Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                 

"UNİBANK"IN" "TARİXİ-NADİRİ"-İ
Tarix: 15-01-2013, 09:06 | Çap et
"UNİBANK"IN" "TARİXİ-NADİRİ"-İ
ANALOQU OLMAYAN BANK TALANÇILIĞI

2012-ci ilin dekabr ayının əvvəllərindən Unibankın əməkdaşları bütün respublikanı əhatə edən filialları da daxil, küçəbəküçə gəzib əhaliyə bukletlər paylayaraq hamını kredit almağa səslədilər. Yolda-irizdə, işıqforlarda belə... Hətta avtobusda... Kreditin şərtlərini oxuduqda fikirləşdim ki, bəlkə mən səhv edirəm. Belə şərtlər mümkünsüzdür... Yadıma Usdad ŞƏHRIYARIN

"Qorxuram ki, oyun ola,
Millət yenə qoyun ola!"
misraları düşdü.

Buyurun, bukletdə pafosla aşağıdakılar yazılıb:

“ANALOQU OLMAYAN KREDİT ŞƏRTLƏRİ:

Arayışsız, zaminsiz, növbəsiz, girovsuz, faizlərə endirim!!!

İNDİ AL, GƏLƏN İL ÖDƏ!"

Başqa daha maraqlı bir bənd:

“1.13 dekabr 2012-ci il tarixindən 13 yanvar 2013-cü il tarixinə qədər nəğd kredit alana iş yerindən arayış təqdim etmədən;

2.Kreditin müddəti 3-30 ayadək;

3.Kreditin məbləği 300-50000 AZN;

Ətraflı məlumat almaq üçün 117-yə zəng edin".

Bu da 117-nin cavabı

Şirniklənib 117-yə zəng etdim. Bukletlərdə yazılanları təkrarlayıb bildirdilər. Faizlərlə maraqlandım. Telefonda sualları cavablandıran xanım bildirdi ki, Bakı şəhəri üzrə illik faiz 15,2, əyalətlərdə isə 17,6 faizdir. Eşitdiklərimə inanmadım, çünki kommersiya bankı olan Unibank belə faizlərlə əhaliyə kredit verməsini, ancaq xeyriyyəçilik adlandırmaqdan başqa bir ad tapmaq mümkünsüz olduğunu düşündüm. Tərəddüd etmədən Unubankın Yasamal rayon filialına yaxınlaşdım. Bankda gördüklərim və eşitdiklərim məni sözün əsil mənasında şoka saldı. Fikirləşirəm ki, İLAHİ, bu millətin günahı nədir ki, bu qədər rəzil yerinə qoyulur? İnsanların ehtiyac hisslərindən istifadə edərək, aldatmağa açıqdan-açığa cəhd edilir. Bu çağırışlar şəxsi biznes maraqlarından irəli gələrək, çarəsiz olaraq, kredit almaq istəyənlərin, mən deyərdim ki, aldadılması yox, alçaldılmasıdır!

Görünür, göstərilən şərtlərin nəticələrinə aydınlıq gətirəcək dərəcədə savadı olmayanlar isə aldadılırlar. Və həm də dolayısı ilə alçaldılırlar.

Məni aldatmağa cəhd edildi, amma...

Unibank məni heç cür aldada bilmədi. Yalanlarının doğruluğunu izah etmək üçün kredit üzrə 3 mütəxəssis heç cür məni inandıra bilmədilər. Unibank-ın bukletində yazılanlarla, 117 xidmətində deyilənlərin tamamilə əksi ilə qarşılaşdım.

Maraq məni götürdü və özümə söz verdim ki, yalançını son mənzilinə kimi qovum... Və səhər saat 11 radələrindən axşam saat 17 radələrinə kimi növbə gözlədim. Növbə mənə çatdı, əyləşən kimi kredit üzrə mütəxəssis soruşdu ki, başqa banklara borcun var? Sevincək dedim ki, yox. Sevincdən üzümə təbəssüm gəlirdi ki, bu dəfə eşitdiyim cavabdan məyus bir görkəm aldım. Mütəxəssis “bu çox pis”, deyə cavab verdi. Onun “Bu bankdan kredit almaq üçün ən azından 3 banka kredit borcun olmalıdır, yaxud da 3 bankdan yaxın vaxtlarda bağlanmış kreditlərin olması mütləqdir”, deməsi məni əməlli başlı çaşdırdı.

