MTN İRANA AİD NARKOTRANZİTİ ÇÖKDÜRÜR
Tarix: 13-12-2011, 16:22 | Çap et
DAHA BİR MƏLUMATIMIZ TƏSDİQLƏNDİ
DİA.AZ: - Daha bir məlumatımız təsdiqləndi. Dünən bildirmişdik ki, Azərbaycanın xüsusi xidmət orqanları İrana aid narkotranzitlərlə bağlı əməliyyat keçirəcək. Məlumatımızda onu da bildirmişdik ki, İran agenturası əsasən Azərbaycandakı narkotik qaçaqmalçılığı hesabına maliyyələşir. So məlumatlarda isə bildirilir ki, artıq MTN belə bir əməliyyat keçirib.
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən bu günlərdə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qaçaqmalçılığında və qanunsuz dövriyyəsində təqsirli bilinən şəxslər tutulub.
MTN-i İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları - Bağırov Ramiz Qəzənfər oğlu, Quliyev İmran Ələkbər oğlu, İran İslam Respublikasının vətəndaşı Nasirzadə Noşahr Oruc Mohammadalı oğlu və digərləri qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda heroini gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər.
Müəyyən edilib ki, Ramiz Bağırov hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşına külli miqdarda narkotik vasitə sifariş verib və həmin narkotikin qaçaq yolla Azərbaycana gətirilməsini qrupun digər üzvü İmran Quliyevə tapşırıb. Bu məqsədlə qrupun üzvləri arasında külli miqdarda narkotik vasitənin sərnişin avtobusunun sürücüsü İran İslam Respublikasının vətəndaşı Noşahr Nasirzade ilə Azərbaycana göndərilməsi barədə razılıq əldə olunub. Bundan sonra, Noşahr Nasirzade idarə etdiyi “SKANİA” markalı avtobusda içərisində 500 qramdan artıq heroinin gizlədildiyi xüsusi hazırlanmış dörd ədəd laminat taxta hissələrini Azərbaycana gətirib Lənkəran şəhəri yaxınlığında İmran Quliyevə təhvil verib, həmin heroindən 27,7 qramını isə özündə saxlamışdır. İmran Quliyev MTN əməkdaşları tərəfindən yaxalanıb, baxış zamanı qeyd olunan dörd ədəd laminat taxta hissələrinin içərisində gizlədilmiş 500 qrama yaxın heroin aşkar edilərək götürülüb. Noşahr Nasirzade də saxlanılıb və üzərindən 27,7 qram heroin aşkarlanıb.
MTN-in narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində Gürcüstan vətəndaşları - Səmədzadə Ənvər Ramiz oğlu, İlyazov Seymur Bariz oğlu, Kalayev Ramin İbrahim oğlu, Şərifov Mikayıl Hidayət oğlu, Kərimov Sair Rafael oğlu, İran İslam Respublikasının vətəndaşı Mostafaei Mohammad Tagı Hossein oğlu, Azərbaycan Respublikasının vətəndaşları - Abbasov Arif Salman oğlu və Abbasov Məmməd Salman oğlu saxlanılıb. Müəyyən edilib ki, adları çəkilən şəxslər və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda heroini gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər. Məlum olub ki, qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən Mohammed Mostafaei külli miqdarda, yəni təxminən 500 qram heroinə görə ödənməli olan 4 min ABŞ dollarından 2 min 800 dolları aldıqdan sonra əldə etdiyi həmin narkotiki “Peugeot” markalı avtomobilində gizlədərək qaçaq yolla İrandan Azərbaycana keçirib və Bakı şəhərinə gətirib.
Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Bu gün, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Bu gün, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Bu gün, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Bu gün, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Bu gün, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Bu gün, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Bu gün, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Bu gün, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Bu gün, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52 |
|
|
|
| • Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35 |
|
|
|
| • Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31 |
|
|
|
| • Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27 |
|
|
|
| • Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26 |
|
|
|
| • General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19 |
|
|
|
| • İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02 |
|
|
|
| • “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49 |
|
|
|
| • Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40 |
|
|
|
| • “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38 |
|
|
|
| • Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37 |
|
|
|
| • Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32 |
|
|
|
| • Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26 |
|
|
|
| • “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19 |
|
|
|
| • 14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16 |
|
|
|
| • Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59 |
|
|
|
| • Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58 |
|
|
|
| • Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37 |
|
|
|
| • Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31 |
|
|
|
| • İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
| • Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22 |
|
|
|
| • Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
| • Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14 |
|
|
|
| • Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06 |
|
|
|
| • Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03 |
|
|
|
| • “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56 |
|
|
|
| • Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53 |
|
|
|
| • Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49 |
|
|
|
| • Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44 |
|
|
|
| • Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02 |
|
|
|
| • "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00 |
|
|
|
| • “Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55 |
|
|
|
| • Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53 |
|
|
|
| • Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50 |
|
|
|
| • Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46 |
|
|
|
|