Lavrov İrəvanda Paşinyana ultimatum verib: .....                     Sarkisyanı məhkəmədə sıxırlar .....                     Paşinyan Lavrovla görüşüb .....                     Lavrovdan İrəvanda avantürist açıqlama: Nazir nəyə işarə edir? .....                     “Arkoz Qazax Sement Zavodu”nun dövlətə 5 milyon manata yaxın vergi borcu var .....                     Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib? .....                     "JEK" 31 ədəd qaloş alır .....                     "Evimin təmirinə 100 min pul qoymuşam" .....                     201 nömrəli məktəbdə direktorun müəllimi təhdid etdiyi iddia olunan səs yazısı ilə bağlı araşdırma başlanılıb .....                     Əmisi tərəfindən məhkəməyə verilən məşhur iş adamının şirkətləri ləğv olunur .....                     Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi? .....                     Sizi DAYANDIRANMI VAR? .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi .....                     Polkovnik Şahin Quliyev həbs edildi .....                     Azərbaycan diqqətli olmalıdır: .....                     “300 milyon müsəlman ayağa qalxa bilər” .....                     İçməyənlər də bu həftə “vurmağa” başlayacaqlar .....                     Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır .....                     Bank of Baku-da təyinat olub .....                     “Rabitəbank”da yeni təyinat .....                     "Ərim məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı" .....                     Həmin zabitə 11 il həbs verildi .....                     “Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub .....                     MN-nin 400 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən maliyyə xidmət rəisinə hökm oxunub .....                     Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu .....                     "Əvəz Zeynallıya sahib çıxın!" .....                     İmişli Ağsaqqallar Şurasına sədr seçilib .....                     Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq .....                     "3+3" formatında üçüncü görüş hazırlanır .....                     PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq .....                     AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu .....                     Rusiya yenə özünü .....                     Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər .....                     Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir .....                     Şərq küləyi əsəcək .....                     Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib .....                     Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... .....                     Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? .....                     Bloger Gömrük Komitəsindən şikayət etdi .....                     “Georgi lenti” qalmaqalı böyüdü .....                 

DAHA BİR SUİ-QƏSD XƏBƏRDARLIĞI
Tarix: 23-01-2013, 09:00 | Çap et
DAHA BİR SUİ-QƏSD XƏBƏRDARLIĞI
"KİMSƏ QƏTLƏ YETİRİLƏ BİLƏR"

Seçki ili başlar-başlamaz ölkədə bir sıra gərgin hadisələr yaşandı. Son günlərin əsas müzakirə mövzularından biri də Müsavat Partiyasının başqanı İsa Qəmbərin kortejinə edilən hücum hadisəsidir. Tanınmış vəkil Aslan İsmayılovla da söhbətə bu mövzudan başladıq.

- Əlbəttə ki, bu hədisəni yalnız pis qiymətləndirmək olar. Ona görə ki, tək mən yox, ümumiyyətlə heç kim bu hadisəyə yaxşı baxa bilməz. Bu, ölkədə baş verən qanunsuzluğun, dərəbəyliyin bariz nümunəsidir. Ölkənin aparıcı müxalifət partiyalarının liderlərindən biri ölkə ərazisində üzvləri ilə toplantı keçirmək istəyir, təşkil olunmuş qüvvə onun qarşısını alır, mane olur, maşınını zədələyir, tərəfdaşlarına xəsarət yetirir, yəni xuliqanlıq hərəkəti edir. Əminəm ki, bu məsələdə Lənkəranın həm hüquq-mühafizə orqanlarının, həm də icra hakimiyyətinin rəhbərliyinin xəbəri var. Bu səbəbdən də bu hadisəylə bağlı onlar nəinki işdən azad olunmalı, hər biri cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ona görə ki, belə dərəbəylik olmaz. Bu, sabah başqa hadisələrə yol aça bilər. Əgər buna qanuni cavab verilməsə, sabah başqa insanlar hakimiyyətin istəmədiyi halda da bu cür əməllər edəcəklər, istədikləri hadisəni törədəcəklər, bir qrup o biri qrupun tərəfdarlarını döyəcək və buna da haqq qazandıracaqlar. Çünki hakimiyyət özü belə bir situasiyanın formalaşmasını təşkil edir. Bu gün hakimiyyətin tutduğu mövqeyə bundan başqa ad vermək olmaz.

