Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili .....                     Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür .....                     Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini .....                     GİN-dən “zerkalnı” tender: .....                     Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir .....                     YUXU KİMİ HƏYAT... .....                     "Görün, nə qədər qadın bloger va..," .....                     “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı .....                     Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub .....                     "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." .....                     Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü .....                     Sabiq məmura cinayət işi açıldı .....                     Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. .....                     Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi .....                     Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər .....                     Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi .....                     Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb .....                     ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU .....                     "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." .....                     Ermənistan müdafiə nazirinin müşaviri istefa verib .....                     Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib .....                     Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib .....                     Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb .....                     “Effektivinvest” geriləyir .....                     Azərbaycanda internet ÇÖKDÜ .....                     Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb .....                     “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı .....                     Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir .....                     FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib .....                     Moskva TDT-dən və Astanadan əndişəlidir .....                     Ermənistan Konstitusiyası dəyişir .....                     Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                 

“BDU-NUN 20 ALİMİ BİR YERƏ YIĞILIB DANIŞSA, BU, YENİ BİR İDEYADIR?”
Tarix: 18-11-2011, 17:13 | Çap et
“BDU-NUN 20 ALİMİ BİR YERƏ YIĞILIB DANIŞSA, BU, YENİ BİR İDEYADIR?”

ABEL MƏHƏRRƏMOV YUMDU GÖZÜNÜ...

“Media forum” saytının suallarını Milli Məclisin üzvü, Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov cavablandırır.

- Professor Rafiq Əliyev Dövlət Neft Akademiyasının kafedra müdiri vəzifəsindən çıxarılandan sonra ziyalıların cəmiyyətdəki mövqeyi ilə bağlı müzakirələr daha geniş vüsət aldı. Bakı Dövlət Universitetində çalışan 250-yə yaxın alim isə müraciət yayaraq Azərbaycan Ziyalılar Forumunu və Rafiq Əliyevi ittiham etdi. Niyə belə bir müraciət qəbul etmək qərarına gəldiniz?

- Bakı Dövlət Universitetinin tarixi xidmətləri olduqca böyükdür. Azərbaycanda yalnız maarifçilik, elm və təhsilin inkişafında deyil, həm də dövlətçilik ideologiyasının formalaşmasında, qorunmasında bu universitetin xidmətləri var. Mən BDU-nu elm və təhsil ocağı olmaqla yanaşı həm də bir ideoloji, dövlətçiliyin keşiyində duran mərkəz hesab edirəm. Bu gün hər bir azərbaycanlı, xüsusən də BDU-nun ziyalıları Azərbaycanın inkişafına dəstək verməyi, sabitliyi, dövlətçiliyi, müstəqilliyi qorumağı düşünürlər, bunun yollarını axtarırlar. Ona görə də ölkə ziyalılarına müraciət etmək qərarına gəldik.

Amma bu, birbaşa Dövlət Neft Akademiyasında kiminsə işdən azad olunması ilə bağlı deyildi. Bəyanat dırnaqarası Ziyalılar Forumunun fəaliyyəti haqda idi. Bir neçə ziyalı yığışıb dırnaqarası Ziyalılar Forumu yaradıb, ziyalılar adından ölkədəki vəziyyət, narahatlıq yaradan məsələlər, məqamlar haqda bəyanatlar qəbul edirlər. Hesab edirəm ki, onlar ölkədəki sabitliyi pozmaq, vəziyyəti dramatikləşdirmək, xırda problemləri şişirtmək istəyirlər, fəaliyyətləri, ortaya qoyduqları mövqe və düşüncələri buna xidmət edir.

Əlbəttə, Azərbaycanda uğurlarımızla yanaşı çatışmayan cəhətlər də var. Cənab prezident İlham Əliyev də bunları görür, bəzi sahələrdə olan çatışmazlıqların aradan qaldırılması üçün daim açıq bəyanatlar, tapşırıqlar, sərəncamlar verir. Amma bir məsələni də nəzərə almaq lazımdır ki, inkişaf etmiş ölkələrdə - ABŞ-da, Böyük Britaniyada, Fransada, İspaniyada da belə problemlər var. Son vaxtlar bu ölkələrdə baş verən proseslər hamıya məlumdur. İnsanlar sosial durumlarına, maaşların azaldılmasına etiraz olaraq küçələrə çıxırlar, polis də bunun qarşısını almaq üçün sərt tədbirlərə əl atır. Eyni zamanda başqa problemlər də var.

Azərbaycanın indiki durumunda xırda problemləri dramatikləşdirib önə çəkmək düzgün deyil. Biz hesab edirik ki, ərəb modelinin Azərbaycana gətirilməsi düşüncəsi ilə atılan addımlar qəbuledilməzdir, buna imkan vermək olmaz, ölkəmizdə belə fəaliyyətə yer yoxdur.

Yalnız bu məsələyə deyil, bir ideoloji mərkəz olaraq həmişə Azərbaycanda gedən bütün proseslərə reaksiya veririk. Hesab edirik ki, dırnaqarası Ziyalılar Forumunda olan 20-30 adamın dediyi, verdiyi bəyanatlar Azərbaycan ziyalılarının düşüncəsi deyil. Yalnız BDU-da 300-dən artıq akademik, professor, neçə-neçə deputat var. Mən hələ digər əməkdaşları demirəm. Belə çıxır ki, BDU-nun 20 alimi bir yerə yığılıb danışsa, bu, yeni bir ideyadır?

Əlbəttə, biz yeni ideyalara dəstək veririk. Amma gərək məntiqi ideya olsun. Biz hadisələri dramatikləşdirib ölkədə qeyri-sabitliyə şərait yaratmağın, buna səbəb olacaq addımların atılmasının tərəfdarı deyilik. Ona görə də müraciət qəbul etdik.

Alimlər də bu məsələlərə biganə deyil, öz aralarında müzakirələr aparırlar. Deyirlər ki, dırnaqarası Ziyalılar Forumunda olanlar niyə belə addımlar atırlar, hər şeyi yalnız qara rəngdə göstərən bəyanatlar verirlər. Yığışıb təklif etdilər ki, biz də bir bəyanat qəbul edək. Bunu dövlətlə, ayrı-ayrı adamlarla, o cümlədən Rafiq Əliyevlə bağlamaq lazım deyil. Bizim yaydığımız müraciət BDU ziyalılarının dırnaqarası Ziyalılar Forumunda Azərbaycan dövlətçiliyi əleyhinə səsləndirilən fikirlərə, ortaya qoyulan mövqelərə etirazıdır.

- Amma əksəriyyət belə hesab edir ki, müraciət siyasi hakimiyyətin sifarişi ilə yazılıb və yayılıb. Müraciəti hazırlamamışdan əvvəl siyasi hakimiyyət təmsilçiləri ilə məsləhətləşmələriniz olmuşdumu?

- Bu, siyasi sifariş deyil. Müraciətin hazırlanması da, yayılması da BDU ziyalılarının təşəbbüsüdür. Universitet ziyalıları bütün hadisələrdə, proseslərdə, o cümlədən milli azadlıq hərəkatında öndə olublar. Milli hərəkat BDU-dan başlanıb. Əgər ölkədə ciddi narahatlıq yaradan hadisələr olsaydı, BDU ziyalıları da bu addımı atardılar, buna münasibət bildirərdilər.

Xırda problemlərin olduğunu biz də görürük, buna münasibət bildiririk, mövqeyimizi ortaya qoyuruq. Milli Məclisin komitələrində 2012-ci ilin dövlət büdcəsi müzakirə olunanda mən bır sıra narahatlıq yaradan məsələlərdən danışdım. Yəni heç kim universitetin ziyalılarına nəyəsə münasibət bildirməyi qadağan etməyib, problemi görəndə ona münasibət bildirə bilərlər. Eyni zamanda BDU ziyalılarını kimsə hansısa məsələyə münasibət bildirməyə yönəltmir. Bu, ziyalı mövqeyidir.

Biz məsələləri dramatikləşdirib dövlətçilik əleyhinə yönəltməyin tərəfdarı deyilik. Azərbaycanın bütün dövlətçilik tarixində bugünkü kimi inkişaf dinamikası olmayıb. Bu, Allahın bir şansıdır Azərbaycana verilib. Hazırkı yüksək inkişaf dinamikasına ümummilli liderimiz Heydər Əliyev və cənab prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində nail olunub. Bu gün dünyada 5 minə yaxın millət, xalq var. Amma onlardan yalnız 200-ü dövlət qurub. Bu dövlətlər arasında Azərbaycan irəliyə doğru çox sürətlə gedir. Xarici ölkələrdə səfərdə olanda mənə deyirlər ki, Azərbaycan ərazisinin 20 faizi işğal olunub, müharibə şəraitində yaşayırsız, bir milyon qaçqın var və soruşurlar ki, bəs hazırkı inkişafa necə nail olmusunuz. Hesab edirəm ki, bu problemlərin olmasına baxmayaraq belə bir inkişaf dinamikasına nail olmaq Heydər Əliyev siyasətinin uğuru, İlham Əliyev siyasətinin zirvəsidir. Belə bir məqamda birdən-birə ərəb modelinin Azərbaycana gətirilməsinə çalışmaq, belə bir düşüncə ilə yaşamaq olmaz.

