AZAD KLİNTONA HAQQ QAZANDIRIR
Tarix: 14-12-2011, 12:46 | Çap et
“AZƏRBAYCANIN ADINI ZİMBABVE İLƏ BİRGƏ ÇƏKİLMƏSİNİ ALQIŞLAYIRIQ”
Azərbaycanlı məmurların ABŞ-ın dövlət katibi Hillari Klintonun son bəyanatına reaksiyası analitikləri təəccübləndirib.
Dekabrın 9-da dövlət katibi H.Klinton son bəyanatında fikir azadlığı hüququnu həyata keçirənlərə qarşı zorakılığın davam etməsindən şikayətlənib. O deyib: “Azərbaycandan tutmuş Zimbabveyə kimi siyasi məhbuslar öz fikirlərinə, yazılarına, dinc təbliğata və ya öz əqidələrinə görə hələ də həbsdədir”.
Lakin Azərbaycan XİN və Prezident Administrasiyası Klintonun iradlarından narazılıqlarını bildirərək qeyd ediblər ki, Vaşinqton Ermənistanda baş verən pozuntuları görməyərək yalnız Azərbaycan haqqında mənfi rəy verir.
Amerikanın Xarici Siyasi Araşdırmalar İnstitutunun (FPRİ) baş elmi işçisi Cerald Robbins Turan-a şərhində bildirib ki, Azərbaycanın əvəzində A hərfi ilə başlayan digər ölkə də göstərilə bilərdi. Lakin demək olmaz ki, ölkənin adı təsadüfən çəkilib.
Başqa bir analitik, Ostin Universitetinin professoru Maykl Tkaçik qeyd edib ki, Bakıda hakimiyyət diqqəti öz problemlərindən yayındırmağa çalışır. Lakin bu səylər ilk növbədə Azərbaycanda daxili auditoriyaya hesablanıb.
“Human Rights Watch hər iki ölkəni pozuntularda ittiham edir, lakin onların gəldiyi nəticə belədir ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət Ermənistanda olduğundan pisdir”, - Tkaçik vurğulayıb.
O qeyd edib ki, digər hörmətli təşkilat Freedom House da Ermənistana “qismən azad”, Azərbaycana isə “azad olmayan ölkə” kimi baxır.
Analitikin fikrincə, Azərbaycanın adının çəkilməsi ilə bağlı Klintonun qərarı bir sıra amillərlə əsaslandırılıb.
Birincisi, ABŞ öz xarici siyasətində daim insan haqlarına toxunur. Vaşinqtonun insan haqlarına diqqəti ABŞ-ın dünyada mənəvi nüfuzunu təsdiqləyir və ABŞ-ın xarici siyasətində bu dəyərin prioritet olmasından xəbər verir.
İkincisi, xanım Klinton Azərbaycanın adını ona görə çəkib ki, bu ölkədə həqiqətən insan haqları ilə bağlı problemlər var.
Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda kiçik yaxşılaşmalar ola bilsin ki, Freedom House-un siyahısında onu “azad olmayan ölkə”dən “qismən azad ölkə”yə çevirə bilsin. Əgər bu, baş versəydi, Klinton üçün Azərbaycanla Zimbabveni (insan hüquqlarının amansızlıqla pozulduğu ölkə) bir sıraya qoymaq çox çətin olardı, Tkaçik vurğulayıb.
ABŞ jurnalistlərin qorxudulmasından, polisin və hökumətin qəddarlığından, ədalətli kompensasiya olmadan mülkiyyətin zəbt edilməsindən (xüsusilə Bakıda), 2010-cu ilin noyabr seçkilərindəki pozuntulardan, toplaşma, vicdan azadlıqlarının, qadın hüquqlarının pozulmasından, korrupsiya faktlarından narahatdır, analitik qeyd edib.
Öz növbəsində Demokratiya Uğrunda Azərbaycan-Amerika təşkilatı (AZAD) bəyanatla çıxış edərək dövlət katibi Klintonun insan haqlarının pozulduğu ölkələr sırasında Azərbaycanın adını Zimbabve ilə yanaşı çəkməsini alqışlayıb.
AZAD Azərbaycan XİN və Prezident Administrasiyasını dövlət katibi Klintonun obyektivliyini şübhə altına almaq cəhdlərinə görə tənqid edib.
“Amerikanın mənəvi liderliyi, başqa ölkələrdə azad və açıq cəmiyyətlərin inkişafına yardımı ABŞ-ın milli maraqlarına uyğundur, davamlı sülh və qlobal təhlükəsizliyə xidmət edir. Biz ABŞ hökumətini və bütün seçkili vəzifəli şəxsləri Azərbaycanda demokratiyanı dəstəkləməyə, fərqli düşünənlərə qarşı təzyiqlərə, insan hüquq və azadlıqlarının pozulmasına son qoyulması məqsədilə Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırırıq”, - bəyanatda deyilir.
AZAD hesab edir ki, nə Azərbaycan XİN-in, nə də Prezident Administrasiyasının bəyanatına Azərbaycan xalqının və ya dünya azərbaycanlılarının hislərinin ifadə olunması kimi baxıla bilməz.
“İndiki rejimdə Azərbaycanda bütün seçkilər hakim partiyanın xeyrinə kobud şəkildə saxtalaşdırılıb və hakimiyyət vətəndaşların öz fikirlərini sərbəst ifadə etməsinə əngəl törətməkdə davam edir. Bakının indiki hökuməti hakim rejim üzvləri istisna olmaqla, Azərbaycan xalqının iradə və fikrinin ifadə olunmasında legitim deyil”,- bəyanatda vurğulanır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16 |
|
|
|
| • İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14 |
|
|
|
| • Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12 |
|
|
|
| • Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01 |
|
|
|
| • Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55 |
|
|
|
| • “Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49 |
|
|
|
| • "Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47 |
|
|
|
| • Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42 |
|
|
|
| • ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41 |
|
|
|
| • Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35 |
|
|
|
| • Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33 |
|
|
|
| • "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26 |
|
|
|
| • Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24 |
|
|
|
| • Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19 |
|
|
|
| • Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17 |
|
|
|
| • Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15 |
|
|
|
| • Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10 |
|
|
|
| • Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02 |
|
|
|
| • Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59 |
|
|
|
| • Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52 |
|
|
|
| • Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50 |
|
|
|
| • “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49 |
|
|
|
| • Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47 |
|
|
|
| • İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37 |
|
|
|
| • Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
| • Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29 |
|
|
|
| • “AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25 |
|
|
|
| • İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21 |
|
|
|
| • Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09 |
|
|
|
| • Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03 |
|
|
|
| • Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01 |
|
|
|
| • "Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56 |
|
|
|
| • Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55 |
|
|
|
| • Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
| • Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53 |
|
|
|
| • ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47 |
|
|
|
| • İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44 |
|
|
|
| • Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42 |
|
|
|
| • MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35 |
|
|
|
| • Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32 |
|
|
|
| • Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27 |
|
|
|
|