İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

DƏHŞƏT: ZABİT ANASININ BAŞINA GƏLƏN ŞOK OLAYLAR
Tarix: 10-12-2012, 09:21 | Çap et
DƏHŞƏT: ZABİT ANASININ BAŞINA GƏLƏN ŞOK OLAYLAR
ŞOK TƏKLİFƏ ETİRAZ: “MƏN ƏXLAQSIZLIQ YUVASI İŞLƏDƏ BİLMƏRƏM”

DİA.AZ: - Zümrüd adlı bir xanımın zəngi məni çox təəccübləndirdi. Telefonda ağlayaraq məndən kömək istəyən xanım təcili mənimlə görüşmək istədiyini bildirdi. Mən tərəddüd etmədən vaxt təyin etdim. Zümrüd xanım (red: soyadının yazılmasını istəmədi) həyəcanla, bir növ qorxu içərisində başına gələnləri danışmağa başladı və bizdən, bizim vasitəmizlə hüquq mühafizə orqanlarından kömək istədi. Onun dediklərini olduğu kimi sizlərə çatdırıram:

“2007-ci ildən Bakı şəhəri, Süleyman Tağızadə 88 ünvanında yerləşən “Centlimen” sağlamlıq mərkəzində fəaliyyət göstərirəm. Heç bir qanun pozuntusuna yol vermədən təmiz adımla işləmişəm. Hal-hazırda iki övlad anasıyam. Övladlarımdan biri Müdafiə Nazirliyinin N saylı hərbi hissədə zabit işləyir.

Mən işlədiyim obyektin sahibi ilə qarşılıqlı razılaşmaya əsasən, gəlirin iki yerə bölünməsində şifahi razılıq əldə etdik. Oranın təmirinə xərclənən vəsait obyektin gəlirindən ödəniləcəkdi. Sonralar obyektin sahibi ilə Turan Bank arasında yaranmış mübahisə məhkəmə prosesinin predmeti oldu. Hal-hazırda bank obyektin sahibinə hər ay ödəniş etdirə-etdirə, onun heç bir məlumatı olmadan obyekti öz mülkiyyətinə çevirmiş və məhkəmə qərarı olmadan satmışdır.

Daha dəqiq desək, məhkəmə prosesi davam edərkən qeyri-qanuni olaraq, adıçəkilən obyekti Fuad adlı bir şəxsə satmışdır.

Fuad mənim işlədiyim “Centlimen” sağlamlıq mərkəzinə gəldi və dedi ki, bu obyekti mən almışam, əlimdə də “kupçam” var, ya çıxmalısınız, ya da mən istədiyim kimi işlətməlisiniz. Mən dedim ki, axı bu obyekt məhkəmədədir, get məhkəmənin qərarını gətir, orda yazılsın ki, Zümrüd, çıx bayıra, mən də çıxacağam, qanunla qanunluq etməyəcəyəm ki. Fuad mənə belə cavab verdi: “Məhkəməylə siz özünüz bilərsiniz, bank bilər, mənim əlimdə sənədim var, özüm bilərəm neyləyirəm. Belə də görürəm ki, yazıq adamsan, sənə yazığım gəlir, eşitdiyimə görə, iki uşağa baxırsan, gəl buranı sənə 5000 manata icarəyə verim, amma mən deyən kimi işlədəcəksən”. Onun şərti ilə maraqlandım. Mənə dedi ki, sənə 10 nəfər qız verəcəyəm, o qızlar özlərinə yaxşı müştəri yığıb, buranı işə salacaqlar, sən də beş mini asanlıqla verəcəksən. Mən 7 ildə belə işlə məşğul olmamışam, ola da bilmərəm. Mənim balalarım var, oğlum vətəninə xidmət edir, mən adımı ləkələyə bilmərəm. Mən əxlaqsızlıq yuvası işlədə bilmərəm. “İşlədə bilmirsənsə, çıx obyektdən” dedi. Cavab verdim ki, mən bankdan külli miqdarda pul götürüb buranın təmirinə vermişəm, ancaq uşaqlarımın çörək pulunu qazanıram. Əsəbiləşərək məni şantaj eləməyə başladı. “Mənim dalımda duran iş adamları var, onların əli ilə səni pis günə qoyaram, insan alveri ilə, “Qoraddel”lə əlaqəm, jurnalist dostlarım var, sənin obyektini mən vurdurum, sən də bax”, - deyə mənə hədə-qorxu gəldi. Dedim, mənim obyektimi necə vurdura bilərsən axı, işləyən iki qızdır, heç biri də əxlaqsız deyil? O, yüksək vəzifələrdə işləyən məmurların adını çəkməsə də, məni yiyəsiz adlandırıb, onlarla hədələdi və getdi.

İki gündən sonra yenə gəldi ki, niyə çıxmırsınız, nə “remont” edirsiniz? Sonra qızların və inzibatçının üstünə qışqıraraq, onlara hədə-qorxu gəldi. Qızlar qorxudan işdən çıxmaq istədilər.

Səhəri gün sahə müvəkkili gəldi ki, Fuad səndən şikayət edir, bəs onu vurmusan, gözünü cızmısan. Dedim, axı mən heç yerimdən durmadım, onu necə vura bilərəm, gedin verin ekspertizaya, lazımdırsa əl izlərimi də verərəm.

O gündən sonra Fuad başladı mənimlə ədavət eləməyə, məndən qəzetlərdə məqalələr yazdırdı. Guya mən əxlaqsız yuva işlədirəm, çıxardırlar çıxmıram, deyirəm ki, məni çıxartsanız, özümə benzin töküb yandıracağam. Bir sözlə, məni şərləməyə başladı. Ta bu günə qədər mənə gün verib, işıq vermir. Məni şərləyir, guya mən ona demişəm ki, mənim arxamda daxili işlər orqanları durur. Mənim dalımda nəyə görə daxili işlər orqanlar durmalıdır ki, mən sadə bir sağlamlıq mərkəzi işlədirəm? Sən Fuadın obyektində 80 nəfərəcən qız var. “Gala” deyilən obyektdə masaj adı ilə əxlaqsızlıq yuvası açmısan. Onun obyekti “20 yanvar” tərəfdə yerləşir.

Tərbiyəsiz yerdir, kim istəsə, gedib görə bilər necə yerdir. Orda açıq-aydın əxlaqsızlıq yuvası var. Özü belə obyekt işlədə-işlədə məni də elə işləməyə məcbur edir. Mənim arxam-dayağım yoxdur, xəstə adamam, hər dəfə mənə hədə-qorxu gəlir, gecə bilmir, gündüz bilmir, bütün günü

obyektin ətrafında fır-fır fırlanır. Mənə deyir, çıx obyektdən, mən buranı əxlaqsız yuva kimi işlədəcəyəm. Mən də çox əziyyət çəkmişəm, qoyduğum pullarımı heç götürə bilməmişəm. Şəkər xəstəsiyəm, bronxitim var, üstəlik də Fuadın əlindən mikro-infarkt keçirmişəm. Sizdən xahiş edirəm mənə köməklik edəsiniz, mən qorxa-qorxa yaşayıram. Mənə deyir ki, sənin oğlunun hərbi hissəsinə xəbər göndərəcəyəm ki, anan əxlaqsız yuva işlədir. Fuad reket jurnalist dostlarının əli ilə, pul gücünə məni qohumlarımın yanında biabır etməklə yanaşı, qohumlarımın da işlərinə burnunu soxur. Mən ondan qorxuram, mənə çox hədə-qorxu gəlir, mən öz yerimdə rahat yaşaya bilmirəm. Buna bir əncam çəkməyinizi xahiş edirəm”.

Müəllifdən: Obyektivlik naminə qarşı tərəflərin də fikrini öyrənməyə hazırıq.

Mehriban Bəylərqızı










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
18-04-2026, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
18-04-2026, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
18-04-2026, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
18-04-2026, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
18-04-2026, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
18-04-2026, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
18-04-2026, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru