Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

HANI SİZİN GÜNÜ-GÜNDƏN BÖYÜYƏN İQTİSADİYYATINIZ?
Tarix: 10-12-2011, 12:49 | Çap et
HANI SİZİN GÜNÜ-GÜNDƏN BÖYÜYƏN İQTİSADİYYATINIZ?

DÖVLƏT SƏHİYYƏNİ MALİYYƏLƏŞDİRƏ BİLMİR

В«Bütün dünyada tibbi sığorta səhiyyə maliyyələşməsinin uğurlu modeli sayılır. Ancaq bu sahənin bizdəki vəziyyəti niyə belədir, baş açmıramВ».

QİSMƏT TÜRKİYƏDƏ İMİŞ

Gülər Axundova üç ildir tibbi sığortadan istifadə edir. Ancaq Azərbaycanda yox, Türkiyədə. Gülər deyir ki, illərlə Azərbaycanda tibbi sığortadan istifadə etməyi arzulayıb, qismət olmayıb. Ancaq 3 il əvvəl Türkiyədə ailə qurandan sonra bundan istifadə edib. Əvvəlcə sığorta olunacağı şirkəti tapıb, müəyyən bir məbləğ ödəyib. Həmin şirkət də ona istifadə edə biləcəyi xəstəxanaların siyahısını verib:

В«Tibbi sığortanın faydaları çoxdur. İstər xəstəxanada, istərsə də xəstəxanadan kənar müalicə alanda pul ödəmirsən. Bəzi xəstəxanalarda isə tələb olunan məbləğin cüzi bir hissəsini ödəyirsən. Maddi baxımdan çox sərfəlidirВ».

Gülərin həyat yoldaşı dövlət sektorunda çalışdığından o, dövlətin ayırdığı tibbi sığortadan da faydalanır.

İMKANSIZLARIN SİSTEMİ

Azərbaycanda tibbi sığorta haqqında qanun 1999-cu ildə qəbul olunub.
Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir.

Ancaq üstündən illər keçsə də, qanunun icrası reallaşmır. Elə Bakı sakini Həmidə Bağırova da deyir ki, bu haqda ancaq eşidib:

В«Eşitmişəm ki, xarici ölkələrdə belə bir şey var. Tibbi sığorta çox yaxşı şeydir. Xəstələnəndə gedirsən həkimə, pulsuz müayinə və müalicə olunur. Olsaydı, çox yaxşı olardıВ».

Adilə Əliyeva isə ümumiyyətlə, bu haqda eşitmədiyini deyir:

В«Məncə, bizdə elə bir şey yoxdur. Olsaydı, yaxşı olardı. Mən özüm imkansızam.

Bildiyim qədər də belə sistemlərdə ilk əvvəl imkansızlar nəzərə alınırВ».

В«SƏHİYYƏ NAZİRLİYİ KONSEPSİYA HAZIRLAMIŞDIВ»

Bir neçə il əvvəl Səhiyyə Nazirliyi bildirmişdi ki, ölkədə səhiyyə sığortasını həyata keçirmək üçün Nazirlər Kabineti yanında agentlik yaradılacaq. Səhiyyə Nazirliyi öz təkliflərini də təqdim etmişdi.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anaq Qədirli deyir ki, artıq bu sahə ilə onlar məşğul olmur:

В«Bu məsələ 2008-ci ildə Səhiyyə Nazirliyinin üstündən götürüldü. Artıq bununla Səhiyyə Nazirliyi məşğul olmur. Səhiyyə Nazirliyi konsepsiya hazırlamışdı. Bununla bağlı Nazirlər Kabinetində Agentlik yaranıbВ».

NAZİRLƏR KABİNETİNİN XƏBƏRİ YOXDURSA...

2007-ci ildə prezident icbari sığorta üzrə dövlət agentliyinin yaradılması haqqında sərəncam imzalayıb. Bu agentliyin necə fəaliyyət göstərdiyini, icbari tibbi sığortanın nə vaxt işə düşəcəyini öyrənmək üçün Nazirlər Kabineti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli dedi ki, onlarda bu haqda məlumat yoxdur:

В«Material olanda, mətbuat xidmətinin vasitəsilə mətbuata ötürülürВ».

Belə çıxmır ki, agentlik fəaliyyət göstərmir? Nazirlər Kabinetinin sözçüsü dedi ki, В«Yox, o demək deyil. Sadəcə bizim mətbuat xidmətində məlumat yoxdurВ».

KORPORATİV MÜŞTƏRİLƏR

İqtisadi və Sosial İnkişaf Mərkəzinin layihə direktoru Leyla Əliyeva Azərbaycanda tibbi sığorta ilə bağlı araşdırmalar aparıb. O deyir ki, Azərbaycanda icbari tibbi sığorta işləmir, könüllü tibbi sığortadan isə çox az qrup istifadə edə bilir:

В«Azərbaycanda tibbi sığortanın bugünkü vəziyyətini qənaətbəxş saymaq olmaz. Çünki dövlətin özü də səhiyyəni lazımı səviyyədə maliyyələşdirmək iqtidarında deyil. Hazırda ölkədə tibbi sığortadan yararlananlar fərdi qaydada ayrı-ayrı adamlar yox, daha çox korporativ müştərilərdir. Yəni, şirkətlər işçilərinin tibbi sığortasını təklif edirlər. Könüllü tibbi sığorta üçün Azərbaycan vətəndaşı tibbi xidmətlərin limitindən asılı olaraq 300-500 manat ödəniş edirВ».

ƏHALİNİN GƏLİRLƏRİ AŞAĞIDIR

Ekspert deyir ki, bu sistemin zəif inkişaf etməsinin əsas səbəbi əhalinin gəlirlərinin aşağı səviyyədə olmasıdır. Həm də bu sahəyə nəzarət edən sistem yoxdur. Tibbi xidmətlərin natamam həyata keçirilməsi, bu sahədə maarifləndirmənin olmaması da səbəblərdəndir.

Ölkədə bir neçə özəl tibbi sığorta şirkətləri də fəaliyyət göstərir. Bu şirkətlərdən biri – В«Atəşgah SığortaВ» şirkəti saytında yerləşdirdiyi məlumatda bildirir ki, şirkət 1998-ci ildən peşəkar səviyyədə Könüllü Tibbi Sığorta xidmətlərini təklif edir. Şirkət Azərbaycanın 60-dan çox tibb müəssisəsi və klinikası ilə müqavilə bağlayıb. Şirkətdən başqa məlumat əldə edə bilmədik.

Ekspertlər deyir ki, icbari tibbi sığorta səhiyyənin yeni üsulla maliyyələşdirilməsinə gətirməli idi. Ancaq bununla bağlı Dövlət Agentliyi yaradılsa da, konsepsiya imzalansa da, sistem işə düşmədi. Çünki bu model səhiyyə sistemində köklü dəyişikliklərin olmasını tələb edir.

TİBBİ SIĞORTA - HƏMRƏYLİK SİSTEMİ

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev deyir ki, tibbi sığorta həmrəylik sistemidir:

В«Hər kəs bura hissə-hissə pul keçirir. Sağlam insanlar da pul keçirirlər. Xəstələnəndə həmin vəsaitdən istifadə etmə sisteminə əsaslanır. Eyni zamanda, bu, yalnız maliyyədə birləşmə deyil. İnsanlar sığortaya pul keçirməklə həkimə gedəndə, heç bir halda həkimlə müştəri arasında xidmətin ödənilməsi ilə bağlı söhbət olmurВ».

Azər Mehdiyev deyir ki, işsizlərin, kənd təsərrüfatında çalışanları sığortalanması və başqa çoxlu suallar var ki, illərdir açıq qalır.

Son 3 ildə dövlət büdcəsindən sığorta islahatları üçün 30 milyon manat ayrılır. Bu vəsait xərclənmədiyindən büdcəyə qaytarılır. 2012-ci ilin dövlət büdcəsində də yenə sığorta islahatları ilə bağlı 30 milyon manat ayrılıb. Görəsən, bu vəsait yenidən büdcəyə qaytarılmayacaq ki?


Vəfa Əliyeva - DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru