HAKİMİYYƏT QORXU İÇİNDƏDİR
Tarix: 23-12-2011, 12:21 | Çap et
İNQİLAB TƏŞVİŞİ В«JEKВ»LƏRƏ DƏ SİRAYƏT EDİB
DİA.AZ: - Ərəb inqilablarından sonra hakimiyyətin cəmiyyət üzərində total nəzarəti gücləndirəcəyinə dair deyilənlər özünü doğruldur. Xatırladaq ki, mütəxəssislər inqilab dalğasının MDB məkanına keçəcəyi halda hakimiyyətin insanları total nəzarətdə saxlamaq işini bir qədər də gücləndirəcəyi proqnozlaşdırılırdı. Artıq bu versiyalar özünü doğruldur. DİA.AZ-a daxil olan son məlumata görə, artıq Mənzil İstismar İdarələrinə yuxarıdan göstəriş verilib ki, öz ərazilərində yaşayan insanların kimliyini, harada işlədiyini dəqiqləşdirsinlər. Mənzil İstismar İdarələri də buna uyğun olaraq onlara müraciət edən vətəndaşlardan harada işləmələrini dəqiqləşdirir.
Maraqlısı isə budur ki, bu dəqiqləşdirmələr guya prezidentin iş yerləri açmasından sonra insanların işləyib-işləmədiyini dəqiqləşdirmək məqsədilə edilir. Elə ötən həftə əməkdaşlarımızdan biri JEK-də olarkən ona da В«harada işləyirsinizВ» deyə sual edilib və bildirilib ki, bu məsələ dəqiqləşdirilir. MİS əməkdaşı onu da söyləyib ki, bu barədə ona göstərişi elə MİS-in müdiri verib. Aydın məsələdir ki, Mənzil İstismar İdarəsi öz ərazisində yaşayan insanların nə işlə məşğul olduğunu, harada işlədiyini bilməyə və ya öyrənməyə məcbur deyil. Çünki bununla bağlı Statistika Komitəsi var. Hər bir rayonda bu komitənin müvafiq idarələri yerləşir ki, orada da fərdlərlə bağlı məlumat olur. Bu dəqiqləşdirmələrin statistika idarələri tərəfindən deyil, В«JEKВ»-lər səviyyəsində dəqiqləşdirilməsi faktı da göstərir ki, proses bir mərkəzdən idarə olunur və əslində bu bir növ profoloktiki tədbirdir. Görünən budur ki, hakimiyyət ekstrimal vəziyyətdə kimin harada nə işlə məşğul olmasını dərhal bilmək istəyir.
Əslində burada qeyri adi bir şey yoxdur. Hakimiyyət hesab edir ki, cəmiyyəti nəzarətdə saxlamaqla istəyinə nail olacaq. Bu xətt avtoritar-totalitar rejimlərə xasdır. Nə qədər qəribə olsa da, avtoritar rejimlərin hammısı eyni səhvlər buraxaraq tarixin səhnəsindən silinir. Ancaq onlara elə gəlir ki, digər avtoritar rejimlərin buraxdığı səhvlərdən onlar nəticə çıxararaq səhvlərə yol vermirlər. Ancaq onların özləri də istəmədiyi halda bu səhvlərə yol verirlər. Azərbaycandakı rejim də bu rejimlərdən biridir. Ancaq biz tarixə nəzər salanda görürük ki, digər avtoritar rejimlərdə idarəçilik müəyyən bir elmi əsaslara söykənirdi. Ancaq indi Azərbaycandakı idarəçilik hər hansı bir elmi əsaslara söykənmir. İndiyə qədər mənə bir avtoritar mahiyyətli rejim göstərə bilməzsiniz ki, uzun illər boyu yaşasın. Odur ki, bu tipli rejimlər ölkənin idarəçiliyini insanlar arasında bölüb məsuliyyətini azaltmaq, geniş xalq kütlələrinin dövlətin idarəçilik prosesinə cəlb etmək, resursları bölmək əvəzinə hər bir şeyi bir əldə cəmləyərək insanları qorxu və təzyiq içərisində saxlayır. Təbii ki, bu ağıllı və elmi yanaşmanın məhsulu deyil. Odur ki, kimin harada işləməsi, kimlə oturub durmasını araşdırmaq mənasız işdir.
Hakimiyyətin cəmiyyəti nəzarətdə saxlamaq istəyi qorxudan irəli gəlir. Hakimiyyətdə ağıllı insanlar da var və onlar dəqiq bilirlər ki, hakimiyyətlə bağlı insanların dedikləri sözlərin yalan olduğunu özləri də bilir. Vəziyyət bu cür vəziyyət davam edərsə ölkədə sosial iqtisadi vəziyyət pisləşəcək ki, bu da ilk olaraq əhalinin güzəranına təsirsiz ötüşməyəcək.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31 |
|
|
|
| • Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26 |
|
|
|
| • ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24 |
|
|
|
| • ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21 |
|
|
|
| • Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11 |
|
|
|
| • ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08 |
|
|
|
| • Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56 |
|
|
|
| • DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53 |
|
|
|
| • Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42 |
|
|
|
| • Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31 |
|
|
|
| • "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02 |
|
|
|
| • “Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59 |
|
|
|
| • İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55 |
|
|
|
| • Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52 |
|
|
|
| • BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49 |
|
|
|
| • Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31 |
|
|
|
| • İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29 |
|
|
|
| • Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25 |
|
|
|
| • Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16 |
|
|
|
| • Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49 |
|
|
|
| • AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46 |
|
|
|
| • “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37 |
|
|
|
| • Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32 |
|
|
|
| • Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29 |
|
|
|
| • Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16 |
|
|
|
| • “Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11 |
|
|
|
| • Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03 |
|
|
|
| • Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01 |
|
|
|
| • Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59 |
|
|
|
| • İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57 |
|
|
|
| • Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49 |
|
|
|
| • Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39 |
|
|
|
| • Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28 |
|
|
|
| • İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17 |
|
|
|
| • “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28 |
|
|
|
| • AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26 |
|
|
|
| • “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24 |
|
|
|
| • AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01 |
|
|
|
| • Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56 |
|
|
|
| • Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Dünən, 12:53 |
|
|
|
| • Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Dünən, 12:47 |
|
|
|
| • İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Dünən, 12:45 |
|
|
|
| • Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Dünən, 12:29 |
|
|
|
| • Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Dünən, 12:23 |
|
|
|
| • Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Dünən, 12:21 |
|
|
|
| • Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Dünən, 12:18 |
|
|
|
| • Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:13 |
|
|
|
| • Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Dünən, 12:11 |
|
|
|
| • Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Dünən, 12:09 |
|
|
|
| • AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Dünən, 12:01 |
|
|
|
|