Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                     “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” .....                     Peşə Təhsili Agentliyində kadr xaosu .....                     Vüsal Nəsirli də belə narazılıq yaradır .....                     Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb .....                     Azərbaycanda yağ və ət problemi yaşanır .....                     "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" .....                     “Tramp marşrutu”na qarşı “qara piar” .....                     Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? .....                     Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası .....                     Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? .....                     Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma .....                     Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb .....                     ABŞ Dövlət Departamentinin nümayəndələri .....                 

İCTİMAİ PALATA HAKİMİYYƏT QARŞISINDA TƏLƏBLƏR QOYDU
Tarix: 10-12-2011, 15:25 | Çap et
İCTİMAİ PALATA HAKİMİYYƏT QARŞISINDA TƏLƏBLƏR QOYDU

MÜXALİFƏTİN RƏQİB DÜŞƏRGƏYƏ ŞƏRTLƏRİ

"10 dekabr - Beynəlxalq İnsan Haqları Günü bütün dünyada olduğu kimi, ölkəmizdə də qeyd olunur. Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının tam təmin olunduğunu bəyan etsə də, bu sahədə durum getdikcə pisləşməkdədir. Hakimiyyət insan hüquqlarının müdafiəsini nəinki təmin edir, əksinə fundamental hüquqların kütləvi şəkildə pozulmasına rəvac verir."
FaktXeber.com-un verdiyi məlumata görə, bu sözlər İctimai Palatanın insan hüquqlarının müdafiəsi Komitəsinin bəyanatındandır. Bəyanatda daha sonra deyilir:

"İnsanların fundamental hüquqlarından hesab olunan sərbəst toplaşmaq azadlığına ölkədə xeyli müddətdir ki, tamamilə qadağa qoyulub. Mitinq və piketlər keçirmək üçün konstitusion hüququndan istifadə etməyə cəhd edən insanlar haqqında qondarma cinayət işləri açılır və siyasi sifarişi həyata keçirən məhkəmələr tərəfindən azadlıqdan məhrum edilir.

2 aprel hadisələri ilə əlaqədar və digər qondarma ittihamlarla həbs olunan - Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli, Sahib Kərimov, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Ülvi Quliyev, Elnur İsrəfilov, Elnur Məcidli, Akif Alışlı, Elşən Həsənov, Zülfüqar Eyvazlı, Babək Həsənov, Şahin Həsənli, Vidadi İsgəndərli, Bəxtiyar Hacıyev, Cabbar Savalanlının həbsi və bu şəxslərin beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu hesab edilməsi insan hüquqlarının pozulmasının bariz nümunəsidir.

Siyasi sifarişlə həbs olunanların müdafiəsini mövcud qanunlar əsasında quran vəkillərə təzyiqlərin edilməsi və bir çox hallarda Vəkillər Kollegiyası tərəfindən uydurma ittihamlarla vəkillik fəaliyyətindən kənarlaşdırılması (Osman Kazımlı, Xalid Bağırov, Elçin Namazov, Aslan İsmayılov, Elçin Sadıqov və başqaları) Azərbaycanda hüquqi nihilizmin bərqərar olmasının təsdiqidir.

Söz azadlığına qoyulan məhdudiyyətlər ucbatından azad və müstəqil medianın sıxışdırılaraq aradan çıxarılması, jurnalistlərin təqib və həbs olunması (“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı), vəhşicəsinə öldürülməsi (Elmar Hüseynov) və günahkarların cəzalandırılmaması insan hüquqlarının Azərbaycansayağı qorunması nümunəsidir. Bugünlərdə tanınmış publisist Rafiq Tağı bir neçə bıçaq zərbəsi alandan sonra 4 gün xəstəxanada qalıb, Həkimlərin rəyinə görə, vəziyyətinin yaxşılığa doğru dəyişdiyi bir vaxtda qəflətən vəfat edib. İndiyə kimi Rafiq Tağının qatilinin tapılması istiqamətində, demək olar ki, heç bir nəticə əldə edilməyib, xəstəxanada onun vəziyyətinin qəflətən pisləşməsinin səbəbləri barədə ictimaiyyətə ətraflı məlumat verilməyib. Təkcə bu fakt ölkədə guya sabitlik yaradılması, kriminogen durumun tam nəzarətə götürülməsi, hüquqların qorunması ilə bağlı yüksək səviyyələrdə verilən çoxsaylı bəyanatları təkzib edir.

Siyasi partiyaların sıxışdırılması, qərargahlarının əlindən alınması, dövlət tərəfindən maliyyələşdirilməməsi, onlara efir vaxtının verilməməsi, siyasi əqidəsinə görə insanların işdən azad edilməsini faktları da insan hüquqlarının qorunması sahəsində ölkədəki vəziyyəti əks etdirir.

Televizayaların faktiki dövlət nəzarətində olması nəticəsində vətəndaşların informasiya əldə etmək hüququ daima pozulur, bir çox hallarda vətəndaşlar ölkədə baş verən ictimai-siyasi proseslər barədə dezinformasiya edilirlər.

İnhisarçılıq və daimi qiymət artımı, o cümlədən “tariflərə yenidən baxılması” adı altında qiymət artımının həyata keçirilməsi vətəndaşların iqtisadi vəziyyətinin son dərəcə pisləşməsinə gətirib çıxarmışdır.

Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər ancaq cəzaların sərtləşməsi ilə səciyyələnir. Cəza sisteminin liberallaşması siyasətinin həyata keçirilməsi əvəzinə, mövcud normaların sərtləşdirilməsi xətti aparılır.

Ziyan dəyən vətəndaşlara, ilk növbədə Kür daşqınlarından əziyyət çəkmiş insanlara real yardım edilmir. Edilən yardımların yubadılması, mənimsənilməsi halları kütləvi xarakter almışdır.

Diffamasiya barədə qanun qəbul edilmir. Jurnalistlərin peşə azadlığına təminat verilmir və şərait yaradılmır.

Orduda vəziyyət günü-gündən pisləşir. Əsgər ölümləri, özbaşınalıq, haqların pozulması artıq adi hala çevrilib. Törədilən cinayətlər ört-basdır edilir, günahı zərərçəkənin üstünə yıxmaq tendensiyası üstünlük təşkil edir.

Mülkiyyət hüquqlarının qeydiyyata alınma, icazənin alınması kimi dövlətin xidmət göstərməsinə aid sahələr real korrupsiya mənbəyidir. Bu sahədə icazələrin minimuma endirilməsi, daha çox məlumatlandırma sisteminə keçilməsi, korrupsiyanı minimuma endirmək üçün göstərilən xidmətlərin internet vasitəsilə həyata keçirilməsi – məntiqi və zəruri addım olmasına rəğmən, demək olar ki, heç bir real addım atılmır. Atılan kiçik addımlar da məmur özbaşınalığı və süründürməçilik vasitəsilə heçə endirilir.

İnsanların mülkiyyət və digər sosial hüquqlarının kobud surətdə pozulması haqqında kifayət qədər faktlar və məhkəmə qərarları var ki, bu sahədə də insan hüquqlarının qorunmasından danışmaq mümkün deyil. Məsələ hüquqi həllini tapana qədər sökülməməsi haqqında məhkəmə qərarı olmasına baxmayaraq, hüquq-müdafiəçisi Leyla Yunusun ofisinin yerlə yeksan edilməsi, 2 aprel hadisələri zamanı həbs edilən Tural Abbaslının yaşadığı evin hissə-hissə sökülməsi və iki körpə uşağın yaşadığı mənzilin yerləşdiyi blokunun yandırılmasına bir neçə dəfə cəhd olunması məsələnin mahiyyətini açır.

Təhsil müəssisələrində hicaba qoyulan qadağaya qarşı etiraz etdiklərinə görə inanclı insanların şərlənərək absurd ittihamlarla həbs edilməsi və onlar üzərində aparılan məhkəmə iclaslarının yarımqapalı şəkildə keçirilməsi beynəlxalq təşkilatlar tərəfindən bu insanların siyasi məhbus kimi tanımasına gətirib çıxarıb. Bununla yanaşı, AİP rəhbərliyinin ittihamı üzrə keçirilən məhkəmələr də onlara qarşı ittihamların əsassızlığını və qərəzliliyini ortaya qoydu. Belə ki, heç bir yetərli əsas olmadan, Mövsüm Səmədov başda olmaqla, AİP rəhbərliyi və fəalları hər biri 10 ildən artıq müddətə azadlıqdan məhrum edilmə kimi son dərəcə ağır cəzaya məruz qoyulmuşlar.

Meydan hərəkatının öncüllərindən olan Nemət Pənahlının qondarma ittihamlarla məhkum edilməsi əsas diqqəti onun son dövrlərdəki siyasi çıxışlarından yayındıra bilməz. Tanınmış hüquqşünas, insan hüquqlarının alovlu müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyevin İstanbul hava limanında saxlanması, həbs edilməsi, döyülməsi, deportasiya edilməsi və barəsində əsassız cinayət işinin açılması və bütün bunlara Azərbaycan tərəfindən heç bir reaksiya verilməməsi insan haqlarının pozulması sahəsində növbəti acınacaqlı hal kimi qeyd olunmalıdır.

Beynəlxalq Əfv Təşkilatının Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə 16 noyabr 2011-ci il tarixli hesabatını tam dəstəkləyirik və bu təşkilata qarşı rəsmi kütləvi informasiya vasitələrində aparılan təbliğatı qətiyyətlə pisləyirik.

İctimai Palata qeyd olunanları nəzərə alaraq bəyan edir ki, Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının müdafiəsi və qorunması sahəsində konkret əməli fəaliyyət göstərməlidir. Ona görə də biz hakimiyyətdən:

- İctimai Palatanın siyasi motivlərlə və saxta ittihamlarla məhkum edilərək həbs edilən və “Amnesty İnternational” təşkilatı tərəfindən vicdan məhbusu elan edilmiş üzvlərinin və digər fəalların, o cümlədən hicab qadağasına etiraz edərkən həbs edilənlərin qeyd-şərtsiz azad olunmasını;

- AİP fəallarının azadlığa buraxılmasını;

- hakimiyyət tərəfindən sərbəst toplaşmaq və söz azadlığına, siyasi partiyalara qoyulan qeyri-rəsmi məhdudiyyətlərin aradan qaldırılmasını;

- vətəndaşların mülkiyyətinin talanmasına, mülkiyyət hüququnun hər hansı formada pozulmasına son qoyulmasını;

- inanclı insanlara qarşı həyata keçirilən təqib və təzyiqlərə son qoyulmasını, dini etiqad sahəsində repressiv qanunverici dəyişikliklərin ləğv edilməsini;

- məmur özbaşınalığına hər sahədə son qoyulmasını;

- talançı qiymət artımları, inhisarçılıq və digər pozuntular nəticəsində vətəndaşların iqtisadi durumunun günü-gündən pisləşməsinin qarşısının alınmasını;

- orduya çağırış yaşının azaldılmasını, çağırış müddətlərinin məhdudlaşdırılmasını, magistrlərə və digər bu kimi kateqoriyalara çağırışdan möhlət hüququnun verilməsi, ordunun ən azı yarısının kontrakt əsasda formalaşdırılmasını;

- Cinayət Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin köklü liberallaşmasını həyata keçirilməsini, ictimai təhlükə kəsb etməyən və ya az kəsb edən bir çox əməllərin dekriminalizasiyasının həyata keçirilməsini, bir çox xırda cinayətlərə görə azadlıqdan məhrumetmə növündə cəzanın cərimə və ictimai işlərlə əvəz edilməsini;

- dövlətin xidmət göstərməsinə aid sahələrdə icazələrin minimuma endirilməsi, daha çox məlumatlandırma sisteminə keçilməsi, korrupsiyanı minimuma endirmək üçün göstərilən xidmətlərin internet vasitəsilə həyata keçirilməsini;

- neft gəlirlərinin əldə edilməsinin və məsrəf edilməsinin real rejimdə müşahidə etmək imkanı verən proqramların (veb-sayt kimi) qanunvericilik səviyyəsində qəbulunu;

- ümumilikdə büdcə mədaxil və məxaricini şəffaf və əlçatan şəkildə müşahidə etmək imkanının yaradılması barədə qanunverici normanın qəbulunu;

- vətəndaşların ölkə Konstitusiyasında bəyan edilmiş hüquqlarının tam və hərtərəfli təmin edilməsini tələb edirik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru