MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                 

Zaur Mikayılovun ƏHMƏDZADƏ ÜSULU... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 11-10-2022, 09:22 | Çap et
Zaur Mikayılovun ƏHMƏDZADƏ ÜSULU...
Əhməd Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən alınandan sonra Azərbaycan insanının qəlbində hardasa bir ümid qığılcımı yarandı ki, o, daha yüksək vəzifə ilə şərəfləndirilsə də, hər halda ölkənin su təsərrüfatı əsarət buxovundan azad olar. Azərbaycan vətəndaşları, xüsusilə də suvarma suyunun istehlakçıları Əhməd Əhmədzadənin baş nazirin müşaviri vəzifəsinə təyin olunmasına, özünün, qohum-əqrəbasının məsuliyyətə cəlb olunmamasına, çapıb-taladıqları nəhəng haram kapitalın müsadirə olunmamasına ikiəlli razı idi, təki zəli kimi yapışdıqları, sümürdükləri sahədən əl çəksinlər.

Əhmədzadələrin sümürgənçiliklərinin isə həddi-hüdudu yoxdur. Bu barədə açıq internet resurslarında yetərincə informasiya vardır. Məsələn, yayaılan xəbərlərə görə, Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin Azərbaycanda, Türkiyədə və İngiltərədə bahalı mülkləri, otelləri, Londonda aktivləri 6 milyon funt-sterlinqi, Çexiyada 5 milyon dolları aşan şirkətləri var. Əhməd Əhmədzadənin qızı Vüsalə Əhmədzadə ölkə xaricində — Türkiyədə böyük biznesə, şirkətlərə, mülklərə,otellərə, istirahət mərkəzlərinə sahibdir.

Təbii ki, Əhmədzadələr kimi, sabiq sədrin komandasının üzvləri – müavin və köməkçiləri də ölçüyəgəlməz var-dövlətə, mülk-səltənətə yiyələniblər. Amma həmin şəxslər vəzifədə qalmaqda, korrupsiya əməlləri törətməkdə, xalqın, dövlətin malını acgözlüklə qəsb etməkdə davam edirlər.

İndi isə keçək, Əhməd Əhmədzadənin himayə etdiyi komandasının digər “parlaq” üzvlərinə. Onlar haqqında zaman-zaman biz də yazmışıq. Həmin məqalələrimizdən bəzi sitatların altını cızırıq. Məsələn: Dəryaz qəzetinin redaksiyası olaraq “Bir qədər əvvəl ASC sədrinin müavini Rafiq Aslanovun Londonda yaşayan oğluna əmlak şirkətləri tərəfindən hazırda 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində qiymətləndirilən mənzil aldığı barədə xəbər yayıldı. Efirdəki çıxışlarında suvarma suyunun az qala yarısının itkiyə getdiyini bildirən Rafiq Aslanovun paytaxtda — Nəsib Bəy Yusifbəyli küçəsi — 100 ünvanda yüksəkmərtəbəli yeni binasının dəyərinin bir neçə milyon manat, Qubanın Qəçrəş kəndindəki böyük istirahət mərkəzinin dəyərinin isə ölçüyəgəlməz olduğu deyilir.

Adamın Türkiyədə də otel biznesinin mövcudluğu barədə xəbərlər dolaşır. İndiyədək Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası natamam siyahı ilə KİV-də sərgilənib. Belə ki, həmin avtomobillərin nömrə nişanlarındakı hərflər də ASLANOV soyadına uyğun (Asl) seçilib. Sədr müavininin oğlunun kolleksiyasında “Bentley”, “Range Rover”, “Mercedes” (S Class, C Class, E Class) markalılar da daxil olmaqla onlarla avtomobil var… Rafiq Aslanovun bacısı oğlu İlqar Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC — nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisidir. Məlumatlarda bildirilir ki, dayısına güvənən bacıoğlu dövlət vəsaiti hesabına özünə təzə kabinet, 40 min manat dəyərində mebel, istirahət otağı, hətta işdə hamam düzəltdirib. Adam idarəyə öz şəxsi təsərrüfatı kimi baxır, kimi istəyir işdən qovur, kimi istəyir qapısında işlədir. O da qeyd olunur ki, İlqar Əliyev dəyəri 1 milyon olan qülləli kranı yararsız kimi sənədləşdirib və 150 min manata satıb. Respublikanın bütün rayonlarında fəaliyyət göstərən meliorasiya təşkilatlarına texniki təchizatın bölünməsini həyata keçirən Komplektləşdirmə İdarəsi üzrə hər ay avtokran və avtoyükləyicilərə silinən yanacağın böyük hissəsi təyinatı üzrə göndərilmir, mənimsənilir. Barəsində yazılmış və internet üzərindən açıq şəkildə ictimailəşdirilmiş bir şikayət ərizəsində bildirilir ki, rayon təşkilatlarının rəhbərləri İlqar Əliyevdən və dayısı Rafiq Aslanovdan qorxduqlarına görə səslərini çıxarmırlar… Rafiq Aslanovun himayəsi altında olan В«Hidro-KaskadВ» MMC (rəsmi təsisçisi Zakir İsmayıl oğlu Aslanov) üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi yolu ilə edilən maxinasiyalardan da cinayət təqibi orqanlarının müdaxiləsinə kifayət edəcək qədər yazılıb… Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri, çox hörmətli cənab Zaur Mikayılovun birinci işi sələfi Əhməd Əhmədzadədən problem kimi miras qalan köhnə kadrları, o cümlədən 1984-cü ildən sistemdə destruktiv fəaliyyət göstərən Rafiq Aslanovu vəzifədən kənarlaşdırmaq olmalıydı. Amma olmadı. Və nə qədər ki, korrupsiyaya bulaşmış köühnə kadrlar iş başındadır, suyun yarısı “itkiyə” gedəcək, həmin vəzifəli şəxslərin xaricə daşıdıqları sərvətlərin dəyərini ifadə edən kəmiyyətlər də artacaq”.

Əhmədzadənin sadiq və “toxunulmaz” kadrlarından biri də hektarlarla torpağı dövlət rəhbərliyinin dirçəldilməsinə qərar verdiyi sahələrdən olan pambıqçılıq təsərrüfatı qurmaq adı ilə ələ keçirən Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevdir.

Hansı ki, həmin ərazilərdə daha rentabelli hesab etdiyi heyvandarlıq fermaları yaradıb. İxtiyarında olan suyu da məhz özünün və qoyduğu şərtlərlə razılaşan fermerlərin təsərrüfatlarına yönəldib, başqa pambıq becərən kəndliləri isə susuz qoyub. Onun topladığı haram kapitalla Biləsuvarda Upramxor yolunun üstündə milyon yarımlıq möhtəşəm imarət inşa etdirməsi və tikintisinə idarənin özünün fəhlələrini cəlb etməsi, polisə işə düzəltdiyi oğlunun bahalı maşınlarla Biləsuvarın yollarında avtoxuliqanlıq etməsi, öz qohum-əqrəbasını başına toplaması, Cənub Muğan Kanalının və şor kanalların mühafizə zolaqlarını qanunsuz olaraq satması, Upramxor ərazisində idarəyə aid olan zavodu ləğv eləyərək onun materiallarını və ərazisini də hərraca qoyması, ən əsas gəlir mənbələrindən biri olan yanacaq, sürtgü materialı, motor yağı alverini qaynı – idarənin yanacaqdoldurma məntəqəsinin cavabdeh şəxsi Nizami Rəsulovun vasitəsilə həyata keçirməsi, idarəyə istifadə üçün verilən elektrod, sement, fəhlə ayaqqabılarını dükanlara paylayaraq satdırması, Astaraya gedən yolun Biləsuvar hissəsində, Xırmandalı kəndinə çatmamış sağdakı dövlət torpaqlarında balıq vətəgələri saxlaması, idarəyə məxsus texnikanın şor kanalları və xəndəkləri lildən təmizləmək əvəzinə, süni balıq vətəgələrinin inşasına cəlb edilməsi də saytımızda ictimailəşdirilib. Təəssüf ki, ASC-nin yenilənmiş rəhbərliyi onun barəsində irəli sürülən ittihamları, sərt tənqidi çıxışları araşdırmayıb.

Adlarını çəkdiyimiz məmurların qorunması məsələsini isə Əhməd Əhmədzadə ASC sədrinin “əzəli və əbədi müavinlərindən” Zakir Quliyevə vəsiyyət edib. Çünki həmin məmurların korruptiv hərəkətləri barədə ASC rəhbərliyinə göndərilən şikayətlərə təkzibləri, yayındırıcı cavabları məhz Zakir Quliyev verir.

Xatırladaq ki, qurduğu böyük biznes şəbəkəsi və qohumlarından ibarət məmur çetesi ilə milyonçu oliqarxa çevrilən Zakir Quliyevin rəhmətlik atası Bəybala Quliyev hələ Heydər Əliyevin birinci hakimiyyəti dövründə korrupsiyaya görə 15 il cəza almış, bunun 12 ilini həbsdə yatmış bir şəxsdir. Mediada yayılan məlumatlardan bəlli olur ki, Zakir Quliyevin Sabirabadın Bəciravan kəndində böyük qum-çınqıl karxanası (Orada işləyən fəhlələr faciə ilə üzləşsələr də rayonun hüquq-mühafizə orqanları bunu gizlədiblər), rayonun Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi var. Qeyd olunur ki, Zakir Quliyevin rayondakı biznesini Fətullahçı qardaşı Elçin Quliyev idarə edir. Qardaşı Namiq Quliyev В«KapitalbankВ»ın Şirvan şəhər filialının rəhbəridir. Əslində, Şirvan və Sabirabad rayonlarındakı В«KapitalbankВ»ların Zakir Quliyev tərəfindən idarə olunduğu deyilir. Zakir Quliyev komitə sədrinin müavini vəzifəsinə təyin ediləndən sonra köhnə iş yerini də əldən buraxmayıb; oraya — Cəmiyyətin Aran zonası üzrə idarəsinə bibisi oğlu Elman Nuriyevi təyin edib. Quliyevlərin əmisi oğlu Şamil Qasımov iki dəfə bələdiyyə seçkilərində Sabirabad Şəhər Bələdiyyəsinin sədri təyin olunub. Xalası oğlu Zamin Sabirabad rayon sığorta idarəsinin rəisi, dayıları Fazil Qasımov pambıq zavodunun müdiri, Murtuza Qasımov Cavad kənd bələdiyyəsinin sədri, Şamil Qasımovun oğlu Sabirabad rayon polis idarəsində pasport qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləyib.

Elə bu ilin fevralında Əhməd Əhmədzadənin bacısı oğlu Elçin Məmmədov Meliorasiya, su ehtiyatları və sudan istifadə edənlər birlikləri üzrə iş şöbəsinin müdiri vəzifəsinə təyin olundu. Kimin əmri ilə? – Əlbəttə ki, Əhməd Əhmədzadəni ASC-nin sədri vəzifəsində əvəzləyən Zaur Mikayılovun fərmayişi ilə! Belə çıxır ki, Əhməd Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri vəzifəsindən getsə də, bu sistemin idarəçiliyini öz əlində saxlayıb, Zaur Mikayılov isə onun yerində marionetka kimi oturub, patronunun vaxtilə formalaşdırdığı komandanı qorumaqla məşğuldur. Ola bilsin ki, ahıl yaşlı Əhməd Əhmədzadənin artıq aktiv hərəkətləri yerinə yetirməkdə çətinlik çəkdiyi, məsələn, işğaldan azad olunan ərazilərdə qurulan hidro-sistemlərin açılış mərasimlərinə belə getməyə gücü çatmadığı müşahidə olunub və baş nazirin müşaviri vəzifəsi ona ömrünü rahat vəzifə kreslosunda başa vurması üçün sadəcə peşkəş edilib.

Deryaz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru