“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                     İrəvandan Ankaraya "top səndədir" mesajı .....                     Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU .....                     Camalovun xaraba günə qoyduğu Zərdab... .....                     “AtaSığorta” ləğv edilir .....                     İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq .....                     Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                 

BİLƏSUVAR GÖMRÜYÜNƏ DÖVLƏT NƏZARƏT EDİRMİ?
Tarix: 13-03-2013, 09:56 | Çap et
BİLƏSUVAR GÖMRÜYÜNƏ DÖVLƏT NƏZARƏT EDİRMİ?
MƏTBUATDAN QAÇAN GÖMRÜKÇÜLƏR ƏHALİYƏ ZÜLM ETMƏKDƏ DAVAM EDİR

DİA.AZ: - Bura Biləsuvardır. İndi gördüklərimi təqdim edirəm. Əvvəlcə onu demək istəyirəm ki, doğurdan da Dövlət Gömrük Komitəsinin Biləsuvar şöbəsində qayda-qanun yaratmağın vaxtı həqiqətən də çoxdan çatıb. Çünki günün istənilən saatında idarədə növbətçidən başqa heç kəsi tapmaq olmur. Deyilənə görə bu idarədə iş vaxtı axşam saat 18:00-a qədərdir. Amma martın 11-də gündüz saatlarında dərdimizi söyləmək üçün bir rəsmi şəxs tapa bilmədik. Telefonla da zəng vuranda yenə də növbətçi cavab verir. Yəqin ki, iş nizam-intizamı barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri hörmətli Aydın Əliyev bir tədbir görəcək. Hər halda belə strateji bir idarədə heç bir rəsmi şəxsin olmaması özlüyündə ciddi nöqsandır. Elə təəssürat yaranmasın ki, bir gün Biləsuarda olmuşuq və həmin gün də Gömrük İdarəsinin rəsmiləri hansısa tədbirdə olduqlarından heç kəs yerində olmayıb. Ancaq səhəri günü, yəni martın 12-də də gündüz saat 15:00 radələrində Biləsuvar Gömrük İdarəsinin 0 159 5-34-69 saylı telefonuna mobil nömrədən bir neçə dəfə zəng vurduq və cavab verən növbətçi and-aman elədi ki, idarədə heç bir rəsmi şəxs yoxdur, guya hamı sərhəd-keçid məntəqəsindədir və s.

Əvvəlcə növbətçi bildirdi ki, idarənin rəis müavini Mirrafiq Mirsultanov həyətdədir, əlaqə telefonunuzu verin, gələndə sizə zəng edər... Mobil telefonumun nömrəsini növbətçiyə söylədim. Bir saatdan çox vaxt keçdi, heç bir zəng gəlmədi. Bir daha növbətçini yığanda isə bildirdi ki, Mirrafiq müəllim də sərhəd-keçid məntəqəsinə getdi.

Görəsən, bayram günü ilə əlaqədar sərhəd-keçid məntəqəsində müftə plov paylayırdılarmı ki, idarədə bir nəfər də qalmayıb. O boyda idarədə günlərlə bircə rəsmi şəxsin də olmaması yəqin ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyini narahat edəcək.

İndi isə redaksiyaya yazılmış şikayət və bu şikayətin izi ilə Biləsuvarın sərhəd-keçid məntəqəsində gördüklərimizi təqdim edirik. Əvvəla şikayətin məzmunu barədə qısa məlumat vermək istəyirəm. Bir qrup Cəlilabad sakini bu günlərdə İrandan gələrkən bizim sərhəddəki gömrükçülər tərəfindən gətirdikləri 30 kq-lıq ərzaq mallarının əllərindən alındığını, özlərinin də söyülüb, təhqir olunduqlarını qəzetimizə ünvanladıqları müraciətdə yazmışdılar. Bu söyülüb, təhqir olunma təkcə şikayətçilərə qarşı yox, pul vermək istəməyən hər bir insanın başına gəlir. Burada istədikləri adamı döyüb, yerə yıxaraq sürüyə də bilirlər (qadın və ya kişi fərqi yoxdur) və ya pulunu verərsə, istənilən adam çantasında silahdan, narkotikdən tutmuş, atom bombasına qədər keçirə bilər. Bütün bu biabırçılıqların, rüsvayçılıqların, Gömrük Komitəsinin və dövlətin imicinə zərbə vuranların başında isə Allahverdi İsgəndərov, Namiq Nuriyev və Elşən Zeynalovun dayandığı bildirilirdi. Dediyimiz kimi, bütün bunlar şikayətçilərin redaksiyamıza yazdıqları müraciətin qısa bir məzmunudur. Müraciət eyni zamanda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Dövlət Gömrük Komitəsinin sədri canab Aydın Əliyevə, Respublikanın Baş prokuroru cənab Zakir Qaralova ünvanlanmışdır.

Biz də DİA.AZ olaraq şikayəti yerində araşdırmaq üçün Biləsuvar Gömrük İdarəsində və sərhəd-keçid məntəqəsində olduq. İdarədən aldığımız "gözəl" təəssüratları artıq yuxarıda qeyd etdik. Sərhəd-keçid məntəqəsində isə sərhədçilərə yaxınlaşıb jurnalist olduğumuzu və gömrük işçiləri Namiqi, Elşəni, Allahverdini tapmaqda bizə kömək etmələrini xahiş etdik. Bildirdilər ki, indi gömrükçülərdən kim gələrsə, xahiş edərik sizə kömək edərlər.

Vaxtı boşa verməyib sərhəd məntəqəsinin ətrafındakı insanlarla söhbət etdik. Gəlişimizin məqsədin bildirib, keçid məntəqəsində işləyən və əhaliyə deyilənə görə zülm verən Namiqi, Elşəni və Allahverdini tanıyıb-tanımadıqlarını soruşduq. Orta yaşlı Əhməd adlı bir kişi bildirdi ki, sizə elə adamların adını yazıblar ki, onlar burada həqiqətən əzrayıllıq edirlər, gedib-gələnlərin anasın ağladırlar. Xahiş edirik onlar barədə hökümət orqanları tədbir görsün.

Sabir adlı cavan oğlan isə bildirdi ki, "mən tez-tez İrana gedib-gəlirəm. Açığı evimizin bazarlığını oradan edirik. çünki qiymət baxımından çox sərfəlidir. Qanunla 40 kq-a qədər yük gətirməyə icazə verirlər. Ancaq bu qanunu adını çəkdiyiniz gömrük işçiləri qətiyyən tanımır. çünki onların yalnız bir qanunu var, o da puldur. Bu insanlarda insaf, mürvət, vicdan deyilən şey yoxdur".

Burada kimi dilləndirirsən, bu üç gömrük işçisinin əlindən dad döyür. İstər-istəməz bizdə də maraq yarandı ki, ilahi, görəsən bu üç nəfər, əjdahadır, divdirmi insanlar onlardan bu qədər qorxurlar?

Bir daha sərhədçilərə yaxınlaşıb məni maraqlandıran gömrükçülərin gəlib-gəlmədiyini soruşdum. Sərhədçi zabitin biri bildirdi ki, Elşənin 232 nömrəli "Mersedes"i var, gələndə görəcəksiniz. Bayırdan içəri daxil olmaq istəyən bir gömrükçüyə məqsədimizi bildirib, xahiş etdik ki, həmin o üç gömrükçüləri mümkünsə bizimlə görüşdürsün. çünki KİV haqqında qanuna görə əks tərəfi dinləmək peşə borcumuzdur və buna görə də Bakıdan o boyda yol qət edib, Biləsuvara gəlmişik. Görünür bu gömrükçü qardaş içəridə jurnalistin onları axtardığını bizim "qəhrəmanlarımıza" çatdırmışdı deyə, onlar da öz növbələrində bir-bir aradan çıxmışdılar. Deyilənə görə axşam saat 18:00-da hər iki tərəfdən sərhəd tamam bağlanır və gediş-gəliş dayanır. Bununla da hərə öz evinə çıxıb gedir. Elşənlə Namiq artıq aradan çıxa bilmişdilər. Mən isə yenə də ümidimi itirməyərək daha bir sərhədçi zabitdən xahiş etdim ki, bu adamlar gələndə mənə bildirsinlər. Elə bu məqam içəridən bir gümüşü rəngli "Mersedes" maşın çıxdı, maşında olanlardan biri bayırda düşüb başqa bir "Mersedes Ceep"-ə əyləşdi. Maşını sürüb getmək istəyərkən yaxınlaşıb onu saxlatdım. Ona da DİA.AZ-dan gəldiyimi və haqqında şikayət edilən Allahverdini, Namiqi, Elşəni və ya Biləsuvar Gömrük İdarəsinin müavini Mirrafiq Mirsultanovu görmək istədiyimi bildirdim. Təxminən 45-50 yaşında olan bu gömrükçü qardaş cavab verdi ki, "Adlarını çəkdiyin gömrükçülər iş vaxtı qurtardığından artıq idarəyə gediblər". Hər halda, belə bir uydurmanı eşidəcəyim təbii idi...

Beləliklə, barəsində şikayət edilənlər özlərini gizlədib susdular. Susmaq isə razılıq əlamətidir. Və sonda: onlar üzlərini gizlətsələr də, əməllərini gizlətmək mümkün deyil.

Mövzuya qayıdacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru