TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL .....                     Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... .....                     Qərbi Azərbaycana qayıdışımız mümkündür .....                     “İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” .....                     Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB .....                     Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... .....                     Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib .....                     Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR .....                     Bakı İrəvana sülhün ünvanını göstərdi .....                     Bizimkilərin susqunluğu, onların iftiraları davam edir .....                     Xalq artistlərinin övladları niyə fərsiz çıxır? .....                     Nazirlik 14 ədəd “Hyundai” alır .....                     İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb .....                     Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar .....                     Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası .....                     İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` .....                     İşçilərin ezamiyyə hüquqları... .....                     Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 .....                     Hövsan stomatoloqlarından Prezidentə müraciət .....                     Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA .....                     Şahin Əliyev yeni vəzifəyə təyin olundu .....                     Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı saxlanıldı .....                     Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA .....                     Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib .....                     Məcnun Məmmədov koronavirusdan sağalıb .....                     “AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı .....                     Bakıda şagird dərs zamanı canlı yayım açdı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? .....                     “Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” .....                     “Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” .....                     Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib .....                     “Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” .....                     Birliyə xidmət edən Zirvə: .....                     FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR .....                     "Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" .....                     Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq .....                     "Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" .....                     Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması .....                     Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? .....                 

TƏHSİL SİSTEMİNDƏ 15 İLLİK “MİSİR PİRAMİDASI”
Tarix: 25-03-2013, 10:02 | Çap et
TƏHSİL SİSTEMİNDƏ 15 İLLİK “MİSİR PİRAMİDASI”
BU “PİRAMİDA” SƏBƏBİNDƏN TƏHSİLİMİZ RƏSMƏN MUMİYALANMIŞ HALDADIR

Yaşı 67-ni haqlamış Misir Mərdanovun təhsil naziri təyin edilməsinin bu gün 15 ili tamam olur

DİA.AZ: - 15 il bir igidin ömrüdür. Mənə elə gəlir, bu müddət ərzində elə işlər görmək olardı ki, Azərbaycan təhsili dünya çapında öncül yerlərdən birini tutardı. Bunun üçün dövlət və toplum olaraq bizim yetərincə iqtisadi, elmi və pedaqoji potensialımız vardı. Son 15 ildə nazir kimi Misir Mərdanov bu resurslardan necə istifadə etdi və nələr yapdı? Yazıda, qismən də olsa, bu məqamların üzərinə işıq salmağa çalışacam.

Tarixi şans

Mərdanov nazir təyin olunduqdan düz 4 gün sonra – 30 mart 1998-ci il tarixində ölkə başçısının sərəncamı ilə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın hazırlanması üçün Dövlət Komissiyası yaradıldı. Komissiya bir ildən çox işlədi və proqram 15 iyun 1999-cu il tarixində prezident tərəfindən təsdiq edildi. Dünya Bankının və dövlətin maliyyə dəstəyi ilə gerçəkləşdiriləcək bu proqrama söz ola bilməzdi. Burada təhsilimizdə hansı işlərin hansı ardıcıllıqla, kimlərlə və nə müddətə görüləcəyi detalları ilə öz əksini tapmışdı. Bir təhsil strateqi lazım idi ki, onları zərgər dəqiqliyi ilə həyata keçirsin. Beləliklə, ilk dəfə fürsət düşmüşdü ki, müstəqil Azərbaycanda dünya standartlarına uyğun təhsil sistemi quraq. Bu, Misir Mərdanov üçün də böyük fürsət idi: təzəcə işə başlamışdı; enerjili vaxtı idi; əlində hazır proqram vardı və s. Bircə qalırdı qolunu çırmalayıb can-başla işə girişsin. Bir sözlə, adını müsbət mənada tarixə yazdırmaq üçün ona əla şans nəsib olmuşdu. Əvvəl-əvvəl Azərbaycan cəmiyyətində də buna böyük ümidlər vardı. Amma atalar demişkən, sən saydığını say, gör fələk nə sayır. İlk gündən başlayaraq cənab nazirimiz İslahat Proqramında nəzərdə tutulan hədəflərə çatmaq yox, onlardan yan keçmək yolunu tutdu, mütərəqqi ideyalara söykənən bu sənədə qarşı sanki onda bəri başdan “antipatiya” yaranmışdı. Yazımın mərkəzində dayanan bu fikri əsaslandırmaqdan ötrü bəzi ciddi faktlar üzərində dayanmaq istərdim...

Attestasiyanız nə vaxta qaldı?!

İslahat Proqramına görə, təhsilimizdə aparılacaq təxirəsalınmaz tədbirlərdən biri də rəhbər və pedaqoji kadrların attestasiyasının aparılması idi. Bu, 1999-2004-cü illəri əhatə edirdi. İşin icrası üçün Nazirlər Kabineti xüsusi sərəncam (23.05.2002, 91 saylı) verdi və təhsil naziri müvafiq əmr (21.10.2002, 987 saylı) imzalayaraq mətbuatda dərc etdirdi. Əmrdə konkret vaxtlar da göstərildi: “Hazırlıq və sənədləşmə işləri 2002-ci ilin dekabr ayına qədər yekunlaşdırılsın, 2003-cü ilin yanvar ayından etibarən attestasiyaya başlanılsın”. Təhsil işçilərinin maddi və mənəvi cəhətdən stimullaşdılılmasında müstəsna əhəmiyyəti olan attestasiya Mərdanovun fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi nəticəsində indiyədək havadan asılı vəziyyətdə qalıb, bundan sonra nə vaxt keçiriləcəyi də bəlli deyil. Xatırladıram ki, digər postsovet ölkələrində haqqında danışdığımız attestasiya çoxdan aparılıb (hətta bəzilərində bir neçə dəfə!) və öz müsbət nəticələrini verməkdədir...

Mərdanovsayağı “inhisar(sız)laşdırma”

İslahat Proqramının ən mühüm cəhətlərindən biri də onun ruhundakı demokratizm idi. Bu sənədə görə təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi baza yaradılmalı, əsas hədəf təfsilverənə və təhsilalana yönəldilməli, inzibati-amirlik metodundan imtina edilməli, idarəetmə funksiyaları yuxarıdan aşağıya ötürülməli, ağırlıq mərkəzi aparatdan yerlərə keçirilməli, ümumtəhsil məktəblərinə özünü idarəetmə hüququ (muxtariyyət) verilməli, bir sözlə, təhsilimizdə geniş inhisarsızlaşdırma prosesi getməli idi. Lakin Mərdanovun nazir kimi 15 illik fəaliyyəti dövründə bunların heç birini görmədik. Bu gün təhsilimizdə avtoritarlıq dünyada analoqu olmayan bir fazaya gəlib çatıb. İdarəetmə funksiyasını aşağılara vermək, ağırlıq mərkəzini yerlərə ötürmək, məktəblərin muxtariyyətini təmin etmək əvəzinə, bütün hüquqlar bir əldə – Təhsil Nazirliyinin mərkəzi aparatında cəmləşdirilib. Sıravi kənd müəllimindən tutmuş, laborant da daxil, məktəb direktorunadək hamını nazirliyin işə götürməsi bu sistemdə olan auranı – avtoritarizmin və inhisarçılığın son həddini göstərir. İslahat proqramı ilə daban-dabana zidd olan bu anti-demokratik və anti-humanist addıma yəqin ki, bəyənmədiyimiz sovet dönəmində belə rast gəlinməyib.

Təhsilin məzmunu da dağıdıldı!..

Təhsilin məzmunu İslahat Proqramında prioritet istiqamətlərdən biri kimi götürülüb. Buna səbəb o vaxtkı tədris planları və proqramlarının çox yüklənməsi, dərsliklərə ikinci dərəcəli materialların doldurulması, həmçinin onların çağdaş tələblərə cavab verməməsi idi. Belə bir vəziyyətdə düşünmək olardı ki, Mərdanov, digər məsələlər bir yana, heç olmazsa, təlim-tərbiyənin nüvəsini təşkil edən təhsilin məzmununu düzəldəcək, başqa sözlə, tədris planlarını, proqramları və dərslikləri qaydaya salacaq. Amma o, hər şeyi tamam tərsinə etdi: elmə, pedaqogikaya və psixologiyaya əsaslanmadan qondarma tədris planları hazırlatdırdı; “fənn kurikulumu” adı ilə üzə çıxardığı sınıq-salxaq proqramlarla təhsilimizi kirləndirdi; təhsilimizin utanc yerinə çevrilmiş karikatura dərsliklərlə balalarımızın zehniyyətini korladı; adını saysız-hesabsız dərsliklərin və kitabların üzərinə yazdırmaqla dünyanı üstümüzə güldürdü.

Bağça və peşə təhsili necə çökdürüldü?!

Ölkəmizdə kiçikyaşlı uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsinin kəskin surətdə aşağı düşməsi səbəbindən İslahat Proqramı fəaliyyətdə olan bağçaların təkmilləşdirilməsini, eləcə də müasir tələblərə cavab verən, uşaqların dünyagörüşünü, fiziki inkişafını və sağlamlığını artıran yeni tipli tədris komplekslərinin açılmasını nəzərdə tuturdu. Bununla belə, əmək bazarının tələbatına uyğun olaraq orta ixtisaslı fəhlə və kiçik mütəxəssis kadrların hazırlığını yüksəltmək məqsədi ilə müasir texniki peşə məktəblərinin yaradılması da görüləcək tədbirlərin siyahısına daxil edilmişdi. Başqa sözlə, proqramda bağça və peşə təhsilinə geniş yer ayrılmışdı. Bəs bunun qarşılığında nələr baş verdi? – Yeni komplekslərin yaradılması o yana qalsın, bir çox bağçaların və peşə məktəblərinin profilləri dəyişdirildi və ya binaları, eləcə də əraziləri özəlləşdirmə adı ilə hərraca çıxarılaraq dəyər-dəyməzinə satıldı. Onların bəzilərinin yerində şadlıq evləri, gözəllik salonları və göydələnlər tikildi. Bununla da bağça və peşə təhsili tamamilə çökdürüldü. Mədadnovun 15 illik nazirliyi dönəmində şəhərlərimizdə məktəbəqədər təhsillə əhatə səviyyəsi nəinki yüksəldildi, hətta Belarusun kənd rayonlarında olan səviyyədən də geridə qaldı. Bağçalar içərisində elələri oldu ki, onlar, ekspert Nadir İsrafilovun təbirincə desək, vağzallardakı saxlama kameralarına bənzədi. Təlim-tərbiyədən uzaq olan bu bağçalar sanki uşağın 8-9 saat saxlanılması üçün idi...

Təhsil Akademiyası niyə kağızda qaldı?!

İslahat Proqramına görə, tədris, elmi-metodik və informasiya təminatı baxımından təhsil sistemini gücləndirmək məqsədi ilə Təhsil Akademiyası təsis edilməli və bu nüfuzlu qurumda pedaqoji sahənin tanınmış alimləri təmsil olunmalı idi. Proqramın qəbul edilməsindən 14 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də bu akademiya yaradılmayıb. Bildiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) pedaqogika bölməsi yoxdur. Deməli, pedaqoji sahənin alimləri burada təmsil oluna bilməzlər. İndi paradoksal bir vəziyyət yaranıb: Bu alimlər AMEA-ya üzv seçilə bilmirlər, seçilmək üçünsə özlərinin akademiyaları yoxdur, belə çıxır onların heç biri akademik (və ya müxbir üzv) adını daşımağa layiq deyil.
Əslində, Təhsil Akademiyasının yaradılması Mərdanova o qədər də əl vermirdi. Çünki pedaqoji sahədə müstəqil akademiklər qrupunun yaranması onun sistemdə bu cür at oynatmasına imkan verməyəcəkdi.

“Yumurtlamadı, bəs falı hara getdi?!”

İslahat Proqramında Təhsil Nazirliyinin nəzdində vahid nəşriyyat-poliqrafiya birliyinin yaradılması da nəzərdə tutulmuşdu. Bu, metodik tövsiyələr və vəsaitlərin, təhsilə aid əmr və sərəncamların, dərs jurnalı, diplom, attestat, şəhadətnamə kimi ciddi sənədlərin çapı üçün nazirliyə çox lazım idi. Bildiyimiz kimi, “islahata” qədər Təhsil Nazirliyinin 29 sot əraziyə, eləcə də, xeyli çap avadanlığına malik olan və Bakının ən gözəl yerlərindən birində – “Elmlər Akademiyası” metrosunun yaxınlığında yerləşən “Təhsil” adlı nəşriyyat-poliqrafiya müəssisəsi vardı. Düşünmək olardı ki, nəzərdə tutulan birlik bu müəssisə əsasında yaradılacaq. Amma nə baş verdi?! – Birliyi yaratmadılar, “Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsini isə özəlləşdirməyə çıxardılar. Müəssisəni “su qiymətinə” alan işbazlar izi itirmək üçün onun ərazisini tez-bazar edərək bir tikinti şirkətinə satıb aradan çıxdılar. İndi təhsil nazirindən soruşuram: Yeni birliyi yarada bilmədiniz, bəs onda köhnənin satılmasına niyə razılıq verdiniz? Bu işdə sizin nə marağınız vardı?!

Mərdanovun islahat üzrə “silahdaşları”

Beləliklə, gətirdiyim misalların hər birində İslahat Proqramında nəzərdə tutulanlarla görülən iş arasında diametral tərslik olduğunu müşahidə etdik. Proqramla gerçək vəziyyəti tutuşdursaq, bir çox digər məsələlərdə də eyni mənzərənin şahidi olarıq. Belə çıxır, indiyədək “islahat” adı ilə papağı günə yandırmışıq. Təbii ki, vəziyyətin bu hala gətirilməsində Misir Mərdanov tək olmayıb, onun “silahdaşları” da olub. Tarix üçün onların da adlarını çəkirəm: Nazirliyin şöbə müdirləri Aydın Əhmədov və Faiq Şahbazlı, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasov, Dünya Bankı layihələrinin əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov və Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə.

Son söz əvəzi

Bildiyimiz kimi, İslahat Proqramının ana məqsədlərindən biri də məktəbəqədər, orta və ali təhsil, eləcə də peşə təhsili sistemlərində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək idi. Amma “inkişaf etdirmək” bir yana qalsın, olan-qalanımızı da vurub dağıtdılar. Biz yuxarıda “islahat” tozanağının timsalında təhsil sistemindəki dağılmalardan danışdıq. Xatırladıram ki, bu, Mərdanovun 15 illik “genişspektrli” dağıdıcılıq fəaliyyətinin cüzi bir hissəsidir. Buraya təmir-tikinti, test-buraxılış imtahanları, tələbə köçürmələri, tender-müsabiqələr sahəsində baş verən həngamələri də əlavə etsək, təhsilimizin hansı durumda olmasının konturlarını cıza bilərik. Görəsən, bunu planetimizin ən yaşlı və ən stajlı təhsil naziri Misir Mərdanov təsəvvür edirmi?!

Əlövsət Osmanlı,
riyaziyyat üzrə fəlsəfə doktoru










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL – Xaçmazdakı olayın TƏFƏRÜATI
Bu gün, 16:52
Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... - "...halım yoxdur, xəstəyəm"
Bu gün, 16:48
Qərbi Azərbaycana qayıdışımız mümkündür - ÇÜNKİ...
Bu gün, 16:45
“İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” - FAKT BUDUR!
Bu gün, 16:43
Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB - TƏFƏRRÜAT
Bu gün, 16:38
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Bu gün, 16:31
Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib - AY BƏRƏKALLAH...
Bu gün, 16:25
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Bu gün, 16:21
Bakı İrəvana sülhün ünvanını göstərdi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:18
Bizimkilərin susqunluğu, onların iftiraları davam edir - AKTUAL
Bu gün, 16:15
Xalq artistlərinin övladları niyə fərsiz çıxır? - “Bu işdə maraqlı olan mafiya var”
Bu gün, 16:10
Nazirlik 14 ədəd “Hyundai” alır – 880 min manata
Bu gün, 16:06
İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb
Bu gün, 16:05
Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar – RƏSMİ AÇIQLAMA
Bu gün, 15:32
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - NƏ ETMƏLİ?
Bu gün, 15:29
İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` - MÜTLƏQDİR!
Bu gün, 15:24
İşçilərin ezamiyyə hüquqları... - Ekspert danışır...
Bu gün, 15:08
Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 - Sabiq məmurun cinayət işi
Bu gün, 15:03
Hövsan stomatoloqlarından Prezidentə müraciət - "TƏBİB bizdən..."
Bu gün, 15:00
Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA – “Yaxın vaxtlarda...”
Bu gün, 14:55
Şahin Əliyev yeni vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 14:52
Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 14:51
Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA - "TƏDQİQ OLUNUR..."
Bu gün, 13:04
Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib
Bu gün, 13:03
Məcnun Məmmədov koronavirusdan sağalıb - Elə dünən...
Bu gün, 12:58
“AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 12:49
Bakıda şagird dərs zamanı canlı yayım açdı - Müəllim reaksiya vermədi
Bu gün, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:33
Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? - ŞƏRH
Bu gün, 12:31
“Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” -Alim Qasımov
Bu gün, 11:28
“Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” - Tahir Kərimli
Bu gün, 11:24
Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib - FOTO
Bu gün, 11:09
“Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” - ŞƏRH
Bu gün, 11:02
Birliyə xidmət edən Zirvə: - Budapeştdə bir çox suallara aydınlıq gətirildi
Bu gün, 11:00
FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR – Barəsində cinayət işi də var...
Bu gün, 10:56
"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" - ETİRAZ
Bu gün, 10:49
Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq - NƏ BAŞ VERİR?
Bu gün, 10:47
"Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" - NARAZILIQ VAR...
Bu gün, 10:44
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Bu gün, 10:37
Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? - “Joqovurd”
Bu gün, 10:35
Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:33
“A-Qroup Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:30
“Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib - Bankdan götürülən pul ələ keçirilib
Bu gün, 10:24
TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
Bu gün, 10:14
Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
Bu gün, 10:06
Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir? - AKTUAL
Bu gün, 10:00
Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - ADLARI AÇIQLANDI
Bu gün, 09:53
Deyəsən nazirimiz KTN sistemini də DİETAYA OTURDUB - Hər şeyi xaricdən alırıq...
Bu gün, 09:46
"Xəyanəti və nankorluğu bağışlamıram"
Bu gün, 09:37
Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib
Bu gün, 09:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru