Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

В«BİZİM UŞAQLARI TƏCRÜBƏLİ ADAMLAR VURUBLARВ»
Tarix: 20-12-2011, 13:14 | Çap et
В«BİZİM UŞAQLARI TƏCRÜBƏLİ ADAMLAR VURUBLARВ»

В«O BİRİ OĞLUMU DA ƏSGƏR ÇAĞIRIRLARВ»

В«Hadisə olandan bu yana zərərçəkmiş kimi bizi istintaqın gedişi ilə tanış etməyiblər. Biz 7-8 aydan sonra bilmişik ki, bizim uşaqlara ləkə yaxıblar. Prokurorluğa da getdik, məhkəmədə də dedik, bizə sənədləri vermirlər, yalandan böhtan atırlar uşaqlaraВ».

Bu sözləri bu ilin fevral ayında Göygöldəki hərbi hissənin birində əsgər yoldaşlarını güllələyib sonda özünü də öldürdüyü bildirilən Zakir Quliyevin atası Etibar Quliyev deyir. O, istintaqın qapalı və qeyri-obyektiv aparıldığını iddia edir. Deməsinə görə, istintaq araşdırması gizli aparılıb. Dəlil və sübutlar araşdırılmadan ölüm epizodu üzrə işə xitam verilib:

В«BİZİM UŞAQLARI TƏCRÜBƏLİ ADAMLAR VURUBLARВ»

В«Bir şahid tapıblar ki, heç o, orda olmayıb. Bizim uşaqları demək olar ki, təcrübəli adamlar vurublar. Professional şəkildə vurublar. Onların verdiyi tibbi ekspertlə uşaqların yaraları uyğun deyil. Mənim oğlum arxadan vurulub. Bunlar isə yazıblar ki, özü-özünü vurub. Ancaq yarası arxadandır. Snayperlə vurulub. O da başdandır. Zakir Qaralov çıxış edib dedi ki, hadisə 9:45 radələrində səhər olub. Sonradan bildik ki, hadisə gecə 4-də olub. Bizi materiallarla tanış etmirlər, sənədlərin sürətin vermirlər. Günahsız olan zabitləri bu işə, məhkəməyə cəlb ediblər. Bizim uşaqlar qardaş kimi idilər. Zəng edib danışırdıq. 1 ay olmurdu ki, bir valideyn orada olmasın. Şahid olan əsgər isə 1 ayın əsgəri idiВ».

7 əsgərin ölümü bu il fevralın 20-də Göygöldəki N saylı hərbi hissədə baş vermişdi. Həmin vaxt Müdafiə Nazirliyinin məlumatında bildirildi ki, əsgərlər arasında anlaşılmazlıq olub. Nəticədə Zakir Quliyev öz əsgər yoldaşları Naib Quliyevi, Cavid Cavadzadəni, Nurlan Suanverdiyevi, Ramazan Xocberovu, Əfqan Kərimovu və Əhməd Hüseynovu güllələyib, sonda özünü də öldürüb. Müdafiə Nazirliyinin bu məlumatının əksinə olaraq valideynlər hadisədə əsas günahkarların gizlədilməsi üçün uşaqlarına böhtan atıldığını, ləkə yaxıldığını deyirlər. Digər valideyn Rəsmiyyə Cavadzadə deyir ki, övladına və onun yoldaşlarına layiq olduqları status verilməlidir:

В«VALİDEYNLƏRİ ÜZ-ÜZƏ QOYURLAR Kİ, BU İŞİN ÜSTÜNƏ DÜŞMƏSİNLƏRВ»

В«Bizə verilən məlumat o oldu ki, uşaqlar bir birinə atıb. Mən ora çox gedib gəlmişəm, uşağın yanına. Orda narahatçılıq olsa, mənə deyərdi. Məndən söz gizlədən deyildi. Onlar haqqında deyilən sözlər ola bilməz, yalandır. İstəyirəm ki, heç olmasa uşaqlara ad verilsin, şəhidlik adı verilsin.

Onların üstündən götürülməlidir o ad. Yalandan uşağı ləkələyirlər. Valideynləri üz-üzə qoyurlar ki, bir-birləri ilə dalaşıb, bu işin üstünə düşməsinlər. Zülmlə uşaq böyüdəsən, baxmasınlar, ölüb gəlsin, hələ bir pis ad verilsin? Belə şey olar?В»

2 oğlunu yoldaşı öldüyündən təkbaşına böyüdən Rəsmiyyə Cavadovanın digər narahatçılığı da indi ona həyan qalan yeganə övladının hərbiyə çağırılmasıdır:

В«O BİRİ OĞLUMU DA ƏSGƏR ÇAĞIRIRLARВ»

В«2 oğlum var, biri şəhid olub, birini də çağırırlar. Mən kimlə qalım, neyləyim, ataları da ölüb. Deyirlər mümkün deyil, yuxarıdan çağırırlar. Məktub yazdıq, cavab gəlmədi. Mən necə dolanım neyləyim?В».

Respublika Hərbi Prokurorluğunun istintaq şöbəsinin rəisi Cəfər Cəfərov isə bizə əsgərlərin ölüm epizodu üzrə istintaqa xitam verilməsinin səbəbləri barədə danışmaq istəmədi. Yalnız Gəncə Hərbi Məhkəməsində prosesin ümumilikdə davam etdiyini dedi. Məhkəmədə isə bunu qətlləri törətdiyi deyilən əsgərin də ölməsi ilə izah edirlər. İndi ancaq hərbi hissədəki zabitlərin rüşvət alma və nöqsanları üzrə araşdırma aparılır. Gəncə şəhər Hərbi Məhkəməsinin hakimi də deyir ki, iş başa çatmamış bir kəlmə belə danışa bilməzlər.

Hüquq müdafiəçilərindən Sahib Babayev isə cinayət işinin istintaqında qeyri-obyektivlikdən danışır:

В«6 NƏFƏRİN QƏTLİ BAŞ VERƏN YER YERLƏ YEKSAN EDİLİBВ»

В«Hadisə baş verən yer - o 6 nəfərin qətli baş verən yer nədənsə məhkəmə istintaqı başa çatmayana qədər yerlə yeksan edilib. Nədənsə ölüm üzrə işə xitam verib. Halbuki bütün epizodları araşdırmaq, versiyalar irəli sürmək olardı. Hamısı yoxlanılmalı idi və istintaq başa çatmalı idi. Bir versiya üzərinə qurulmuş istintaq aparılıb. Qərəzli olmasa da, qeyri-obyektiv istintaq aparılıb. İşə xitam verilib, öldürən şəxsin özünün də ölümü ilə əlaqədarВ».

Məhkəmə istintaqına 4 zabit cəlb edilib. Valideyn Etibar Quliyev deyir ki, ölüm işi qalıb bir yana, məhkəmədə zabitlərin nə vaxtsa bir əsgərə sillə vurması müzakirə edilir. Məhkəməyə cəlb olunmuş zabitlərdən biri - komandir Taleh Əhmədovun müdafiəçisi Hümbət Salahov da deyir ki, məhkəməyə təqsirləndirilən şəxslər kimi cəlb olunanların hadisə ilə heç bir bağlılıqları yoxdur:

RÜŞVƏT İTTİHAMLARI...

В«Taleh Əhədov komandir olub. Ona rüşvət məsələsi veriblər. Əsgərlərin döyülməsi barədə şikayət irəli sürülüb. Ölənlərin yox e, əlavə əsgərlərin döyülməsi... O hadisə ilə heç bir əlaqəsi yoxdur, o güllələməyib, ölümdə iştirak etməyibВ».

Valideynlərin tələbi baş vermiş faciəli hadisənin yenidən araşdırılması və günahkarların cəzalandırılmasıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Bu gün, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Bu gün, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Bu gün, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Bu gün, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Bu gün, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Bu gün, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Bu gün, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Bu gün, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Bu gün, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru