İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

AZƏRBAYCANA DƏRS KEÇİRLƏR, AMMA...
Tarix: 17-01-2013, 12:49 | Çap et
AZƏRBAYCANA DƏRS KEÇİRLƏR, AMMA...
HƏLƏ ÖZLƏRİNDƏ EDAM CƏZASI VAR

Bir çoxları hesab edir ki, insanların etdikləri cinayətlərə görə həyatdan məhrum edilməsi humanizm prinsiplərinə ziddir. İnsanların islah olunması, cinayətlərdən çəkindirilməsi olmalıdır. Avropa ölkələrinin bir çoxunda məhz bu qaydaya riayət olunur. Ancaq bunun əksini düşünənlər də var. Onlar hesab edir ki, islah olunmayan, qəddar, ağır cinayətlər törədən insanların qətlə yetirilməsi məntiqidir. Qeyd edək ki, hazırda dünya dövlətləri arasında edam mövzusu ilə bağlı “bölünmə” var. Məsələn, hazırda dünyada 70-dən artıq dövlətdə edam cəzası hələ də mövcuddur. 25 ölkədə isə edam cəzası hüquqda mövcud olsa da, son 10 ildə heç kim edam olunmayıb.
Qeyd edək ki, hazırda dünyada ən çox edam cəzaları Çin, İran, Pakistan, ABŞ, Səudiyyə Ərəbistanı, İraq, Vyetnam kimi ölkələrdə həyata keçirilir. Göründüyü kimi, edam cəzaları dünya üzərində müxtəlif coğrafiyalarda yayılıb. Müsəlman ölkələri – İran, Səudiyyə Ərəbistanı, Pakistan, eləcə də xristian ölkələri – ABŞ, Fransa və sair. Həmçinin kasıb ölkələrlə yanaşı, Yaponiya, Sinqapur və sair kimi inkişaf etmiş və ya etməkdə olan ölkələrdə edam cəzaları mövcuddur. Qonşu Türkiyədə edam cəzaları 2002-ci ildə qismən (ağır cinayətlər istisna olmaqla), 2006-cı ildə tamamilə ləğv olunub. 1920-1984-cü illər ərzində Türkiyə Böyük Millət Məclisi 712 edam qərarını dəstəkləyib.
Qeyd edək ki, dünya ölkələrində bir qayda olaraq xüsusi ağır cinayətlər üçün edam cəzaları tətbiq olunur. Amerika Birləşmiş Ştatlarında ölüm cəzası mövcuddur. 1972-ci ildə ölüm cəzasına moratorium qoyulsa da, 1976-cı ildə ABŞ Ali Məhkəməsi ştatlara ölüm hökmünün icrasına icazə verib. Bundan sonra ilk ölüm hökmü 1982-ci ildə Texas ştatında icra edilib. ABŞ-da ölüm hökmü əsasən ağır şəxsiyyət əleyhinə cinayətlərə görə verilir və icrasına görə müxtəlif formalarda olur. Ölüm hökmünün icrasının beş növü var və Yuta ştatında hətta məhkuma bunlardan birinin seçmə imkanı verilir.
1991-ci ildə İnsan Hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasını təsdiq edən 6 saylı protokolda ölüm cəzasının ləğv olunduğu bəyan olunur. Yalnız 3 hal istisna olmaqla, ölüm cəzasının tətbiqi qadağan olunurdu. Bunlar: 1) Qanunsuz zorakılıqdan müdafiə, yəni zəruri özünümüdafiə vəziyyətində; 2) Məhkum saxlanılarkən və ya həbs yerindən qaçmasının qarşısı alınarkən; 3) Qiyam və ya kütləvi iğtişaş zamanı. Dövlətə qarşı həyata keçirilən qiyam və kütləvi iğtişaşın qarşısının alınması ölüm hadisəsinə yol verilə bilər.
Ancaq eyni zamanda müasir dünya praktikasında xüsusi ağır cinayət törədən, qatillər, manyak-qatillər ölüm cəzasına çatdırılır. Eyni zamanda bir sıra ölkələrdə narkotik tacirləri, təcavüzkarlar, hətta bəzi məlumatlara əsasən Çinin bir sıra əyalətlərində oğrular edam cəzasına məhkum olunur.
Qeyd edək ki, hazırda bir çox müsəlman ölkələrində edam cəzası hələ də məhkəmə hökmləri sırasında qalmaqdadır. İran, Səudiyyə Ərəbistanı, Pakistan, İraq, Afrikanın bəzi müsəlman ölkələri edamların tez-tez rast gəlindiyi dövlətlər sırasındadır. Bu isə daha çox həmin ölkələrin qanunlarında şəriət hökmlərinə daha çox müraciət olunması ilə əlaqələndirilir. Dünyada ən çox ölüm hökmünün müsəlman ölkəsində kəsilməməsinə, eləcə də inkişaf etmiş dünya dövlətləri olan ABŞ və digərlərinin hələ də edam hökmündən imtina etməməsinə rəğmən nədənsə məhz edam cəzalarına görə daha çox müsəlman ölkələri qınanır. Məsələ ondadır ki, İslam hüququ klassik formada 3 əsas halda edam hökmünün tətbiqinə icazə verir. Müsəlmanın canına, malına və namusuna təcavüz halında. Yəni klassik formada şəriət məhkəmələri qatilləri, zorlanma və ya qeyri-qanuni cinsi əlaqələr (nikahdankənar münasibətlər) cinayətində iştirak edənləri və nəhayət, qarətçiləri. Sonuncu bənd ev oğurluğu deyil, daha çox ticarət, ziyarət və ümumiyyətlə səfər karvanlarına hücum edən quldurları ehtiva edir. Məsələn, hazırda da Səudiyyə Ərəbistanı məhkəmələrində yol kəsən quldurlar üçün boynu vurulmaqla həyata keçirilən edam hökmü tətbiq olunur.
Bundan başqa, İslamiyyətdən əvvəlki dinlərdə hökm olaraq tətbiq olunan və müsəlman hüquq sisteminə salınan ərli qadının zina etdiyi halda daşqalaq edilərək öldürülməsi hökmü bir sıra müsəlman ölkələrində hələ də mövcuddur. Ancaq son onilliklərdə bu tip edam hökmü demək olar ki, tətbiq olunmur.
Həmçinin, narkotik ticarəti edam hökmü ilə cəzalandırılır. Xüsusən də İranda narkotik tacirləri, bu bəlanın yayılmasında iştirak edənlər üçün məhkəmələrdə ölüm hökmləri çıxarılır. Bu, nisbətən yeni cinayət növü hesab olunur, ancaq bir çox ölkələrdə edamların böyük qismi “ağ ölüm” yayanlara tətbiq olunur. Qeyd edək ki, bütün dövrlərdə qiyamlar, sui-qəsdlər bir qayda olaraq edam cəzaları ilə müşayiət olunub.
Qeyd edək ki, mövzu ilə bağlı söhbət etdiyimiz vəkil Cavad Cavadov ölüm hökmünün tətbiqinə qarşı olanlardandır. Vəkilin fikrincə, Azərbaycanda ədalətli məhkəmə sistemi olmadığı üçün ölüm hökmü çoxlu sayda günahsız insanın edam olunmasına gətirə bilər: “Əvvəla, ölüm hökmünün ona görə əleyhinəyəm ki, hətta demokratik rejimli dövlətlərdə belə məhkəmə səhvləri qaçılmaz olur. Ölüm hökmü tətbiq olunarsa və icra olunarsa sonradan bu səhvin aradan qaldırılması artıq mümkün olmur.
Hazırda keçmiş sovet respublikaları arasında Belarus yeganə ölüm cəzasını saxlayan dövlətdir. Belarus prezidenti Lukaşenkonun bununla bağlı dəfələrlə vurğuladığı əsas arqument odur ki, ABŞ-da bu cəza ləğv olunan kimi o da ölüm cəzasını ləğv edəcəkdir. 2011-ci ilin aprel ayında Minsk metrosunda baş vermiş terrora görə məhkum olunan Dmitri Kanovalov və Vladislav Kovalyov ölüm cəzasına məhkum olunmuşlar, ölüm hökmü 2012-ci ilin mart ayında icra edilmişdir. Hüquq müdafiə təşkilatları həmin şəxslər barəsində məhkəmənin ədalətli məhkəmə araşdırılması prinsipinə uyğun olmadığı qənaətindədirlər”
Cavad Cavadov deyir ki, Azərbaycanda 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulub, 1998-ci ildə isə tamamilə ləğv olunub: “Bu, Avropa Şurasına qəbul olunması üçün Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi məqsədilə edilib.
Ölüm hökmünün ləğv olunması müsbət addım sayılmalıdır, xüsusən bugünkü Azərbaycan reallığında, ədalətli məhkəmə araşdırmasının olmadığı bir vaxtda ölüm cəzasının saxlanılması yolverilməzdir.
Məsələn, statistikaya görə, 1987-ci ildə ABŞ-da 349 səhv ölüm hökmü çıxarılmışdır, bunlardan 25-i artıq icra olunmuşdur. Cinayət Məcəlləsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Lakin statistika onu göstərir ki, ölüm cəzasının mövcud olması cinayətlərin qarşısını almır, yəni qorxuducu nəticəsi yaranmır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru