emin Ağalarov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, tanınmış ictimai və siyasi xadimlər, RF dövlət orqanlarının nümayəndələri, incəsənət xadimləri və Azərbaycan diasporunun nümayəndələri təqdimat mərasimində iştirak ediblər.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25 |
|
|
|
• Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• “Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18 |
|
|
|
• Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14 |
|
|
|
• “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57 |
|
|
|
• Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54 |
|
|
|
• FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50 |
|
|
|
• Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33 |
|
|
|
• Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02 |
|
|
|
• Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00 |
|
|
|
• FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44 |
|
|
|
• "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36 |
|
|
|
• Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14 |
|
|
|
• “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11 |
|
|
|
• Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08 |
|
|
|
• TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02 |
|
|
|
• Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00 |
|
|
|
• Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58 |
|
|
|
• Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54 |
|
|
|
• Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53 |
|
|
|
• Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44 |
|
|
|
• Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27 |
|
|
|
• Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23 |
|
|
|
• SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16 |
|
|
|
• Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13 |
|
|
|
• İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04 |
|
|
|
• Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02 |
|
|
|
• BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00 |
|
|
|
• Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... - İLGİNC
Bu gün, 10:57 |
|
|
|
• Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53 |
|
|
|
• Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44 |
|
|
|
• Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40 |
|
|
|
• Əməyin ödənilməsinin hansı təminatları var? - Ekspert danışır...
Bu gün, 10:35 |
|
|
|
• Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb
Bu gün, 10:16 |
|
|
|
• "Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə
Bu gün, 10:12 |
|
|
|
• Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:02 |
|
|
|
• İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü
Bu gün, 09:49 |
|
|
|
• Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq - “Respublika Meydanı”
Bu gün, 09:47 |
|
|
|
• Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... - TƏFƏRRÜAT
Bu gün, 09:44 |
|
|
|
• Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:43 |
|
|
|
• SOCAR "RabitəBank"dan imtina etdi
Bu gün, 09:40 |
|
|
|
• 10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:37 |
|
|
|
• "İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." - NARAZILIQ VAR...
Bu gün, 09:30 |
|
|
|
• Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu
Bu gün, 09:24 |
|
|
|
• Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21 |
|
|
|
• Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Bu gün, 09:15 |
|
|
|
• Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı - “Şikayətçi deyiləm”
Bu gün, 09:08 |
|
|
|
|