İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                     Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik .....                     Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… .....                     Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ .....                     Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı .....                     Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? .....                     Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                     Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                 

Anar Kərimov NƏYİ NECƏ DƏYİŞDİ? - DƏYİŞDİMİ?
Tarix: 21-11-2022, 10:17 | Çap et
Anar Kərimov NƏYİ NECƏ DƏYİŞDİ?
Bildiyimiz kimi 1 noyabr 2022-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Mədəniyyət Nazirliyində əməliyyat keçirdi. Əməliyyat zamanı nazirin birinci müavini Elnur Əliyev başda olmaqla bir neçə vəzifəli şəxslər saxlanıldı. Özü də həmin şəxslərin əksəriyyəti Anar Kərimovun əmri ilə vəzifəyə təyin edilən şəxslər idi.

Xatırladaq ki, bundan əvvəl - 2020-ci ilin may ayının 8-də də DTX Mədəniyyət Nazirliyində əməliyyat aparmışdı. O zamanlar da aşkar olunmuş ciddi nöqsanlara və yeyintiyə görə Sabiq nazir Əbülfəz Qarayev başda olmaqla, bir neçə vəzifəli şəxslər işindən azad edilmişdir. 2021-ci ilin yanvar ayına qədər isə nazir vəzifəsini birinci müavin əvəz edirdi. 2021-ci ilin yanvar ayının 5-dən bugünə qədər isə prezidentin imzaladığı sərəncama əsasən, nazir kürsüsünə Anar Kərimov əyləşib. 2021-ci ilin sentyabr ayından bəri də Anar Kərimovun birinci müavini vəzifəsini Elnur Əliyev icra edirdi. Bu ilin noyabr ayının 1-də DTX yenidən əməliyyat keçirdi. Bu dəfə də birinci müavin və digər bir neçə vəzifəli şəxslər saxlanıldı.

Baxın!
Birinci əməliyyat zamanı aşkar edilmiş nöqsanlara görə Nazir vəzifəsindən azad edilir və onu birinci müavin əvəz edir. İkinci əməliyyat zamanı yenə də nöqsanlar aşkar edilir, bu dəfə isə birinci müavin saxlanılır, nazirə "gözün üstə qaşın var". deyən olmur.

Maraqlıdır, əgər bütün bu yeyinti və digər nöqsanların başında nazir özü durursa, yəni rəhbər məsuliyyət daşıyırsa, o zaman Anar Kərimov niyə həbs edilmədi, yaxud işindən azad edilmədi?

Əməliyyatdan belə rahatlıqla yaxa qurtaran Anar Kərimovun deyəsən "sehirli çırağı" var. Amma, nağıllarda deyilir ki, o çıraqlardakı cin yalnız "3 arzunu yerinə yetirir". Odur ki, hörmətli Anar Kərimovun bir şansı artıq, xərcləndi. Mədəniyyət sahəsindəki korrupsiya və özbaşınalıqlar davam etdikcə, bu cür 2-ci, 3-cü, 4-cü dalğalar da qaçılmazdır yəqin ki...

Kənardan baxıb, yalnız "oxuyub-oynamaq" gördüyümüz bu sahədə problem olmadığını düşünür adam. Amma, dərindən araşdırdıqda bəlli olur ki, əslində ən çox problem - korrupsiya, saymazlıq, "ödənişli hörmət" və sair hamısı Mədəniyyət Nazirliyində mövcuddur.

Bu arada bir haşiyəyə çıxmaq yerinə düşər.
Demək, Bakıda yaşadığımız üçün bizi özünün "yuxarıdakı adamı" hesab edən uzaq tanışlardan biri ötən il zəng edib, işinin düşdüyünü dedi. Qeyd edək ki, həmin tanış rayonlardan birinin mədəniyyət evinin müdiridir. Bizə düşən işi isə bu idi ki, deyir "Regional Mədəniyyət idarəsinə müdir yeri boşdur, ora 4.000 (dörd min) manat istəyirlər, mənim də əlimdə 2.000 (iki min) manat var, ona da yaxın durmurlar. Bəlkə siz desəniz o qədərlə də məni ora müdir götürərlər". Bu saf tanışımız daha bilmir ki, onlar hamısı jurnalist görəndə "qanadsız mələk" olurlar, pula yaxın durmurlar və hətta, "Vallah bizlik deyil, ora təyinatı birbaşa nazirlik özü verir" deyirlər.

Yox biz tanışın sözünü eşidib, ora ağız açmadıq. Sadəcə bu cür cavablar standart olduğu üçün dedik.

Yəni, sözümüzün canı o ki, Mədəniyyət naziri Anar Kərimov korrupsiya və digər nöqsanlara görə işindən azad edilən Əbülfəz Qarayevin yoxluğunu hiss etdirmir sağolsun.

Mədəniyyət nazirliyinə dövlət büdcəsindən ayrılan bu qədər milyonlara rəğmən, bölgələrin əksəriyyətində mədəniyyət evləri bərbad, baxımsız vəziyyətdədir. Yalnız bayram tədbirlərində (o da həmişə yox) məktəblilərin tədbirləri keçirilir vəssalam. Rayon mərkəzi kitabxanaları, rayon mədəniyyət evləri təmirsiz, bərbad gündə, kənd klubları da yox kimi. Amma, maraqlıdır ki, bütün rayonlarda, kəndlərdə mədəniyyət işçisi olaraq maaş alanlar var. Özü də bu adamlar xadimlərindən tutmuş, müdirinə qədər heç də təsadüfi adamlar deyil. Məsələn, ötən həftə "DogruXeber.az" informasiya agentliyinin tabeçiliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda yayımlanan "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Xaçmaz rayon Çılğır kənd sakini İlyas Ramazanov deyir, "Çılğır kəndində mədəniyyət klubunun qapıları həmişə bağlıdır. Heç bir fəaliyyət göstərmir. Xadiməsi də, işçiləri də hamısı Xaçmaz rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Yaqut Məsimovanın bacıları və yaxın qohumlarıdır". Yaqut xanım məmurdur və yenə də dövlət büdcəsindən maaş alanlar da məmur yaxınları.



Bu hər yerdə, hər sahədə belədir. Hətta, ümumiyyətlə mədəniyyət klubunun binasının belə mövcud olmadığı kəndlər var ki, orada da mədəniyyət klubunun xadimə və digər işçiləri var, o da yalnız kağız üzərində. Bir sözlə rayon mədəniyyət evlərində "ölü canlar" saxlanılır.

Təbii ki, bu qədər qanunsuz işlər görməyə tək bir adam risk etməz, ən azından bir dayağı olmalıdır. "Dayaqların dayaqları" da zəncirvari olaraq, həmişə rəhbərə qədər uzanır. Odur ki, sözügedən sahənin "gözüqıpığ" nümayəndələrinin "hörmətli nazirin bundan xəbəri yoxdur" cümləsi tamamilə yersizdir.

Mövzuya yenidən və daha detaylı şəkildə qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru