"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC və dövlətin milyonları... - ümidsiz fermerlər...
Tarix: 13-11-2017, 09:08 | Çap et
 Ötən ilin oktyabr ayının 27-də kənd təsərrüfatı məhsullarının istehsalını, emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə Prezident İlham Əliyev sərəncam imzaladı. Maddi və texniki bazası qısa zamanda müasir tələblərə uyğun təşkil olunan "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin yaranmasından bir il keçməyinə baxmayaraq fəaliyyəti hələ ki, hiss olunmur. Qlobal.az-ın əldə etdiyi məlumata görə, bu ilin iyul ayından start verdiyi "Gəzər bazar" proyektinin iqtisadi baxımdan uğursuzluğunu nəzərə ala bilməyən "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC demək olar ki, fermerlərin və hökumətin ümidlərini doğrultmadı. Nəzərə çatdıraq ki, ASC-nin "Gəzər bazar" proyekti qeyd olunan loqo altında səyyar satışa yük avtomobilləri vasitəsilə fermerlərdən tədarük olunmuş məhsulları yarmarkalara çıxararaq istehlakçılara satmağı planlamışdı. İlkin mərhələ olaraq cari ilin iyul ayının 30-da 6 ədəd yük maşını ilə 30 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulu Bakı və Sumqayıt şəhərlərində, 5 satış nöqtəsində alıcılara təklif olundu. Ancaq təklif olunan məhsulların marketlər və bazarlardakı qiymətlərlə ciddi formada fərqlənməməsi, bəzi məhsulların isə bazarlardakına nisbətən keyfiyyətsiz olması alıcıları narazı saldı. "Gəzər bazar"da eyniadlı məhsulun təklif olunan qiyməti ilə təsərrüfat bazarlarında olan qiymət arasında ən yaxşı halda təxminən 20 faiz fəırq var idi ki, bu da alıcıları qane etmirdi. "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin fəaliyyətsizliyindən ən çox əzaiyyət çəkənlər isə Bərdə, Yevlax, Ağcabədi, Beyləqan, Lənkəran, Astara, Masallı, Cəlilabad və Göyçay rayonlarında fəaliyyət göstərən fermerlərdi. Bu fermerlərin əsas problemi isə meyvə və tərəvəzlərin saxlanma şəraitinin olmamasıdır. Qlobal.az-a verilən məlumata görə, Astara və Lənkəran fermerlərinin bu il tonlarla feyxoası məhv olmaq təhlükəsi ilə üz-üzədir. Ağdam və Ağcabədidə də eyni hal yaşanır. Belə ki, Ergi və Haramı ərazilərində əkilən soğan sahələri ötən ilki ilə müqayisədə xeyli az əkilib. Buna səbəb isə məhsulun vaxtında bazara çıxarılmasına müvafiq təşkilatların yetərli şərait yarada bilməməsi, saxlama bazalarının isə az və qiymətlərin baha olmasıdır. Fermerlərin acınacaqlı durumu ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, mövcud problemin həll oluna bilməməsinin digər səbəbi isə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin fəaliyyətsizliyidir. Belə ki, bu elmi mərkəzin fəaliyyəti müşahidələrə və reallığa əsasən müasir tələblərə uyğun deyil. Mərkəz hələ də keçmiş SSRİ dönəmindəki kimi zamanı ciddi nəticəsi olmayan elmi-praktik seminarlara, konfranslara xərcləyir. Mərkəzin apardığı əməkdaşlıqlar, təcrübə mübadilələri və layihələrdən isə çoxsaylı fermerlər məlumatsızdır. Xatırladaq ki, "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin maliyyə hesabatları haqqında da müəyyən mənfi məlumatlar dolaşmaqdadı. Belə ki, cəmiyyətin bağladığı müqavilələrdə və keçirdiyi tenderlərdə şəffaflığın tam təmin olunmadığı iddia olunur. Məlumata görə, ciddi fəaliyyəti hiss olunmayan ASC-nin politen paketlərin alınması üçün keçirilən tenderlərdə müəyyən şübhələr var. Qlobal.Az iddia olunan xəbər barədə "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC ilə əlaqə saxladı. ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli adıçəkilən tenderin biznes sirri olduğunu və bu barədə heç bir məlumat verə bilməyəcəklərini dedi.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15 |
|
|
|
| • Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03 |
|
|
|
| • Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44 |
|
|
|
| • Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42 |
|
|
|
| • Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40 |
|
|
|
| • İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26 |
|
|
|
| • Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25 |
|
|
|
| • “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20 |
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33 |
|
|
|
| • TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28 |
|
|
|
| • Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16 |
|
|
|
| • Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10 |
|
|
|
| • Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51 |
|
|
|
| • Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38 |
|
|
|
| • Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
|