İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

OĞUZ MEŞƏLƏRİNƏ KİMLƏR VƏ NECƏ QƏNİM KƏSİLİB?
Tarix: 29-11-2012, 11:43 | Çap et
OĞUZ MEŞƏLƏRİNƏ KİMLƏR VƏ NECƏ QƏNİM KƏSİLİB?
YERLİ MƏMURLARIN ÖZBAŞINALIĞI AZƏRBAYCAN TƏBİƏTİNİ MƏHV EDİR

DİA.AZ: - Oğuz şəhər sakini F.İbrahimovun adından redaksiyamıza Oğuz meşələrinin qırılması ilə bağlı ilginc ittiham və faktlarla dolu şikayət məktubu daxil olub. Bildirək ki, DİA.AZ-a daxil olan məktub eyni zamanda müxtəlif KİV-lərə və prezident İlham Əliyev başda olmaqla bir sıra dövlət rəhbərlərinə də ünvanlanıb. Məktubda deyilir:

“Çox hörmətli cənab Prezident!

Sizin bir siyasi rəhbər kimi həyata keçirdiyiniz siyasi kursu bəyənirik və yüksək qiymətləndiririk. Ölkə prezidenti kimi fəaliyyətinizdən razıyıq. Lakin qəbul etdiyiniz qərarlar, verdiyiniz tapşırıqlar yerli məmurlar tərəfindən icra olunmur. Əsəsən də Oğuz rayonuna son 10 ildə təyin etdiyiniz icra başçıları, onların müavinləri korrupsiyadan çəkinməmişlər və xüsusi olaraq yeganə sərvəti meşəçilik olan rayonda meşə dağıntılarının kütləvi hal alması çoxları kimi bizləri-bir qrup Oğuz ziyalılarını da ciddi narahat edir.

Cənab Prezident!

And içirik ən müqəddəs saydığımız varlıqlara ki, 1990-cı ildən üzü bu yana rayona təyin edilən birinci şəxslər-icra başçıları, prokurorlar, polis rəislərinin əsas gəlir mənbəyi Oğuz meşələri olmuşdur. Son 15 ildə Oğuzda 5 icra başçısı dəyişdirilib. Onların rəhbərliyi ilə meşələrimiz, bağ-bağçamız dağıdılıb, 100 illərə boya-başa çatmış bərk cinsdən olan palıd, fıstıq, görüş, çökə, vələs ağacları qanunsuz kəsilmiş və bu işbazlar tərəfindən satılaraq milyonlarla manat pul qazanılmışdır.

Sonuncu dəfə- 1 il əvvəl rayona təyin edilən bizim həmyerlimiz (Özünü hər kəsə sizin yaxın dostunuz olduğunu bildirir) Eyvaz Qurbanov isə rayona rəhbər təyin edilən kimi В«meşə mafiyasıВ» yaratdı. O, hamını yaxşı tanıyırdı… Eyvaz Qurbanov (əvvəlki RİH başçısı Aydın Əlihüseynovun vaxtında da meşə korrupsiyasına başçılıq edən) indiki müavini və yaxın dostu sayılan Azad Əliyevə Oguz meşələrinin qanunsuz qırılaraq içlik material, yeşik taxtası və oduncaq kimi rayondan kənara satılması və külli miqdarda pul qazanılması işini həvalə etdi. Bu həmin Azad Əliyevdir ki, əvvəllər rayonda qaz idarəsinin rəisi işləyirdi və nə işlər görürdü, hansı əməllər törədirdi, bunu bütün rayon bilir. Onun əvvəlki RİH başçısı Aydın Əlihüseynovu necə bezdirib rayondan qaçırtdığını da hamımız bilirik (Bu hissədə bəzi korrupsiya və rüşvət faktları sadalanır və bu faktları araşdırmadan yaza bilməzdik, məhkəmə perspektivindən uzaq olmaq üçün). A.Əliyev bununla da rayonda meşələrə qənim kəsilən korrupsiya şəbəkəsi yaratdı və çox fəal fəaliyyətə başlayıbdır. Hətta ola bilsin onun bəzi işlərindən öz dostu Eyvaz Qurbanov da xəbərsizdir. Amma rayonda kənardan hamı hər şeyi görür. Görür ki, Oğuz meşələri Azad Əliyevin əlindən necə qan ağlayır…

Rayon polis şöbəsinin rəisi də bu korrupsiya şəbəkəsinin üzvüdür. Bu yolla əldə edilən qanunsuz gəlirlərdən hər ay Azad Əliyevin komanda üzvlərinin bildirdiyinə görə polisə haqq ayrılır. Cənab Prezident!

Məlumunuz olsun ki, meşə materiallarının Oğuzda qanunsuz qırılıb, dağıdılıb satılması yolu ilə hər ay bu komanda 350-400 min manat qanunsuz gəlir əldə edir. Belə ki, 1 В«KaMAZВ» ( 62 sm-lik) oduncaq yeşik taxtasına yarayan odun meşə işçiləri tərəfindən işbazlara 800 manata satılır. Hər bir maşının (materialla dolu ) rayondan polis işçiləri tərəfindən keçirilməsinə 400 manat pul alınır. Bu hər gün belədir və bir müşahidəçi olsa, yetər ( В«TəzadlarВ» artıq bir əməkdaşını rayona ezam edib.Red.). Material satışı ilə məşğul olan işbazlar rayondan satılan hər bir В«KaMAZВ» maşınları üçün Azad Əliyevə 600 manat verirlər. Göyçay, Ağdaş, Şəmkir, Yevlax kimi rayonlarda fəaliyyət göstərən yeşik istehsalı sexlərinə həmin bir maşın ağac materialı 2500 manata satılır. Azad Əliyev rayonda 8 yerdə meşə materialından yeşik reykası hazırlayan sex işlədir ki, həmin sexlərdə Oğuz meşələrindən qanunsuz qırılmış meşə materialı hesabına işləyir. Bu sexlərdə hər bir maşın (62-sm-lik) materialdan 100-120 min ədəd yeşik taxtası istehsal edilir. Bu qanunsuz sexlər Oğuz şəhərində, həmçinin Oğuzun keçmiş quşçuluq fermasında ( В«raypoВ»ya məxsus) Rüfət Həsrətov adlı şəxsin evində, Kərimli kəndində Qüdrət müəllimin evində, Xaçmaz kəndində meşə dolayının rəhbəri Xalid Seyidovun bağında, Xal-Xal kəndində, Muxas, Calud kəndlərində və sair yerlərdə fəaliyyət göstərir. Azad Əliyevin razılığı olmadan Oğuzda hec bir kəs meşə materialının emalı və satışı ilə məşğul ola bilməz. Azad Əliyevin bu koorrupsiya fəaliyyətini nizamlayan, yerlərdən pulları toplayan, material satışını təşkil edən sirdaşı- padarlı Nail və oğuzlu Hamildir. Bu koorrupsiya üzvlərinin bildirdiyinə görə Azad Əliyevin əldə olunan qazancının 50 %-i başçıya verilir, 30%-i, yəni 100-120 min manatı isə özünə qalır, qalan hissəsi isə meşə işçilərinə və digər üzvlərə paylanır.

Cənab prezident!

Biz oğuzlular meşələrimizin qırılmasının tam əleyhinəyik. Neçə illərdir ki, etiraz səsimizi qaldırırıq. Sizlərə, rəhbər orqanlara narahatlığımızı bildiririk, ölkə mətbuatında bu barədə məlumat verilir. Heç bir müsbət nəticəsi olmur. Meşələrin qırılması ilə bağlı şikayət məktubu Prezident Administrasiyasına çatan kimi, rayona baxan В«kuratorВ» tərəfindən başçı ora-bura çağrılır, nə tapşırıq verilirsə, Azad Əliyev meşə dağıdan korrupsiyaçılara 10-15 gün fasilə vermələrini tapşırır, sonra yenə əvvəlki kimi iş davam etdirilir. Görünür ki, bizim meşələrimizin dağıdılması üçün sizə etdiyimiz müraciətimiz hansısa məmurların əlinə keçir, sonra isə məsələ düyünə düşür.

Cənab Prezident!

Siz korrupsiya və rüşvətxorluğa qarşı mübarizə barədə sərəncam vermisiniz. Cənab Ramiz Mehdiyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizə komissiyasının rəhbəridir. Bəs nə əcəb yerli aparatlarda əyləşən icra başçısı, onun müavini və digərləri Sizin bu sahədəki mübarizənizə kölgə salırlar? Biz son 10 ildə Prezident Administrasiyasına, Ekologiya Nazirliyinə yüzlərlə Oğuz ziyalıları adından meşələrimizin qanunsuz dağıdılması, talan edilməsi haqqında onlarla müraciətlər etmişik. Amma yerli məmurlar bunlara məhəl qoymurlar. Qarabağın Topxana meşəsini düşmən dağıtdı. Oğuzun meşələrini isə yerli məmurlar viran qoyur.

Cənab Prezident!

Oğuzun Yaqublu kəndi rayonda sonuncu, sərhəd ərazidir. Bizim dediklərimizə inanmayanlar əgər bu koorrupsiya şəbəkəsinin ifşa olunmasını, biz yazan faktların doğruluğunu bilmək istəyirsə, bir gün ərzində həmin kənddən Şəki rayonunun taxılçılıq sovxozuna keçən yolda müşahidə aparsınlar. Hər şey bəlli olacaqdır. Hər gün axşamlar oradan 15-20 В«KaMAZВ» dolu meşə materialı ötürülür.

Oğuz Meşə İdarəsində ixtisaslı meşə işçisi qalmayıb. Meşələrin qırılmasına etiraz edən ixtisaslı meşəçilər işdən kənarlaşdırılıbdır. Əvəzində Azad Əliyev öz adamlarını meşə nəzarətçiləri təyin etdirib. Bəs ulu öndər H.Əliyevin siyasi kursunu davam etdirməli olan Oğuz RİH başçısı Eyvaz Qurbanov, onun müavini Azad Əliyev, Oğuz rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov hara baxır???

Ulu öndər H.Əliyev deyirdi: "Bir qanunsuz yaşıl ağac kəsiləndə elə bilirəm ki, mənim sağ qolumu kəsirlər". Dünya azərbaycanlılarının konfransında bütün dünya azərbaycanlılarına "xeyir-dua" etdi. H.Əliyev deyirdi: " Sizin çaylariniz qurumasın, ocağınız sönməsin, bulaqlarınız qurumasın, ağaclarınız kəsilməsin!В». Bəs meşəsi olmayan ərazidə, çaylarda, bulaqlarda su olarmı? Milyard manatlarla xərclə Bakıya Oğuzdan su xətti çəkilib Meşə olmasa yerin altında su ehtiyatı necə təmin oluna bilər?

Ölkənin birinci xanımı Mehriban Əliyevə elə bu ili də В«Ekologiya ili!В» elan ebibdir. Mehriban xanımın bu möhtəşəm təşəbbüsü Oğuzda niyə alt-üst başa düşülüb???

Cənab Prezident! Bəzi məmurlar həqiqətən də odla oynayırlar və təbiətə qənim kəsiliblər. Onların qarşısını inanırıq ki, ən azı bu müraciətimizdən sonra Siz kəsəcəksiniz.
Böyük ümid hissi ilə:

Oğuz ziyalıları və təbiət sevənlər adından: F.İbrahimovВ»










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
18-04-2026, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
18-04-2026, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
18-04-2026, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
18-04-2026, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
18-04-2026, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
18-04-2026, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
18-04-2026, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru