“Qarabağı müharibə yolu ilə azad edəcəyik, başqa yol yoxdur”.
Tribuna.az xəbər verir ki, bu fikirlərin müəllifi “Erməni Milis” hərbi-vətənpərvərlik birliyinin rəhbəri Albert Bazeyana məxsusdur.
Onun sözlərinə görə, Ermənistan müharibəyə hazırlaşmalıdır. “Qarabağı azad etmək üçün vaxta ehtiyacımız var. Bunun üçün yeni bir hökumət qurulmalı, xarici tərəfdaşlarımızla münasibətlərimizi normallaşdırmalıyıq. Biz gələcək illərdə onların hərbi-siyasi dəstəyi ilə ordunu gücləndirib azad edəcəyik”.