Açıq şəkildə deməliyəm ki, bu adamların əksəriyyəti müxalifət qüvvəsi kimi ordan-burdan, xaricdən qrant alır. Qrant verənlərin də, alanların da məqsədi bu qüvvələri Azərbaycanda gücləndirmək, dövlətçiliyə qarşı fəaliyyətə sövq etməkdir. Bir ziyalı kimi deyirəm ki, bu gün Azərbaycanda sabitliyi qorumaq lazımdır. Dırnaqarası Ziyalılar Forumunun keçirdiyi tədbirlər isə ölkədə siyasi sabitliyi pozmağa yönəlib, buna xidmət edir. Ona görə də onları bu fəaliyyətlərinə son qoymağa çağırırıq.

- Qrant alıb dövlətçiliyə qarşı fəaliyyət göstərənlər kimlərdir?

- Onlar 20-30 nəfərdirlər, şəkilləri bütün qəzetlərdə, saytlarda yayılır. Onlar həmin adamlardır. Bilirik ki, onlar qrantlar alırlar, elmi ezamiyyətlərə gedirlər. Bunlar təsdiqlənmiş məsələlərdir.

- Akademik Cəlal Allahverdiyev bildirib ki, müraciəti xüsusi qeydlə imzalayıb. Professor Qulu Məhərrəmli isə deyib ki, başqa bir müraciətə qol çəkib və orda ziyalılar haqda belə ittihamlar olmayıb...

- Onların hər ikisi müraciətə imza atıb. Müraciətdə imzaları ola-ola niyə belə danışdıqlarını bilmirəm. Onlar gedib dırnaqarası Ziyalılar Forumunda da bir cür, gəlib burada isə başqa formada danışırlar. Bu, ikili mövqe, şəraitə uyğun fikir bildirmək, mövqeyini dəyişməkdir. Əgər qol çəkmisənsə, niyə belə açıqlama verirsən? Cəlal Allahverdiyev müraciətə mənim qəbul otağımda qol çəkib. Kabinetdən çıxanda onu müraciəti imzalayarkən görmüşəm.

- Ziyalılar Forumu son tədbirlərində cəmiyyət və əxlaq, milli barış problemini müzakirə edib. Niyə bu müzakirələrdən narazı qalmısız? Yəni hesab edirsiz ki, cəmiyyətdə heç bir problem yoxdur?

- Elə bir ölkə, cəmiyyət yoxdur ki, orada problem olmasın. Bununla tamamilə razıyam. Xüsusən də Azərbaycan bu gün müharibə şəraitindədir. İnkişaf etdikcə problemlərin sayı da artır. Bir vaxt deyirdik ki, Azərbaycanda dövlətçiliyi qoruyaq. İndi isə elmə, təhsilə ayrılan vəsaitin, müəllimlərin maaşının artırılmasını tələb edirik. Biz də sözümüzü deyirik, tələb edirik. Amma bu, düşmən dəyirmanına su tökmək formasında olmamalıdır. Dırnaqarası Ziyalılar Forumunun fəaliyyəti ərəb modelinin Azərbaycana gətirilməsinə yönəlib, oradan bu tüstü qalxır. Bizi bu narahat edir. Yoxsa ziyalının öz sözünü deməsində heç bir problem yoxdur. Elmin, təhsilin, innovasiya sahələrinin inkişafı haqda təkliflərini yazıb versinlər. Qoy alim kimi öz fikirlərini yazıb təqdim etsinlər. Amma bunu edən yoxdur. Onlar bir qayda olaraq yığılıb deyirlər ki, dövlət düzgün idarə olunmur. Dövlət necə düzgün idarə olunmur ki, bataqlıqdan dünyanın inkişaf etmiş ölkələrinin sırasına gəlmişik.

- Rafiq Əliyev dünyada tanınan və Azərbaycanı dünyada tanıdan alim hesab olunur. İşə gəlməməsini əsas kimi göstərib onun işdən azad olunmasını necə qiymətləndirirsiz? Əksəriyyət belə hesab edir ki, bu, Azərbaycan elminə zərbədir...

- Əsl alim kafedra müdiri olsa da, olmasa da alimdir. Yəni kafedra müdiri olmaqla alimin səviyyəsi, rütbəsi artmır. Əksinə, BDU-da bir neçə kafedra müdiri Boloniya prosesinin tələbləri çərçivəsində bu vəzifəsini yerinə yetirmək istəmədiyinə görə ərizə yazıb vəzifədən gedib. Çünki bu vəzifəni tutanlar səhər saat 9-da işə gəlməlidir və axşam 5-dək işdə oturmalıdır. Kafedra müdirləri heç dərs deməyə də bilərlər. Əgər kimsə dərs demək istəsə, onda əlavə yarımştat işləməlidir və axşam saat 7-dək işdə olmalıdır. Bəzi alimlərimiz də məsələyə sovet rejimində olduğu kimi yanaşırlar. Onlar fikirləşirlər ki, professor olduqlarına görə əvvəllər olduğu kimi yenə də arabir işə gələcəklər, eyni zamanda kafedra idarə edəcəklər. Boloniya prosesi tələbləri ilə hər adam kafedra müdiri ola bilmir. Bunun üçün kafedra müdirinin dərslərdə oturmaq, tədris planları üzərində işləmək üçün vaxtı olmalıdır. Hazırda kafedra müdirlərinin işləri həddən çoxdur. Ona görə də kafedra müdirlərinə dərs demək məsləhət bilinmir. İndi kafedra müdiri bir növ inzibati vəzifə olub. Bəzi köhnə alimlər də bunu qəbul etmirlər.

Belə alimlər BDU-da da var. Mən onun nəyə görə işdən çıxarıldığını konkret bilmirəm. Amma mətbuatdan oxuduğuma görə işə gəlmədiyinə, kafedraya düzgün rəhbərlik etmədiyinə görə işdən çıxarılıb. Bu da ali təhsil ocağının daxili işidir. İşində nöqsanlara yol verən əməkdaşları vəzifəsindən çıxarmaq ali təhsil ocağı rəhbərliyinin qanunu hüququdur. Ümumiyyətlə belə hallar Azərbaycanda, o cümlədən BDU-da var. Kimsə bacarmırsa, gəlib ərizəsini yazıb vəzifədən gedir.

Hesab edirəm ki, Rafiq Əliyevin kafedra müdiri vəzifəsindən çıxarılması qəti şəkildə elm üçün itki deyil. Çünki bu adam alimdir, məqalələr yazırdı, yenə də yazacaq. Bunun niyə dramatikləşdirildiyini mən də başa düşə bilmirəm. Bir neçə ay əvvəl BDU-nun beş prorektoru, bir neçə dekan bir gündə işdən çıxarıldı. Onların bəziləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür, partiya rəhbərliyində fəaliyyət göstəriblər, partiyada tarixi xidmətləri olan adamlardır. Amma heç bu dramatikləşmədi. Onların bəziləri heç ondan əskik alim deyillər. Yaxud təhsil nazirinin üç mavini vəzifədən çıxarıldı. Xalq heç bunu da dramatikləşdirmədi. Çünki ölkədə islahatlar gedir, insanların tutduqları vəzifəni icra etməyə gücünün, enerjisinin çatıb-çatmamasına baxılır.

İmdad ƏLİZADƏ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Bu gün, 18:02
Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Bu gün, 17:49
Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Bu gün, 17:47
GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Bu gün, 17:45
Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Bu gün, 17:42
YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Bu gün, 17:32
"Görün, nə qədər qadın bloger va..,"
Bu gün, 17:14
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Bu gün, 17:04
Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Bu gün, 16:57
"Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:56
Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Bu gün, 16:46
Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 16:45
Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Bu gün, 16:44
Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Bu gün, 16:42
Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Bu gün, 16:18
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 16:13
Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Bu gün, 16:04
ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Bu gün, 15:58
"Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Bu gün, 15:53
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Bu gün, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Bu gün, 15:34
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15
Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14
“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57
Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54
FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50
Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40
Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru