Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                 

ŞAH İSMAYIL XƏTAİNİ MÜZAKİRƏYƏ ÇIXARMAQ DA GÜNAHDIR
Tarix: 22-01-2013, 11:44 | Çap et
ŞAH İSMAYIL XƏTAİNİ MÜZAKİRƏYƏ ÇIXARMAQ DA GÜNAHDIR
"O DÖVRDƏN OYANIŞ BAŞLAYIR"

Bakıya Paris Milli Kitabxanasından qiymətli kitab, sənəd və səsyazılarının surəti gətirilib. Azərbaycanın tarix və mədəniyyətini öyrənmək baxımından ayrıca dəyər daşıyan bu qaynaqlarla daha dolğun tanışlıq üçün AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimovla söhbətləşdik.

- Paşa müəllim, son vaxtlar tapıntılarınız xeyli çoxalıb. Səbəb nədir?

– Ən əsas səbəbi Azərbaycanın müstəqil ölkə olmasıdır. Biz bilirdik ki, xaricdə çoxsaylı əlyazmalarımız var. Mən burada 30 ildən çoxdur ki, işləyirəm. Axtarışlarımız həmişə olub. Sovet dövründə çoxlu qadağalar vardı. Bir yerə gedəndə, Moskvadan getməli və Moskvadan icazə almalıydın. Bir əlyazmadan ötrü nə qədər əziyyət çəkirdik. İndi o qadağalar aradan götürülüb. Ona görə də, xaricdə saxlanan əlyazmalarımızın – yazılı abidələrimizin surətinin ölkəyə gətirilməsi intensivləşib.

– Sovet dövründə əlyazmaların üzə çıxarılmasında dövlət nə dərəcədə maraqlı idi?

– O dönəmdə də elm ciddi inkişaf eləmişdi. İstər şərqşünaslıq, istərsə nizamişünaslıq və s. Klassiklərimizin əsərlərinin surəti də gətirilir və ciddi araşdırılırdı. Sadəcə, o dövrün miqyası ilə indikini müqayisə etmək mümkün deyil. O vaxt heç kimin ağlına gəlməzdi ki, bu sayda əlyazmanı haradansa gətirmək mümkün ola bilər...Çünki hər bir işə çoxsaylı icazələr lazım idi. Həm də xaricə getmək asan deyildi. Sosialist ölkəyə getməyə də icazə tələb olunurdu. Bütün bunlar elmin inkişafına maneə idi.

- Tapıntılarınızla bağlı daim oxucu və dinləyicilərimizə xəbər veririk. Son tapıntının izinə necə düşdünüz?

– Onu deyim ki, tək öz gücümüzə bu işləri görə bilmərik. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, Azərbaycan vətənpərvərləri, hətta səfirliklər bizə kömək edirlər. Harada nəyimiz var – bunu öyrənmək də asan məsələ deyil. Ölkələrin çoxunun əlyazmalar kataloqu yoxdur. Gərək gedib görəsən, kitabxanaları gəzəsən, axtarasan. Bayaq dediyim maneələr aradan qalxsa da, indi maliyyə problemiylə üzləşirik. İnstitutumuz müstəqildir, lakin onun o qədər maliyyəsi varmı ki, dünyanın müxtəlif ölkələrinə getsin, pulla əlyazma alsın? Bir çox ölkələrdə bu iş pulludur.

– Bəs problemi necə çözürsünüz?

– Elə yerlər var, pulsuz ötüşmək olur...Elələri də var ki, həmin ölkədə yaşayan həmvətənlərimiz bu yükün altına girirlər. Dəfələrlə belə olub. Şəxsən mənə Berlində yaşayan həmvətənimiz Məmmədəli Hüseyni çox kömək edir. Öz hesabına bizə dəfələrlə əlyazma tapıb göndərib. Hətta biz bir əlyazma xahiş etdiyimiz halda, gedib ondan da yaxşı bir mənbə tapıb – onu da göndərib. Yəni köməkləşib bu işin öhdəsindən gəlirik.

– Son Paris əlyazmalarını da bu yolla əldə etdiniz?

– Bəli, Parisdə də yaşayan həmvətənlərimiz var... Ən çətini, dediyim kimi, nəyimizin harada olmasını öyrənməkdir. Şərqi Avropada nə qədər əlyazmalarımızın olduğunu son vaxtlar bilmişik. Çexiyadan Nizaminin neçə В«XəmsəВ»sini gətirdik. Polşadan Füzulinin dəyərli əsərlərinin surətlərini əldə etdik. Yəni kömək olmasa, işlər bu səviyyədə görülməz.

– Paris Milli Kitabxanasından tapılan əlyazmaların Bakıya gətirilməsi bir çoxlarında maraq doğurdu. Odur ki, sizinlə görüşmək, daha geniş və dolğun bilgi almaq istədik...

– Yəqin ki, ABŞ-dan aldıqlarımızdan da xəbəriniz var? Doğrusu, yenə Avropadan gözləyirdik, Amerikadan heç yox... Oradan çox zəngin əlyazmaların surətləri gətirildi. Türkiyəli bir dostumuz – Engin Cihad Tekin bizə kömək elədi. Qaldı ki, Paris Milli Kitabxanasının necə izinə düşdük, bilirsiniz, vaxtilə Yusif Vəzir Çəmənzəminli o kitabxanada işləyib, istifadə etdiyi mənbələrə aid sitatları da var. Yusif Vəzir Parisdə xeyli yaşayıb, qardaşı da orada vəfat edib və s. Axtarışlardan sonra məlum oldu ki, orada əlyazmalar – Nizaminin, Füzulinin əsərləri, yazılı dastanlarımız, uyğur əlifbası ilə В«OğuznaməВ», XVI əsrə aid В«ƏlacnaməВ» adlı əsər, XV əsrdə Təbrizdə yazılmış В«Kəlilə və DimnəВ» və s. əsərlər var. Bunların izinə düşmüşdük. Məlum oldu ki, nəinki əlyazmalar, hətta orada şəkillər də var. Fransız fotoqraflar, rəssamlar Bakıda olarkən onun qravürünü, şəklini çəkiblər. Xəzər sahilindən görünüş, şəhərin binaları... İndi o binaları heç tanımazsan. Çünki sonradan Sovet dövründə üstünə mərtəbə əlavə olunub və s. Xəritələr də var. XVIII-XIX əsrlərdə avropalılar və ruslar tərəfindən çəkilmiş xəritələr. Müxtəlif məqsədlərlə. Məsələn, Abşerondakı neft yataqları nə üçün lazım idi? Sərvətimizi öyrənmək, burada alış-verişin yollarını dəqiqləşdirmək istəyirdilər – bunun üçün. Bakıdakı istehkamlar nəyə lazımmış? XVIII əsrdir. İşğal məsələsi qalxıb. Bir yerə gələndə də onun xəritəsini bilmək lazımdır, axı... Xəzərin bütün sahillərinin fransız dilində tərtib olunmuş xəritəsi var. Çar Rusiyası artıq 1872-ci ildə quberniyalara bölünmüş Qafqazın mükəmməl xəritəsini tərtib etmişdi. Burada rusca, fransızca, ingiliscə, hətta latın dilində tərtib edilmiş xəritələr var! Demək istəmirəm ki, bizdə belə xəritələr yox idi. Vardı. Fikrimcə, tariximizi, coğrafiyamızı tədqiq edəndə, bunlar hamısı bir yerdə olmalıdır ki, ortaya gərəkli bir iş çıxsın. Bundan başqa Avropa səyyahlarının əsərləri var. Rafael Duma-nın əski fransız dilində səyahətnaməsi var. Burada nələr əks olunub – Azərbaycanın sərvətləri, hansı şəhərləri var, kimlər yaşayır, mədəniyyəti və ən nəhayət, burada insanlar hansı dildə danışır...Duma yazır ki, nəinki xalq arasında, şəhər və kəndlərdə, hətta İsfahan sarayında belə (İsfahan İranın ortasıdır) insanlar Azərbaycan türkcəsində danışırlar – yüksək vəzifəli şəxslər daxil! Demək, o dövrdə saraylarda danışığın fars dilində olması haqqında əfsanələr şişirtmədir. Blanden adlı səyyahın əsəri В«İrana səyahətВ» adlansa da, Azərbaycandan geniş danışılır. Hə, bir də gətirilənlərin arasında patefon yazıları var. XX əsrin əvvəllərində patefona səs yazmaq hər yerdə mümkün deyildi. Həm də baha olurdu. Parisə gedib çıxmaq hər adamın işi deyildi. İmkanlı adamlar və sponsorların – Bakı milyonçularının köməyi ilə gedirdilər. Yazdırmanın da maliyyəsi baha idi. Kimlərin səsi var? Mahmud Behbudov Şuşinskinin, Şövkət Məmmədovanın. Opera aktrisası xalq mahnıları oxuyur... Yəqin maraq doğuracaq. Çünki bəzi mahnılar bizə tanış gəlmir, unudulub. Tanımadığımız xanəndələr də var. Məsələn, Məhəmməd Zeynal, Məşədi Hilal və b. Bir də, milliyyətcə erməni olan xanəndələrin dilimizdə tərtəmiz oxuduğu mahnılar, şikəstələr var. Qeyri-ixtiyari belə sual doğur adamda – görəsən, bu adamların ana dili nədir? Elə bil ki, Azərbaycan türkcəsidir... Bu bir qənaətdir və açıq danışsaq, dilimiz gözəl, güclü və Qafqazda populyar, asan öyrənilən dil olmasının sübutudur. Hərdən özümüzü də tərifləyək!

İkinci qənaətim – В«Qarabağ şikəstəsiВ»ni Ter Akopov Azərbaycan türkcəsində oxuyur – əla tələffüzlə! Anna Pogosova da həmçinin. Sual oluna bilər ki, bunlar XX əsrin əvvəllərində Qarabağı öz vətənləri sayırdılarsa, bizi qonaq bilirdilərsə, nəyə görə mahnılarımızı bizim dildə oxuyurdular? Deyəsən, özləri də öz yalanlarının fərqindədirlər, amma nəyə isə nail olmaq üçün bu yalanı bütün Avropada yaymağa, təsdiq eləməyə çalışırlar. Nəhayət, nəticə - belə çıxır ki, bizim mahnıları müəyyən mərhələlərlə mənimsəyirlər. Birinci mərhələdə öz dilimizdə oxuyurlar. Bizim hansımız ermənicə mahnı oxumuşuq? Oxuyurlar-oxuyurlar, görürlər ki, gözəl musiqidir, başlayırlar В«Sarı gəlinВ» kimi öz dillərində oxumağa...fikirləşirlər ki, niyə onların mahnısını oxuyaq? Elə edək ki, desinlər bizim mahnımızdır! Beləliklə, birinci mərhələ bizim patefon yazısında var! Tarixi sənədlər yalanın-yalan olduğunu sübut edir!

- Paşa müəllim, səsyazılarını bizə verəcəksinizmi?

- (gülür) Məmnuniyyətlə! Qoy dinləyiciləriniz В«Qarabağ şikəstəsiВ»nə qulaq assınlar...

- Sağ olun. Son sual: Son vaxtlar Şah İsmayılla bağlı müzakirələr, mübahisələr kəsmir. Siz hansı mövqedəsiniz?

- Biz əvvəlki qadağaların olmadığı bir cəmiyyətdə yaşayırıq. Hər kəs istənilən mövzuda danışa bilər. Amma danışarkən nəyə isə əsaslanmaq lazımdır, axı...Deyirəm, bəlkə bizim tarix elmimiz zəifdir, yaxud da fikir söyləyənlər tarixi əsərləri, tədqiqatları oxumurlar? Fikrimcə, Şah İsmayılın tariximizdəki xidmətlərini müzakirə etməyə dəyməz! Şah İsmayılın və Səfəvilərin dövrü Azərbaycan mədəniyyətinin intibah (oyanışвЂ”S.İ.) mərhələsidir. Anadilli ədəbiyyatımızın intibah mərhələsidir! Mənim bütün elmi yaradıcılığım Səfəvilər dövrü elmi abidələrimizin tədqiqinə həsr olunub. Qurtarmaq bilmir! Ana dilimizə elə qol-qanad vermək azdır? Qaldı Osmanlı dövləti ilə ziddiyyətlərə, onu da tarixi mənbələrə baxsaq, sübut olunar ki, Səfəvilərin bu müharibələrin baş verməsində elə bir günahı yox idi. Sübut üçün Şah Təhmasibin təzkirəsini - oradakı məktubları açıb oxumaq yetər. Şah Təhmasibin Sultan Süleymana bir neçə məktubu var. Orada açıqca görünür ki, Sultan Süleyman müharibə istəyir. Şah Təhmasib yazır ki, iki qardaş müsəlman dövlətiyik, vuruşmaq istəmirəm. Şah Təhmasib deyir ki, siz Avropada döyüşəndə, mənə dedilər ki, hücum edib, İstanbula qədər gedə bilərəm, bütün qüvvələr Avropadadır. Mən söylədim ki, onlar kafirlərlə vuruşurlar, mən heç vaxt belə hərəkət edib, müsəlman adıma xəyanət etmərəm. Lakin mən Xorasana gedən kimi sən arxamdan hücum elədin...Və yenə də səndən yox, İbrahim Paşadan inciyirəm. Hə, o paşa indi serialların qəhrəmanıdır (gülüşmə). Şah Təhmasib yazır ki, o da (İbrahim paşa - S.İ.) cəzasına çatacaq! Və təzkirədə yazır ki, necə ki, cəzasına çatdı... Bu uzunmüddətli təzkirədir - illərlə yazılırdı... Səfəvilər neyləməliydi? Oturub gözləməliydi ki, biz dövlət quraq-qurmayaq? Dövlət qurmamaq olardımı? Bu boyda mədəniyyəti oldu onların, dövlət niyə qurulmasın ki? Kitablar ortaya çıxıb. Biz onları tərcümə edəcəyik. Şah İsmayılın məktublaşmaları, sənədləri, əvvəlki Ağqoyunluların, Qaraqoyunluların məktubları, sənədləri... Böyük bir material olacaq. Bunları çap edib ortaya qoysaq, həqiqət də ortaya çıxacaq. Məsələn, belə xoşagəlməz söz yayılıb ki, Şah İsmayılın həyat yoldaşı Çaldıran döyüşündən sonra Osmanlılara əsir düşüb, onlarda yaşayıb... Bu, yalandır! Venesiya səyyahı Mikele Membrenin səyahətnaməsini bu yaxınlarda Oqtay Əfəndiyev tərcümə edib ortalığa qoyub. Oradan məlum olur ki, Taclı xanım heç bir dəfə də Vətənindən qırağa çıxmayıb. Əri - Şah İsmayılın vəfatından sonra oğlunun -Təhmasibin yanında yaşayıb. İtalyan səyyahı bunu yazıb. Bu, bir də iki qardaşın arasını vurmaq kimi bir şeydir. Bəzi məsələlər bilməməkdən irəli gəlir. Düzdür, çox şeylər yazılıb. Məsələn, Oqtay Əfəndiyev В«Səfəvilər dövləti - Azərbaycan tarixiВ»ni yazıb - böyük xidmətdir. Amma bundan qat-qat çox şeylər yazılmalıdır. Bir də, danışanların bir hissəsi heç yazılanları da oxumayıb, məncə. Bax, vəziyyət belədir....
\ azadlıq radiosu \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru