İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

Naxçıvanda YENİ HƏBS ANONSU... - KİM(LƏR)İN QOLUNA QANDAL VURULACAQ?..
Tarix: 31-05-2024, 09:22 | Çap et
Naxçıvanda YENİ HƏBS ANONSU...
Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində audit yoxlamasını yekunlaşdırıb.

TNS-in əldə etdiyi məlumata görə, auditin nəticələri hüquq-mühafizə orqanlarına göndərilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu yaxınlarda mətbuata açıqlamasında bildirmişdi ki, Təhsil Nazirliyində aparılmış yoxlamanın nəticəsi vəziyyətin əvvəlki illərdən ciddi fərqlənmədiyini göstərir.

Bu məsələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin plenar və komitə iclaslarında da müzakirə olunub.

Müzakirələrdə deputat Elman Cəfərli deyib ki, yoxlamalar 2024-cü ilin 24 yanvar 1 aprel tarixləri arasında muxtar respublikanın Təhsil Nazirliyində və tabeliyində olan qurumlar üzrə aparılıb. “Artıq ştatların, uşaqların sayının şişirdilməsi halları 2023-cü ildə də təkrarlanıb. Komitə iclasında bu məsələnin müzakirəsində təhsil nazirinin müavini də iştirak edirdi. Mən şəxsən həmin sualı ünvanladım, aydın oldu ki, siniflərin komplektləşdirilməsində həqiqətən ciddi problemlər var. Maraqlıdır ki, bu problemlərin davam etməsi şüurlu şəkildə qəbul olunub. Təhsil nazirinin müavini mənim "şagirdlərin sayının şişirdilməsi, gərək olmadığı, qanunvericiliyə, təlimata uyğun olmadığı halda siniflərin yaradılması və ya açılması məsələsinə niyə göz yumulur" sualıma belə cavab verdi ki, onları ləğv etsək, 300-ə qədər müəllim işsiz qala bilər. Nazir müavini dedi ki, onlar bu məsələni Maliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə şifahi şəkildə razılaşdırıblar. Amma göründüyü kimi, Hesablama Palatası şifahi razılaşmalarla işləmir, Azərbaycan Respublikasının qanunvericiliyi əsasında işləyir. Mən özüm də ixtisasca müəlliməm, biz müəllimlərin işsiz qalmasını heç bir şəkildə arzulamırıq. Buna da əminik ki, həmin 300 müəllim işə götürülərkən onlara saxta siniflər açılması, şagirdlərin sayının şişirdilərək onlara dərs saatı verilməsi məsələsi gündəlikdə olmayıb", - Elman Cəfərli bildirib. Göründüyü kimi, Naxçıvanın Təhsil Nazirliyində ciddi qanun pozuntularına yol verilib. Hüquq-mühafizə orqanlarında aparılan araşdırmalardan sonra həbslər ola bilər.

Yada salaq ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov ötən ilin sentyabrından vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfovdur.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda başladılan antikorrupsiya tədbirlərinin davamlı olması ümumilikdə ölkəmizin hərtərəfli inkişafı üçün zəruridir: “Bu gün ən müxtəlif qurumlarda, nazirliklərdə əyri yollara əl atan vəzifə sahibləri, məmurlar var. Belə vəzifə sahiblərinin həbsi, qandallanması olduqca vacibdir. Feodal təfəkkürlü məmurların sərhədsiz mənimsəmələrini aradan qaldırmaq üçün belə tədbirlərin davamlı olması ümumilikdə duruma müsbət təsir edəcək. Zaman-zaman qanunsuzluq edən, dövlətin xalqa, millətə yönəlik addımlarına kölgə salan məmurlar cəzaya çatdırılmalıdır. Kimliyindən asılı olmayaraq iş yerində korrupsiyaya, rüşvətə yol verirsə, əvvəl-axır onlar cəzasını almalıdır”.

Hüquqşünas deyir ki, qanunun sərt üzü tam şəkildə korrupsiyaya bulaşmış məmurlara tətbiq olunmalıdır: “Qanuna görə, həbsə alınan şəxslərin mal-mülklərinin üzərinə həbs qoyulur, həmin əmlaklar həbsə alan orqanın sərəncamında olur. Məhkəmənin hökmündən asılı olaraq həmin əmlaklar dövlət nəfinə keçə də bilər. Hər şey son nəticədə məhkəmənin çıxardığı hökmdən asılıdır. Məhkəmələr belə hallarda birmənalı şəkildə korrupsiya əməli təsdiq olunan məmurun əmlakının müsadirəsi haqda qərar verməlidir. Əks halda, korrupsiyanın kökünü kəsmək çətin olacaq”.

Hüquqşünas deyib ki, Azərbaycanda korrupsiya ilə mübarizə üçün məmurların gəlir bəyannaməsi vermələri vacibdir: “Bu haqda mətbuatda da xeyli yazılar dərc olunub. 30 sentyabr 2005-ci il tarixli 1003-IIQ в„–-li Qanunla Azərbaycan Respublikası "Birləşmiş Millətlər Təşkilatının Korrupsiya Əleyhinə Konvensiyası"na qoşulub. Konvensiyanın 8-ci maddəsinin 5-ci bəndində deyilir: “Hər bir iştirakçı dövlət, lazım gəldikdə və öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, dövlət vəzifəli şəxslər qismində onların vəzifələrinə münasibətdə maraqlar toqquşması yarada bilən, digərləri ilə yanaşı həmçinin qulluqdan kənar fəaliyyəti, məşğuliyyəti, investisiyaları, aktivləri və əhəmiyyətli hədiyyələri və ya faydaları barədə müvafiq orqanlara bəyannamə vermək öhdəliyini doğuran tədbir və sistemləri müəyyən etməyə çalışır. 1 yanvar 2005-ci il tarixdən qüvvədə olan в„– 580-IIQ в„–-li "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun 5-6-cı maddələrinə əsasən, korrupsiyanın qarşısının alınması təbiri kimi vəzifəli şəxslər maliyyə xarakterli məlumatla təqdim etməlidirlər. 24 iyun 2005-ci il tarixli 945-IIQ в„–-li qanunla “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları” təsdiq edilib. “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 278 в„–-li Fərmanının 1.3-cü bəndində Nazirlər Kabinetinə tapşırılıb ki, 2 (iki) ay müddətində həmin qaydaların 4.1-ci maddəsində nəzərdə tutulmuş bəyannamənin formasını və təqdim edilmə qaydalarını müəyyən etsin və bu barədə Prezidentə məlumat versin. Bu tapşırığın icrası barədə ictimaiyyətdə məlumat yoxdur. Prezidentin 27 fevral 2020-ci il tarixli 1859 в„–-li Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nm 1.4-cü bəndində Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə tapşırılıb ki, 2020- 2022-ci illər ərzində vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlər həyata keçirsinlər. Bu tapşırığın da icrası barədə ictimaiyyətdə məlumat yoxdur. Nəhayət, Prezidentin 4 aprel 2022-ci il tarixli 3199 в„–-li Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 1.3-cü bəndində Nazirlər Kabinetinə tapşırılmışdır ki, 2022-2026-cı illər ərzində vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili və qanunsuz varlanmaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər görsün. Ötən bir il ərzində bu tapşırığın da icrası barədə cəmiyyətdə məlumat yoxdur. Vəzifəli şəxslər maliyyə xarakterli məlumatları bəyan etmirlər və bu onların qanunsuz varlanmasına, dövlət büdcəsindən ayrılan vəsaitləri rahat şəkildə oğrlamasına yol açır. Xalqın xidmətçisi olan məmurların nə maaşı, nə də ümumən gəlir və xərcləri xalqa məlum deyilsə, korrupsiya ilə mübarizə yalnız deklarativ xarakter daşıyacaq".

Natiq Ələsgərov DTX və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyatlarının davamlı olmasının vacib olduğunu vurğulayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru