Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

YENİ İLİ KASIBLAR QEYD EDƏ BİLMƏYƏCƏK
Tarix: 21-12-2011, 11:45 | Çap et
YENİ İLİ KASIBLAR QEYD EDƏ BİLMƏYƏCƏK

RESTORANLARDA YENİ İL ŞƏNLİKLƏRİNİN ŞOK QİYMƏTLƏRİ

Yeni il şənlikləri yaxınlaşdıqca paytaxt Bakıda yerləşən əyləncə obyektləri öz proqramlarını təklif etməyə başlayıblar. Yaddaqalan bayram gesəsi və fanfarlar vəd edən bu məkanlar bir çoxları üçün əlçatmazdı. Modern.az Bakıda yeni il şənliyi təklif edən əyləncə məkanlarında təklif olunan qiymətləri araşdırıb. Maraqlı rəqəmlər ortaya çıxıb.

Ölkənin 1 nömrəli VİP məkanına çevrilməkdə olan “Buta Palace” sarayı 3, 4 və 5 yanvar 2012-ci il tarixlərində balaca uşaqlar üçün yeni il proqramı hazırlayıb. Bu tədbirlə bağlı açıqladıqları məlumatda təşkilatçılar vəd edirlər ki, həmin gün balacaları əfsanəvi dünyaya -dairəvi masaya aparacaq kuklalar gözləyir. Burada uşaqlar şirniyyatlardan ibarət xüsusi hazırlanmış menyüdən zövq alacaqlar. Hər bir uşağa peşəkar ofisiantlar tərəfindən yüksək xidmət göstəriləcək.
Yeni layihə vəd edən təşkilatçılar onu müasir terminalogiyada həyata keçirəcəklər. Tamaşaçılar fentezi dünyasına düşəcəklər. Tamaşaçını bu əfsanəvi dünyaya tamamilə daxil etmək üçün “Buta Palace” vizual effektlərdən istifadə edəcək. Əlbəttə ki, proqramın əsas qonaqları Şaxta baba və Qar qız olacaq. Onlar balaca tamaşaçıları hədiyyələr və maraqlı müsabiqələrlə sevindirəcəklər. 3 zonaya ayrılmış “Buta Palace” həm uşaqlar, həm də onların valideynləri üçün nəzərdə tutulub. Valideynlər monitorlarla təchiz edilmiş rahat zonada əyləşərək əsas zalda Yeni il proqramını birbaşa izləyə bilərlər.
Həmçinin, rahatlıq üçün furşet-bar xidməti təklif ediləcək. Balaca tamaşaçıları şən klounlar və nağıl personajları qarşılayacaq, onları "Sehirli Buta"nın nağıllar aləminə aparacaqlar. Orada isə onları hədiyyələr gözləyir. Biletin qiyməti hər uşaq üçün 25 manatdır. 3 yaşdan yuxarı uşaqla gələn valideyn də özünə bilet almalı olacaq. Əgər istəmirsə, qonşu zaldan içəridəki bayramı seyr edə bilər. Havayı..

“Grand Hotel Europe” (“Avropa” mehmanxanası) 31 dekabr 21:00-da təşkil edəcəyi Yeni il gecəsinə populyar aktyorların iştirakı ilə bayram şənliyi vəd edir. Gecənin aparıcıları -"Bu şəhərdə" yumoristik layihəsinin aktyorları Rafael və Coşqun olacaq. Təşkilatçılar gözəl Yeni il ab-havası, canlı musiqi, instrumental orkestr, müsabiqələr, rəqslər, geniş çeşidli bayram menyüsü, səhərə qədər diskoteka vəd edirlər. Biletlərin qiyməti isə vətəndaşın orta aylıq əmək haqqı civarındadır. 199 manat adi biletin qiymətidir. 299 manata isə VİP bilet satılır. VİP biletə Yeni il şou-proqramı, bayram süfrəsi, oteldə otaq və səhər yeməyi, “Olympus Spa və Health club”dan istifadə daxildir.

“Diamond Klub”da 2012-ci İli qarşılamaq sizlərə 60 manat (standart) və 100 manat (VİP) başa gələ bilər. Bu qiymət paketinə bayram proqramı, orijinal və əyləncəli müsabiqələr, prizlər və sürprizlər, ən məşhur Dj-lərdən unudulmaz setlər daxildir. Təşkilatçılar qəribə də olsa, Yeni il proqramını Şaxta babanın müşayiəti ilə keçiriləcəyini vəd edirlər. Bizcə hər halda orada kosa və keçəl olmamalıdır.

“Landmark” oteli də yeni il ehtiraslarından kənarda qalmayıb. Otelin 20-ci mərtəbəsində yerləşən “Sky Bar və Lounge” məkanına 150 manat ödəməklə 31 dekabrda keçiriləcək şənlikdə iştirak edə bilərsiniz.

31 dekabra “Monolit Plaza” da hazırlaşır. Təşkilatçılar həmin gün keçiriləcək Yeni ilə şənliyində iştirak edəcək Xose Bernardonu, ilk “Eurovision” təmsilçimiz Elnur Hüseynovu, Ukraynadan xüsusi qonaq pop-qrup “VIP”, Black Dj's musiqi qrupunu, ecazkar Go-Go Dancersi izləmək üçün 100 və 150 manat ödəmək lazım olduğunu bildirirlər. 100 manatlıq paketə Yeni il süfrəsi, içkilər, şou-proqram, 150 manatlıq paketə isə Yeni il süfrəsi, içkilər, şou-proqram, VİP otaqlar, növbəti səhər səhər yeməyi daxildir.

“Baku Kartinq”də keçiriləcək əyləncə gecəsinin qiyməti isə 20-40 manat arasında dəyişir.

“Inferno club” isə gələn qonaqlara bu gecənin ilin ən yadda qalan gecəsi olacağına söz verir. Bura gələnlər 31 dekabr günü alov şousu, oriental rəqs, Go-Go dance, bayram atəşfəşanlığı, müsabiqələr, hədiyyələr yağışına görə 50-100 manat ödəməlidirlər.

“Hyatt Park”ın uşaqlar üçün təşkil edəcəyi Yeni il şənliklərinin qiyməti böyüklər üçün 30 manat, uşaqlar üçün 50 manatdır. Təşkilatçılar bayram tədbirinə şəhid uşaqlarını, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin uşaqlarını dəvət etməyi planlaşdırır.

Belə. Bizim kiçik qiymət araşdırmamız çoxları üçün pessimist ovqat yaratsa da, kədərlənməyə dəyməz. Əgər bayrama qədər iş yerindən əmək haqqınızı almısınızsa, o zaman bazardan bayram bazarlığı edib ailənizi başınıza yığın. TV-də bayram gecəsini Zeynəb Xanlarova ilə keçirmək nəsib olanlar evdə bişirlən ləzzətli plovu yeyib şampanı partlada bilərlər. Əsas odur ki, Yeni il gəlir.. Yeni arzularlarla…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru