Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili .....                     Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür .....                     Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini .....                     GİN-dən “zerkalnı” tender: .....                     Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir .....                     YUXU KİMİ HƏYAT... .....                     "Görün, nə qədər qadın bloger va..," .....                     “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı .....                     Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub .....                     "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." .....                     Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü .....                     Sabiq məmura cinayət işi açıldı .....                     Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. .....                     Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi .....                     Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər .....                     Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi .....                     Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb .....                     ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU .....                     "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." .....                     Ermənistan müdafiə nazirinin müşaviri istefa verib .....                     Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib .....                     Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib .....                     Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb .....                     “Effektivinvest” geriləyir .....                     Azərbaycanda internet ÇÖKDÜ .....                     Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb .....                     “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı .....                     Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir .....                     FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib .....                     Moskva TDT-dən və Astanadan əndişəlidir .....                     Ermənistan Konstitusiyası dəyişir .....                     Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                 

“BİZ DÖZÜMLÜ DEYİLİK”
Tarix: 12-12-2011, 16:01 | Çap et
“BİZ DÖZÜMLÜ DEYİLİK”

“İSLAHATLAR APARILMASA, HEÇ NƏ STABİL OLMAYACAQ”

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Beynəlxalq İnsan hüquqları Günü ilə əlaqədar Turan İnformasiya Agentliyinin suallarını cavablandırıb...

Sual: Hörmətli cənab səfir, Azərbaycanın beynəlxalq öhdəlikləri kontekstində ölkədə insan hüquqları sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?

Cavab: İnsan hüquqları Avropa İttifaqının əsas dəyərləridir. Aİ insan hüquqlarına unikal və bölünməz dəyər kimi baxır və onları təkcə təşkilat daxilində deyil, dünyanın hər yerində tətbiq etməyə sadiqdir. Bizim tərəfdaşlarımız başa düşürlər ki, bu, bizim mövqeyimizdir və bununla əlaqədar heç bir sirr və ya gizli gündəlik yoxdur.

Bu baxımdan Aİ Azərbaycanda insan hüquqları məsələsində sıx əməkdaşlığı və tərəqqini yüksək qiymətləndirir. 2010-cu ildə insan hüquqları məsələləri üzrə müntəzəm dialoqun başlanması çox müsbət addım oldu. Bununla belə, 2011-ci ildə biz ölkədə bu sahədə vəziyyətlə bağlı narahatlığımızı ifadə etmək məcburiyyətində qaldıq. Toplaşmaq azadlığı, eləcə də mülkiyyət hüququ məsələləri hakimiyyətlə danışıqlarımızın gündəliyində mühüm yer tutdu.

Qeyd etmək istərdim ki, Aİ ölkələrindən könüllü olaraq can atdığından daha çox şey istəmir. Aİ heç nəyi zorla qəbul etdirmir, biz sadəcə ölkələrin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət olunmasını təmin etmək istəyirik.

Azərbaycan Avropa Şurasına və ATƏT-ə daxil olarkən könüllü olaraq suveren qərar verib və öhdəliklər qəbul edib.

Azərbaycan insan hüquqlarına riayət olunmasına və vətəndaşlarının əsas azadlıqlarına zəmanət vermək üçün öz təşəbbüsü ilə Aİ ilə əməkdaşlıq edir.

Bu mənada müəyyən səylərə, məsələn, siyasi dialoq və islahatlar sahəsində, o cümlədən seçki prosesində və məhkəmə hakimiyyətinin müstəqilliyi sahələrində islahatlara ehtiyac var.

Mən nikbin əhval-ruhiyyədəyəm, biz Azərbaycanın Avropaya üz tutduğunu diqqətə aldıq və hesab edirəm ki, bu məsələlərdə tərəqqi realdır. Məsələn, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Aİ problemlərin həllində və mövcud təhlükələri dəf etməkdə Azərbaycanı dəstəkləməyə hazırdır.

Sual: Azərbaycanda toplaşmaq azadlığına, xüsusən Bakıda mitinq keçirilməsinə olan qadağaları necə qiymətləndirirsiniz?

Cavab: Artıq dediyim kimi, Aİ əsas dəyərlərinin müdafiəsinə böyük əhəmiyyət verir. Söz azadlığı və toplaşmaq azadlığı da buraya daxildir. İndiyədək Aİ kifayət qədər açıq olaraq, bu ilin yazında Bakıda dinc nümayişlərin qarşısının alınması və sonradan bu mitinqlərin iştirakçılarının mühakimə olunması ilə bağlı narahatlığımızı ifadə edib.

Bu məsələ daim diqqətimizdədir və biz ikitərəfli görüşlərimizdə, o cümlədən ədalətli mühakimə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratikləşmə məsələləri üzrə alt komitədə Azərbaycan hökuməti qarşısında insan hüquqlarının müdafiəsi məsələsini qaldırırıq.

ATƏT-in Bakıda icra hakimiyyəti orqanları ilə dialoqda bu problemin qənaətbəxş həllini tapmaq üçün göstərdiyi səyləri alqışlayırıq. Yaxın gələcəkdə, 2013-cü il seçkilərinə hazırlığın başlaması ilə müəyyən irəliləyişə ümid edirik.

Sual: Azərbaycan demokratları hesab edirlər ki, Qərb Azərbaycanda demokratiyanı neft və qaza dəyişib. Məhz buna görə Avropa demokratik normaların pozulmasına bu qədər dözümlü yanaşır. Bu iddia ilə razısınızmı?

Cavab: Birincisi, “dözümlü” dedikdə nə nəzərdə tutulduğunu dəqiqləşdirmək lazımdır. Aİ-nin ölkədə daxili proseslərə müdaxilə edəcəyini gözləyirsinizsə, Aİ-nin mahiyyətini anlamamısınız.

Biz dözümlü olmamışıq və bu il dəfələrlə ictimai və xüsusi görüşlərdə, Aİ səviyyəsində və Aİ üzvü olan bəzi dövlətlər səviyyəsində açıq-aşkar demokratik cəbhədə hadisələrin inkişafından narahat olduğumuzu qeyd etmişik.

Bununla belə, biz konstruktiv qarşılıqlı fəaliyyəti dəstəkləmək istəyirik, bu Aİ üçün əsas prinsipdir.

Aİ və Azərbaycan çoxdankı tərəfdaşlardır və bizim münasibətlərimiz çoxtərəflidir. Biz energetika sahəsində bir çox digər sahələrlə paralel olaraq əməkdaşlıq edirik. İstənilən ölkə ilə münasibətlərini qurarkən Aİ-nin əsas prinsipi insan hüquqları, demokratiya və qanunun aliliyinə hörmətdir. Bu o deməkdir ki, sözügedən prinsipə məhəl qoyulmasa, energetika və ya istənilən digər sahədə münasibətlər irəliləyə bilməz. Ərəb dünyasında son beynəlxalq hadisələr də bunu sübut etdi.

Beləliklə, demokratiya, insan hüquqları və qanunun aililiyi sahəsində irəliləyiş xalqın əsas istəyidir. Amma mən eyni zamanda düşünürəm ki, cəmiyyət nə qədər hakimiyyətin ona qarşı hörmətini hiss edərsə, siyasi sabitlik o qədər çox saxlanacaq.

Sual: Bu yaxınlarda Aİ Azərbaycanın Ədliyyə Nazirliyinə islahatlar üzrə layihələr üçün 3,7 mln. avro ayırıb. Sizcə, Azərbaycan hökuməti bunu özü etməli deyilmi və düşünmürsünüzmü ki, belə böyük məbləğlərdən daha mühüm və faydalı məqsədlərlə, məsələn, vətəndaş cəmiyyətinin, siyasi məhbusların, vəkillərin, KİV-in və s. dəstəklənməsi üçün istifadə oluna bilər?

Cavab: Artıq qeyd etdiyim kimi, Aİ Azərbaycanda müxtəlif sahələrdə iştirak edir və bu münasibətlər həm dövlət müəssisələri, həm də vətəndaş cəmiyyəti ilə qurulur.

Biz anlamalıyıq ki, istənilən ölkədə islahatlara və dəyişikliklərə gedən yol hökumətdən, həmçinin vətəndaş cəmiyyətindən keçir. Əlbəttə, islahatların aparılması və zəruri vasitələrin təmin edilməsi hökumətdən asılıdır. Vəziyyəti 3,7 mln. manat hesabına dəyişmək niyyətində deyilik, məqsədimiz yardım və dəstək göstərməkdir. Bu gün Ədliyyə Nazirliyi ilə əməkdaşlıq ediriksə, bu o deməkdir ki, hökumət də, Aİ də ölkənin Ədliyyə Nazirliyinin səlahiyyətində olan məsələləri Avropa qanunvericiliyinə yaxınlaşdırmaq tələblərini yerinə yetirməsinə yardım göstərilməsi zərurəti olduğunu hesab edir. Bununla belə, bizim Ədliyyə Nazirliyinə dəstəyimiz digər səyləri əvəz etmir.

Aİ Azərbaycanda vətəndaş cəmiyyətinə də dəstək göstərən ən iri xarici donordur. 2007-ci ildən etibarən Avropa Demokratiya və İnsan Haqlarına yardım aləti vasitəsilə QHT-lərə 4,7 mln. avro yardım ayrılıb.

2010-cu ilin noyabrında biz ümumi büdcəsi 1,9 mln. avro olan layihə müsabiqəsinə start verdik. 12 layihə seçdik, onlar 2012-ci ildə başlayacaq. Aİ Azərbaycanda vətəndaş cəmiyyətinin maliyyələşdirilməsində və inkişafında mühüm rol oynamaqda davam edəcək, bütün tərəfdaş ölkələrdə vətəndaş cəmiyyətini dəstəkləməyə davam edəcəyik və bizim maliyyə dəstəyimiz artacaq.

Sual: Biz bilirik ki, Aİ demokratiyanın pozulması ilə əlaqədar Belarusun yüksək vəzifəli məmurları barəsində sanksiyalar qəbul edib. Aİ-nin Azərbaycanda energetika maraqlarından irəli gələrək, azərbaycanlı məmurlar barəsində bunu edə bilmədiyi doğrudurmu?
Cavab: Bizim Belarusa yanaşmamız Aİ-nin insan hüquqları və demokratiya məsələsində yeni, daha sərt mövqeyinin əyani nümunəsidir. Aİ tərəfdaş ölkələrin Avropa Şurası, ATƏT və Aİ qarşısında götürdükləri öhdəliklərini yerinə yetirəcəyini gözləyir. Bu baş vermədikdə və hətta belə bir imkan müzakirə edilmədikdə, bunun nəticələri qaçılmaz olur. Amma bu, bizim dialoq və konkret irəliləyişlər yolu ilə imkan daxilində qaçmaq istədiyimiz vəziyyətdir. Əlbəttə, hazırda Azərbaycanla bağlı bu, gündəmdə deyil. Hər ikisinin MDB məkanına daxil olduğuna baxmayaraq, Belarus və Azərbaycan müqayisə oluna bilməz.

Aİ dəfələrlə Belarusda insan hüquqları, demokratiya və qanunun aliliyi, KİV azadlığı sahəsində vəziyyətin pisləşməsi ilə əlaqədar narahatlığını ifadə edib və Belarus hakimiyyətini konkret addımlara çağırıb. Təəssüf ki, biz bu çağırışlara hər-hansı müsbət cavab ala bilmədik.

Azərbaycan etiraf edir ki, siyasi islahatlar ümumi maraqlara xidmət edəcək və ölkədə demokratiyaya sadiqliyini bəyan edir. Bu etiraf çox yaxşı dönüş nöqtəsidir. Siyasi və iqtisadi islahatlar aparılır, bəziləri üçün islahatların tempi çox yavaş görünə bilər, amma onlar mövcuddur.

Qarşıda görüləcək çox iş olsa da, hesab edirik ki, tərəfdaşlarımızın göstərdikləri Avropaya inteqrasiya cəhdləri Azərbaycanda demokratik inkişafa müsbət təsir göstərəcək.

Enerji sahəsindəki münasibətlərimizin əhəmiyyətinə baxmayaraq, bizim əməkdaşlığımız yalnız bu sahə ilə məhdudlaşmır və bütün məsələlər sadə terminlərlə izah edilə bilməz. Münasibətlərimizin möhkəm olması üçün onlar bizim sərbəst qəbul etdiyimiz əsas dəyər və prinsipləri əhatə etməlidir və biz Azərbaycanın neft və qazını Avropaya satmaq marağının böyük olmasından, bizim isə bu resursları almaq marağında olmağımızdan asılı olmayaraq, həmişə o dəyərləri təşviq edəcək.

Və mən hesab edirəm ki, bu gün, Beynəlxalq İnsan Hüquqları Günündə bu məsələlər üzrə açıq-aydın fikir bildirmək çox vacibdir. Aİ insan hüquqlarının təşviqi, demokratikləşmə işinə sadiqdir və biz uzunmüddətli gələcəkdə münasibətlərin sabit inkişafı məqsədilə tərəfdaş ölkələrdə zəruri islahatların təşviqinə davam edəcəyik. Bu, yalnız prinsipi təşviq etmək məsələsi deyildir, həm də uzun müddətli əlaqələrin davamlı olması mənafeyinə xidmət edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Dünən, 18:02
Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Dünən, 17:49
Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Dünən, 17:47
GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Dünən, 17:45
Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Dünən, 17:42
YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Dünən, 17:32
"Görün, nə qədər qadın bloger va..,"
Dünən, 17:14
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Dünən, 17:04
Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Dünən, 16:57
"Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:56
Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Dünən, 16:46
Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 16:45
Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Dünən, 16:44
Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Dünən, 16:42
Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Dünən, 16:18
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 16:13
Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Dünən, 16:04
ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Dünən, 15:58
"Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Dünən, 15:53
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Dünən, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Dünən, 15:34
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Dünən, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Dünən, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Dünən, 15:18
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Dünən, 15:15
Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Dünən, 15:14
“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Dünən, 14:57
Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:54
FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Dünən, 14:50
Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Dünən, 14:40
Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Dünən, 13:33
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Dünən, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Dünən, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Dünən, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Dünən, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Dünən, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Dünən, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Dünən, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Dünən, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Dünən, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Dünən, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Dünən, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Dünən, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Dünən, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Dünən, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Dünən, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Dünən, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Dünən, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Dünən, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Dünən, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru