"Soruşmaq ayıb olmasın, Nazirlər Kabinetinin mətbuat xidməti varmı, işləyirlərmi?!" "DİA-AZ" xəbər verir ki, bu ironik sualla özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli çıxış edib.
O daha sonra belə davam edir: "Bir neçə gündür ölkədə, mediada Baş Nazirlə bağlı ciddi iddialar dolaşır, məlumun publik elanı baş verib - amma Nazirlər Kabineti susub, rəsmi açıqlama vermir.
Sual yaranır ki, iddiaları qəbul edib susublar, ya necə?!"