- Belə çıxır ki, hakimiyyət artıq öz rəqiblərinə zorakı üsullarla təzyiq etməyə başlayıb…

- Bəli, elədir. Əgər bu hadisə hakimiyyət tərəfindən təşkilatlandırılmayıbsa, onda hakimiyyət bir-iki günə o hadisədə təqsirli olan bütün şəxsləri həbs etməlidir. Kimsə buna görə cəzalandırılmayacaqsa, deməli, hadisəni təşkil edən hakimiyyətin özüdür. Yəni, bu çox bəsit bir şeydir və bunu anlamaq üçün dərin biliyə, düşüncəyə sahib olmaq lazım deyil.

- Hüquq-mühafizə orqanları hadisə ilə bağlı rəsmi açıqlama verdi, Lənkəran rayon rəhbərliyini də hadisə ilə bağlılıqlarının olmadığını bəyan elədi. Sizcə, məsələni bununla da ört-bastır etmək mümkün olacaqmı?

- Xeyr. Mən yenə də deyirəm ki, az-çox ağlı başında olanlar üçün bəllidir ki, bu, hakimiyyətin işidir. Yox, əgər belə deyilsə, hakimiyyətin əlində gücü, resursları var. Bu meydan, bu da hadisə, sübut eləsinlər ki, onlarla heç bir əlaqəsi yoxdur. Əgər bunu sübut eləsələr, şəxsən mən Aslan İsmayılov hakimiyyətdən üzr istəyəcəm ki, bağışlayın, sizə böhtan atdım.

- Necə, düşünürsünüz, Azərbaycan hüquq-mühafizə orqanlarından bu məsələ ilə bağlı ədalətli araşdırma, ədalətli mövqeyin ortaya qoyulacağına inanmaq olarmı?

- Mən inanmıram. Əgər ortaya ədalətli mövqe qoyulsaydı, Azərbaycanda haqq-ədalət, qanun olsaydı, Elşad Abdullayevin video-tekası ilə bağlı ortaya çıxan biabırçılıqlar cəzasız qalmazdı. Ona görə də mən bu hüquq-mühafizə sistemindən hansısa ədalətli bir mövqe gözləmirəm.

- Bu hadisəni müxalifətə verilən bir mesaj kimi qəbul eləsək, bunun ardınca hansı hadisələr gələ bilər?

- Əgər müxalifət bunu hakimiyyətdən olan bir mesaj kimi qəbul edəcəksə və buna görə də çəkilib qınına girəcəksə, onda bu müxalifət Azərbaycana lazım deyil. Mən əminəm ki, elə deyil. Bu, sadəcə vətəndaşların gözünü qorxutmaqdır. Başqa oyunlar da ola bilər. Bu dəqiqə Azərbaycanda kifayət qədər oyunbazlar var, amma bu hadisədə zahiri görünən mən dediyim kimidir.

- Seçki ili həssas bir dönəmdir, Sizcə, belə bir addımı atanda həssaslığı nəzərə almayıblar?

- A kişi, elə seçki illəri belə addımlar atılır də… Bu hakimiyyət heç vaxt atdığı addımın nəticəsinin nə olacağını düşünməyib. Ona görə də hər dəfə heç nəyi nəzərə almayıb belə mənfi nəticələrə gətirib çıxaracaq addımlar atırlar.

- Seçki yaxınlaşdıqca bu cür hadisələr təkrarlana bilərmi?

- Ölkədə vəziyyət bu cür davam etsə, hər hansı bir dəyişiklik olmasa, qorxuram ki, seçkiyə əmin-amanlıqla gedib çıxmayaq. İndiki situasiya onu deməyə əsas verir ki, vəziyyət getdikcə pisləşir.

- Yəni, xaotik vəziyyət gözlənilir, proseslər nəzarətdən çıxa da bilər?

- Ola bilər.

- Axı, belə bir vəziyyət hakimiyyətin özünə də sərf eləmir. Hakimiyyətdə bunu anlayan yoxdurmu?

- Hakimiyyətdə bu gün ölkədə baş verənlərin təhlükəli olduğunu anlasalar, vəziyyəti bu həddə gətirib çıxarmazdılar. Bu dəqiqə hakimiyyət reallıq hissini itirib, bir eyforiyadadır. Onlar özlərini xalqın üzərində mütləq qalib hesab edirlər.

- Bu cür vəziyyət xarici qüvvələrin də ölkədə fəaliyyət imkanlarını genişləndirir...

- Bəli. Xarici qüvvələrin Azərbaycanda hansısa hadisələrin törədilməsi ehtimalı da çox yüksəkdir. Əminəm ki, belə bir hadisələr olacaq. Konkret adlarla deyə bilərəm. Həm İran, həm Rusiya, Həm Ermənistan Azərbaycanda olan bu gərginlikdən çox məharətlə istifadə edəcəklər. Tanınmış ictimai-siyasi xadimlərdən kimsə qətlə yetirilə bilər, bundan istifadə edib separatçılıq meyllərini gücləndirə bilərlər, dini-milli zəmində münaqişə törədə bilərlər. Yəni, xarici qüvvələr hakimiyyət ölkədə yaratdığı bu gərgin situasiyadan yararlanıb ölkədə aranı qarışdıra biləcək hadisələr törədə bilərlər.

- Həm hakimiyyət, həm cəmiyyət olaraq bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

- Hər şeydən öncə, həm hakimiyyət, həm də sıravi vətəndaşlar qanuna əməl eləməlidirlər. Ölkədə qanun şah olmalıdır, şah qanun olmamalıdır. Bu zaman istənilən mənfi tendensiyanın qarşısını almaq mümkündür.

- Axı, son dövrlər qəbul olunan qanunların da cəmiyyətin əleyhinə olduğu iddia olunur…

- Ən zərərli qanun qanunsuzluqdan yaxşıdır. Hərçənd ki, son dövrlər qanunlara edilən dəyişikliklər onu göstərir ki, bu qanunları dəyişənlər məntiqi də nəzərə almırlar. Mitinqlərlə bağlı 600 manat, 1000 manat, 30 min manat cərimə nəzərdə tutanları məntiqsizlikdə suçlamaq çox asandır. Ona görə ki, onların məntiqi olsaydı, bu hadisələrə görə 600-1000, yaxud 30 min cərimə tətbiq eləməzdilər. Xuliqanlıq inzibati məcəllədə 50 manatdır, amma mitinqə çıxmağın cəriməsi 500 manatdır. Seçki saxtakarlığının cəriməsi bütün variantlarında 100 manatdan 500 manata qədərdir. Qanunsuz mitinq təşkil eləmək 30 min manat. Uşaqbazlıq, əxlaqsız hərəkətlərin cəriməsi min manata qədərdir, amma mitinqə gedərsən, 2-3 min manat cərimə olunarsan. Ona görə də bu adamlardan məntiqli nəsə gözləməyə də dəyməz.

- Aslan müəllim, son günlərdə əsas gündəm mövzularından biri də Orduda baş verən əsgər ölümləridir. Son hadisə isə xüsusən səs-küylü oldu. Bu barədə nə deyə bilərsiniz?

- Ordu ilə bağlı müzakirələr uzun müddətdir ki, davam edir. Mən obyektiv olmağa çalışıram. Bəziləri elə danışır ki, guya orduda olan bütün zabit-gizir heyətinin hamısı adamyeyəndir. Orduda əksər zabit heyəti şərəfli, vətənini, millətini sevən insanlardır. Amma məlum olduğu kimi, əsgər ölümü kimi faciəvi hadisələrə səbəb olanlar da var. Bilirsiniz, cəmiyyət qapalı ola bilməz. Əgər cəmiyyət bütövlükdə xəstədirsə, deməli, onun ordusu da, polisi də, prokurorluğu da, məhkəməsi də, vergisi də xəstədir. Çox təəssüf ki, bu gün Azərbaycan bütövlükdə xəstədir. Hər şeydən əvvəl cəmiyyət düzəlməlidir. Bu ölkədə çiçəklənən korrupsiyada aradan qaldırılmalıdır. Bu nöqsanları göstərənlərə hakimiyyət, o cümlədən prezident təşəkkür eləməlidir. Amma mən çox təəssüf edirəm ki, prezidentin son çıxışından belə başa düşdüm ki, mən ünsürəm. Ona görə ki, mən orduda olan vəziyyəti tənqid edirəm. Bax, bu yanaşma aradan qaldırılmalıdır.

- Son əsgər ölümünə cəmiyyətdən ciddi reaksiya gəldi, mitinq də keçirildi. Bunu bir oyanma kimi qəbul etmək olar, yoxsa həssas bir mövzu ilə bağlı həmrəylik idi?

- Artıq bıçaq sümüyə dirənib. Həmin etiraz aksiyası sıradan bir oyanma da deyildi. Bu, böyük fəsadlar verəcək bir narahatlıqdır. Ona görə də hakimiyyət bu narahatlığı nəzərə almalıdır, əks təqdirdə qarşısı alınmaz hadisələr baş verə bilər.

- Bəziləri gözləyirdi ki, bu gərginliyi yatırmaq üçün Səfər Əbiyev istefaya göndərilə bilər…

- (Tələsik) Bu gün Səfər Əbiyevi çıxardacaqlar, yerinə ondan betəri gələcək. Hər sahədə elədir. Hansısa bir fərdlər heç nə dəyişmir. Bunun üçün sistem dəyişməlidir. Bilirsiniz, korrupsiya üzərində qurulmuş idarəetmə başqa cür ola bilməz. Ölkədə köklü islahat getmədən, bələdiyyələrə, parlamentə azad, ədalətli seçkilər keçirilmədən, korrupsiyaya qarşı həm vətəndaşlar, həm hakimiyyət tərəfindən mübarizə olmadan ölkədə heç bir dəyişiklik baş verməyəcək.

- Bəs, hazırda Azərbaycanda bu dəyişiklik potensialını görürsünüzmü?

- Görürəm. Azərbaycanda dəyişiklik etməyə kifayət qədər potensial var. Son on ildə on minlərlə gənc xaricdə təhsil alıb Azərbaycana qayıdıblar. Amma onları idarəetməyə cəlb etmək əvəzinə, onlardan balaca YAP-çılar düzəldirlər. Kim daha çox yaltaqlanar, kim daha çox yalan danışar, önə çıxar. Fuad Muradov kimi deputatlar Azərbaycanı bu günə gətirib.

Bu gün Azərbaycanda sahibkarlıq sinif olaraq məhv edilib. Mənim müdafiə etdiyim Zülfüqarlı qardaşlarının qanuni əsaslarla özəlləşdirdikləri əmlaklar əllərindən alınıb. Bunu baş prokuror da, daxili işlər naziri də, milli təhlükəsizlik naziri də, ədliyyə naziri də, Ali Məhkəmənin sədri də bilir, amma hamısı susur.

- Neçə vaxtdır ki, mütəmadi olaraq, hüquq-mühafizə orqanlarında korrupsiyaya qarşı mübarizə adı altında В«təmizləməВ» əməliyyatları gedir. Bu günlərdə prokurorluqda, DİN və digər sistemlərdə bəzi əməkdaşlar cəzalandırılıb. Ümumiyyətlə, bu tədbirləri necə dəyərləndirirsiniz?

- Əzizim, gəlin bunları çox sadalamayaq. Bir bundan qabaq Daşkəsəndə eyni hadisə oldu, əsgərlər qanunsuzluğa görə zabitlərini güllələdi. Orda da komandir korpus vəzifədən çıxarıldı, adamlar həbs olundu, cəzalandırıldı, amma bir keçməmiş yenə həmin hadisə təkrarlandı. Yəni, ayrı-ayrı fərdləri cəzalandırmaqla vəziyyəti dəyişmək mümkün deyil. Bu, keçmiş SSRİ-də olan kampaniyadır. İnsanları aldatmaq üçün bu kimi tədbirlər həyata keçirirlər. Mən bu gün Azərbaycanda baş verənləri görəndə özümü SSRİ-də hiss edirəm. O vaxt da bir problem ortaya qabarıq şəkildə çıxanda insanları sakitləşdirmək üçün bir nəfə qurbanlıq keçi tapırdılar və bütün kanallar onu göstərirdi ki, SSRİ rəhbərliyi necə prinsipial mübarizə aparır. Eyni şey də bizdədir.

- Aslan müəllim, söhbətimizin istiqamətini bir qədər dəyişək. Artıq seçki ili başlayıb, siyasi qüvvələr də müəyyən formada seçkiyə hazırlaşır. Qarşıdan gələn seçkilərdən nə gözləyirsiniz?

- Düzü, seçki ilə bağlı hələ ciddi nəsə görmürəm. Ona görə ki, nə müxalifətdə o gücü hiss edirəm, nə də hakimiyyətdə o həvəsi görürəm ki, ədalətli seçki keçirsin. Ölkəni o duruma gətiriblər ki, nəyinsə müsbətə dəyişməsi üçün artıq böyük qanlar tökülməsi zərurəti meydana çıxıb. Yəni, hakimiyyət bu hərəkətləri ilə müxalifətə və o biri qüvvələrə deyir ki, bizi zor gücünə dəyişə bilməsəz, heç vaxt dəyişməyəcəyik. Bax, mənim gördüyüm mənzərə budur.

- Bəs, müxalifət vəziyyəti dəyişmək imkanları necə?

- Mən müxalifətin də durumunda yaxşı bir şey görmürəm. Eyni əqidə, eyni ideya daşıyıcısı olan, eyni ideyaya qulluq edən adamların hamısı deyir ki, biz demokratıq, qanun pərəstik, Rəsulzadə-Elçibəy yolu ilə gedirik. Amma bu qədər qüvvə ortaq məxrəcə gəlib vahid namizəd, vahid strategiya müəyyənləşdirə bilmirlər. Belə bir şəraitdə bunlardan nə gözləmək olar?

- Bir müddət öncə Sizin də üzvü olduğunuz Ziyalılar Hərəkatı seçki ilində nəsə edə bilərmi?

- Birincisi, Ziyalılar Forumu yarındığı gündən bəyan edirdi ki, o, heç vaxt siyasətə qarışmayıb və qarışmayacaq. Əgər qarışacaqsa da, deməli, indiyə qədər dedikləri yalan üzərində qurulub. Yalan üzərində qurulan nəyinsə müvəffəqiyyət qazanacağına isə heç vaxt inanmamışam.

- İndi də В«ELВ» hərəkatının yaradılmasından danışırlar. Bu hərəkatın namizədinin Eldar Namazov olacağı bildirilir…

- Onda niyə qısaldırlar, elə adını В«ELDARВ» hərəkatı qoysunlar da. Biz da başa düşək ki, Eldar Namazovun hərəkatıdır.

"Reytinq" qəzeti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lavrov İrəvanda Paşinyana ultimatum verib: - Rusiya Ermənistanın “kupça”sını istəyir
Bu gün, 19:08
Sarkisyanı məhkəmədə sıxırlar
Bu gün, 18:24
Paşinyan Lavrovla görüşüb
Bu gün, 18:13
Lavrovdan İrəvanda avantürist açıqlama: Nazir nəyə işarə edir? - GƏLİŞMƏ
Bu gün, 18:11
“Arkoz Qazax Sement Zavodu”nun dövlətə 5 milyon manata yaxın vergi borcu var
Bu gün, 18:08
Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib? - AKTUAL
Bu gün, 18:02
"JEK" 31 ədəd qaloş alır
Bu gün, 17:54
"Evimin təmirinə 100 min pul qoymuşam"
Bu gün, 17:51
201 nömrəli məktəbdə direktorun müəllimi təhdid etdiyi iddia olunan səs yazısı ilə bağlı araşdırma başlanılıb - AÇIQLAMA
Bu gün, 17:44
Əmisi tərəfindən məhkəməyə verilən məşhur iş adamının şirkətləri ləğv olunur - TƏFƏRRÜAT
Bu gün, 17:41
Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi? - ARAŞDIRMA
Bu gün, 17:36
Sizi DAYANDIRANMI VAR? - AKTUAL
Bu gün, 17:32
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi - Kapitan Novruzluya ağır cəza verildi
Bu gün, 17:27
Polkovnik Şahin Quliyev həbs edildi
Bu gün, 17:24
Azərbaycan diqqətli olmalıdır: - Lavrovla Mirzoyanın görüşü erməni əsilli iki nazirin görüşü təəssüratı yaradır
Bu gün, 16:05
“300 milyon müsəlman ayağa qalxa bilər” – Bu ölkə ilə bağlı kritik qərar
Bu gün, 16:02
İçməyənlər də bu həftə “vurmağa” başlayacaqlar – ŞƏRHLİ
Bu gün, 16:00
Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır
Bu gün, 15:54
Bank of Baku-da təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:49
“Rabitəbank”da yeni təyinat - FOTO
Bu gün, 15:44
"Ərim məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı" - TƏFƏRRÜAT
Bu gün, 15:37
Həmin zabitə 11 il həbs verildi
Bu gün, 15:33
“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub
Bu gün, 15:26
MN-nin 400 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən maliyyə xidmət rəisinə hökm oxunub
Bu gün, 15:24
Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu - QALMAQAL BÖYÜDÜ
Bu gün, 13:04
"Əvəz Zeynallıya sahib çıxın!" - ÇAĞIRIŞ
Bu gün, 12:59
İmişli Ağsaqqallar Şurasına sədr seçilib
Bu gün, 12:55
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq - Şərtlər dəyişdi
Bu gün, 12:53
"3+3" formatında üçüncü görüş hazırlanır - Lavrov
Bu gün, 12:51
PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq - ÇÜNKİ...
Bu gün, 12:49
AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu - 1.2 milyon manatlıq razılaşma
Bu gün, 12:44
Rusiya yenə özünü ORTAYA SOXUR
Bu gün, 12:35
Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər - “Eurasia.net”
Bu gün, 12:27
Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir - NAZİRLİK TƏKƏRLƏR ALIR
Bu gün, 12:21
Şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:17
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib - DETALLAR
Bu gün, 12:15
Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... - Uşaqlıq dostunu da UNUTMADI...
Bu gün, 12:13
Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? - MTK-ların ÖZBAŞINALIĞI
Bu gün, 12:04
Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər
Bu gün, 11:59
“Georgi lenti” qalmaqalı böyüdü - Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir
Bu gün, 11:56
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 11:52
Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir - Mirzoyan
Bu gün, 11:44
Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb
Bu gün, 11:40
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər - BU NƏDİ BELƏ?..
Bu gün, 11:35
İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:29
“Park müdiri” Karlen həbsdən çıxdı - Aldatdığı adamlara nazirlik adından zəng etdiribmiş...
Bu gün, 11:23
Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi - İNCƏLƏMƏ
Bu gün, 11:17
Vətən müharibəsi qazisi müşavir təyin edildi - FOTO
Bu gün, 11:15
"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:13
Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... - SÖZARDI...
Bu gün, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru