“AZƏRBAYCAN AVROPA BİRLİYİNİN MƏNGƏNƏSİNDƏDİR”
Tarix: 14-11-2011, 16:07 | Çap et
“ENERJİ EHTİYATLARI QƏRB ÜÇÜN KEÇİLMƏZDİR”
“Azərbaycan Avropa Birliyinin məngənəsindədir. Halqa get-gedə daha da daralır və gələn ildən Azərbaycan iqtidarı istər-istəməz köklü islahatlar keçirmək məcburiyyətində qalacaq. Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan daxil olmaqla, Cənubi Qafqaz ölkələrini islah edəcək”.
Bu sözləri AXCP sədrinin müavini Razi Nurullayev bloqunda yazdığı açıqlamada bildirib.
Onun sözlərinə görə “2008-ci ildə Rusiya ilə Gürcüstan arasında olan müharibə Avropa Birliyini daha ehtiyatlı və tədbirli davranmağa vadar edib. Məhz, bu müharibədən sonra Avropa Qonşuluq Siyasəti proqramına əlavə olaraq Avropa İttifaqı altı tərəfdaş ölkə (Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) ilə münasibətlərin gücləndirilməsi üçün yeni təşəbbüs göstərib. Şərq Tərəfdaşlığı proqramı Avropa Birliyinin ən perspektivli təşəbbüslərindən biridir. Cənubi Qafqaz ölkələri içərisində isə Qərb üçün ən önəmli yer Azərbaycana ayrılır. Azərbaycan onun üçün açılan bu platformadan uğurla istifadə etsə, tez bir zamanda Avropa Birliyinə üzv də ola bilər. Əminəm ki, Avropa Birliyi təbii resurslarla zəngin bir ölkənin onun üzvü olması üçün imkanlarını əsirgəməzdi. Cənubi Qafqaz ölkələri digər ölkələrdən daha tez Avropa Birliyinə üzv ola bilərlər”.
Ekspert qeyd edir ki “Azərbaycan hələ də Avropa Birliyi ilə Assosiativ Sazış məsələsini razılaşdırıb qurtarmayıb. Proses ləng gedir və bildiyimə görə, Avropa Birliyi də bu gecikmədən razı deyil. Ona görə də Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Təmsilçisi Katrin Aştonun yaxın günlərdə Azərbaycana səfəri zamanı bu məsələ əsas müzakirə mövzularından biri olacaq. Avropa Azərbaycanın cənub sərhəddidir və onlar ölkəmizi bütün xarici hücumlardan qorumaq üçün əllərindən gələni edəcəklər. Hətta, mən deyərdim ki, Azərbaycana xarici təhlükə zamanı Avropa Birliyi Azərbaycan rəhbərliyinin nə düşünməsindən asılı olmayaraq, sərhədlərin təhlükəziliyini qorumağa çalışacaq. Bu bir öhdəlikdir və Azərbaycanın enerji ehtiyatları Qərb üçün keçilməzdir”.
Bununla bərabər R.Nurullayev bir sıra vacib məsələləri də vurğulayır: “Qərb və ABŞ-ın indiyə kimi rejimlərlə apardığı siyasət iflasa uğradı. Bu iflasdan onlar çox ciddi nəticələr çıxarıblar. Biz bunu Ərəb baharında gördük. Artıq Qərb xalqlarla işləməyə üstünlük verir və bilir ki, dövlət rəhbərləri gəldi-gedərdir. Xalq isə qalır. Buna görə də onlar diktatura və avtoritar rejimlərlərlə işbirliyindən çəkinirlər. Elə buna görə də, Qərb Azərbaycanda avtoritarizmdən demokratiyaya keçidi dəstəkləyir. Azərbaycanın iqtidarının bunu istəyib-istəməməsindən asılı olmayaraq bu proses başlayıb və gələn ildən bunun əyani şahidi olacağıq. Azərbaycan müsbətə doğru mütləq şəkildə dəyişəcək. Bunu insanlarımız da bilməli və ruhdan düşməməlidirlər. Biz Avropanın bir hissəsiyik və Avropalılar kimi də yaşamaq qanuni haqqımızdır”. Ekspert Suriya və İran məsələsində də Azərbaycana parallellər çəkib: “Beynəlxalq aləmdə baş verən hadisələr də Azərbaycana təsirsiz ötüşməyəcək. Yaxın Şərq hadisələri müsəlman dünyasının ən çox iki dünyəvi dövlətinə - Türkiyə və Azərbaycana maraqları daha da artıracaq. Türkiyə müsəlman dünyasının avanqardıdır və biz qardaş dövlətin bu uğuruna sevinirik. Bununla bərabər, Türkiyənin bu rolu ilə razılaşmayanlar da var. Azərbaycanı isə müsəlman dünyasının İsveçrəsi kimi görmək istəyənlər daha çoxdur. Buna nail olmaq üçün Azərbaycan demokratikləşməlidir. Tam olaraq demokratik təsisatlar bərqərar olarsa, ölkəmiz dünya çapında söz sahibinə çevrilər. Elə buna görə də, Suriya və İrandan sonra nəzərlər Azərbaycana dikiləcək. Bu nəzərlər Azərbaycanda avtoritarizmin ləğvinə və demokratiyanın qələbəsinə gətirib çıxaracaq. Ümid edirəm ki, iqtidar da bunu gözəl başa düşür və tez bir zamanda islahatların keçirilməsinə rəvac verəcək. Əks halda, Azərbaycan təlatümlərdən yaxa qurtara bilməyəcək”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Bu gün, 15:39 |
|
|
|
• Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Bu gün, 15:34 |
|
|
|
• Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25 |
|
|
|
• Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• “Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18 |
|
|
|
• Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14 |
|
|
|
• “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57 |
|
|
|
• Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54 |
|
|
|
• FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50 |
|
|
|
• Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33 |
|
|
|
• Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02 |
|
|
|
• Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00 |
|
|
|
• FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44 |
|
|
|
• "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36 |
|
|
|
• Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14 |
|
|
|
• “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11 |
|
|
|
• Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08 |
|
|
|
• TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02 |
|
|
|
• Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00 |
|
|
|
• Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58 |
|
|
|
• Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54 |
|
|
|
• Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53 |
|
|
|
• Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44 |
|
|
|
• Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27 |
|
|
|
• Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23 |
|
|
|
• SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16 |
|
|
|
• Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13 |
|
|
|
• İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04 |
|
|
|
• Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02 |
|
|
|
• BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00 |
|
|
|
• Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... - İLGİNC
Bu gün, 10:57 |
|
|
|
• Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53 |
|
|
|
• Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44 |
|
|
|
• Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40 |
|
|
|
• Əməyin ödənilməsinin hansı təminatları var? - Ekspert danışır...
Bu gün, 10:35 |
|
|
|
• Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb
Bu gün, 10:16 |
|
|
|
• "Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə
Bu gün, 10:12 |
|
|
|
• Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:02 |
|
|
|
• İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü
Bu gün, 09:49 |
|
|
|
• Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq - “Respublika Meydanı”
Bu gün, 09:47 |
|
|
|
• Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... - TƏFƏRRÜAT
Bu gün, 09:44 |
|
|
|
• Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:43 |
|
|
|
• SOCAR "RabitəBank"dan imtina etdi
Bu gün, 09:40 |
|
|
|
• 10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:37 |
|
|
|
• "İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." - NARAZILIQ VAR...
Bu gün, 09:30 |
|
|
|
• Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu
Bu gün, 09:24 |
|
|
|
• Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21 |
|
|
|
|