Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! .....                     Gömrük sistemində rütbə ədalətsizliyi .....                     Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri .....                     ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib .....                     Çimərliyə maşınla girənlərə sərt sözlər: .....                     Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi .....                     Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı .....                     Təmir-tikinti materialları bazarı “od tutub yanır” .....                     Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub .....                     Dəfn müavinəti də hamıya veriləcək: .....                     Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: .....                     “Trampın növbəti şousu” .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı .....                     Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? .....                     Hərbi prokurora müavin təyin olunub .....                     Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? .....                     Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, .....                     Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib .....                     Milli Məclisdə məmurlara etiraz: .....                     Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? .....                     Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı .....                     Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir .....                     "Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb .....                     PKK silahı atdı... QƏLƏMİ TUTDU... .....                     "AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb .....                     “PAŞA Bank”da yeni təyinat .....                     “Beynəlxalq Bankı”ın mənfəəti azaldı .....                     Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib .....                     "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" .....                     Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib .....                     "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" .....                     Cənub-şərq küləyi əsəcək .....                     Razi Nurullayevdən yeni məmurlara etiraz: .....                     "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" .....                     Kremlin Karapetyan planı: .....                     Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... .....                     Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb .....                     TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? .....                     Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır .....                     Cahid Şahbazovla bağlı .....                 

ŞOK: ƏLİ HƏSƏNOV MEDİANI NECƏ YÖNƏLDİR
Tarix: 22-02-2013, 16:01 | Çap et
ŞOK: ƏLİ HƏSƏNOV MEDİANI NECƏ YÖNƏLDİR
DİA.AZ: - Redaksiyamıza zamanında iqtidar mətbuatında külüng vurmuş, lakin sonradan iqtidar düşərgəsindən ayrılmış bir yazarın adından maraqlı bir məqalı daxil olub. DİA.AZ-ın elektron ünvanına göndərilən həmin məqaləni olduğu kimi diqqətinizə təqdim edirik:

“2013-cü il prezident seçkiləri ərəfəsində ictimai-siyasi hadisələrə cəmiyyətin marağının artması, siyasi proseslərə xarici-ideoloji müdaxilənin genişlənməsi yerli kütləvi informasiya vasitələrinin istiqamətləndirici rolunun, onların təbliğat imkanlarının əhəmiyyətini yüksəltmişdir. Bununla belə, aparılan təhlillərə əsasən, siyasi mübarizədə iqtidaryönlü В«YeniAzərbaycanВ», В«KaspiВ», В«ParitetВ», PalitraВ», В«SəsВ», В«AzadAzərbaycanВ», В«MövqeВ» və В«İki sahilВ» qəzetləri zəif intellektual, yaradıcı və siyasi potensial nümayiş etdirməklə radikal müxalifət mövqeyində dayanan dövrü-nəşrlərdən xeyli geri qalmaqdadırlar.

Adı çəkilən dövrü-nəşrlərin rəqabətə davamlı olmaması və özünə oxucu auditoriyası toplaya bilməməsi aşağıdakı əsas səbəblərlə izah olunur:

1. Həmin qəzetlərin В«iqtidaryönlüВ» mahiyyətinin əsasən formal xarakter daşıması, məhdud qrupun siyasi və şəxsi biznes maraqlarına xidmət etməsi.

2. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və bu sahədə şəriki olan ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun iqtidaryönlü dövrü-nəşrləri və mətbuatla əlaqəli dövlət qurumlarını şəxsi nəzarətinə götürməklə təmsil etdiyi qrupun maddi və siyasi maraqlarının təminatına yönəltməsi.

3. Adıçəkilən qəzetlərin tərtibat, mövzu və material baxımından bir-birini təkrarlaması;

4. Bəzi qəzetlərin baş redaktorlarının, mətbuatla əlaqəli dövlət qurumları rəhbərlərinin jurnalistika sahəsində müəyyən təcrübəyə və sosial nüfuza malik olmaması, onların mənəvi-əxlaqi keyfiyyətlərinin, fəaliyyətlərinin ictimaiyyət arasında mənfi qarşılanması.

5. Ayrı-ayrı dövlət məmurlarının və onların nəzarətində olan nəşrlərin radikal müxalifətlə gizli sövdələşmələrdə və hakimiyyət nümayəndələri arasında ziddiyyətlərin yaradılmasında fəal iştirak etməsi.

Həmin nəşrlərin əhali arasında qeyri-populyarlığı onların maliyyə baxımından da qeyri-rentabelli olmasına təsir göstərmişdir. Məsələn, ilyarım öncə qəzet paylayan şirkətlərin tam olaraq Əli Həsənovun əlinə keçməmiş, verilən statistika belə idi – satış köşklərinə göndərilən В«YeniAzərbaycanВ» qəzetinin (tiraj 6074 nüsxə) 78%-i, В«KaspiВ» qəzetinin (tiraj 5000 nüsxə) 96%-i, В«SəsВ» qəzetinin (tiraj 4800 nüsxə) 45%-i, В«İki sahilВ» qəzetinin (həmin dövrdə tirajı 6688 nüsxə) 61%-i alıcısı olmadığı üçün müntəzəm geri qaytarılır. Halbuki, rəsmi və iqtidaryönlü dövrü-nəşrlərlə müqayisədə ən yüksək tiraja malik olan В«YeniMüsavatВ» qəzetinin (tiraj 13100 nüsxə) cəmi 32%-i satış şəbəkəsində realizə olunmamışdır.

Bu müqayisəli rəqəmlər aktuallığını bu gün də saxlamaqdadır, lakin bütün satış şirkətləri Ramiz Mehdiyev - Əli Həsənov cütlüyünə tabe edildiyi üçün bu gün bu rəqəmləri heç kəs dəqiq deyə bilməz.

Yaranmış vəziyyət həmin qəzetlərin əsasən icbari abunə yolu ilə dövlət qurumları və biznes strukturları arasında yayılmasının vacibliyini gündəmə gətirmiş, onların kənar maliyyə mənbələri, donor yardımları hesabına maliyyələşdirilməsinə və bu zəmində dövlət vəsaitinin mənimsənilməsi hallarının yaranmasına imkan vermişdir.

İqtidaryönlü qəzetlərin nəşri və yayılması ilə bağlı maliyyə maxinasiyaları PA-nın şöbə müdiri Əli Həsənovla yaxın münasibətdə olan Ağabəy Əsgərov (В«AzərbaycanВ» nəşriyyatının direktoru) vəВ«AzərmətbuatyayımıВ» Açıq Səhmdar Cəmiyyətinin sədri Süleyman Salmanov (Ə.Həsənovun yerlisi və ali təhsilli kənd təsərrüfatı mütəxəssisidir. Əvvəllər В«KaspiВ» qəzetində yayım üzrə direktor vəzifəsində işləyib) vasitəsilə həyata keçirilir. Nəşriyyatdan alınan məlumata əsasən, В«KaspiВ», ParitetВ», PalitraВ», В«SəsВ», В«AzadAzərbaycanВ» və s. qəzetlərin satış şəbəkəsindən geri qaytarılması əmsalını süni şəkildə azaltmaq məqsədilə onlar sifarişdə nəzərdə tutulduğundan təqribən 10 dəfə az, cəmi bir neçə yüz nüsxə miqdarında çap olunur. Bir çox hallarda isə qəzet köşklərinə formal olaraq, cəmi bir neçə nüsxə qəzet göndərilir. Bakı şəhərində bunu yoxlamaq üçün bir saat ərzində 20-yə yaxın köşkə dəyib sorushmaq kifayyətdir.

Halbuki, həm В«AzərbaycanВ» nəşriyyatının, həmdə В«AzərmətbuatyayımıВ» Açıq Səhmdar Cəmiyyətinin maliyyə sənədlərində həmin qəzetlərin tam tirajla nəşr edildiyi göstərilir. Bu əməliyyat məlum qrupa il ərzində əlavə olaraq böyük miqdarda dövlət vəsaitini mənimsəməyə imkan vermişdir. Digər maliyyə fırıldaqları isə adıçəkilən qəzetlərin abunə kampaniyaları ilə əlaqəlidir. Belə ki, Prezident Administrasiyasından Ramiz Mehdiyevin imzası ilə yerli icra strukturlarına göndərilən illik təlimatlara əsasən, onlar və tabeliklərində olan dövlət təşkilatları adıçəkilən nəşrlərə icbari qaydada abunə yazıldıqları halda, həmin nəşrlər məhdud sayda çap olunduqları üçün rayonlardakı abunəçilərə göndərilmir.

Son illərin təhlillərinə əsasən, Ramiz Mehdiyevin razılığı ilə, Əli Həsənov Azərbaycanın iqtidaryönlü mətbuat vasitələrini və mətbuatla əlaqəli təşkilatları şəxsi nəzarətinə götürməklə ölkənin media maqnatlarından birinə çevrilməkdədir. Bir sıra qəzet redaksiyalarının, radio və televiziya kanallarının maddi imkanları və kadr potensialı, ictimaiyyətə yönəlik siyasəti onun şəxsi nəzarəti altındadır və təbliğatlarını Əli Həsənovun təlimatlarına əsasən qurmaqdadırlar. Prezident Administrasiyasının şöbə müdiri və onun ailə üzvləri eyni zamanda, müxtəlif nəşrlərin hüquqi sahibləridir. Məsələn, В«KaspiВ» qəzetinin təsisçisi Ə.Həsənovun həyat yoldaşı SonaVəliyevadır. PA-nın şöbə müdirinin ailəsinə aid edilən mətbuat vasitələrindən biri dəВ«XəzərВ» radiosudur. Geniş təbliğat imkanlarına malik olan, Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən həmin radiokanalının Əli Həsənovun oğluna məxsus olduğu bildirilir. Xatırladaq ki, Türkiyənin В«SamanyoluВ» televiziyası Azərbaycanda fəaliyyətini dayandırdıqdan sonra onun kadr və texniki bazası üzərində В«XəzərВ» televiziyası və В«XəzərВ» radiosu (103 FM) yaradılmışdır. Milli Televiziya və Radio Şurasının 14 sentyabr 2007-ci il tarixli qərarı ilə В«XəzərВ» TV Məhdud Məsuliyyətli Cəmiyyətinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. Bundan başqa, təsdiqlənmiş məlumata əsasən, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Aışanov vəzifədə qalması məqsədilə himayədarı Əli Həsənova hər ay 50 000 manat məbləğində pul ödəməkdədir. Eyni zamanda, Ramiz Mehdiyevə da aylıq ödəmələr həyata keçirilir.

Əli Həsənovun dostu və biznes ortağı olan Vüqar Səfərli Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna icraçı direktorutəyinolunduqdansonrabuqurumhəmiqtidaryönlü, həmdə müxalifətjurnalistləriarasındaciddikorrupsiyamənbəyikimitanınmaqdadır.

Prezident Administrasiyasının şöbə müdirinin nəzarətində olan regional xarakterli iddiaları ilə seçilən В«SəsВ» qəzetinin В«ƏlincəВ» Xeyriyyə Cəmiyyətinin В«orqanıВ» kimi təqdim edilməsi, lakin Yeni Azərbaycan Partiyasının loqosu altında nəşr olunması ictimai-siyasi təşkilatların statusuna dair Azərbaycan qanunvericiliyinin tələblərinə ziddir və ictimai təşkilata məxsus qəzetin YAP-ın qeyri-rəsmi orqanı kimi fəaliyyət göstərməsindən xəbər verir. Qəzetin səhifələrində В«ƏlincəВ» Cəmiyyətinin üzvlərinə geniş yer verməsi YAP daxilində müəyyən siyasi qruplaşmaların mövcudluğundan xəbər verir.

Maraq doğuran məqamlardan biri Əli Həsənov В«Yeni MüsavatВ» qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında yaranmış mənafe birliyidir. Müxalifətyönlü kütləvi informasiya vasitələrindəki mənbələrdən alınan məlumata əsasən, В«Yeni MüsavatВ» qəzetində Azərbaycan Respublikası Prezidenti, onun ailə üzvləri və yaxınlarının ictimai nüfuzdan salınması məqsədilə kəskin tənqid olunması həvəsləndirildiyi halda, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov barəsində hər hansı bir mənfi materialın dərc edilməsi qadağandır. Hətta, müxalifət funksionerlərinin onun barədə tənqidi fikirləri yalnız baş redaktor R.Arifoğlu tərəfindən ciddi В«düzəlişВ» və ixtisar edildikdən sonra nəşr oluna bilər. Eyni zamanda, В«ParitetВ», PalitraВ», В«Azad AzərbaycanВ», KaspiВ» qəzetlərində R.Arifoğlunun açıq tənqidinə də yasaq qoyulmuşdur. Müxalifət düşərgəsi Əli Həsənovun həvəslə В«Yeni MüsavatВ» qəzetinə müsahibələr verməsini də onlar arasındakı siyasi və maliyyə birliyi ilə əlaqələndirirlər. Belə ki, təhlil zamanıВ«Yeni MüsavatВ» qəzetində Əli Həsənova dair siyasi qadağanın bəzi maliyyə səbəbləri müəyyən edilmişdir. Onun kurasiyasında olan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ayrı-ayrı qəzetlərə ayırdığı maliyyə yardımının məbləğinə görə, В«Yeni MüsavatВ» qəzeti PA-nın şöbə müdirinin nəzarətində olan aparıcı iqtidaryönlü nəşrlərlə yanaşıdır və bu amil В«qarşılıqlı faydalı əməkdaşlığaВ» dair şübhələrə aydınlıq gətirilməsini tələb edir. Məsələn:

2009-cu ildə qrant müsabiqəsinin qalibləri: В«SəsВ» qəzeti; В«KaspiВ» qəzeti; В«PalitraВ» qəzeti; В«ParitetВ» qəzeti; В«Yeni AzərbaycanВ» qəzeti; В«Yeni MüsavatВ» qəzeti; В«Azad AzərbaycanВ» qəzeti; В«SəsВ» İnformasiya Agentliyi; В«AzadinformВ» İnformasiya Agentliyi.

2009-cu ildə Milli Mətbuat günü ilə bağlı yardım (10 min manat məbləğində): В«Azad AzərbaycanВ» qəzeti; В«Yeni AzərbaycanВ» qəzeti; В«AzadinformВ» İnformasiya Agentliyi; В«Yeni MüsavatВ» qəzeti; В«KaspiВ» qəzeti; В«PalitraВ» qəzeti; В«ParitetВ» qəzeti; В«SəsВ» qəzeti; В«SəsВ» İnformasiya Agentliyi.

2010-cu il üçün yardım (qəzetlərə - 20 000 manat, agentliklərə – 10 000 manat məbləğində): В«Azad AzərbaycanВ» qəzeti; В«AzadinformВ» İnformasiya AgentliyiВ»; В«Yeni MüsavatВ» qəzeti; В«İki sahilВ» qəzeti; В«KaspiВ» qəzeti; В«PalitraВ» qəzeti; В«ParitetВ» qəzeti, В«SəsВ» qəzeti; В«SəsВ» İnformasiya Agentliyi; В«Yeni AzərbaycanВ» qəzeti.

2011-ci ilin ikinci yarısı üçün yardımlar: В«Yeni AzərbaycanВ» qəzeti - 40 000 manat; В«SəsВ» qəzeti - 40 000 manat; В«KaspiВ» qəzeti - 40 000 manat; В«MövqeВ» qəzeti (təsisçisi Vüqar Səfərlidir) - 40 000 manat; В«Yeni MusavatВ» qəzeti - 40 000 manat; В«PalitraВ» qəzeti - 30 000 manat; В«ParitetВ» qəzeti - 30 000 manat.

2012-ci ilin I yarısı üçün yardımlar: В«Yeni AzərbaycanВ» qəzeti 50 000 manat; В«SəsВ» qəzeti - 50 000 manat; В«KaspiВ» qəzeti - 50 000 manat; В«Yeni MüsavatВ» qəzeti - 50 000 manat; В«ParitetВ» qəzeti - 30 000 manat; В«PalitraВ» qəzeti - 30 000 manat; В«AzadlıqВ» qəzeti - 30 000 manat; В«Azad AzərbaycanВ» qəzeti - 30 00 manat.

2012-ci ilin II yarısı üçün yardımlar: В«Yeni AzərbaycanВ» qəzeti - 50 000 manat; В«SəsВ» qəzeti - 50 000 manat; В«KaspiВ» qəzeti - 50 000 manat; В«Yeni MüsavatВ» qəzeti – 50 000 manat; В«ParitetВ» qəzeti - 30 000 manat; В«PalitraВ» qəzeti - 30 000 manat; В«AzadlıqВ» qəzeti - 30 000 manat; В«Azad AzərbaycanВ» qəzeti - 30 000 manat.

Fondun formal tədqiqat mövzuları əsasında Ə.Həsənovun özünə yaxın bildiyi dövrü-nəşr və jurnalist təşkilatlarına saxta yardımları paylamasına dair digər faktlar da mövcuddur. 2010-cu ildə qəzet və jurnalist təşkilatları layihələrinin maliyyələşdirilməsi ilə bağlı keçirilən müsabiqənin nəticələrinəgörə, В«SəsВ» qəzeti В«Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi sahəsində dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında effektiv əməkdaşlığın qurulmasına informasiya dəstəyiВ» layihəsiüçün 12 000 manat; В«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terrorizmi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıВ» istiqaməti üzrə müsabiqədə qalib çıxan, lakin xarici auditoriyaya çıxışı və əcnəbi dillərdə çap variantı olmayan В«ParitetВ» qəzeti 12 000 manat; В«Azad AzərbaycanВ» qəzeti В«Jurnalist yaradıcılığında informasiya və kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqinə dəstəkВ»üçün 7000 manat; В«AzadinformВ» agentliyi В«KİV-də ekoloji maarifçiliyinin dəstəklənməsiВ» üzrə fəaliyyətə görə 10 000 manat; В«Yeni AzərbaycanВ» qəzeti В«Ekologiya iliВ» çərçivəsində həyata keçiriləcək tədbirlərin icrasına informasiya dəstəyinə görə 12 000 manat; В«SəsВ» İnformasiya Agentliyi В«Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsi və təbliğinə kütləvi informasiya vasitələrinin dəstəyiВ» üçün 12 000 manat; В«KaspiВ» qəzeti В«Azərbaycanın dövlətçilik tarixinin təbliğiВ» üçün 12 000 manat; В«PalitraВ» qəzeti В«Elmin aktual problemlərinin müzakirəsi və işıqlandırılmasıВ» üçün 12 000 manat məbləğində maliyyə vəsaiti almışdır. Qeyd etmək lazımdır ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun indiyədək keçirdiyi müsabiqələrin daimi qaliblər isırasında Vüqar Səfərlinin təsisçiçi olduğu В«MövqeВ» qəzeti və onun əməkdaşları da vardır. Belə ki, fondun icraçı direktoru ictimai qınağa məhəl qoymadan oğlu Seymur Səfərlinin (hazırda В«MövqeВ» qəzetinin baş redaktorudur) В«Nadir və nəsli kəsilmək təhlükəsində olan flora növlərinin mühafizəsiВ» məqaləsini AR Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi ilə birgə keçirilən müsabiqənin qalibi elan edərək pul mükafatına layiq görmüş və bu da jurnalistlər arasında ciddi narazılığa səbəb olmuşdur.

Maraqlıdır ki, siyahıda daimi yerini tutan В«Yeni MüsavatВ» qəzetinin 12 000 manata dəyərləndirilən layihəsi Fond rəhbəliyi və himayədarlarının radikal müxalifət düşərgəsinin bəzi nümayəndələri arasında qapalı maddi və siyasi mənafe birliyinin olması barədə ehtimalları bir daha təsdiqləməkdədir. Belə ki, qəzetin baş redaktoru Rauf Arifoğlunun В«Münaqişələrin kütləvi informasiya vasitələrində işıqlandırılmasıВ» (təqdim olunan sənəddə hansı münaqişələrin şərh olunacağı nədənsə göstərilməmişdir) mövzusun da layihəsi В«Yeni MüsavatВ» qəzetinin ölkədaxili siyasi qarşıdurmaların, xüsusilə hakimiyyət təmsilçiləri arasında ziddiyyətlərin dərinləşdirilməsində ənənəvi fəaliyyətinin həvəsləndirilməsinə maliyyə dəstəyi vermişdir. Qeyd etmək lazımdır ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin və təşkilatın kuratoru Əli Həsənovun В«Yeni MüsavatВ» qəzeti ilə əlaqələri bununla kifayətlənmir. 2012-cü ilin noyabr ayının 19-dan 25-dək Fondun təşkilatçılığı və maliyyə dəstəyi ilə Türkiyəyə təşkil olunmuş işgüzar səfərdə (qrup rəhbəri V.Səfərli) ənənəvi heyətin tərkibində В«PalitraВ», В«ParitetВ», В«KaspiВ» qəzetlərinin rəhbərləri ilə yanaşı В«Yeni MüsavatВ» qəzetinin baş redaktoru R.Arifoğlunun da daxil edilməsi В«gözlənilməzВ» deyildir.

Vüqar Səfərlinin karyera yüksəlişi də maraqlı faktlarla zəngindir. 1981-ci ildə BDU-nun mexanika-riaziyyat fakultəsini bitirən, mədəniyyət və incəsənət sahəsində heç bir xidməti və ya iş təcrübəsi olmayan, əvvəllər В«AzərmətbuatyayımıВ» Açıq Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışanV.Səfərlinin В«əməkdar mədəniyyət işçisiВ» fəxri adına layiq görülməsi cəmiyyətdə birmənalı qarşılanmamış, onun Əli Həsənova göstərdiyi xidmətlərin - adıçəkilən səhmdar cəmiyyətinin PA-nın şöbə müdirinin şəxsi maliyyə maraqlarının ödənilməsinə verilməsinin əvəzi kimi dəyərləndirilmişdir. Onu da xatırladaq ki, V.Səfərli sabiq deputat Gülər Əhmədovanın məhkəmə qalmaqallarının da iştirakçılarından biridir. G.Əhmədovanın iddiası əsasında cinayət məsuliyyətinə cəlb olunmuş В«XuralВ» qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesində Fond rəhbəri zərərçəkmiş şəxs qismində iştirak etmişdir. Ə.Zeynallının qəzet səhifələrində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu qeyri-qanuni maliyyə əməliyyatlarında, dövlət vəsaitini mənimsəmədə və saxta yaradıcılıq müsabiqələri keçirməkdə ittiham etdiyinə görə məhkəmə cavabdeh şəxsin 5000 manat məbləğində maddi təzminat ödəməsi barədə qərar çıxarmışdır.

Ramiz Mehdiyev və Əli Həsənovun bilavasitə nəzarətində olan və yarıtmaz fəaliyyəti ilə ictimai qınaq obyektinə çevrilən dövlət qurumlarından biri də Milli Televiziya və Radio Şurasıdır. Şuranın rəhbər heyəti (başda sədr olmaqla) Əli Həsənovun dostları və yaxın qohumlarından, biznes ortaqlarından ibarətdir. Belə ki, Şuranın 6 üzvündən 4-ü ona yaxın münasibətləri ilə seçilir. Məsələn:

Nuşirəvan Məhərrəmov: Əli Həsənovun tələbəlik dostudur. Moskva Dövlət Universitetinin tarix fakultəsində eyni vaxtda təhsil almışlar. Ə.Həsənov 1996-cıildə PA-ın ictimai-siyasi şöbəsinə müdir təyin olunduqdan sonra həmin struktura gətirilmiş, böyük referent, sektor müdiri vəzifələrində çalışmışdır. N.Məhərrəmli məhz Ə.Həsənovun yardımı ilə 2003-cü ildə Milli Televiziya və Radio Şurasına sədr təyin olunmasını gizlətmir.

Sona Vəliyeva: Əli Həsənovun həyat yoldaşıdır. İxtisasca mədəni-maarif işçisidir. 1995-1999-cuillərdə Əlincə Xeyriyyə Cəmiyyətinin В«SəsВ» qəzetində müxbir işləmiş, 1999-cu ildən В«KaspiВ» qəzetinin təsisçisidir. 2005-ci ildə jurnalistika sahəsində fəaliyyətinə görə В«TərəqqiВ» medalına layiq görülmüşdür. 2007-ci ildən Milli Televiziya və Radio Şurasının üzvüdür.

Əlvan Ağayev: Ə.Həsənovun qohumu və biznes ortaqlarından biridir. Mətbuat, xüsusilə televiziya işində heç bir təcrübəsi yoxdur. Xalq Təsərrüfatı İnstitutunun əmtəşünaslıq fakultəsini bitirmiş, Şərur rayonunda tikinti sahəsində fəhlə, komisyon ticarəti idarəsində tədarükçü, ərzaq malları üzrə əmtəəşünas, təftişçi, baş əmtəəşünas vəzifələrində çalışmışdır. 1996-cı ildə Əli Həsənovun yardımı ilə В«AzərkitabВ» Birliyinin baş direktoru vəzifəsinə təyin olunmuş və çalışdığı müddət ərzində Bakıda birliyin balansında olan kitab mağazaları binalarının qeyri-qanuni satışı və özəlləşdirilməsi ilə məşğul olmuşdur. Ə.Ağayev 2003-cü ildə Milli Televiziya və Radio Şurasına üzv təyin olunmuşdur. 2008-ci ildə В«TərəqqiВ» medalını almışdır.

Məmməd Cəfərov: Əli Həsənovun qohumudur. Biznes aləmində В«QaraВ» ləqəbi ilə tanınır və Ə.Həsənovun şəxsi maliyyə işlərinə nəzarət edir. Qeyri-adi yüksəliş karyerasına malikdir. İxtisasca kitabxanaçı olsa da, 1999-2001-ci illərdə Bakının Xətai rayonunda mənzil istismarı sahəsinin rəisi, 2002-2003-cü illərdə AR Ekologiyavə Təbii Sərvətlər Nazirliyində müfəttiş vəzifəsində çalışmışdır. Cəmi bir il ərzində (2004-cü ildən 2005-ci ilə kimi) В«KaspiВ» qəzetində müxbir vəzifəsində işlədikdən dərhal sonra Ə.Həsənovun himayəsi ilə Milli Televiziya və Radio Şurasına üzv təyin edilmişdir.

Aslan Xəlilov: Ə.Həsənovun tələbəlik dostudur. Moskva Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. Jurnalistika sahəsində fəaliyyət göstərməmişdir. 2003-cü ildən etibarən Milli Televiziya və Radio Şurasının üzvüdür.

Beləliklə, görsəndiyi kimi bu şəbəkə birbaşa Ramiz Mehdiyevin nəzarətindədir və Əli Həsənova tam olaraq sərbəstlik verilib. Bununla belə, bir tərəfdən lazımi maliyə ayrıldığı tərəfdən, digər tərəfdən bu pullar cütlük tərəfindən yağmalanır, nəticədə isə hakimiyyəti təbliğ edən qəzetlər sədəcə fantom olaraq qalır.
Bu sıraya hələ jurnalistlər üçün tikilən evdən yazmıram, çünki bu məsələ hələ aydınlaşdırılmalıdır. Bu evdə olan mənzilləri bütün jurnalistləri diz çökmüş vəziyyətdə saxlanması üçün də istifadə edilir”.

Yazıda adları keçən bütün tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 18:07
Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Bu gün, 18:06
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Bu gün, 17:58
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Bu gün, 17:44
Çimərliyə maşınla girənlərə sərt sözlər: - “Əllərinə bir az pul keçib, görməmişlər…”
Bu gün, 17:42
Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi
Bu gün, 17:35
Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı - QALİBLƏR
Bu gün, 17:28
Təmir-tikinti materialları bazarı “od tutub yanır” – Qiymətlər kəllə çarxa çıxdı!
Bu gün, 17:25
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Bu gün, 17:21
Dəfn müavinəti də hamıya veriləcək: - “Yaxın zamanda...”
Bu gün, 17:08
Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: - Çinlilər artır, Qafqazlılar sıxışdırılır
Bu gün, 17:02
“Trampın növbəti şousu” - Sky News
Bu gün, 17:00
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı - TƏFƏRRÜAT
Bu gün, 16:53
Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? – ŞOK detallar
Bu gün, 16:50
Hərbi prokurora müavin təyin olunub - ƏMR
Bu gün, 16:47
Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? - GƏLİŞMƏ
Bu gün, 16:04
Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir
Bu gün, 16:03
Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib - KİV
Bu gün, 15:59
Milli Məclisdə məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 15:58
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - TƏFƏRRÜAT
Bu gün, 15:53
Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı - BAŞLARI QAÇIB...
Bu gün, 15:46
Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir - NƏ BAŞ VERİR?
Bu gün, 15:44
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
PKK silahı atdı... QƏLƏMİ TUTDU... - DAHA TƏHLÜKƏLİ...
Bu gün, 14:35
"AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Bu gün, 14:26
“PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:03
“Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Bu gün, 13:01
Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Bu gün, 12:58
"Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Bu gün, 12:57
Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Bu gün, 12:48
"Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Bu gün, 12:39
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 12:31
"Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Bu gün, 12:28
Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Bu gün, 12:26
Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Bu gün, 12:23
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Bu gün, 12:10
TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Bu gün, 12:05
Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Bu gün, 11:55
Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53
36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Bu gün, 11:50
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Bu gün, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Bu gün, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Bu gün, 11:37
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23
Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15
“Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru