DEPUTAT KOMİTƏ SƏDRİNİ TƏKZİB ETDİ
Tarix: 14-12-2011, 12:41 | Çap et
PARLAMENTİN KOMİTƏ ÜZVÜ: "BU MƏSƏLƏYƏ MANE OLANLAR VAR"
Dövlət Torpaq və Xəritəçəmə Komitəsinin sədri Qərib Məmmədov mətbuata bir neçə gün öncəki açıqlamasında qanunsuz tikililərlə bağlı qanun layihəsi hazırlandığını və Milli Məclisə təqdim olunduğunu deyib. Onun sözlərinə görə, qanun layihəsi qəbul olunarsa, komitə də onun əsasında müvafiq iş aparacaq. Lakin Modern.az saytının araşdırmaları zamanı məlum olub ki, parlamentə belə bir sənəd daxil olmayıb.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev saytımıza bildirib ki, hələlik Milli Məclisə komitə sədrinin bəhs etdiyi sənəd daxil olmayıb: “Mən bu məsələ ilə bağlı dəfələrlə münasibət bildirmişəm. Hesab edirəm ki, bu, çox vacib bir məsələdir. Mənə seçicilər müraciət edirlər. Baxın, adam doğulub Bakıda, valideynləri Bakıda yaşayır, o, məktəbi də Bakıda bitirib. Ancaq Ağcabədinin qeydiyyatındadır. Əsgərliyə də Ağcabədi Hərbi Komissiarlığından çağrılır. Məncə, belə şey düzgün deyil. Bu, necə ola bilər”.
T.Rzayevin sözlərinə görə, Bakıdakı sənədsiz evlər sənədləşdirilmədiyindən bir çox sakinlər qeydiyyat problemi yaşayırlar.
“Bu məsələ cənab Prezidenti də narahat edir. Odur ki, bu ilin əvvəlindən Bakıdakı sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı göstəriş verib. Bu məsələ parlamentin illik gündəliyinə salınıb”.
Deputat deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində bu məsələ ilə bağlı ciddi işlərın görüldüyü ilə bağlı onda məlumat var. Ancaq prosesə mane olanlar da var. Hər halda inanıram ki, sözügedən sənəd yanvardan sonra bizə təqdim olunacaq.
Milli Məclisin İqtisadi Siyasət Komitəsi isə bu gün “Şəhərsalma və Mənzil Tikintisi haqqında” Qanun layihəsini müzakirə edəcək.
Bu layihədə Bakı şəhərində sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı heç bir maddə yoxdur.
Modern.az xatırladır ki, ölkə ərazisində, o cümlədən paytaxtda çoxlu icazəsiz tikililər var ki, onların əksəriyyəti vətəndaşların yaşadığı fərdi evlərdir. Hələ 2008-ci ilin sonlarında heç bir qanuni sənədi olmayan belə evlərin siyahılaşdırılmasına başlanılmışdı. Amma iş yarımçıq qaldı. Nəhayət bu ilin əvvəlində Prezident İlham Əliyevin keçirdiyi iclasda məsələ yenidən gündəmə gətirildi.
Ölkə başçısının Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq müvafiq tədbirlərə yenidən start verildi.
Prezidentin göstərişinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti sənədsiz evlərin məsələsiylə bağlı mexanizm hazırlamalı və layihə razılaşdırılmaq üçün Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunmalıdır. Bundan sonra yekun variant qəbul edilə bilər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52 |
|
|
|
| • Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35 |
|
|
|
| • Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31 |
|
|
|
| • Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27 |
|
|
|
| • Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26 |
|
|
|
| • General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19 |
|
|
|
| • İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17 |
|
|
|
| • Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02 |
|
|
|
| • “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49 |
|
|
|
| • Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40 |
|
|
|
| • “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38 |
|
|
|
| • Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37 |
|
|
|
| • Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32 |
|
|
|
| • Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26 |
|
|
|
| • “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19 |
|
|
|
| • 14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16 |
|
|
|
| • Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59 |
|
|
|
| • Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58 |
|
|
|
| • Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37 |
|
|
|
| • Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31 |
|
|
|
| • İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
| • Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22 |
|
|
|
| • Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
| • Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14 |
|
|
|
| • Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06 |
|
|
|
| • Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03 |
|
|
|
| • “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56 |
|
|
|
| • Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53 |
|
|
|
| • Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49 |
|
|
|
| • Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44 |
|
|
|
| • Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02 |
|
|
|
| • "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00 |
|
|
|
| • “Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55 |
|
|
|
| • Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53 |
|
|
|
| • Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50 |
|
|
|
| • Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46 |
|
|
|
|