Əvvəlcə eşitdiklərimə inanmadım. Elə bildim ki, qulaqlarım pis eşidir. Məni soyuq qış olsa da, tər basdı. Mütəxəssisə dedim ki, bir dəqiqə dayanın, papağı başımdan götürüm, sonra danışın. Stolu mütəxəssisə tərəf bir az da yaxın çəkdim, başımı açdım və xahiş etdim ki, dediklərini təkrar etsin... Mütəxəssis yenə həmin sözləri dedi, mən də eyni sözləri eşitdim. Sən demə, qulaqlarımda problem yox imiş. Bu sözləri təkrar eşitdikdə, “Əstəğfurullah!!!”, dedim...

Bank mütəxəssisi: “Siz 3 dəfə və daha artıq başqa banklardan kredit almalısınız. Bu halda biz əmin oluruq ki, Siz banklara borc ödəyə bilirsiniz”.

Ekspert mənə baxırdı, mən də ona. Elə bilirdim yuxudayam. Özümü birtəhər ələ alıb, “Lənət şeytana!” dedim və mütəxəssisə sual verdim ki, mən düz eşitdim ki, Sizin bankdan kredit almaq üçün ən azından 3 banka kredit borcun olmalıdır? “Bəli”, -deyə cavab verdi. Soruşdum ki, zarafat edirsiniz? Cavab verdi ki, nə zarafat, şərtlər belədir. Mən də başa düşdüm ki, məhz bu məqam zarafat məqamı deyil. Amma Bankın müştərilərlə zarafat etməsini də aşağıda göstərəcəyəm. Soruşdum ki, niyə məhz borclu, özü də banklara borclu olanlara xidmət edirsiniz? Dedi ki, “Siz 3 dəfə və daha artıq başqa banklardan kredit almalısınız. Bu halda biz əmin oluruq ki, Siz banklara borc ödəyə bilirsiniz”.

Yəni, o biri bankların kreditləri vaxtlı-vaxtında ödənilirsə və ya ödənilibsə, deməli, bu bankın kreditini də ödəyə biləcəyəm.

Mütəxəssisə bunun məntiqsiz, həm də çox riskli və çox ağılsız müqayisə olduğunu başa sala bilmədim. İzah etməyə çalışdım ki, mənim başqa banka borcum yoxdur. Bu o deməkdir ki, mən Sizin banka borcu asanlıqla ödəyəcəyəm. Mütəxəssis “NUH” dedi, PEYĞƏMBƏR demədi. Sonra “Bizdə Qaydalar belədir, vəssalam!” dedi. Mən yenə onu başa salmaq üçün izah etdim ki, bir “razetka”ya bir “troynik” gedir. Ikincisini qoşanda qısa qapanma verir ki, bu dəhşətli yanğın olması deməkdir. Qısa qapanmadan isə o qədər evlər əşyaları ilə külə dönüb ki! Bu, insan amilinə çevirəndə də belə olub. O qədər insan bir neçə banka borclu olduğundan evi də qarışıq hər şeyini satdıqdan sonra borcu ödəməyə gumanı olmadığından intihar edib... Yenə də heç nə başa düşmək istəmədi. Qayda belədir, deyə cavab verdi.

Bankın qaydasız “döyüşü”

Əslində, mütəxəssisdə bir günah yox idi. O, haqlı idi. Unibankın qaydaları belə tənzimlənirdi. Heç nəyin dəyişməyəcəyini gördükdə çarəsiz qalaraq razılaşdım. Soruşdum ki, qohumumun 3 banka borcu var, ona kredit verərsiniz? Mənim suallarımdan bezən biçarə mütəxəssis sevincək dedi ki, ad və soy adını de. Dedim... Kompüterdə baxdı. Əla, 3 banka borcu var. Özü də vaxtlı- vaxtında ödəyir. “Bu başqa məsələ”, -deyə cavab verdi.

Zəng etdim, qohumun özünü hövlnak banka çatdırdı. Əyləşən kimi mütəxəssis sual verdi ki, harada işləyirsiniz? Dedim:

-Axı yazmısınız ki, arayış lazım deyil...

Dedi ki, arayış istəmirik. İş yerinin vəsiqəsinin surətini çıxaracağıq, iş yerinə telefonla müraciət edib, həqiqətən də orada işləyib-işləmədiyini aydınlaşdıracağıq. Dedim ki, bu vətəndaşın sirrinin pozulması deməkdir. Mən bəlkə iş yerində kiməsə bildirmək istəmirəm kredit almağımı. Əlavə etdim ki, arayış gətirmək bundan yaxşıdır. Bunu, ancaq müdiriyyət bilir, vəssalam.

Telefonun dəstəyini kim götürürsə, ondan bankdanıq, Sizin belə əməkdaşınız varmı, vəzifəsi nədir və s. soruşulması ailə sirrinin başqasına dolayısı ilə ötürülməsidir. Yenə də eyni cavab oldu: “Qayda belədir!”

Bukletdə və 117 xidmətində bildirilirdi ki, Bakı şəhəri üzrə faizlər 15,2 hesablanır. Sən demə, bu da yalan imiş. Qaydalara görə müəyyən cədvəl tutulur. Neçə illik kredit verilirsə, kreditin əsas məbləği və onun faizi aylara bölünərək, ödənilir. Yenə aramızda mübahisə yarandı. Bildirdim ki, 117 xidmətindən bildirilib ki, illik faiz 15,2 hesablanır. Bu nədir, cədvəldə aydın olaraq yazılıb ki, illik faiz 26,97 faiz!

Yenə məni başa salmaq üçün digər mütəxəssis də işə qarışdı. Cədvəldəki faizi göstərərək bildirdi ki, “Faiz məbləğinin bölümünə baxın. Birinci ay 69,67 AZN-dır. İkinci ay 65,87 AZN və s. bu ardıcıllıqla faizlər azalır. Axırda 15 faiz qalır!”.

Mən də onlara izah etdim ki, əsas məbləğdən birinci ay ödəniş olduğundan və bu ardıcıllıqla sonrakı aylarda da əsas məbləğdən ödəniş aparıldığından, sonrakı aylarda qalan məbləğin faizi ödənilir. Bü qayda ilə faiz də məbləğə uyğun olaraq azalır, bunu uşaq da bilir, adi hesablamadır, riyazi qanunauyğunluqdur! Axırıncı aylarda əsas məbləğin cüzi hissəsi qaldığından, faiz dərəcəsinin azalması hiss edilməz dərəcədə ola bilər. Amma müəyyən edilmiş cədvəldən aydın olur ki, elə axırıncı ayların da illik faizləri 26,97 faizlə hesablanır. Mən bunu da cədvələ uyğun olaraq mütəxəssislərdən soruşdum. Və 15,2 faizi tərtib edilən cədvəldə göstərmələrini xahiş etdim.

Məni inandıran gəlsin!

Ən axırıncı ayın əsas məbləğinin 121.62 AZN, faizin isə 2.73 AZN olmasını elə illik faizin 26.97 olmasnın sübutudur, dedim. Bunu əsas gətirərək müştəriləri aldatdıqlarını birmənalı bildirdim. Burda da 117 xidmətindən deyiləndən və bukletdə yazılandan fərqli olaraq yalan özünü göstərirdi. Əlavə bukletdə yazılandan fərqli olaraq, 3000 AZN-dan yuxarı kredit üçün zamin tələb edildiyi bildirildi. Bəs yazdığınız nədir? Onlar sualıma susmaqla cavab verdilər. Eləki ay məsələsinə gələndə də bildirdilər ki, birinci dəfə bizim bankdan kredit alana 24 aya qədər kredit verilir! Bu olmadı ki, dedim. Axı, bu zavallının Sizdən əlavə 3 banka da yüksək məbləğlərdə borcu var, yazıqdır, dedim.

Razılaşdılar. 30 aylıq kredit verilməsi planlaşdırıldı. Kreditin verilmə cədvəlinə baxanda yenə mübahisə yarandı. Belə ki, 27 dekabr 2012-ci ildə alınan kreditin aylıq ödənişi 27 yanvar 2013-cü ildə verilməli olduğu göstərilirdi. Əlimdəki bukleti göstərdim: “Bu il al, gələn il ödə!” Bankın açması: “2012-ci ilin dekabr ayında aldığınız krediti 2013-cü ilin yanvarında ödəyəcəksiniz!”

- Bura yazmısınız ki, BU İL AL, GƏLƏN İL ÖDƏ. Bəs bu nədir? Cədvələ əsasən bir ay tamamında ödəniş aparılmalıdır. Cədvəlin yuxarısında isə göstərirsiniz ki, “DİQQƏT!!! CƏRİMƏ! “Kredit alan” kredit ödənişini gecikdirdikdə gecikdirilmiş kreditə görə, hər gecikdirilən gün üçün (kredit müqaviləsinin şərtlərinə uyğun olaraq), gecikdirilmiş kreditin əsas borc məbləğinin 0,5 faizdən 1 faizədək miqdarında cərimə ödəyir”.

Bu halda “Bu il al, gələn il ödə!” çağırışınız nədir?- sualıma çox orijinal cavab məni təbimdən çıxartdı. Kredit mütəxəssisi çox soyuqqanlı şəkildə cavab verdi ki,”Xanım, bunun nəyi yalandır ki? 2012-ci ilin dekabr ayında aldığınız krediti 2013-cü ilin yanvarında ödəyəcəksiniz. Nədən narazısınız? Bu bir il etmir?”

Suala sualla cavab verdim ki, mən qoyuna oxşayıram? Buynuzlarım görünür? Yoxsa quyruğum yerə dəyir?

Əsəblərimin tarıma çəkildiyini görən mütəxəssis tez özünü ələ alaraq, bildirdi ki, bu bir zarafatdır, gərək bunu əvvəldən başa düşəydiniz. Məgər zarafat etmək olmaz?

Təsəvvür edirsinizmi, zarafatı necə müəyyənləşdirib-planlaşdırıblar? Bunun naəlac qalan insanların alçaldılmasından başqa bir şey olmadığını söylədim. Hələ bildirdim ki, Məşədi İbad demişkən, heç hənanın yeridir? İnsanlar tələbatlarını ödəmək üçün hər şeyə əl atdıqları bir zamanda, onların incə hissləri ilə oynamaq və başa düşənlərə isə “Bu bir zarafatdır!” deməyin anlamına varanda düşündüm ki, Usdad Şəhriyar düz qorxurmuş. Sən demə, bu bir oyun imiş... Amma millət qoyun deyil, naəlacdır.

Bankın əhali ilə belə bir zarafat etməsini ağlına belə gətirməyən insanlar sərfəli kredit alacaqları ümidi ilə növbə gözləyirdilər. Foyedə yüzlərlə insanlar-qoca, xəstə, əlil, uşaqlı, hətta hamilə qadınlar da növbə gözləyirdilər. Insanların əyləşməsi üçün isə kifayət qədər oturacaq yox idi. Bütün günüm Bankda keçdiyindən ciyərim yanırdı, su axtardım. Bankın ikinci mərtəbəsində üstündə “mətbəx” yazılan bir qapını açdım. Burada dəhşətə gəldim. Sən demə bu xidmət otağında “mətbəx” sözü, ancaq qapının üstündəki addan ibarətdir. Bura qarderob, qadın və kişi tualetindən ibarət imiş. Fikirləşdim ki, mətbəxi belə olan bankın bukletləri də məhz, başqa cür ola bilməzdi. Başqa filialları, bankın əsas binasını deyə bilmərəm, amma Unibank kommersiya bankının Yasamal filialında eynən yazdıqlarım hökm sürür. Bukletlər isə dediklərimin təsdiqi kimi əlimdədir...

Yeməməkdən ümid yaxşıdırmı?

Əlqərəz, zavallı qohumum 4-cü bankdan da yüksək məbləğdə kredit götürdü, sevinirdi. Bayramı və digər borclarımı yola verərəm, dedi. Amma onu qarşıda nə gözlədiyindən xəbərsiz idi. Mən kredit üzrə ekspertdən soruşdum ki, bu zavallı qadına yazığınız nədən gəlmədi? Təəccüblə, “Başa deşmədim!”, - dedi. Əlavə etdi ki, axı biz ona kredit verdik, özü də ən yüksək məbləği. Cavablandırdım ki, məhz bu halda onu məhvə apardınız. Mənə kredit versəydiniz bir təhər ayda bir dəfə düzüb-qoşub krediti ödəyərdim. Amma bu zavallı ayda 4 dəfə, bir təhər düzüb-qoşmalıdır, dedim. Düz-qoş edə bilməsə bunu intihar gözləmirmi, sualıma çox soyuqqanlı cavab eşitdim: “Öz işidir!”

Həqiqətən də bank əməkdaşı doğru deyirdi. Bu krediti 4-cü dəfə alanın ödəniş edə bilməyəndə intihara əl atması, onun öz işidir. Amma onu buna təhrik edən isə, Unibank olması birmənalıdır. Vətəndaşlara borclu olmadığı halda kredit verməmək, borclu olanlara isə kredit vermək, krediti alan şəxsdən əmək haqqının məbləğini soruşmamaq (bukletdə də yazılıb ki, minimal əmək haqqı: tələb yoxdur), borcu hansı gəlirin hesabına ödəyəcəyini aydınlaşdırmamaq, zamin, girov tələb etməməklə vətəndaşı şirnikləndirib, sonda onun ölümünə səbəb olacaqlarını düşünməmək anlamı birdir. Cəzasızlıq mühitindən maksimum yararlanmaq!

Bu günə kimi gördüyümüz və eşitdiklərimiz belə olub ki, banklar digər banklara borcu olanlara kredit vermirlər. Zaminlə, girovla, az məbləğlərdə isə, şərti girov adı ilə ev əşyalarının siyahısının yazılması, ailə üzvlərinin razılıqlarının alınması və s. hallarla kredit verilir. Bu verilən kreditin ödəniş edilməsi mümkünsüz olan halda riskin azalmasına hesablanır. Unubankın isə verilən kreditin ödənilməsində riskin olmasını bildiyi halda, kredit verməsi başa düşülən deyil. Bütün bunları saf-çürük edəndə belə demək olar ki, ya Unibank “Tarixi Nadiri” tərsinə yazır, yaxud da vətəndaşları bilərəkdən intihara sürükləyir.

Mən bilən, işin içində başqa iş var. KİV-lərdə Milli Bankın açıqlaması yayımlanmışdır. Bildirilirdi ki, 2013-cü ildə kommersiya banklarının Nizamnamə Kapitalı 50 milyon manat olmalıdır. Görünür, Unibankdan belə riskli kreditin verilməsinin arxasında Nizamnamə Kapitalını tənzimləməyə yönəltmək məqsədilə xarici banklardan kreditlərin alınması üçün lazımlı ola bilməsi istisna deyil. Necə deyərlər, öz bizneslərini saxlamaq xatirinə, kimlərisə qurbanlıq etmək kimi faciə barədə belə düşünmək istəməmək də ağlabatandır. Çıxış yolu isə, Allahın əlindədir. Allah bizi kredit intiharlarından hifz etsin.
\ tezadlar \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru