HƏBSDƏKİ KEÇMİŞ NAZİRLƏRİN AQİBƏTİ BƏLLİ OLDU
Tarix: 13-12-2012, 09:19 | Çap et
NƏ FƏRHAD ƏLİYEV, NƏ DƏ ƏLİ İNSANOV BU DƏFƏ DƏ ƏFV OLUNMAYACAQLARDİA.AZ: - Azərbaycanda növbəti əfv fərmanına hazırlıq gedir. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə verilməsi gözlənilən əfv fərmanı ilə kimlərin azaqd oluncağı bu gün əsas müzakirə mövzularındandır. Elə bu barədə mətbuata açıqlama verən əfv komissiyasının üzvü, deputat Bəxtiyar Əliyev də tədarükün getdiyini bildirib: “Əfv sərəncamlarının imzalanmasını hansısa bayramlara bağlamaq doğru olmazdı. Prezident yanında Əfv Məsələləri Komissiyası daim işləyir, müraciətlər alır”. Deputatın sözlərinə görə, Əfv Komissiyasının növbəti iclasına hazırlıq gedir: “Sənədlər daxil olur və onlara baxılır. Müraciətlərə baxılması, sənədlərin toplanması, rəylərin alınması böyük bir prosesdir. Bütün bu məsələlər üzərində işçi qrup çalışır.
Əfv Komissiyasına cəzaçəkmə müəssisələrindən mütəmadi ərizələr daxil olur Qanunvericiliyə uyğun olaraq cəzanın yarı müddəti tamam olduqdan sonra müraciət oluna bilər. Bu qayda üzrə daxil olunan müraciətlərə baxılır və müvafiq sənədləşmə aparılır. Artıq yüzdən artıq müraciət daxil olub. Daimi olaraq vətəndaşlar qəbullara gəlirlər, ərizələrini birbaşa göndərirlər, deputatlara müraciətlər edirlər, valideynlər və məhkumlar özləri müraciət edirlər”.
İlin sonunda – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əfv sərəncamının imzalanması ehtimalına gəlincə, Bəxtiyar Əliyev bildirib ki, sərəncamın imzalanmasını hansısa bayramla bağlamaq düzgün deyil: “Bayram ərəfəsində hər kəs istəyər ki, xoş xəbər eşitsin. Buna təbii baxmaq lazımdır. Amma əfv məsələsinin bayramla heç bir əlaqəsi yoxdur. Sənədlərə baxıldıqdan sonra, şübhəsiz ki, bu məsələyə münasibət bildiriləcək”.
Onu da qeyd edək ki, növbəti əfv fərmanı ilə bağlı DİA.AZ-a hökumət içindəki qaynaqlardan ilginc məlumatlar daxil olub. Mötəbər mənbənin bildirdiyinə görə, bəzi dairələr tərəfindən əfv olunacağı barədə xəbərləri yayılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin azadlığa buraxılması şübhə altına düşüb və ümumiyyətlə, gündəmdən çıxarılıb.
Mənbəmiz bunun səbəblərini belə izah edir: В«Fərhad Əliyevlə uzun müddətdir ki, danışıqlar gedir. Və o, əlində saxladığı sərvətindən imtinanın qarşılığında azad oluna bilər. Keçmiş nazir isə yalnız bir neçə müssisəsindən vaz keçib ki, bunun da qarşılığında özünün yox, qardaşı, В«AzpetrolВ» Neft Şirkətinin sabiq prezidenti Rafiq Əliyevin azadlığa çıxmasını tələb edib. Amma onunla danışıq aparan hökumət nümayəndələri keçmiş nazirin istəklərini nəzərə almayıblar və öz şərtlərinin üstündə qalıblarВ».
Mənbənin məlumatına görə, Fərhad Əliyev 31 Dekabr münasibətilə veriləcək əfv fərmanı ilə qardaşının azad olunmasını istəsə də, buna nail ola bilməyib: В«Keçmiş nazir istəyirdi ki, bu dəfə qardaşı azad olsun və özünün Novruz Bayramı ərəfəsində azad olunmasını istəyirdi ki, bu da ona qarşı tərəfə inana bilməsi üçün lazım idi. Amma danışıqlar artıq pozulub. Fərhad Əliyevlə bütün danışıqlara son qoyulubВ».
Mənbəmiz onu da əlavə edib ki, bunun qarşılığı olaraq iki gün əvvəl Fərhad Əliyevin kamerasında saxladığı özəl əşyalar da müsadirə olunub: В«Ona məxsus olan iki mobil telefon və kiçik ölçülü televizor müsadirə olunub. Hətta bu prosesin rəsmiləşdirilməsi üçün penitensiar xidmətin rəhbərliyi şou xarakterli cəza tədbiri də görübВ».
Xatırladaq ki, dünən Fərhad Əliyevin saxlanıldığı 2 saylı cəzaçəkmə müəssisəsində axtarışın aparıldığı və məhbuslardan xeyli sayda mobil telefonların və digər texniki vasitələrin aşkarlanaraq müsadirə olunduğu haqda xəbərlər yayıldı. Və bunun ardından bildirildi ki, bu yoxlamalar 17 saylı kalonda baş verən hadisələrlə əlaqədardır. Amma indi aydın olur ki, əsas nədən Fərhad Əliyevlə bağlı imiş.
Onu da bildirək ki, Fərhad Əliyevlə bərabər eyni ittihamla 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı tutulan digər keçmiş nazir Əli İnsanov da gözlənilən əfv fərmanı ilə azadlığa buraxılmayacaq. Çünki sabiq səhiyyə naziri heç bir şəraitdə əfv ərizəsi yazmayacağını və hakimiyyətə qarşı müxalifətdə dayandığını bəyan edib ki, bu da rəsmi dairələrdə qıcıq yaradıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34 |
|
|
|
| • "Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26 |
|
|
|
| • İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21 |
|
|
|
| • Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09 |
|
|
|
| • AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04 |
|
|
|
| • Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58 |
|
|
|
| • Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42 |
|
|
|
| • ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34 |
|
|
|
| • İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28 |
|
|
|
| • İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05 |
|
|
|
| • Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02 |
|
|
|
| • İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57 |
|
|
|
| • İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58 |
|
|
|
| • "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21 |
|
|
|
| • İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19 |
|
|
|
| • Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05 |
|
|
|
| • ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02 |
|
|
|
| • “Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59 |
|
|
|
| • "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57 |
|
|
|
| • “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49 |
|
|
|
| • Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45 |
|
|
|
| • Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47 |
|
|
|
| • Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43 |
|
|
|
| • İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01 |
|
|
|
| • Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59 |
|
|
|
| • Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28 |
|
|
|
| • Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25 |
|
|
|
| • Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38 |
|
|
|
| • Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35 |
|
|
|
| • Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20 |
|
|
|
| • Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16 |
|
|
|
| • Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13 |
|
|
|
| • "Gül salonum var..."
Dünən, 08:09 |
|
|
|
| • "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05 |
|
|
|
| • Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57 |
|
|
|
| • ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39 |
|
|
|
| • Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30 |
|
|
|
| • Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21 |
|
|
|
| • "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05 |
|
|
|
| • TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58 |
|
|
|
| • Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46 |
|
|
|
| • AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41 |
|
|
|
| • "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35 |
|
|
|
| • "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31 |
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21 |
|
|
|
|