Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                 

RUS MAFİYASINDAN AZƏRBAYCANA TƏHLÜKƏ
Tarix: 21-01-2013, 11:39 | Çap et
RUS MAFİYASINDAN AZƏRBAYCANA TƏHLÜKƏ
DAĞISTAN XRİSTİANLAŞDIRILIR

Dağıstanın Azərbaycanla sərhəd bölgəsindəki Qızıl Dərə vadisi boyunca çox nəhəng faydalı qazıntı yataqlarının istismarı üçün olirqaxlar arasında qanlı mübarizələr başlayıb. Buraya yerli və Rusiyanın ən zəngin şirkətləri göz dikiblər. 1964-1983-cü illərdə aparılan geoloji tədqiqatlar zamanı bəlli olmuşdur ki, bu bölgədə çox böyük mis mədənləri, digər faydalı qazıntı yataqları mövcuddur. Bölgəyə artan maraqların arxasında duran əsas amillərdən biri də Dağıstanda kimin daha çox istehsal və emal müəssisələrinə sahib olması iddiasıdır. Çünki, hər bir imkanlı şəxs həm də bölgənin əsas söz sahibi kimi başa düşülür.

Yataqlar uğrunda mübarizə

Qızıl Dərə vadisinin ən iri yataqlarından biri Börçi adlanır (sonradan qarşısına Xnov sözü əlavə edilmişdir). Burada Fiy-2 sənayedə çox faydalı olan mis konsentrantı kimi svin və sink, Fiy-1 dəmir sənayesində lazım olan mis, svin və bunun konsentrantının ehtiyatları yetərincədir. Bundan əlavə, Qdım, Tunnel, Suraçay, Boz Mis, Güney Xnov, Oqalmatex, Börçi-1, Börçi-2, Qalaqatxet, Güney yataqlarında mis emalı üçün yetərincə ehtiyatlar vardır. Bundan əlavə sulfid yataqlarının da mövcud olması, misin emalı üçün böyük bir mənbə hesab olunur. Qızıl Dərə yataqlarında sulfid metalı, sink və misin geoloji yataqlarından istifadə üçün hələ 1975-ci ildə 29 saylı geoloji yataqlardan istifadə qanununun 435-ci maddəsinə əsaslanaraq, bu yöndə 1992-ci il 21 fevral tarixində 2395-1 saylı sərəncam əsasında geoloji yataqlardan istifadə hüququnun olması kimi şərtlərə arxlanan bir sıra şirkətlər hal-hazırda bölgədə həmin yataqlar üzərində xüsusi paya sahib çıxmaq üçün hərəkətə keçmişlər.
Geoloqların və ekoloqların etirazlarına və elmi həqiqətlərinə, həyəcan təbili çalmalarına baxmayaraq, Axtı Çay və Samur çayları boyunca, xüsusilə Xnov-Börçi yataqlarına sahiblənmək üçün gərgin rəqabət yaşanılmaqdadır. Ekoloqların bildirdiyinə görə, bu yataqlardan istifadə olunması üçün ilk öncə ekoloji təhlükəsizlik haqqında memorandum imzalanmalıdır. Çünki, bütövlükdə Güney Dağıstan bölgəsində iri sənaye müəssisələri yox dərəcəsindədir. Digər yandan isə Məhərrəmkənd, Axtı, Rutul, Kurax, Xiv, Süleyman Stalski və Doqquzpara rayonları boyunca iri istehsal vasitələrinin yaradılması və bu yöndə bölgənin tamamilə ləzgiləşdirilməsi kimi problemlərə cavab verə biləcək şərtlər də indi həmin yataqların istismarı məsələsində mühüm yer tutur. Bu sırada məşhur milyader və etnik mənşəcə ləzgi olan Süleyman Kərimov 2006-cı ildən indiyə kimi müəyyən təşəbbüsləri irəli sürsə də, hələ ki, bölgədəki yerli klanların və etnomafiyanın tələblərinə uyğun addım atmaqdan yayınmışdır. Çünki, onların şərtlərinə əməl etmək əlavə xərclər deməkdir. Kərimov yaranmış problemin həlli istiqamətində şahmatda olduğu kimi, böyük gedişlər edərək onun sahibi olduğu “Nafta Moskva” holdinqinin uzun müddət baş direktoru olmuş Oleq Lipatovu Dağıstan baş nazirinin 1-ci müavini postuna gətirtmişdir. Ekoloqlar isə bildirirlər ki, Qızıl Dərə yataqlarının ekoloji təhlükəsizliyinə əməl olunmazsa, Dağıstanın bütün güney bölgələri, eləcə də Azərbaycanın quzeyindəki ərazilər və Xəzər dənizi daha ağır təbii fəlakətlərlə üz-üzə qalacaqdır

Metal mafiyası qanunlara güc gəlir

2001-ci il 16 mart tarixində paytaxt Mahaçqala məhkəməsi ekoloq alim Mirzəbəy Alimovun şikayətləri əsasında Qızıl Dərə yataqlarından istifadə və bunun ekoloji təhlükəsi barəsində iddialara baxmış və bölgədəki minerallardan istifadə haqqında istifadənin qanuni olması barəsində qərar qəbul etmişdir. Halbuki, Mirzəbəy Alimov iddia edirdi ki, Axtı Çay və Samur çayı vadiləri boyunca torpaqların erroziyaya uğraması, bunun qarşılığında isə bölgə əhalisinin məcbur olaraq Rusiyanın başqa bölgələrinə miqrasiya etməsi kimi təhlükə yaranacaq. Məhkəməyə Alimov Qızıl Dərə vadisindəki yataqların şaxtalarından ekspertiza üçün nümunələri belə təqdim etmişdi. Onun iddiasında qeyd olunan əsas səbəblərdən biri də Samur çayı vasitəsilə Xəzər dənizinə tökülən çirkli suların miqyası və bunun gələcəkdə törədə biləcəyi fəsadların hesablamaları da yer almışdı. Məhkəmə ərəfəsində isə Alimovu ekoloq-alim kimi deyil, sadəcə Dağıstandakı “balıq mafiyası”nın sifarişlərini icra etməkdə suçlayanlar da peyda olmuşdur.
Qızıl Dərə vadisində mis və digər faydalı qazıntı yataqlarının istismarının tərəfdarlarının bu gün yenidən aktivləşməsi, Süleyman Kərimovun adamının baş nazirin 1-ci müavini təyin olunmasından sonra iddaların daha sərt xarakter alması müşahidə olunmaqdadır. Onlar Dağıstan və Rusiya hökumətini inandırmağa çalışırlar ki, Qızıl Dərə yataqlarının istismarı məsələsində ildə ən azı ağır qarışıq metal ionları qismində 10-12 min ton Xnov-Börçi yataqlarından mis və digər metal yataqlarını istismar etmək mümkündür. Ekoloqlar isə Rusiya prezidentinin 2007-ci il 12 mart tarixində imzaladığı в„– 319 saylı əmri əsas şərt kimi irəli sürürlər. Burada qeyd olunur ki, federal ekoloji təhlükəsizlik stukturları mədənlərdən istifadə halları zamanı təbii aləmin ekoloji təhlükəsizliyinə birbaşa savabdehdirlər və bunu daim nəzarətdə saxlamağa borcludurlar.
Rusiya Texniki Nəzarət və Rusiya Təbii Ehtiyatalara Nəzarət dövlət komitələrinin də müdafiə etdikləri təbii resurslara nəzarəti diqqət mərkəzində saxlamaq üçün ardıcıl şəkildə Güney Dağıstana xüsusi komissiyalarını göndərməsi halları artsa da, hələlik bu problem həll edilməmişdir. Çünki, bölgədəki Fiy-1, Fiy-2, Börçi -1 və Börçi-2 yataqlarının istismarı sahəsində ekoloji təhlükəsizlik haqqında heç kim öhdəlikləri öz üzərinə götürmək istəmir.
Aparılan araşdırmalar zamanı bəlli olmuşdur ki, Qızıl Dərə və Xnov-Börçi yataqlarının istismarında Süleyman Kərimovun ən yaxın biznes ortağı, uzun illərdir çiyin-çiyinə çalışdığı, “Nafta Moskva” holdinqinin əsas maliyyə stukturu hesab olunan “İst” şirkətinin sahibi Alekdsandr Nersis adlı bir erməni daha çox maraqlıdır. Alekdsandr Nersis həm də “Rusiya Erməniləri İttifaqı” idarə heyətinin üzvüdür. Müşahidələrə görə Süleyman Kərimov Qızıl Dərə və Xnov-Börçi yataqlarının istismarının paketlərini ələ keçirəcəyi təqdirdə, Alekdsandr Nersisin komandasındakı erməni geoloqlar və metal sənayesi üzrə mütəxəssislər dərhal hərəkətə keçəcəklər. Beləliklə Ermənistandakı və Azərbaycanın işğal olunmuş ərazilərindəki faydalı qazıntı yataqlarını istismar etməklə Araz çayının həm də ekoloji təhlükəsizliyinə ciddi zərbələr vuran erməni geoloqları bu dəfə Xəzər dənizini və Samur çayını zəhərləməklə regionda digər problemlərin yaranmasında maraqlı tərəf kimi görünürlər. Süleyman Kərimovu isə özünün biznes imperiyasının gəlirlərinin hüdudları maraqlandırır. Buna görə də, bölgədə ekoloqların həyəcan dolusu etirazlarını elə ləzgilərin sırasında müdafiə edənlər də tapılmışlar.

Gizli məqsəd: Dağıstan xristianlaşdırılır

2006-cı il 30 avqust tarixində Qızıl Dərə yataqlarının istismarı üzrə Rusiyanın ən güclü maliyyə dayaqlarından biri olan “Rosİnvest” şirkəti bu yöndə vadiyə məxsus bütün səhm paketlərinin sahibi olmuşdu. Bunun üçün bölgədəki ərazilərdə yerli ləzgi əhalisindən kimin pay torpaqları var idisə, hər sota görə “Rosİnvest” şirkəti 10 min rubl (30 dollar) vəsait ödəmişdi. Heç kimin ağlına gəlmirdi ki, dərəli-təpəli və istifadə olunmayan bu ərazilərin qiyməti birdən-birə min dəfə arta bilər.
“Rosİnvest” bölgədəki yataqların istismarı sahəsində xeyli işlər də görmüşdür. İndi yenicə yaradılmış “Ləzgi Fondu” yerli əhalini səfərbər edərək şirkətə qarşı bir sıra iddialar irəli sürməkdədir. Xüsusilə metal ionlarının ekoloji təhlükəni daha da ağırlaşdırması, insanlar arasında kütləvi şəkildə ağır xəstəliklərin yayılması hallarının artması, torpaqların çirklənməsi kimi halları bəhanə edərək “Rosİnvest”in sıxışdırılması halları müşahidə olunmaqdadır. Çünki, içməli su mənbələrinin laboratoriyalarda təhlili də bunu sübut edir.
2012-ci il 30 mart tarixində “Rosİnvest”ə və onun bölgədəki himayədarlarına qarşı rəsmi dövlət qəzeti olan “Daqestanskaya Pravda” qəzetində belə açıq şəkildə hücumlar təşkil olunmağa başlamışdır. Bundan sonra ləzgilərin nəzarətindəki Respublika Prokurorluğu dərhal cinayət işi açmış və iqtisadi cinayətlər, ekoloji problemlər haqqında araşdırmalara başlamışdır. Bu cinayət işi üzrə “Ləzgi Fondu” prokurorluğa lazım olan bütün istintaq işlərində, sənədlərin hazırlanmasında yaxından iştirak etmişdir. “Rosİnvest” indiki şəraitdə özünü müdafiə etmək üçün “MAX 13862” saylı hüquqi sənədi ortaya qoymuşdur. Bu sənədə görə Qızıl Dərə vadisinə şirkət tərəfindən qoyulan yatırımların miqyası irəli sürülməkdədir.
Süleyman Kərimovun tərəfdarları isə Qızıl Dərə yataqlarının istismarı sahəsində şaxtaların olmaması və müvafiq emal kombinatının tikilməməsi, digər infrastukturların yaradılmaması ittihamlarını irəli sürməyə başlamışlar. İddialarda yer alan səbəblərdən biri də bölgədə 70 milyon kolsedantın torpağa basdırılması, bu səbəbdən də yağmurlar nəticəsində yerin təkindən üzə çıxan ion çirklənmələrinin daha geniş əraziləri əhatə etməsi, heyvandarlığa daha çox zərər verməsi, otlaq örtüklərinin zəhərlənməsi faktı da qabardılmaqdadır. Halbuki, bölgədə belə bir durumun yaranmasının günakarı qismində yerli ləzgi milliyyətindən olan məmurların iştirak etməsi faktına kimsə toxunmur. Çünki, əhalini “Rosİnvest” şirkətinə qarşı üsyana sövq edən də elə həmin məmur mafiyasıdır. Necə deyərlər “dünənə görə sağ ol”, “sabaha görə kim daha çox ödəyəcəksə o, sağ olsun” misalı indi ən çox dəbdə olan fikir kimi səslənməkdədir.
Əslində, Axtı Çay və Samur çayı vadilərinin qorunması və bölgəyə daha çox effektiv şəkildə gəlir gətirə biləcək şirkətlərin dəvət olunması adı altında Alekdsandr Nersisin strateji hədəflərinin gizlinləri də üzə çıxır. Belə ki, son bir ildə Quzey Qafqaz Erməni Kilsələri Şurasının yaratdığı “Güney Dağıstanda qədim xristian abidələri və mədəniyyətinin izləri” qrupu bölgə əhalisini ələ almaq üçün ideoloji baxımdan bir sıra layihələri həyata keçirmişdir. İndi sırada Alekdsandr Nersisə məxsus şirkətlərin bölgədəki yataqların istismarını nəzarətə almaq və uzun müddətə hesablanmış strateji hədəfləri rəsmiləşdirmək kimi amillər yer almaqdadır. Bir sözlə, hər tərəfdən Azərbaycana qarşı ekoloji mühiti ağırlaşdırmaq bu strategiyanın əsas hədəfidir.
Ənvər Börüsoy










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru