Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

ZAKİR QARALOV RAFİQ TAĞIDAN DANIŞDI
Tarix: 22-12-2011, 13:08 | Çap et
ZAKİR QARALOV RAFİQ TAĞIDAN DANIŞDI

“TƏRƏFİMDƏN KONKRET GÖSTƏRİŞLƏR VERİLİB”

Tağıyev Rafiq Nəzir oğlunun qəsdən öldürülməsinə dair Avropa Parlamentinin 15 dekabr 2011-ci il tarixli qətnaməsi ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Trend-in suallarını cavablandırıb.

- Hörmətli Zakir müəllim, Avropa Parlamentinin 15 dekabr 2011-ci il tarixli Qətnaməsində həmin qurum Azərbaycan hökumətinin Rafiq Tağının qətlinin araşdırılması məqsədilə xüsusi işçi qrupu yaratmasını təqdir edir. Bununla belə, Azərbaycan hakimiyyətini hərtərəfli və effektiv araşdırma aparılmasını təmin etməyə, həmçinin cinayəti törətmiş şəxslər barəsində cinayət təqibi və mühakimə icraatının ədalət mühakiməsinin beynəlxalq standartlarına uyğun şəkildə aparmağa çağırır. Bu barədə mövqeyinizi öyrənmək istərdik.

- İlk növbədə qeyd etmək istərdim ki, Avropa İttifaqının ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərə yaxından diqqət yetirməsini təqdirəlayiq hal hesab edirəm. Bununla yanaşı, biz həmişə ədalətli fikir və yanaşmanın tərəfdarı olmuşuq. Rafiq Tağıyevin qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işinin istintaqı ilə bağlı Avropa İttifaqının tövsiyələri ilə tanışıq.

Tərəfimizdən ictimaiyyətə məlumat verildiyi kimi, Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən Rafiq Tağıyevə noyabrın 19-da işdən qayıdarkən yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirilməsinə görə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi başlanmış və noyabrın 21-də iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilmişdir. Həmin gün əməlin Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə (qəsdən adam öldürməyə cəhd), Rafiq Tağıyevin ölümündən sonra noyabrın 24-də isə Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə (qəsdən adam öldürmə) tövsif edilməsi haqqında qərarlar qəbul edilmişdir.

Cinayətin qeyri-aşkar şəraitdə törədilməsi nəzərə alınmaqla, cinayətdə iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə 22 noyabr 2011-ci il tarixli birgə əmrlə iş üzrə prokurorluq, daxili işlər, milli təhlükəsizlik və ədliyyə orqanlarının təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına əməl edilməklə hadisənin baş verdiyi yerdən Rafiq Tağıyevin yaşadığı evədək olan əraziyə kriminalistik texnika və avadanlıqlardan istifadə edilməklə müfəssəl baxış keçirilmiş, qətlin törədilməsi ilə bağlı bütün mümkün fərziyyələrin yoxlanılması istiqamətində zərərçəkmiş şəxs Rafiq Tağıyev və çoxsaylı şahidlər dindirilmiş, müayinə, götürmə, istintaq eksperimentləri aparılmış, zərərçəkmiş şəxsin hərəkət marşrutu üzrə quraşdırılmış müşahidə kameraları müəyyənləşdirilərək mütəxəssislərin iştirakı ilə təxirəsalınmaz istintaq hərəkətləri keçirilmiş, zəruri ekspertizalar təyin edilmiş, habelə sair prosessual tədbirlər görülmüşdür.

İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə cinayət işinin istintaqını Baş prokuror olaraq xüsusi nəzarətimdə saxlamaqla, mütəmadi olaraq istintaq-əməliyyat qrupunun hesabatları dinlənilir və cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində tərəfimdən konkret göstərişlər verilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat planına müvafiq olaraq digər dövlət qurumları və ictimaiyyətlə səmərəli qarşılıqlı əməkdaşlıq şəraitində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

- Qətnamədə Avropa Parlamenti həmçinin Rafiq Tağının qətlini qəti şəkildə pisləyir və Samir Sədaqətoğlunun təhlükəsizliyinə dair narahatlığını ifadə edir, eyni zamanda, Azərbaycan hakimiyyəti tərəfindən Rafiq Tağının qətlinin açıq şəkildə mühakimə olunmaması və istintaqın gedişi barədə ictimaiyyətə məlumat verilməməsindən məyus olduğunu bildirir.

- Təbii ki, istənilən qanunazidd hərəkət, o cümlədən bu və ya digər şəxsin qəsdən həyatdan məhrum edilməsi yolverilməzdir. Rafiq Tağının qəsdən öldürülməsi faktı da nəinki ictimaiyyət, eyni zamanda hakimiyyət nümayəndələri tərəfindən də qəti surətdə pislənilir. Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri tərəfindən 30 noyabr və 2 dekabr 2011-ci il tarixlərində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən isə dekabrın 1-də Rafiq Tağının qəsdən öldürülməsini pisləyən bəyanatlar verilməklə, həmin cinayət açıq şəkildə mühakimə olunmuş, ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə bu barədə kütləvi informasiya vasitələrində müvafiq açıqlamalar yayımlanmışdır.

Rafiq Tağıyevin qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə istintaq fərziyyələrindən birinin onun öldürülməsinin islam dini ilə bağlı məqaləsinə görə olmasını nəzərə alaraq, həmin məqalənin dərc olunduğu "Sənət" qəzetinin baş redaktoru Hüseynov Samir Sədaqət oğluna qarşı yarana biləcək təhlükə üzrə adekvat tədbirlərin həyata keçirilməsi məqsədilə rəsmi olaraq Daxili İşlər Nazirliyinə müraciət olunmuşdur. Bununla bağlı müvafiq rayon polis idarələri tərəfindən Rafiq Tağının ailə üzvlərinin yaşadıqları binanın və şəhər qəbiristanlığının ətrafında əlavə naryadlar ayrılaraq təhlükəsizlik tədbirləri həyata keçirilir. Eyni zamanda, Samir Hüseynovun təhlükəsizliyi aidiyyəti polis şöbəsi tərəfindən təmin olunur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Bu gün, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Bu gün, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Bu gün, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Bu gün, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Bu gün, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Bu gün, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Bu gün, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Bu gün, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Bu gün, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru