QƏZƏNFƏR AĞAYEVİN ÇƏTİN ANLARI
Tarix: 27-05-2013, 09:11 | Çap et
Astara rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd ərazi icra nümayəndəsi Tofiq Əliyev icra başçısı Qəzənfər Ağayevin kənd sakinləri ilə mayın 23-nə planlaşdırılan görüşü yerli əhalidən gizli saxlayıb. Tədbirə yalnız qohum-əqrabasını, büdcə təşkilatında işləyənləri dəvət edib. Amma tədbir barədə qəfil xəbər tutub gələnlər, icra başçısından ciddi məsələlərin həllini tələb ediblər.
Qeyd edək ki, Şiyəkəran kəndi rayonun ən böyük yaşayış məntəqələrindən sayılır. 5130 nəfər əhalisi olan bu kənddə 1820 təsərrüfat, 2 tam orta məktəb, 1 körpələr evi-uşaq bağçası, 6 fermer təsərrüfatı, 600 hektar əkin sahəsi var.
Rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd ərazi icra nümayəndəsi Tofiq Əliyev həmin görüşdə çıxış edərək, ərazidə son aylarda aparılan geniş quruculuq və abadlıq işləri, Şiyəkəran kəndində əhalinin sıx yerləşdiyi məhəllədə, 1 saylı tam orta məktəbə gedən 6 km yolun yarsının asfaltlaşdırılması barədə uzun-uzadı məlumat verib.
Kənd sakinlərindən Məmmədşah Məcidov, Yaşar Əliyev, Tarif Həsənov, Hacı Əsgər Zeynalov çıxış edərək son aylarda Şiyəkəran kəndində görülən işlərindən qismən razılıq etsələr də, ciddi irad və təkliflərini icra başçısının nəzərinə çatdırıblar. Bildiriblər ki, uzun illərdir ərazidə sıradan çıxmış elektrik dirəkləri dəyişdirilməli, kəndin ikinci hissəsinə telefon xətti çəkilməli, vaxtilə Pensər çayının üzərində salınmış, hazırda dağılmış vəziyyətdə olan körpü yenidən bərpa edilməli və çayın ətrafı zibillikdən təmizlənməli, 1saylı tam orta məktəb və uşaq baxçası əsaslı təmir edilib yenidən qurulmalı, məhəllə yolları asfaltlaşdırılmalı, kənd mədəniyyət evinin əhalinin istifadəsinə verilməsi problemi qısa zamanda həll olunmalıdır.
Əməkdaşımız kiçik bir araşdırma nəticəsində maraqlı məlumat əldə edib. Məlum olub ki, qeyd olunan bərbad obyeklərlə yanaşı, qapı və pəncərəsi olmayan uşaq baxçası, əslində sənəd üzərində ötən illərdə bir neçə dəfə təmir olunub və kifayət qədər vəsait mənimsənilib. Təkcə bu il kənd mədəniyyət evinin cari təmirinə mart ayının əvvəlində “Ruhin-M” MMC-yə 13 min manat pul ayrılıb. Digər nümayəndəlik həmin müəssisəyə Kakalos kənd mədəniyət evinin carı təmirinə görə 15 min, Ovala və Xiçəso kənd məktəbinin təmirinə görə 18 min manat vəsait ödəyib. İşlərə nə vaxt başlanacağı isə bilinmir. Yarımçıq qalan yolların əsaslı təmirinə 600 min manatdan çox vəsait 52 saylı yol istisimar idarəsinə köçürülüb. Qeyd olunan rəqəmlər haqqında məlumat icra başçısına çatdırılıb və ondan görüləcək işlərə ciddi nəzarət olunması xahiş edilib.
Əməkdaşəmız uzun illərdən bəri yığılıb qalan problemlərlə, onların həllli ilə bağlı Astara RİH başçısının Şiyəkaranda inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tofiq Əliyevə telfon açaraq, mövqeyini öyrənməyə çalışıb. Adam cavab verməkdən boyun qaçırıb: “Rəhbərliyin göstərişi var, onlardan icazəsiz mətbuata açıqlama verə bilmərik. Sizi nə maraqlandırırsa, İcra Hakimiyyətinə gedib, onlardan soruşun.”
P.S. Yaxın vaxtlarda Astara rayon Məşğulluq Mərkəzinin rəhbəri Zeynulla Şükürovun işsizlərlə bazarlığından, göndəriş vərəqələrinə aldığı pullardan, idarə və müəssisələrdə işə qəbul edilmək üçün müəyyən etdiyi nırxdan və başqa əməllərindən yazacağıq. Bizi izləyin. infom.az 


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16 |
|
|
|
| • İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14 |
|
|
|
| • Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12 |
|
|
|
| • Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01 |
|
|
|
| • Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55 |
|
|
|
| • “Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49 |
|
|
|
| • "Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47 |
|
|
|
| • Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42 |
|
|
|
| • ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41 |
|
|
|
| • Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35 |
|
|
|
| • Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33 |
|
|
|
| • "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26 |
|
|
|
| • Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24 |
|
|
|
| • Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19 |
|
|
|
| • Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17 |
|
|
|
| • Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15 |
|
|
|
| • Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10 |
|
|
|
| • Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02 |
|
|
|
| • Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59 |
|
|
|
| • Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52 |
|
|
|
| • Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50 |
|
|
|
| • “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49 |
|
|
|
| • Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47 |
|
|
|
| • İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37 |
|
|
|
| • Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
| • Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29 |
|
|
|
| • “AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25 |
|
|
|
| • İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21 |
|
|
|
| • Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09 |
|
|
|
| • Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03 |
|
|
|
| • Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01 |
|
|
|
| • "Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56 |
|
|
|
| • Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55 |
|
|
|
| • Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
| • Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53 |
|
|
|
| • ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47 |
|
|
|
| • İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44 |
|
|
|
| • Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42 |
|
|
|
| • MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35 |
|
|
|
| • Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32 |
|
|
|
| • Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27 |
|
|
|
|