İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

Vasif Talıbov öz kadrlarını görəvə gətirir? - İLGİNC İDDİALAR...
Tarix: 5-06-2024, 09:25 | Çap et
Vasif Talıbov öz kadrlarını görəvə gətirir?
Yaxın vaxtlarda Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Milli Məclisə seçkilərlə yanaşı, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də seçkilər keçiriləcək.

TNS-in əldə etdiyi məlumata görə, Naxçıvanın yeni rəhbərliyi namizəd axtarışındadır. Artıq Ali Məclisin deputatı seçilmək üçün namizdəliyini irəli sürəcək şəxslər müəyyənləşdirilir. Etibarlı mənbəmiz deyir ki, Ali Məclisə seçkilərin elan olunmamasından əvvəl başladılan bu proses özfəaliyyətdir. Yəni kimsə öz işi ilə məşğul deyil, ona aid olmayan məsələlərə qarışmaqla siyasi nüfuz qazanmağa çalışır. Bu barədə apardığımız araşdırmalarla bağlı növbəti yazıda məlumat verəcəyik.

Ali Məclisə seçkilərdən sonra Ali Məclisin yeni sədri seçiləcək. Bildiyimiz ki, Vasif Talıbovun istefasından sonra bu post boş qalıb.

Bəs Ali Məclisin yeni sədri kim ola bilər?

Mənbəmizin bildirdiyinə görə, bu posta iddialılar sırasında ən çox adı çəkilən şəxslərdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynlidir. Vaxtilə Vasif Talıbovun ən etibarlı adamlardan biri olan Ülvi Hüseynli Naxçıvandakı dəyişiklikdən sonra Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin ən güvəndiyi adama çevrilib.

Halbuki, Ülvi Hüseynli Vasif Talıbovun dövründə yüksək vəzifələr tutan, bütün imtiyazlardan faydalanan, ona sədaqətlə xidmət edən, Talıbovun bütün göstərişlərini sevə-sevə yerinə yetirən məmurlardan biri idi.

Vasif Talıbov öz kadrlarını görəvə gətirir?

Vasif Talıbova mədhiyyə yazan, onu son ana qədər ideal rəhbər adlandıran Ülvi Hüseynli Naxçıvanın yeni rəhbərliyinin dəstəyi ilə daha böyük vəzifə tuta bilər.

Ülvi Hüseynli Vasif Talıbovu müdrik lider kimi təqdim edərək Ali Məclisin şöbə müdiri vəzifəsindən aparat rəhbəri vəzifəsinə yüksəlmişdi.

O, qədim və müasir Naxçıvanın uğurunu Vasif Talıbovun Ali Məclisin sədri seçildiyi 1995-ci ilin 16 dekabrında əsası qoyulan və uzaq gələcəyə hesablanmış yolda görürdü.

Aparat rəhbəri 16 dekabr 2018-ci ildə “Nuhçıxan” İnformasiya Agentliyində dərc olunan “Müdrik olmaq” məqaləsində yazırdı: “Həqiqətən, müdrik olmaq hər rəhbərə nəsib olmur. Çünki müdrik olmaq üçün öz ömrünü deyil, xalqın həyatını yaşamaq lazımdır. Görkəmli filosoflardan biri bu məsələyə belə izah verib: “Taleyini xalqın taleyi ilə bağlayan insanların ömrü də xalqın ömrünə çevrilir”.

1995-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən cənab Vasif Talıbov da taleyini Naxçıvanla bağlayan, muxtar respublikaya yeni həyat bəxş edən və ömrünü xalqın ömrünə çevirən qurucu rəhbər və müdrik liderdir.

Gərgin əmək, böyük zəhmət, torpağa və yurda bağlılıq Naxçıvan Muxtar Respublikasını iqtisadi, sosial və mədəni intibah mərhələsinə yüksəldib”.

Ülvi Hüseynli bu yazını o qədər içdən və həvəslə yazıb ki, bir az da irəli gedərək Vasif Talıbovun uzaq gələcəyə hesablanmış yolunun sonsuz və əbədi olduğunu bildirib.

Əlbəttə ki, həmin dövrdə hörmətli Ülvi müəllimi belə yazı yazmağa heç kim məcbur etməyib. O, Vasif Talıbova olan sevgisini, sədaqətini nümayiş etdirmək üçün belə məqalələr qələmə alırdı. Bunlarla yanaşı, Naxçıvandakı problemlərdən yazan jurnalistləri də sərt tənqid edirdi.

Məsələn, onun 22 may 2017-ci ildə “Nuhçıxan” İnformasiya Agentliyində dərc olunan “Cəvizə həsrət qarğalar” adlı yazısında oxuyuruq: “Üzümü “söhbətbazlara”, “şayiəbazlara” tutub deyirəm ki, 20-25 il bundan əvvəl nə qışın qarı-boranı, nə Türkiyədən gələn işbazların “stenka vədi”, nə də qonşumuz “təlaş” Mazanın özü kimi dəyərsiz məsləhəti Həsənalıya cəvizi kəsdirə bilmədi. İndi siz də boş-boş hay-küy qoparıb Həsənalının oğlu Yusifi yoldan çıxara bilməzsiniz. Amma cəviz yetişəndə yolunuzu bir Naxçıvandan salarsınız, buranın insanları qonaqpərvərdir, heç kəslə kin-küdrət saxlamaz, “kəsdiyiniz”, “naloq” tələb etdiyiniz cəviz ağaclarından topladıqları məhsuldan sizə də pay qoyarlar. Bəlkə o zaman cəvizə həsrət qarğalar kimi səsiniz kəsilə”.

Göründüyü kimi, Ülvi Hüseynli Vasif Talıbova görə, Naxçıvanı tənqid edənləri aşağılayıb, onları qarğa adlandırıb.

Bu qədər faktlardan sonra Vasif Talıbovun fəaliyətini bəyənmədiyini, onun Naxçıvanı pis günə saldığını söyləmək riyakarlıqdır.

Əlbəttə, Ülvi Hüseynli Azərbaycan vətəndaşıdır, onun da seçmək, seçilmək hüququ var. Ülvi Hüseynli Ali Məclisin deputatı da, Ali Məclisin sədri də ola bilər. Ancaq onun bu vəzifələrə sahib olmağa mənəvi haqqı çatırmı? O, bu vəzifələrə layiqdirmi? İxtisasca jurnalist olan, indiyədək siyasi proseslərdə iştirak etməyən birinin bu vəzifəyə gətirilməsi Naxçıvana nə qazandıracaq?

Ola bilər, o, diqtə ilə oturub durmaq üçün kiməsə lazımdır. Ancaq qədirbilən naxçıvvanlılar hər kəsi yaxşı tanıyır, kimin kim olduğunu, muxtar respublikaya necə xidmət etdiyini bilir. İnanmırıq ki, naxçıvanlılar Ülvi Hüseynliyə səs verib onu deputat seçəcək. Hər halda zaman hər şeyi öz yerinə qoyacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru