“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                     İrəvandan Ankaraya "top səndədir" mesajı .....                     Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU .....                     Camalovun xaraba günə qoyduğu Zərdab... .....                     “AtaSığorta” ləğv edilir .....                     İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq .....                     Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                     Rusiya Kiyevi də, Odessanı da tuta bilər .....                     Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı .....                     "Azərpoçt"un rəhbəri işdən çıxıb .....                 

ŞOK: - SUMQAYIT MƏHKƏMƏSİ ƏRLİ QADINI ƏRƏ VERİB
Tarix: 22-02-2013, 12:01 | Çap et
ŞOK: - SUMQAYIT MƏHKƏMƏSİ ƏRLİ QADINI ƏRƏ VERİB
BAŞQA ÖLKƏNIN VƏTƏNDAŞI OLAN QADIN HAQDA İLGİNC QƏRAR ÇIXARILIB

DİA.AZ: - Redaksiyamıza qəribə bir məktub daxil olub. Hazırda Volqoqrad şəhərində yaşayan Flora Güləmir qızı Babayeva Sumqayıt şəhər İnzibati İqtisadi Məhkəməsinin onun xəbəri olmadan onu ərə verməsindən danışır. DİA.AZ-a daxil olan məktubdan aydın olur ki, Zaur Pirverdiyev adlı hakim 2006-cı ildə əri Babayev Sabitdən boşanaraq ba.qasına ərə getmiş bu qadını özünün xəbəri olmadan məhkəmə keçirərək əvvəlki ərinə qaytarıb. Flora xanım dünyada bəlkə də bundan əcaib bir hadisə baş vermədiyini bildirir. Oxucuya məsələ tam aydın olsun deyə həmin məktubu nöqtə -vergülünə toxunmadan dərc edirik.

“Yazıb sizə bildiriərm ki, mən 27.12-1991-ci ildə Qusar rayonunda yaşayan Babayev Sabit Əlibala oğlu ilə ailə qurmuşam. Bu nigahdan bizim üç qız övladımız dünyaya gəlib. Maddi çətinlik üzündən 1998-ci ildə Volqaqrad şəhərinə köçmüşük. Orada mənim anam, iki qardaşım, üç bacım yaşayır. Bir müddət onların himayəsində yaşamalı oldum. Yalnız mən işləməyə başlayandan sonra ailə təminatımız müəyyən qədər ödənildi və biz qohumların himayəsindən çıxdıq. Sonralar işimi daha da genişləndirərək ailənin maddi durumunu tam sabitləşdirə bildim. Mən vətənə dönmək arzusu ilə yaşayaraq, durmadan çalışdığım halda, keçmiş ərim - Babayev Sabit Əlibala oğlu nəinki mənə kömək etmir, əksinə, mənim fəaliyyətimi də səbəbsiz olaraq əngəlləyirdi. O, gah qondurma bəhanələrlə evdə dava-dalaş salır, gah zor tətbiq edib məni döyüb-söyür, gah pulları götürüb mənasız yerlərə xərcləyir, gah araq dostlarını kirayədə qaldığımız və üç qız uşağı olan evə gətirərək hay-küylü ziyafətlər qurur, gah da həftələrlə yoxa çıxırdı. O, ailə başçısı deyilmiş kimi, ailənin heç bir ehtiyacını ödəmir və balalarını düşünmürdü.

2006-cı ilin ortalarına qədər davam edən bu anormal həyat tərzi artıq dözülməz həddə yetmişdi. 2006 -cı ildə onun məndən gizli olaraq iş yeri kimi istifadə etdiyim obyekti (qarajı) bir köhnə minik avtomobilinə dəyişməsi nəticəsində mən işimi və ailənin yeganə qazanc yerini itirdim. Bundan sonra ailəmiz yenidən ciddi maddi çətinliklərlə üz-üzə qaldı. Belə bir şəraitdə o məni boşamaqla hədələdi. Mən üç qız övladı ilə nə etmək və necə yaşamaq haqqında düşündüyüm halda o, ümumiyyətlə, Volqoqraddan yoxa çıxdı. Mən bu zaman yad şəhərdən çıxıb Vətənə qayıtmaq istəyirdim. Lakin köhnə SSRİ pasportumun vaxtı keçdiyindən və Azərbaycanın yeni pasportunu almadığımdan, bu istəyimi də gerçəkləşdirə bilmirdim. Təsəvvür edin, üç azyaşlı uşaq qucağımda küçələrdə qalmış, qohumlarıma da üz tuta bilmirdim.

Bir gün, daha dəqiq desəm, 2007-ci il may ayının sonlarında Sabit Babayev mənim gözləmədiyim halda kirayə qaldığım evə gələrək nigahımızın pozulması haqqında şəhadətnaməni üstümə atıb, məni dilə gətirilməsi mümkün olmayan ifadələrlə təhqir edərək, məndən canını qurtardığını bildirdi. Düzünü deyim, 1998-ci ildən sonra bir dəfə Azərbaycanda olmadığım və məhkəmə tərəfindən heç bir çağırış almadığım halda, guya, Qusar rayon Məhkəməsi bizim nigahımızı pozmuş və bizim ayrılmağımız haqqında qərar çıxarmışdı. Bunun necə baş verdiyini bu günədək anlaya anlaya bilmirəm. Çünki o, bildirirdi ki, guya, məhkəməyə müraciət edib və məhkəmə qərarı əsasında Qusar rayon VVAQ idarəsi nigahın pozulması barədə Şəhadətnaməni ona təqdim edib. Doğrudur, bütün bu proseslərin qanunsuz şəkildə olduğunu bilsəm də, məsələni böyütmədim. Sadəcə olaraq, bu rəsmi boşanmadan sonra övladlarımı necə saxlamaq və böyütmək üçün yollar axtarmağa başladım. Çünki bu şəxs (keçmiş həyat yoldaşım Sabit Babayev) övladlarımızın böyüməsində iştirak etməyəcəyini də qəti şəkildə bildirmişdi. Doğrusu, yuxarıda qeyd etdiyim kimi, nigahda olduğumuz vaxtda da bu adamdan heç bir kömək görməmişdim.

Çox acınacaqlı vəziyyət yaransa da, özümü itirmədim, birtəhər ailəmi dolandıra bildim. Lakin 2007-ci ildə tale sanki məni ikinci dəfə sınağa çəkdi. Volqoqradda yaşayan həmyerlim Baqiyev Fariz Əbdülcəlil oğlu ilə tanış oldum və tezliklə o, mənə ailə qurmağı təklif etdi. Biz 7 iyul 2007-ci ildə onunla rəsmi nigaha girdik. Amma təəsüflər olsun ki, o, mənim övladlarıma ögey münasibət bəslədiyi üçün 2010- cu ildə ayrılmalı olduq.

Sabit Babayevlə nigahımızın pozulmasından 7 il keçəndən və mən bu illər ərzində daha bir dəfə nigahda olub ayrıldıqdan sonra adıçəkilən şəxs müəyyən maraqlarını təmin etmək məqsədi ilə məndən xəbərsiz məlum olmayan yollarla nigahımızı bərpa etmək fikrinə düşüb. Özü də bu işi o özü yox, onun qardaşı Babayev Rahib həyata keçirib. Bu dəfə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi Qusar rayon məhkəməsinin yolu ilə gedərək (adıçəkilən məhkəmə bu gün bildirir ki, ümumiyyətlə belə bir işə baxmayıb) mənim rəsmi razılığım və iştirakım olmadan başqa bir şəxslə mülki nigahda olduğum halda təzədən məni Sabit Babayevə “ərə verib”. Daha doğrusu, 2006-cı ildə pozulmuş nigahı bərpa edib.

Məni təəcübləndirən budur ki, Sabit Babayev bu qanunsuz əməlləri məhkəmə yolu ilə necə gerçəkləşdirib. Bir qədər də açıq desəm, məhkəmə ərdə olan qadını necə, hansı maraqla başqasına ərə verir. Həm gülməli, həm də faciəvi haldır. Bu gün mən başqa bir dövlətin vətəndaşıyam. Elə bu mövqedən çıxış edərək mən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsindən soruşmaq istəyirəm: Mən başqa bir dövlətin - Rusiya Federasiyasının vətəndaşı olduğum halda və mənə heç bir xəbərdarlıq olunmadığı bir vəziyyətdə siz məni necə başqa bir şəxsə “ərə verirsiniz”? Onu da bildirirəm ki, mənim artıq yetkinlik yaşına çatmış övladlarım da məhkəmə tərəfindən mənim hüquqlarımın pozulmasına etiraz edirlər. Vaxtilə Sabit Babayevin mənə qarşı törətdiyi əməlləri görən qızlarım hətta rəsmi şəkildə onların şəxsiyyət vəsiqəsindən bu adamın adının və soyadının götürülməsini tələb edirlər. Mənim günümü qara, arzularımı puç edən, sağlamlığımı əlimdən alan bir adamla hansı hakim və hansı qanunla məni məcburi yaşamağa vadar edə bilər? Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Pirverdiyev bu addımı atanda nə düşünüb? Axı, məhkəməni bu şəkildə oyuncağa çevirmək olmaz!

Hörmətli redaksiya, sizdən çox xahiş edirəm, mənim hüquqlarımın bərpasında, mənə dəymiş maddi və mənəvi ziyanın ödənməsində mənə yardımçı olasınız. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Pirverdiyevin yol verdiyi səhvləri düzəldəcəyinə inanmaq istəyirəm! İstəyirəm inanım ki, Azərbaycann hüquq mühafizə orqanları ayrı-ayrı şəxslərin əlində oyuncaq deyil.
Flora Babayeva
Volqoqrad şəhəri,
(Üç uşaq anası)”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27
28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur - DETALLAR
Bu gün, 09:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru