AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                     İrəvandan Ankaraya "top səndədir" mesajı .....                     Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU .....                     Camalovun xaraba günə qoyduğu Zərdab... .....                     “AtaSığorta” ləğv edilir .....                     İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq .....                     Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                     Rusiya Kiyevi də, Odessanı da tuta bilər .....                     Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı .....                 

BİR HƏKİMİN QƏTLİNİN ŞOK MƏQAMLARI
Tarix: 29-05-2013, 11:05 | Çap et
BİR HƏKİMİN QƏTLİNİN ŞOK MƏQAMLARI
Tibb elmləri namizədi, ürək-damar cərrahı, həkim-kardioloq Cavid Həmişəyevin amansızlıqla qətlə yetirilməsi xəbərini qızım mənə dedikdə inanmadım. Bir yanlışlıq-filan olmasın deyib tez xəbər portallarını araşdırdım. Dönə-dönə oxusam da, gözlərimə inanmadım. Bəlkə də inanmaq istəmədim...

Onunla iki il öncə tanışmışdıq. Rayonda yaşayan yaxın qohumlarımdan birinin ürəyində ciddi problemləri yaranmışdı. İranda müalicə alsa da, xeyri olmamışdı. Məhz Cavid həkimin sayəsində tam sağalıb normal həyata dönmüşdü...

Qətl hadisəsi barədə rəsmi məlumatda deyilirdi:

Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə yaydığı məlumatda deyilirdi: Bakı sakini, 1977-ci il təvəllüdlü Həmişəyev Cavid Zaməddin oğlunun paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında meyiti aşkarlanıb. Meyitin üzərində 19 bıçaq xəsarəti aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.5-ci ( tamah məqsədilə qəsdən adam öldürmə) maddələri ilə Nərimanov rayon prokurorluğunda cinayət işi başlanıb,

Aparılan ilkin istintaq-əməliyyat tədbirləri nəticəsində Cavid Həmişəyevə məxsus 90 NU-363 dövlət nömrə nişanlı “Mercedes MLK” markalı avtomobil və həmçinin şəxsi əşyalarının olmadığı müəyyən edilib. Gecə saat 2.00 rədələrində həkimə məxsus avtomaşın Daxili İşlər və prokurorluq orqanları əməkdaşları tərəfindən 20 Yanvar dairəsi yaxınlığında saxlanılıb.

Bu alın yazısıdırmı?

Cavid Həmişəyevə məxsus avtomaşında olan Bağırlı Türkan Sudef qızı, Ərəbov Yasin Mərkəz oğlu və Məmmədov Koroğlu Yusif oğlu tutularaq istintaqa cəlb ediliblər. Onlar ilkin ifadələrində həkimi tamah məqsədilə qətlə yetirdiklərini deyiblər.

Avtomobilə baxış keçirilərkən oradan mərhumun şəxsi əşyaları, sənədləri, Koroğlu Məmmədovun cinayəti törədəndə geyindiyi paltarları, maşında olan 600 manat, şalvarının cibində olan 70 manat pul K.Məmmədov və Y.Ərəbovdan aşkar edilərək götürülüb.

Həkimin qətlə yetirilməsində istifadə olunan iki ədəd bıçaq isə Buzovna qəsəbəsindəki zibillikdən tapılıb.

Dostlarının dedikləri

Cavid Həmişəyev Tibb universitetinin müalicə-profilaktika fakültəsini bitirdikdən sonra təhsilini Türkiyədə davam etdirib. İki ildən artıqdır ki, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Angioqrafiya şöbəsinin müdiri işləyib.

İş yoldaşı, yaxın dostu həkim-kardioloq Elnur İsayev dəfn mərasimindən bu səhər qayıtdığını (Xatırladaq ki, mərhumun cənazəsi ata-baba yurdunda – Qazax rayonunda torpağa tapşırılıb) dedi: “Bu haqda danışmaq inanın ki, mənim üçün çox ağırdır. Altı il olardı ki, gəlmişdi Azərbaycana. Əvvəlcə Mərkəzi Klinikada işləsə də, 2011-ci ildə ATU-nun Tədris-Terapevtik Klinikası açılandan sonra buraya gəldi. Hər şeyi sıfırdan başlamışdı. Cavid gözəl həkim olmaqla yanaşı, həm də gözəl insan idi. Səmimiyyəti, mehribançılığı ilə bütün kollektivin hörmətini qazanmışdı. İki övlad atası idi. Kiçik qızının cəmi iki yaşı var.

Altıncı gün işdən sonra həmişə olduğu kimi bizimlə sağollaşıb getdi. Söhbət əsnasında mənə ailə üzvləri ilə birlikdə bağa gedəcəklərini demişdi. Amma həmin gün yaxınları onunla əlaqə saxlaya bilməyiblər. Telefonuna zəng çatmadıqda polisə müraciət ediblər. Axşam saatlarında isə qətlə yetirildiyi məlum oldu.

Onun haqqında haqsız şeylər yazıblar. Hadisəyə başqa don geyindirirlər. Amma versiyalardan biri də budur ki, onu xəstə üstünə çağırıb aparıblar və bu hadisə baş verib”.

“Onunla bağlı heç bir neqativ söz deyə bilməzlər”

Türkiyədə işləyən dostu, ürək-damar cərrahı Fərid Qasımzadənin dediklərindən: “Onun barəsində fantastik versiyalar yazılmağı mənə çox pis təsir edir. Ölkədə neçə-neçə insanın həyatını qurtarmış bir kardioloq idi. Cavidin arxasından ona yaraşmayan yazılar yazılır. Azərbaycanda cərrahi korpusu olmayan bir klinikada, yəni ki hər hansı bir təhlükəli halda acil əməliyyatxana ehtiyacı olmağına baxmayaraq, o riskli xəstələri cəsurca tədavi etdi, universitetdə təmənnasız işlədi. Onunla əlaqədar tək bir neqativ söz deyə bilməz heç kim.

Uzmanlıq illəri

Cavid Türkiyənin 19 Mayıs Universiteti kardiologiya şöbəsində uzmanlıq keçən illərində digər xarici həkimlər kimi maaş almamağına baxmayaraq, həmişə tələbələrə maddi-mənəvi dəstək olub. O illərdə könüllü şəkildə Samsun Azərbaycan Kültür Dayanışma dərnəyi üzvü olaraq diaspora fəaliyyətlərində aktiv iştirak etmişdi. Elmi müvəffəqiyyəti, Türkiyədə işlədiyi klinikalarda hörməti sayəsində Azərbaycana qayıtdıqdan sonra da onun xahişi, şəxsi hörməti ilə bir çox azərbaycanlı həkim 19 Mayıs Universitetində Kardiologiya sahəsində kurs keçmişdir”.

“Üzərimdə böyük əməyi olan bir insandı”

Hal-hazırda İsraildə həkim işləyən yaxın dostu Əhməd Namazovun dediklərindən: “2000-2007-ci illər arasında Türkiyənin Samsun şəhərində tələbə idim. Cavid həkim bizim universitetə kardiologiya üzrə uzmanlıq təhsili almağa gəlmişdi. 2003-2008-ci illər arasında uzmanlıq təhsili aldıqdan sonra vətənə döndü. Biz tələbə idik, o isə artıq həkim idi. Bizdən yaşca böyük olduğu üçün, həm də hörmət əlaməti olaraq ona “abi” deyirdik. Çox dəyərli bir insan idi. Samsunda qaldığım 2007-ci ilə qədər çox gözəl günlərimiz birlikdə keçdi. Üzərimdə böyük əməyi olan bir insandır. Özü həkim olduğu üçün, bizdən böyük olduğu üçün həmişə tələbələrə maddi və mənəvi cəhətdən kömək etməyi özünə borc bilirdi. Halbuki Uzmanlıq təhsili zamanı xəstəxanadan maaş almırdı”.

P.S. Bir həkimin canına qıymaq, yüzlərlə, minlərlə insanın canına qəsd etmək deməkdir. Gözünü qan örtmüş zavallı qatillər... Bu məmləkətə harınlamış, rüşvətxor, yetim malına göz dikən onlarca özünüz kimi şərəfsiz olduğu halda, yüzlərlə insana həyat bəxş edən bir həkiməmi gücünüz çatdı?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru