İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

İCRA BAŞÇILARI PREZİDENTƏ NECƏ YALAN DANIŞIR?
Tarix: 24-02-2013, 11:35 | Çap et
İCRA BAŞÇILARI PREZİDENTƏ NECƏ YALAN DANIŞIR?
LENTİ KƏSİLƏNLƏRİN QAPISI BAĞLI QALIB

Ölkə prezidenti hər dəfə cənub bölgəsinə səfər edərkən yeni obyektlərin açılışında iştirak edir, lentləri kəsir. Hər rayonda ən azı 5-6 obyekt açılır. Lakin bu obyektlərin bir çoxlarının sonrakı fəaliyyəti ürəkaçan olmur. Məsələn, prezident Lənkəranda tikiş fabrikin açılışında, Astarada mini su elektrik stansiyasının bünövrəsinin qoyulmasında iştirak etmişdi.

В«FABRİK İŞLƏMİR, BURDA HEÇ KİMİ GÖRMƏMİŞİKВ»

Lənkəran Tikiş Fabriki açılışdan sonra 5-6 ay işlədi. Fabrikdə sakitlikdir. Yoldan keçənlərdən fabrikin fəaliyyəti ilə bağlı suallara birmənalı cavab aldıq:

В«Fabrik işləmir, burda heç kimi görməmişikВ».

Yaxınlıqda duran taksi sürücüsü isə bizə bildirdi ki, fabrikdən anbar kimi istifadə olunur.

Fabrikin darvazası da bağlı idi. Bizə bildirdilər ki, buranının gözətçisi yaxınlıqda yaşayır. Lakin gözətçini də görə bilmədik.

Mütəxəssislər deyirlər ki, sovet dönəmində Lənkəranda 40-a yaxın sənaye obyekti olub. Bu sənaye obyektləri əsasən kənd təsərrüfatı məhsulları istehsal edib. İndi bunların çox az bir hissəsi minimum məhsul istehsal etməklə işləyir.

AVADANLIQLAR OLDUĞU KİMİ QALIR

Astarada da prezidentin mini su elektrik stansiyasının təməlqoyma mərasimində iştirakından iki ilə yaxın vaxt keçib. Stansiyada heç bir iş görülməyib. Stansiyanın inşası Astara İstisu kəndin ərazisində nəzərdə tutulub. Astaraçayın kənarında yığılmış avadanlıqlar olduğu kimi qalır. Əvvəllər burada gözətçi də olurdu. Bu dəfə gözətçini də görmədik.

Astarada iki konserv və balıq zavodlarının açılışında isə prezident iştirak etməsə də, bu obyektlərin də lentlərini kəsənlər olub. Lakin bu obyektlər də işləmir.

В«PREZİDENTƏ DEMİŞDİLƏR Kİ, BURDA 200 ADAM İŞLƏYƏCƏKВ»

​​Lənkəranda fəaliyyət göstərən Cənub Araşdırmalar Mərkəzinin rəhbəri Yadigar Sadıqovun deməsinə görə, obyektlərin bağlanması narahatçılıq doğurur:

В«Tikiş fabriki 2007-ci ildən fəaliyyət göstərir. Lənkəran rayon statistika idarəsinin məlumatına görə, 2007-ci ilin birinci yarısında 171 min, 2007 ci ildə bütövlükdə 535 min manatlıq məhsul istehsal edib. 2008-ci ilin statistik göstəricilərində isə Lənkəranda tikiş məmulatlarının istehsalı haqqında heç bir məlumat yoxdur. Bu o deməkdir ki, həmin tikiş fabriki işləmir. O zaman yadımdadır, onun açılışında İlham Əliyev iştirak edirdi. Prezidentə məlumat verdilər ki, burda 200 adam işlə təmin olunacaqВ».

В«İQTİSADİ MARAQLAR NƏZƏRƏ ALINMAYIBВ»

İqtisadçı Vidadi Mirzəyev deyir ki, lenti kəsilmiş sənaye obyektlərinin bir müddət keçəndən sonra bağlanması gözləniləndir. Onun dediyinə görə, rayonlarda tikiş fabriklərini açmaq səhv bir addımdır. O buna xammalın olmamasını əsas gətirir.

​​Vidadi Mirzəyev deyir ki, hətta ən iri şəhərlərdə belə yüngül sənaye lazımı dərəcədə gəlirlə işləyə bilmir. Bu obyektlərin çoxları bağlanır. Onun fikrincə, dünyada yüngül sənaye sahəsində böhran hələ səngiməyib. Vidadi Mirzəyev deyir ki, obyektlərin açılışında daha çox siyasi çalar var, burda iqtisadi maraqlar nəzərə alınmayıb.

Aqronom Yusif Əliyev isə deyir ki, vaxtilə Astara və Masallı rayonlarının hər birində 4, Lənkəran rayonunda 5 çay fabriki olub. İndi Astarada 2, Lənkəranda 1 çay fabriki işləyir. İldə bölgədə 300-400 ton yaşıl çay yarpağı yığılır. Təkcə bir çay fabriki ildə 7 min tona yaxın yaşıl çay yarpağı emal edə bilər.

Yusif Əliyevin fikrincə, bundan sonra nə qədər çay fabriki tiksələr də, nəticəsi bir olacaq - ​​xammala görə fabriklər işləməyəcək. Yusif Əliyev deyir ki, çay sahələri genişlənməlidir. Əldə edilən məhsula uyğun fabrik tikilməlidir.

İlham Əliyev mini su elektrik stansiyasının təməlqoyma mərasimində - 15 aprel 2011

В«ÇOX VAXTI BU ZAVODLAR MƏSULUNU SATA BİLMİRLƏRВ»

Aqronomun qənaətincə, bağlanmış konserv zavodlarını da eyni tale gözləyir. O deyir ki, bu zavodlar əsasən tomat pastası hazırlayır. Çox vaxtı bu zavodlar məsulunu sata bilmirlər. Nəticədə ağır iqtisadi vəziyyətə düşürlər, zavod dayanır.

В«ÇOX GÜMAN Kİ, İŞLƏYƏCƏKВ»

Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayev isə deyir ki, rayondakı tikiş fabrik şəxsi mülkiyyətdir, orda yenidənqurma işləri gedir:

В«O, sahibkardır. Ola bilər, orda yenidənqurma işləri aparırlar. Arada gəlmişdilər. Çox güman ki, işləyəcək. Gəlib ölçüb biçirlər. Hər zamanın öz tələbi var. İstəyirlər ki, yenilik yaratsınlar. İnşallah, olmalıdır. Bir arada işlədi, məktəbli forması, sonra qadın geyimləri buraxdı .İndi bilmirəmВ».

Astara rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov da su elektrik stansiyasının inşa edilməsinə başlayacaqlarını deyir:

В«Tikiləcək. Onun anbar hissəsi yoxdur, orda evlər getməlidir. O ərazi böyük olmalıdır. Orada su anbarı olmalıdır. Bir ara arxeoloji işlər apardılar. Onu indi tam müəyyənləşdirməyiblər ki, bərkitmə işlərini necə etsinlərВ».
\ azadlıq radiosu \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
18-04-2026, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
18-04-2026, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
18-04-2026, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
18-04-2026, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
18-04-2026, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
18-04-2026, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
18-04-2026, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru