SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                 

Bakı meri postuna təyinatın yubanması ilə bağlı daha bir İDDİA - Belə deyirlər...
Tarix: 1-06-2018, 09:36 | Çap et
Bakı meri postuna təyinatın yubanması ilə bağlı daha bir İDDİA
2001-ci ilin yanvar ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Hacıbala Abutalıbov bu ilin aprel ayının 21-də prezidentin Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncamla baş nazirinin müavini postuna təyin edildikdən sonra paytaxtın yeni merinin kim olacağı ilə bağlı həm ölkə vətəndaşları arasında, həm də kütləvi informasiya vasitələrində müxtəlif səpkili fikirlər səsləndirilir. Məsələnin maraqlı tərəfi ondadır ki, bu posta ayrı-ayrı şəxslərin iddialı olduğu və məhz onlar arasında seçim ediləcəyi bildirilsə də, indiyədək Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat reallaşdırılmayıb.

Bakının Azərbaycanın paytaxtı olduğunu və əhalinin böyük bir hissəsinin məhz burada yaşadığını nəzərə alsaq, o zaman meriyanı uzun müddət başsız qoymağın düzgün addım olmadığını demək mümkündür. Düzdür, hazırda Bakı Şəhər İcra Hakimiyyətinə faktiki olaraq merin müavini Fidumə Hüseynova rəhbərlik etsə də, bu hal uzun müddət davam edə bilməz. Yəni əvvəl-axır Bakının meri təyin olunmalıdır. Odur ki, aprel ayının 21-dən etibarən bu istiqamətdə müxtəlif versiyalar səsləndirilir. Məsələn, ölkənin bir nömrəli şəhərinin icra başçısı postuna Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təyin olunacağını iddia edən qaynarinfo hesab edir ki, gənclər və idman naziri Azad Rəhimovun qudası olan Niyazi Bayramovun bu vəzifəyə gətirilməsinin bir çox səbəbləri var. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə bir neçə gün öncə məsələ ilə bağlı mediaya verdiyi açıqlamasında hələlik meriyanın da gözləmə mövqeyində olduğunu qeyd edib: "Bütün diqqətimiz cənab Prezidentə yönəlib. Onun imzalayacağı sərəncamı gözləyirik. Bizdə yeni başçının kim olacağına dair hər hansı təsəvvür yoxdur".

Gördüyünüz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın yeni icra başçısının kim olacağı haqda bilgi olmasa da, Hacıbala Abutalıbovun boş qalan postuna iddialılar sırasında olduqca fərqli şəxslərin adı çəkilməkdə davam edir. Nəzərinizə çatdıraq ki, paytaxt meri vəzifəsinə təyin olunacaq namizədlər sırasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun da adı hallanıb. Belə ki, onun hazırda ölkə rəhbərliyinin tam etimadına malik olan azsaylı kadrlardan biri olduğunu vurğulayan musavat.com Cavid Qurbanovla bağlı mövqeyini QSC sədrinin ölkədə həyata keçirilən ən böyük nəqliyyat layihələrində bilavasitə iştirakçı olması ilə əsaslandırıb: "Hazırda Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin aparıcı ölkəsinə çevrilməsi istiqamətində reallaşdırılan ən məsuliyyətli layihələrə rəhbərlik edir. Özünün mətbuata verdiyi açıqlamalardan aydın olur ki, ölkə rəhbərliyi qarşısında qaldırdığı təkliflərin hamısına rahatlıqla dəstək ala bilir". Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da adı Bakı meri postuna namizədlər sırasında çəkilir. Bu zaman onun Abşeron rayonuna rəhbərlik etdiyi dönəmlərdə sərgilədiyi fəaliyyət, həmçinin hazırda Sumqayıtda həyata keçirilən abadlıq işləri önə çəkilir.

Bəlkə də inanmayacaqsınız, lakin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də Bakı meri olacağı iddia edilir. Halbuki bu, mümkün olan məsələ deyil. Düzdür, Əhəd Abıyev 1984-1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991-1995-ci illərdə isə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışsa da, onun paytaxtı idarə edə biləcəyinə inananlar olduqca azdır, bəlkə də heç yoxdur. Ümumiyyətlə, Hacıbala Abutalıbov təcrübəsi bir daha onu sübuta yetirdi ki, Bakı kimi şəhərin idarəçiliyi müasir dünya görüşlü, yeniliklərə meylli olan, çevik, dinamik, proseslərə dərhal reaksiya verməyi bacaran, yaranmış hər hansı problemi qısa zaman ərzində həll etmək iqtidarında olan kadra həvalə olunmalıdır. Obyektivlik naminə qeyd etmək lazımdır ki, yuxarıda adıçəkilən şəxslərin heç biri bu kriteriyalara cavab vermir.

Nəzərinizə çatdıraq ki, karyerasına Yevlax Şəhər Sovetinin deputatı kimi başlayan, Dövlət Gömrük Komitəsində rəis müavini, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışan, 2011-ci ildən isə Gəncə şəhərinə rəhbərlik edən Elmar Vəliyevin də adı Bakı meri postuna namizədlər sırasında hallansa da, sözügedən vəzifəyə ən şanslı namizədin "Bakı Ağ şəhər" layihəsinin və "Bakond" şirkətinin baş direktoru Ruslan Sadıxov, o cümlədən "AzerGold" QSC-nin sədri Zakir İbrahimovun olduğu bildirilir. Belə ki, bununla bağlı mətbuatda yer alan informasiyalarda deyilir ki, ABŞ Corciya Dövlət Universitetinin Magistr proqramı üzrə biznesin idarəedilməsi istiqamətində təhsil alan Zakir İbrahimov Müəllif Hüquqları İdarə Heyyətinin sədri Kamran İmanovun kürəkəni, vergilər naziri Mikayıl Cabbarovun isə bacanağıdır. Bununla yanaşı, Zakir İbrahimovun sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyevin ailəvi dostu olduğu da vurğulanır. Ruslan Sadıxova gəlincə, onun Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudası Rövşən Sadıxovun qardaşı olduğu qeyd olunur.

Gördüyünüz kimi, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna nə az, nə çox düz 7 nəfərin namizədliyi ilə bağlı mediada müxtəlif səpkili məlumatlar dolaşmaqdadır. Lakin aprelin 21-dən bu günədək Bakı merinin təyin olunmaması bu qənaətə gəlməyə əsas verir ki, nəhayət Azərbaycan da böyük şəhər bələdiyyəsinə keçidə start verə bilər. Əslində ekspertlər də bu qənaətdədirlər ki, bu gün paytaxt Bakıda mövcud olan problemləri tez bir zamanda aradan qaldırmaq üçün mütləq böyük şəhər bələdiyyəsi yaradılmalıdır. Çünki məhz bu yolla sosial, səhiyyə, təhsil məsələləri yoluna qoyula, abadlıq işləri daha da sürətlənə, eyni zamanda paytaxt sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması mümkün ola bilər. Məlumat üçün bildirək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi. Lakin müxtəlif vaxtlarda bu məsələ gündəmə gətirilsə də, nədənsə hələ də müsbət sonluqla nəticələnməyib. Yəni hazırda Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur. Məhz bu amili nəzərə aldıqda, güman etmək olar ki, Bakı Şəhər İcra Hakimiyyəti tezliklə Bakı Böyük Şəhər Bələdiyyəsi ilə əvəz oluna bilər. Qeyd edək ki, məhz bu mövqedən çıxış edən şəhərsalma üzrə ekspert Fuad Cəfərli Azadlıq radiosuna açıqlamasında bildirib ki, icra hakimiyyətində gerçək islahatlar yalnız köklü dəyişiklərdən keçir. O, hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin statusu dəyişdirildikdən sonra hansısa islahatlardan danışmaq olar: "Azərbaycan Avropa regionunda yeganə dövlətdir ki, hələ də onun seçkili meri yoxdur. Bütün problemlər də burdan başlayır. Hələ də Bakı Şəhər İcra Hakimiyyəti mərkəzi icra hakimiyyətinin qurumu kimi fəaliyyət göstərir. Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi statusu yoxdur. Belə olduğu müddətcə də problemlər qalacaq. İdarəetmə forması həlli vacib olan məsələlərdəndir. Hər bələdiyyə seçkilərindən öncə gözləyirik ki, vahid, seçkili orqan yaradılması ilə bağlı qərar verilsin".
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru