Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                 

ELŞAD ABDULLAYEV MOSKVADA ERMƏNİ İLƏ ORTAQ İMİŞ
Tarix: 16-07-2013, 17:02 | Çap et
ELŞAD ABDULLAYEV MOSKVADA ERMƏNİ İLƏ ORTAQ İMİŞ
Əməkdaşımız Moskvada oldu, Elşad Abdullayevin universitet üçün erməni Feliks Sarkisyandan 800 min dollara aldığı binada kirayədə qalan özbəklərlə görüşüb...

Uzun zaman keçmiş ABU-nun Moskva filialı müəmması hamını məşğul edib. “Təzadlar” məsələyə bir az da yaxından aydınlıq gətirmək üçün 2008-2009-cu illərdə əməkdaşını Moskva şəhərinə ezam etmişdi və sensasiya doğuracaq məlumat və sənədlər əldə etmişdik. Həmin sənədlərin içərisində Bakıda evində yatıb bir neçə ildən sonra “yoğurmadım-yapmadım, hazırca... diplom tapdım” xəyalları ilə yaşayan məzlum Azərbaycan vətəndaşlarımızın ABU-nun Moskva filialına necə “qəbul olunduq”larını, həmin “tələbələr”in 1 ildən sonra necə ABU-ya “perevod” edildiklərini təsdiqləyən sənədlər və s. daxildir. Amma həmin sənədlərin sırasında həmin “tələbələrin” ABU-nun Moskva filialında “oxuduqları” 1 il ərzində Azərbaycan sərhədini necə keçmələrini təsdiqləyən heç bir sənəd yox idi. Bax elə “dünyanın 7 ən məşhur hüquq akademiki” olan Elşad Abdullayevin saxta diplom satışını da bu cür faktlar təsdiqləyirdi...

Bu da ABU-nun Moskva filialı...

O vaxtdan bir neçə il keçsə də, ABU narahatçılığı bitib-tükənmir... Bakıdan Moskva şəhərinə səfərimdə məqsəd də bəzi məsələlərə aydınlıq gətirilməsi idi. Bu sırada ABU-nun Moskva filialındakı vəziyyəti öyrənməyi qarşıma məqsəd qoymuşdum.

Moskvanın səs-küylü yolları ilə paytaxtın Odinsova küçəsindəki əraziyə çatıram. Burada əvvəllər də olmuşdum. Elşad Abdullayev neçə il əvvəl ABU-nun Moskva filialını yaradanda erməni dostu Feliks Sarkisyanla alqı-satqı müqaviləsi bağlayıb bu mülkü əldə etmişdi. Bildiyimə görə E.Abdullayev ABU-nun Moskva filialı kimi fəaliyyət göstərmiş universitetin binasını, torpaq sahəsini yaxın dostu, erməni Sarkisyan Feliks Karlenoviçdən almışdı... Mən bu dəfə həmin erməni ilə də görüşmək qərarına gəldim. Mənim üçün çox maraqlı idi ki, F.Sarkisyan necə olmuşdu ki, həmin mülkünü Elşad Abdullayevə satmalı olmuşdu.

ABU-nun Moskva filialının keçmiş direktoru Mehdiyev Malik Hüseynqulu oğlu hardadır?

...Mən həm də ABU-nun Moskva filialının keçmiş direktoru Mehdiyev Malik Hüseynqulu oğlunu tapmaq istədim. Çünki eşitmişdim ki, Malik Mehdiyev uzun illər ABU-nun Moskva filialına Elşad Abdullayevin ən yaxın adamı kimi rəhbərlik etmişdi... Məsələn, əlimdə sənəd var ki, 2005-2009-cu illərdə ABU-nun Moskva filialından hər il yüzlərlə tələbə Bakıya-ABU-ya köçürülüblər. Həmçinin sənədlər var ki, Malik Mehdiyevin məktub-sifarişi əsasında Bakıdan, yəni ABU-dan Moskva filialının adına milyonlarla dollar pul köçürülüb... Bəhanələr, yəni səbəblər də müxtəlifdir. Bütün bu suallar fonunda bir sual da cavab istəyirdi: niyə Azərbaycanın hüquq mühafizə orqanları Malik Mehdiyevi istintaqa cəlb etməyiblər? Axı Malik Mehdiyevin həmin saxta “perevod”ları əsasında Bakıda Elşad Abdullayev minlərlə gəncə saxta diplom verib. Həmin diplomlar isə indi heç bir yerdə işə keçmir, saxtadır... Azərbaycan sərhədini keçib Rusiyaya getməmiş gənc necə ola bilər ki, Moskvada oxuyub Bakıya “perevod” olunmasından sonra diplom alırdı???

Malik Mehdiyev Elşad Abdullayevə “atıb”

Bu da başı qalmaqallı ABU-nun Moskva filialı... Artıq burada ABU ab-havası hiss olunmur. Qapılar bağlıdır, gözətçi isə gözə dəymir. Amma özümü nabələd adam kimi təqdim edərək guya burada işləmiş bir dostumu axtarırmış kimi bəhanələrlə universitetin darvazasını döydüm... Moskvanın Odinsovski rayonunun Marfino küçəsi-25 a-l küçəsində yerləşən universitetdə artıq qapının üzərindəki adı götürüblər. Burada adını güman edirəm ki, fərqli deyən qapıçı isə maraqlı məsələləri danışdı. Bəzi məsələlər istintaq üçün maraqlı olduğundan bu barədə növbəti yazılarda bəzi dəqiqləşdirmələr apardıqdan sonra təqdim olunacaq... Lakin həmsöhbətim olduqca maraqlı məsələləri danışırdı.

Məlum olur ki, universitet son illərə kimi “ABU-nun Moskva filialı” adlanıb:

- ...Elşad Abdullayevin məlum qalmaqalından sonra filialın adını “ABU-nun MDB filialı” qoydular... Həmin vaxtlar buranın rəhbəri Malik Mehdiyev idi. Səhv etmirəmsə, oğlu Azərbaycan MTN-də işləyir... Bilmirəm, indi işləyir, yoxsa yox... Malik Mehdiyev bizə belə deyirdi. Amma Elşadla Malik Mehdiyevin qalmaqalı yaşandı...

- Niyə?

- Bilirəm ki, Elşad Adinsovski rayonda özünə ev almışdı. Çox baha qiymətə. Universitet burda yerləşdiyindən istəyirdi ki, bura yaxın olsun... Buranı da ermənilərdən almışdı. Və o, ev almaq istəyəndə ona bildirdilər ki, başın qalmaqallıdır, həm də adında Moskvada çoxlu mülk, ev və s. var, başqa adam tap. Bunu ona bir erməni vəkil başa salmışdı. Onlar universitetin yerini Feliks Sarkisyandan alanda tanış olmuşdular... Dəyəri təxminən 1 milyon dollar olan həmin evi Elşadın inandığı Malik Mehdiyevin adına aldılar. Çünki universitetin binası da alınanda Malik Mehdiyev inanmış adam kimi notariusda etibarnamə ilə çıxış etmişdi... Və həmin ev Malik Mehdiyevin adına alınmalı olmuşdu. Amma həmin vaxt Malik Mehdiyev nə bəhanəsə gətirib Elşada bildirdi ki, ən yaxşısı, Moskvada üzdə olmayan qaynının adına alınsın. Malik Mehdiyevin qaynı Dağıstandan idi. Adını unutmuşam, onun adına sənədləşmə aparılmışdır... Lakin 2011-ci ildə Malik Mehdiyev filialı tərk edəndə Elşad ona təhvil-təslim aktı imzalamağı, onun qaynının adında olan evin geri qaytarılmasını bildirimişdir. Bu zaman Malik Mehdiyev universitetlə bağlı hər şeyi təhvil verdi, öz payını da götürdü, amma ev məsələsində sözü konkret oldu: “Nə ev? Sənin evin olubdur ki?!”

- Bəs Malik Mehdiyevi əvəz etmiş ABU-nun Moskva filialının direktoru Tatarenko ilə Elşad Abdullayev arasında niyə qalmaqal baş verdi?

- Elşad Abdullayevin ABU-nun Moskva filialı ilə üzbəüzdəki mülkündə yaşayan oğlu barədə nələri danışdılar?

- Filialın yuxarı mərtəbələrində kirayədə yaşayan özbək və türkmən mühacirlər nələri söylədilər?

- Ermənilər Elşad Abdullayevə hansı güzəşti edirlər və onun Moskvaya gəlib-getməyində hansı rolu oynayırlar?

- ABU-nun Moskva filialının keçmiş direktoru(sonuncu) Tatarenko Viktor Titoviç indi hardadır?

- Necə olub ki, filialda süpürgəçi işləmiş Valentina Tixonovna sonradan ABU-nun Moskva filialında Malik Mehdiyevin direktor müavini oldu?

- Necə olmuşdur ki, Malik Mehdiyevin həyat yoldaşı Bakıdakı dövlət uiniversitetlərinin birində kafedra müdiri işlədiyi halda, ABU-nun Moskva filialında da direktorun köməkçisi vəzifəsində çalışıbdır?

(Ardı var)

“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru