İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

RAMİZ MEHDİYEV KİMLƏRƏ HANSI MESAJI ÖTÜRDÜ?
Tarix: 8-12-2012, 09:44 | Çap et
RAMİZ MEHDİYEV KİMLƏRƏ HANSI MESAJI ÖTÜRDÜ?
PA ŞEFİNİN ÇIXDIĞI YOLÇULUQ BİR ÇOXLARINI BİTİŞ NÖQTƏSİ OLACAQ

DİA.AZ: - Dünən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Elşad Abdullayevin sonuncu açıqlamasına olduqca ilginc tərzdə münasibət bildirdi ki, bu açıqlamalar da haqlı olaraq cəmiyyətdə müxtəlif istiqamətlərə yozuldu. Həmin açıqlamalara keçməzdən öncə bir məsələni vurğulamaq yerinə düşər ki, son zamanlar cərəyan edən olayların episentrində olan Ramiz Mehdiyev artıq müdafiə olunmaq zərurəti hiss edib və eyni zamanda, ona hücum edənlərə ismarıclarını yollamağı da unutmur.

Xatırladaq ki, buna qədər PA şefi, barəsində yazılanlara ya ümumiyyətlə reaksiya verməyən, ya da xəsisliklə, dolayı yollarla reaksiyasını çatdıran bir tərz nümayiş etdirdiyindən, onun artıq aktiv polemika tərəfdaşına çevrilməsi kifayət qədər diqqət çəkicidir. Qeyd edək ki, bir neçə gün əvvəl Ramiz Mehdiyev millət vəkili Rəbiyyət Aslanova tərəfindən müdafiə olunmuşdu. Və bu müdafiənin ardından belə bir qənaət ortaya qoyuldu ki, administrasiya rəhbərinin hakimiyyət içindəki mövqeləri kifayət qədər sarsıldığından, belə bir müdafiə zərurəti ortaya çıxıb.

İndi isə Ramiz Mehdiyevin özü danışdı və artıq məsələlərə yekun nöqtə vurma cəhdini də ortaya qoydu. В«Elşad Abdullayev kimlərinsə əlində bir alətdirВ» deyən PA şefi əslində bununla növbəti açıqlamasının mahiyyəti ilə bağlı da bilgilərini anons etmiş oldu. Yəni sırada Elşad Abdullayevdən alət kimi istifadə edənlərin ifşası gəlir.

Nə baş verir? Hər halda, DİA.AZ olaraq baş verənlərin mahiyyətini izahlamamıza qədər Mehdiyevin dünənki açıqlamalarını təkrarən bölüşməyimizə ehtiyac var.

R. Mehdiyevin açıqlamasında deyilir: “Dekabrın 7-də müxalifət mətbuatında ölkədən qaçıb gizlənən Elşad Abdullayevin növbəti cəfəngiyatı ilə tanış oldum. Görünür, bu adamın xəstəliyi o qədər dərin kök salıb ki, ya bilmir nə danışır, ya da böhtan, yalan və uydurmaları ilə özünün əməllərini ört-basdır etmək istəyir. Mənim Elşad Abdullayevi qəbul etmək niyyətim heç bir zaman olmayıb. Yaxşı olardı desin ki, hansı nüfuzlu şəxsdən dəfələrlə yalvar-yaxar edəndən sonra bir-iki dəqiqəlik qəbuluma düşüb. Özü də otaq qapısının həndəvərindən oturmağa da imkan vermədən. Xahişi isə universitetin taleyi ilə bağlı olub.

Deputatlığı ilə bağlı isə onun mənimlə heç bir zaman heç bir söhbəti olmayıb. Bu da onun növbəti uydurmasıdır. O ki qaldı guya ABŞ səfirliyi bizdən tələb edib ki, İsa Qəmbər və Arzu Səmədbəyli deputat seçilməlidir, bu da onun xəstə beyninin məhsuludur. Elşad Abdullayev öz-özlüyündə kimdir ki, mən onunla belə bir məsələni müzakirə edim. Özü də bir-iki dəqiqə ərzində, ayaq üstə dura-dura. Bu yalanı və uydurması ilə o, həm də müxaliflər arasında intriqa salmaq istəyir. Guya biz sırf Müsavat Partiyasını dəstəkləyirik...

Onun cəfəng, böhtan, uydurma bəyanatları görünür, kiməsə lazımdır və onun özünü də bir alət kimi istifadə edirlər. Şəxsiyyəti və əməlləri isə yüzlərlə saxta diplom vermiş gənclərə və onların valideynlərinə, dələduzluq yolu ilə aldatdığı insanlara bəllidir. O ki qaldı onun fırıldaqçılığına və qurduğu primitiv oyunlara, deyə bilərəm ki, bütün bunların Prezident Administrasiyasının işçiləri ilə heç vəchlə bağlılığı və əlaqəsi olmayıb”.

Biz bu açıqlamada, Ramiz Mehdiyevin müxalifətlə bağlı yaratmaq istədiyi situasiyanı dəyərləndirməyəcəyik. Hər şey aydındır. Amma burada əsas diqqət çəkəni Ramiz Mehdiyevin çöküş mərhələsinin astanasında olması ilə bağlıdır. Artıq PA şefinin hətta istinad nöqtəsi kimi quru bir ağacın quru bir budağına ehtiyacının olduğu tam çılpaqlığı ilə ortadadır. Ramiz Mehdiyev artıq onu nələrin gözlədiyinin tam fərqindədir. Əgər bu gün o, В«cəfəngiyyatçıВ» adlandırdığı Elşad Abdullayevə şəxsən opponentlik edirsə, deməli, məsələ başqadır. Halbuki dünənə qədər bu kimi situasiyalarda ilk əvvəl susurdular və sonradan ya hansısa açıqlama formasında, ya da PA-nın şöbə müdiri Əli Həsənovun dili ilə məsələyə В«öldürücüВ» reaksiya verirdilərsə, indi artıq tamam fərqi şərait yaranıb. Ramiz Mehdiyev özü danışır.

Ola bilsin ki, kimsə onun əvəzindən danışmaq istəmir. Və ola bilsin ki, artıq onun bütöv administrasiyanın adından danışmaq yetkisi yoxdur. Halbuki yenə də öz ünvanına olan ittihamları yenə də PA-nın ümumi adına paylaşma cəhdini də В«bütün bunların Prezident Administrasiyasının işçiləri ilə heç vəchlə bağlılığı və əlaqəsi olmayıbВ» ifadəsi ilə ortaya qoyub. Yəni əslində Elşad Abdullayev konkret bir şəxsi hədəf kimi göstərir, amma Ramiz Mehdiyev cəbhə genişləndirməsinə cəhd edir. Və buradan məsələnin nə yerdə olduğu yenə də bəlliləşir.

Təbii ki, biz Elşad Abdullayevin müqəddəs bir sima olduğunu iddia etmirik. Və biz də yaxşı bilirik ki, bu gün Elşad Abdullayevə qarşı konkret ittihamlar irəli sürən Ramiz Mehdiyevin həmin istiqamətdəki bütün fikirləri həqiqətdir. Həqiqətən də, Elşad Abdullayevə məhz Azərbaycan Beynəlxalq Universitetindəki əməlləri ilə bağlı cinayət işi açıla bilər və adam buna görə mühakimə oluna bilər. Çünki keçmiş rektor ora-bura səpələdiyi milyonlarla puldan danışsa da, nədənsə həmin pulların qaynağı barədə susur.

Amma bu məsələ tamam ayrı bir mövzu olduğundan və bu gün aktual olanı məhz Ramiz Mehdieyvlə bağlı olduğundan bir qədər əhəmiyyətli görünmür. Yəni söhbət kiminsə haradan bu qədər pulu əldə etməsindən getmir, söhbət Azərbaycan dövləti adına kimlərinsə siyasi bazarlıq açmasından, insanları oğurlamasından, böyük pullar uğrunda acımasız mübarizədən və bütün bunların altında çox ciddi imzaların dayanmasından gedir.

Və aydın olanı odur ki, Ramiz Mehdiyevin bu gün qarşı tərəfə xəfif ruhlu bir hədələyici ismarıc yollaması faktı fonunda ortaya konkret bir mənzərə çıxmaqdadır: PA şefi həqiqətən də yol üstündədir və bu yolçuluğu tək onun yox, bir çoxlarının siyasi karyerasının bitiş nöqtəsi olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
18-04-2026, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
18-04-2026, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
18-04-2026, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
18-04-2026, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
18-04-2026, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
18-04-2026, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
18-04-2026, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru