"Paxıllıqdan onu 'yutub'dan silmişdilər..." .....                     74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar .....                     Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi .....                     "Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən" .....                     Narkomanların 90 faizi potensial narkotacirdir .....                     Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... .....                     "Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq .....                     Həm saxta, həm baha: Üstü bəzək, altı təzək .....                     Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... .....                     Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır .....                     "Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" .....                     Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ .....                     Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib .....                     “Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” .....                     Röya Ayaz Salayevə cavab verdi: .....                     Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” .....                     Qalmaqallı direktor işdən çıxarıldı .....                     Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı .....                     Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir .....                     Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu .....                     Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir .....                     Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü .....                     Xalq artisti Fuad Poladovun doğum günüdür .....                     Azərbaycanda 4-cü kurs tələbəsi .....                     Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi .....                     Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib .....                     Şahin Bağırov müavininin rütbəsini qaldırdı .....                     Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər .....                     Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı .....                     Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA .....                     Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI .....                     Mülayim şərq küləyi əsəcək .....                     Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! .....                     Qriqoryan Moskvaya getməkdən imtina etdi .....                     Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI .....                     “İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” .....                     Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır .....                     “Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” .....                     Paşinyan Bakıya GƏLƏCƏK .....                 

POLİS RƏİSİNDƏN NARAZI VƏTƏNDAŞ PROKURORA ÜZ TUTDU
Tarix: 21-05-2013, 11:37 | Çap et
POLİS RƏİSİNDƏN NARAZI VƏTƏNDAŞ PROKURORA ÜZ TUTDU
Saatlı rayon prokuroru Tariyel Ələkbərova üz tutan Saatlı şəhəri, Mətləb Kərimov küçəsi-51 ünvanda yaşayan, Qarabağ müharibəsi veteranı, II qrup hərbi əlil, rayon Veteranlar Şurasının sədri Qurbanov Əliağa Əsədulla oğlu Saatlı rayon Polis Şöbəsinin rəisinin son hərəkətlərindən yazıb...

“Təzadlar”a Ə.Qurbanovun müraciəti daxil olub. Müraciət Saatlı rayon prokuroru T.Ələkbərova ünvan edilib.

DİA.AZ olaraq həmin müraciəti kiçik ixtisarla təqdim edirik:

Hörmətli cənab Prokuror!

Yazaraq Sizə bildirirəm ki, 07 aprel 2013-cü il tarixdə Saatlı rayon Polis Şöbəsindəki bəzi nöqsanlar barədə keçmiş zabitin iradları kimi DİN Daxili Təhqiqatlar İdarəsinə ünvanladığım məktub araşdırılmaq üçün Saatlı rayon Polis Şöbəsinə göndərilmişdir. Məktubda qeyd olunurdu ki, iki şəhid ailəsindən pul alınması faktları araşdırılarkən polis əməkdaşları tərəfindən Mehbalıyevlər ailəsinə və Mirvari Babayevaya təzyiq və təsir göstərilmişdir, hətta M.Babayevadan guya ona böhtan atmağım barədə ərizə alınmışdır və s. Polis rəisinin göstərişi ilə bir çox məmurlardan tutmuş digər şəxslərə qədər, bir çox insanlar tərəfindən həmin məktubun bağlanması üçün məndən xahişlər olunmuşdur. Polis şöbəsində izahat verərkən isə mən həmin məktubda yazdıqlarımı təsdiqləməklə, onun şikayət kimi yox, zabit iradları kimi yazdığımı etiraf etmişəm.

Bundan sonra Saatlı rayon Polis Şöbəsinin rəisi Cəbrayıl Vəliyevin göstərişi və onun müavini Hacı Əhmədovun icrası ilə mənə qarşı “qara piar” kampaniyasına başlanmışdır. Bir çox insanlar Saatlı rayon Polis Şöbəsinə çağrılmış, onlara guya oğlumun icarəyə götürüb işlətdiyi kafedə mənim müxalifətlə, “demaqoq”larla dövlətin əleyhinə söhbətlər apardığım barədə hüquq-mühafizə orqanlarına ünvanlanmış “hazır” teleqram mətnləri təqdim olunmuşdur. Şöbəyə çağrılanlardan yalnız rayonun Çolpu kənd sakini, belə işlərdə daim polislərlə “yaxınlıq” edən, mənim üzdən tanıdığım Ehtiram Ehtibar oğlu Qasımov “hazır” teleqramı vurmağa razılaşmışdır.

Səhəri gün isə Ehtiram Qasımov bu teleqramı polisin təzyiqi altında vurduğunu, teleqramdakı “Əliağanın başqa Əliağa olduğunu düşünərək” buna razılışdığını söyləmiş və kiril əlifbası ilə polis rəisinin adına yazdığı ərizəni şöbəyə göndərmişdir. Ehtiram Qasımov özü mənə yalvararaq səhv etdiyinə görə onu bağışlamağımı onlarla adamın yanında dəfələrlə söyləmişdir. Çox təəssüf ki, məktub polis rəisi Cəbrayıl Vəliyevə çatandan sonra E.Qasımov əvvəlcə rəis müavini Hacı Əhmədovun, sonra birlikdə rəis C.Vəliyevin, daha sonra isə birlikdə rəis C.Vəliyevin yanına aparılmışdır. Bu dəfə E.Qasımovdan latın qrafikası ilə yazılmış izahat alınmışdır. E.Qasımov kiril qrafikası ilə yazıb rəisə göndərdiyi ərizəni mənim “təzyiqim” altında yazdığını, mənim onu ölümlə hədələyərək yazdırdığım barədə izahat vermişdir. O, digər izahatında ümumiyyətlə, kiril qarafikası ilə yazılmış izahatın ona məxsus olmadığını, həmin izahatı mənim kiməsə yazdıraraq rəisə göndərdiyimi belə yazmışdır.

Cənab Prokuror!

Odur ki, Sizdən E.Qasımovun rayon prokurorunun köməkçisi H.Hüseynovun icraatında olan materiallardakı izahatlarındakı təzadlı olan qərəzli fikirlərinin araşdırılması üçün bütün izahatlardakı xəttin ona məxsus olub-olmadığının araşdırılması üçün ekspert təyin olunmasını xahiş edirəm. Əlavə edirəm ki, Ehtiram Qasımovun Saatlı rayonunun sabiq hərbi komissarı İlqar Atayevlə ilişgili cinayət tərkibli əməlləri ilə bağlı Respublika Hərbi Prokurorluğunun müstəntiqi, polkovnik-leytenant Rəsul Hüseynova sorğu göndərməyinizi xahiş edirəm!



Ehtiram Qasımovun şəxsiyyətinin araşdırılması üçün isə Çolpu kənd icra nümayəndəliyinə, 13 saylı TSEK-ə, Respublika Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Saatlı rayon İcra Hakimiyyətinə, DSMF-yə, Saatlı rayon Mərkəzi Xəstəxanasına sorğular göndərməyinizi xahiş edirəm! E.Qasımovun cinayət tərkibli əməlləri barədə Sizə kifayət qədər ətraflı məlumatlar verəcəyəm və polis rəisinin “yaxın” dostu olan E.Qasımovu yaxından tanıyacaqsınız!

Saatlı rayon prokurorunun köməkçisi H.Hüseynov məndən izahat alarkən bir neçə maraqlı faktlar üzə çıxdı. Şəhər sakinləri-Abdullayev Sədulla Rəhim oğlunun və Abdilli Emil Fəxrəddin oğlunun Respublika Baş Prokurorluğuna, DİN-ə, Saatlı rayon Prokurorluğuna, Saatlı rayon İcra Hakimiyyəti başçısına teleqramlarla müraciət etdikləri məlum oldu. Prokuror köməkçisinin “Siz bu adamları tanıyırsınızmı?”-sualına təbii ki, “xeyr” cavabını verdim. Teleqramların mətni barədə yazmaq istəmirəm, çünki onlar polisin “toplanmış materiallarında” vardır.

Cənab Prokuror!

Təsəvvür edirsinizmi, Abdullayev Sədulla Rəhim oğlu uzun müddətdir ki, Rusiyada yaşayır və sonuncu dəfə Azərbaycanda nə vaxt olub, heç rəis Cəbrayıl Vəliyev də bilməz. Amma onun adından mənə qarşı teleqram vurulur.

Emil Abdilli isə bir neçə il əvvəl atasının vəfatından sonra ailə həyatı qurub və Bakıda yaşayır. Emil Abdilli 18 may 2013-cü il tarixdə saat 16:03-də 070-266-91-88 nömrəli telefondan (sonra öyrəndim ki, özünə məxsusdur) mənə zəng etmişdi. Mən onu telefonda sakitləşdirə bilmirdim. Bu teleqramı təşkil edənlər, onu vuranlar, bu işin başında dayananlar barədə nələr demədi?! Şübhəsiz ki, o, rayon prokurorluğuna gəlib izahatı ilə bu saxta teleqrama aydınlıq gətirəcək.

Sədulla Abdullayev isə Moskvadan yeznəsi Ələddin Abdiyevə zəng edib, yaxın günlərdə təyyarə ilə uçub gələcəyini və bəzi məsələlərə aydınlıq gətirəcəyini bildib. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur?

Belə lazımsız və polis rəhbərinə yaraşmayan variantlara əl atan polis rəisindən və onun bəzi əməkdaşlarından nə desən gözləmək olar. Amma mən bilirəm ki, bu məsələlər nazir Ramil Usubovun diqqətinə çatsa, rəisə qarşı olduqca sərt tədbir görəcək. Mən başa düşmürəm, polisin Saatlıda görməli olduğu başqa iş yoxdurmu?

Sizdən həmin teleqramların kimlər tərəfindən vurulduğunu, bu işin arxasında kimlərin dayandığının araşdırılması üçün göstəriş vermənizi xahiş edirəm. Teleqramda onun yola salınması tarixi və saatı vardır. Rabitə evinin təhlükəsizlik kameralarında həmin teleqramları vuran şəxslər və onların başının üstündə dayanan paqonlu şəxs və ya şəxslər yəqindir ki, yaddaşa düşmüşdür. Bundan əlavə, E.Qasımovun kirillə yazılmış ərizəsində icra hakimiyyətinin işçisi Nurəddin Abdiyevin qardaşının adı hallanır. N.Abdiyevin bir qardaşı Telman Abdiyev polisin “UAZ” markalı avtomobilinin sürücüsüdür. Onun digər qardaşı Çingiz Abdiyev şəhər icra nümayəndəliyində kargüzarlıqla məşğuldur. Həm Sədulla Abdullayevin və həm də Emil Abdillinin Abdiyevlərlə çox yaxın qohumluq əlaqələri vardır. Yəqin ki, bütün bunlar “saxta” teleqramları vuranları aşkar etməkdə “ipucu” ola biləcək!

Polis rəisinin əqidəli, vicdanlı, vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq olan bir adamı ləkələmək üçün əl atdığı bu ucuz variant onun bu işdə səriştəsizliyindən xəbər verir. Gün ərzində məni açıq-aşkar izlətdirmək, oturub durduğum adamlara sifariş göndərmək, əyləşdiyim çayxananı bağlatdıracağı ilə hədələmək, hər halda, rəisin məsələləri ağılla yox, zorla həll etmək cəhdi kimi qiymətləndirilməlidir. Ən azından, son günlər rayon polisi barədə olduqca mənfi rəy formalaşır. Çünki polis rəisi doğru addımlara könül verməyib. 19 may 2013-cü il tarixdə saat 12 radələrində bazar ətrafındakı “Muğan” parkının polislər tərəfindən mühasirəyə alınması da C.Vəliyevin bu işdə tam səriştəsizliyinin bariz nümunəsidir. Həmin vaxt mən C.Vəliyevin mənə “xahiş-minnətə” göndərdiyi hacı Mirabbas Abbasovun və hacı Seyidrza Kazımovun telefonla məndən görüşmək istədikləri ilə bağlı ricasını nəzərə alıb həmin parka gəlmişdim. Hacılar məndən rəislə “barışmağı” çox xahiş etdilər və mən çox yumşaq, sülhsevər adam olduğum üçün xırda şərtlə razılıq verdim. Dedim ki, oğlumun icarəyə götürdüyü çayxananın sahibini qorxudub, çayxananı bağlatdıran rəisə deyin, olan-olub, böyüklük eləsin, bir neçə ailənin yeganə çörək ağacı-iş və məşğulluq yeri olan bu obyektin açılmasına icazə versin. Hansı ki, çayxana polis rəisinin özəl obyekti deyil ki, sərəncam vermək hüququ da olsun. Sadəcə, rəis vəzifəsindən sui-istifadə edərək obyekt sahibinə qanunsuz göstəriş verib. Və mən çox hörmət bəslədiyim hacılara da bildirdim ki, bu çayxana insanların baş-başa verib dərdləşdiyi bir iaşə yeridir. Bakının Bulvarında yüzlərlə çayxana var. İndi Bakı şəhər Baş Polis İdarəsinin rəisi Hacıbala Abutalıbova tapşırıq versin ki, görün o çayxanalara kimlər gəlir, nə danışır, nədən söhbət edirlər? Bu absurd məsələdir! Amma bizim rəis insanların daha bir istirahət yerindən-sayxanadan qaçmasına, deməli, daha pis işlərlə məşğul olmasına şərait yaradır. Bu insanlar çayxanaya gəlməsin, bəs hara getsin: bara, restorana, əxlaqsızlıq və narkotikləşdirilmə yerlərinə? Bəlkə oğurluqla məşğul olma barədə düşünsünlər? Dünyanın harasında olub ki, insanları çayxanada güdürlər? Və güddürən polis şefi olur!

Beləliklə, mən parkın həyətində oturub hacılarla çay içərkən park polislə doldu. Mən zarafatla hacılara dedim ki, görürsünüz, rəis C.Vəliyev Sizi mənim üstümə xahişə göndərib, ardınca da məni həbs etdirmək üçün polisləri göndərib... Axşam saat 19 radələrində isə futbol yarışları keçirdiyim Peşə Liseyinin idman meydançasında zarafatımın çin olduğu aşkarlandı. Sən demə, polis məni tutmağa gəlibmiş, guya mən “Muğan” parkında aksiya (?!) keçirəcəyəm!

Cənab Prokuror! Cəbrayıl Vəliyevin polis rəisi kimi fəaliyyətində Azərbaycan Respublikasının qanunlarının yox, başqa cür idarə etmənin simptomları açıq-aşkar görünür. O, rəis kimi Saatlı rayonunu “oğru” qanunları ilə idarə etməyə çalışır. Mən DİN naziri, çox hörmətli Ramil Usubova C.Vəliyevin polis sıralarına necə düşməsinin, xüsusən də belə mötəbər posta necə təyin edilməsinin araşdırılması barədə də müraciət edəcəyəm. Bu müştəbeh və özündən çox razı olan rəis barədə bütün instansiyalara məlumat verəcəyəm. “Mərdi qova-qova namərd etmək”, öz nöqsanlarını görmək və bundan çəkinmək əvəzinə, Güzgünü sındırmaq yolverilməzdir! Deyəsən, rəis həqiqətən də unudub ki, Azərbaycan hüquqi, demokratik bir dövlətdir! Bu ölkənin İlham Əliyev kimi demokratik prezidenti, dövlət başçısı var. Onu qəzetdə tənqid etdiyinə görə jurnalisti müxtəlif iyrənc vasitələrlə qorxutmaq, həbs etməyə çalışmaq, şantaj etmək, özü kimilərinin əli ilə böhtan atmaq nəinki məmura, heç kimə yaraşan iş deyil!

Polis rəisi C.Vəliyevin idarəetmə metodu adamları, şübhəsiz ki, hökumətdən narazı salır. Bu gün çox yüksək inkişaf etmiş və gözəl istirahət guşələri olan Saatlı çayxanalarında insanlar çox az gözə dəyir. Polis xofu, nahaqdan “işə düşmək” qorxusu adamların canından çıxmır.

Cənab Prokuror!

Sizdən ərizəmin qeydiyyata alınaraq rayon prokurorluğunda Saatlı rayon polis şöbəsi tərəfindən göndərilmiş materiallara əlavə edilməsi və ərizəmdə göstərilən xüsusatların ciddi və obyektiv araşdırılması barədə müvafiq göstəriş verməyinizi xahiş edirəm.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Paxıllıqdan onu 'yutub'dan silmişdilər..."
Bu gün, 21:46
74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar - TƏFƏRRÜAT
Bu gün, 21:42
Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
Bu gün, 21:38
"Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən"
Bu gün, 21:34
Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
Bu gün, 19:12
Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
Bu gün, 19:10
"Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
Bu gün, 19:04
Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
Bu gün, 19:01
Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... - MALƏSƏF...
Bu gün, 18:45
Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
Bu gün, 18:41
"Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" - FAKT BUDUR!
Bu gün, 18:19
Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
Bu gün, 18:15
Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
Bu gün, 18:13
“Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” - Masallıdakı amansız qətlin SENSASİON TƏFƏRRÜATI
Bu gün, 18:08
Röya Ayaz Salayevə cavab verdi: - "Siz elə ölü qalın"
Bu gün, 17:56
Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:48
“Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar
Bu gün, 17:46
Qalmaqallı direktor işdən çıxarıldı - öz ərizəsi ilə...
Bu gün, 17:45
Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı - Bu çıxışlarına görə
Bu gün, 17:34
Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir - deputat
Bu gün, 17:27
Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu - TƏFƏRRÜAT
Bu gün, 15:29
Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir - İNCƏLƏMƏ
Bu gün, 15:26
Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:18
Xalq artisti Fuad Poladovun doğum günüdür - ANIM
Bu gün, 15:13
Azərbaycanda 4-cü kurs tələbəsi qəzada öldü
Bu gün, 15:11
Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 15:07
Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib - “İnterfaks”
Bu gün, 15:04
Şahin Bağırov müavininin rütbəsini qaldırdı
Bu gün, 14:29
Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər - 230 minlik iddia
Bu gün, 13:58
Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı - VİDEO
Bu gün, 13:05
Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA - TƏFƏRRÜAT
Bu gün, 12:59
Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI - NƏLƏR BAŞ VERİR?
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! - bundan sonra NƏ OLACAQ?
Bu gün, 12:46
Qriqoryan Moskvaya getməkdən imtina etdi - “Armenpress”
Bu gün, 12:42
Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 12:30
“İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” - Canana
Bu gün, 12:03
Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır - RƏY
Bu gün, 12:00
“Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” - News.am
Bu gün, 11:58
Paşinyan Bakıya GƏLƏCƏK - ƏGƏR...
Bu gün, 11:19
“Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur
Bu gün, 11:16
Bakıda qəbir yerlərinin qiyməti niyə artır? - AKTUAL
Bu gün, 11:15
Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq - ÇÜNKİ...
Bu gün, 11:13
"Heç vaxt məbləğ demirəm... - Amma çox vəsait xərclənib..."
Bu gün, 11:10
"Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır
Bu gün, 11:06
Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu - NƏ BAŞ VERİR?
Bu gün, 11:05
Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI - NARAHATDIRLAR
Bu gün, 11:03
"Göyəzən" ASC-nin səhmdarları toplanır
Bu gün, 10:59
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq - Qazaxıstan KİV
Bu gün, 10:58
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI - BU NƏDİ BELƏ?..
Bu gün, 10:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru