“Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                     Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik .....                     Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… .....                     Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ .....                     Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı .....                     Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? .....                     Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                     Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                 

“EuroHome”dakı yanğının HƏLƏ DƏ ÇIXAN TÜSTÜSÜ... - NARAZILIQ VAR!
Tarix: 8-12-2022, 10:08 | Çap et
“EuroHome”dakı yanğının HƏLƏ DƏ ÇIXAN TÜSTÜSÜ...
Məlumdur ki, 2020-ci ilin may ayında Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsinə yaxın ərazidə Azay Möhnətovun rəhbərliyi altında fəaliyyət göstərən “EuroHome” Ticarət Mərkəzində ikinci dəfə yanğın hadisəsi baş verir və hadisə nəticəsində xeyli sayda mağazalar yanaraq külə dönür. Düzdür, ölkə rəhbərinin tövsiyəsindən sonra sahibkarlar sığorta şirkətlərinə üz tutsalar da, son anda onlar mallarını heç cür sığorta etdirə bilmirlər. Yəni, sığorta şirkətləri bazarı sığorta etmək qərarında olmurlar. Buna da əsas səbəb, bazar infrastrukturunun təhlükəsizlik tələblərinə cavab verməməsi olur ki, həmin vaxtlarda külli miqdarda ziyan çəkən sahibkarlardan biri də, Haqverdiyev Xaliq Murğuz oğlu olur. Bu şəxs indiyə kimi ona ödənilməli olan kompensasiyanı heç cür əldə edə bilmədiyindən, son anda üz-üzə qaldığı belə bir problemi ictimailəşdirmək, həmçinin bu haqda aidiyyatı dövlət qurumlarını məlumatlandırmaq qərarına gəlir. Dünən gundemxeber.az saytının redaksiyasına müraciət edən və Bakı şəhəri, Xətai rayonu, Birinci Əhmədli qəsəbəsi, ev-26A ünvanında qeydiyyatda olan, hal-hazırda isə Abşeron rayonu, Masazır qəsəbəsi, Səməd Vurğun küçəsində ailəlikcə müvəqqəti yaşayan Xaliq Haqverdiyev qeyd edir ki, “Mən təqribən 5-6 il bundan əvvəldən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsinə yaxın ərazidə Azay Möhnətovun rəhbərliyi altında fəaliyyət göstərən “EuroHome” Ticarət Mərkəzində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladım. Həmin vaxtlarda bu ticarət mərkəzində istifadə etdiyim mağazanın və mağazaya aid anbarın ümumi sahəsi təqribən 200 kvm idi və burada əsas etibarilə elektrik mallarının satışı ilə məşğul olurdum. Qeyd edim ki, həm mağazadan, həm də mağazanın anbarından istifadə etdiyimə görə, bu ticarət mərkəzinə ilk əvvəl 2200 manat, daha sonrakı vaxtlarda isə 1300 manat məbləğində hər ay icarə pulu ödəyirdim. Elə ki, 2020-ci ilin may ayında “EuroHome” Ticarət Mərkəzində 2-ci dəfə yanğın hadisəsi baş verdi, o halda istifadə etdiyim mağaza və mağazanın anbarı tamamilə yanıb külə döndü. Qeyd edim ki, 2019-cu ilin dekabr ayında bu ticarət mərkəzində baş verən ilk dəfə yanğın hadisəsi zamanı, qardaşım Xaqani Haqverdiyevin işlətdiyi iki mağaza və onun mağzalarına aid anbar da yanıb külə dönmüşdü. Baş verən yanğın hadisəsi zamanı mənə 612 min dollar dəyərində, qardaşım Xaqani Haqverdiyevə isə 604 min manat dəyərində ziyan dəydi. Yəni, satışını həyata keçirdiyimiz elektrik malları tamamilə yanıb külə döndü. Həmin vaxtlarda “EuroHome” Ticarət Mərkəzinin sahibi Azay Möhnətov bizə “Heç də narahat olmayın, sizə lazımi məbləğdə kompensasiya ödəniləcək” deyə vəd verirdi.

Artıq həmin vaxtdan bir neçə il keçsə də, bu ticarət mərkəzinin rəhbərliyi bizə ödəməli olduqları kompensasiyanı vermir. Artıq bu gün elə bir dözülməz vəziyyətə düşmüşük ki, düşdüyümüz vəziyyətdən heç cür çıxa bilmirik. Baş verən yanğın hadisələri zamanı həm qardaşımın, həm də mənim satışını həyata keçirdiyimiz elektrik malları yanıb külə döndüyündən, malları nisyə götürdüyümüz xarici şirkətlərə, ayrı-ayrı şəxslərə olan borclarımızı qaytara bilməmişik. Bundan əlavə, şəxsən bu gün mənim vergiyə 1300 manat məbləğində borcum var. Hazırda Türk Həsən adlı bir şəxs var, mən ona olan borcumu qaytara bilmədiyimdən, o, Masazırda ailəlikcə yaşadığımız evi girov götürüb. Yəni, bu şəxs himayəmdə olan dörd azyaşlı uşağı, həyat yoldaşımı və məni qış fəslinin belə bir vaxtında yaşadığımız evdən çıxartmaq zorunda qoyub. Elə ki, ötən müddət ərzində “EuroHome” Ticarət Mərkəzinin sahibi Azay Möhnətovdan kompensasiya ödənilməsini tələb etmişəm, o halda mənə həm polis əməkdaşlarının, həm də bu ticarət mərkəzində müdir vəzifəsi daşıyan Sərvan Quliyevin vasitəsilə təzyiqlər göstəriblər. Qeyd edim ki, bu şəxs Azay Möhnətovun qardaşı oğludur. Onu da bildirim ki, ötən il qardaşım Xaqani Haqverdiyev düşdüyü vəziyyətə heç cür dözə bilmədi və rəhmətə getdi. Bütün bunlara baxmayaraq, Azay Möhnətov “EuroHome” Ticarət Mərkəzində çalışan və yanğın hadisələri zamanı zərər çəkən bütün qohum-əqrəbalarının hər birinə lazımi məbləğdə kompensasiya ödətdirib. Yəni, bu haqda dəqiq məlumatlara malikik. Bizim kimi insanlara gəldikdə isə, o, hələ də bildiyi və düşündüyü addımlarını atmaqda davam edir”.

Qeyd edək ki, “EuroHome” Ticarət Mərkəzində ikinci dəfə baş verən yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov, 12 may 2020-ci il tarixdə mediaya verdiyi müsahibəsində qeyd etmişdi ki, “Mən “EuroHome” Ticarət Mərkəzində yanğın təhlükəsizliyi ilə bağlı olan nöqsanları qeyd elədim. Demək olar ki, bu nöqsanlar iri ticarət mərkəzlərinin əksəriyyəti üçün xarakterikdir. Baxmayaraq ki, bizim aidiyyəti Xidmətlər tərəfindən dəfələrlə obyekt rəhbərlərinə şifahi və yazılı göstərişlər verilib, nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib. Lakin qeyd etdiyim kimi, əksəriyyətində bu nöqsanlar aradan qaldırılmayıb. Belə bir səbəblərdəndir ki, “EuroHome” Ticarət Mərkəzində ikinci dəfə yanğın baş verib”.
Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, “EuroHome” Ticarət Mərkəzində yanğın hadisəsinin baş verməsinə əsas səbəb, bu ticarət mərkəzinin rəhbərliyi tərəfindən vaxtında yanğın təhlükəsizliyi ilə bağlı lazımi tədbirlər görülmür. O halda sual oluna bilər ki, bəs bu hadisə ilə bağlı sahibkarlara dəymiş külli miqdarda ziyanı kim ödəməlidir? Söz yox ki, bütün ziyanlıq hadisənin baş verməsinə məsul olan şəxslər tərəfindən ödənilməli və sahibkarlara qarş olan haqsızlıqlar da aradan qaldırılmalıdır.
Yazıda ittiham olunan “EuroHome” Ticarət Mərkəzinin rəhbəri Azay Möhnətovun da mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdacağıq.

GundemXeber.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru