GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                     “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” .....                     İran Fələstini niyə dəstəkləmədi .....                     DOST-umuz dövlət büdcəsinə qonub... .....                     “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” .....                     Quşçuluq şirkətinə yeni direktor seçilir .....                     Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? .....                     Zəngəzur dəhlizi... .....                     Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq .....                     Nəqliyyat şirkətinə yeni sədr seçiləcək .....                     “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu .....                     "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." .....                     Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                     Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. .....                     Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi .....                     Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                 

HANSI İCRA BAŞÇISI GEDİR?
Tarix: 26-12-2011, 09:27 | Çap et
HANSI İCRA BAŞÇISI GEDİR?

HAKİMİYYƏTİN KADR İSLAHATLARI İLƏ BAĞLI ŞOK FAKTLAR

DİA.AZ: - Neçə müddətdir ki, hakimiyyətin icra başçıları ilə bağlı yeni dəyişiklik planının icrasına start verəcəyi barədə məlumatlar yaymaqdadır. Artıq bu xəbərlərimiz öz təsdiqini tapmaq üzərədir. Onu da bildirək ki, bu ilin fevral ayından etibarən bir neçə rayonun başçısı dəyişdirildi. Lakin onların əksəriyyəti ilə bağlı verilən qərar daha çox yerdəyişmə mahiyyəti daşıdı. Yəni Yevlaxın icra başçısı Gəncəyə, Gəncənin icra başçısı Sumqayıta, Neftçalanın icra başçısı Astaraya və digərləri də başqa rayonlara transfer olundular. Yalnız bir-iki rayonun, məsələn Sabirabadın keçmiş icra başçısı Heydər Abbasov və Şəkinin keçmiş icra başçısı Cabbar Muradlı işsiz qaldılar.

Bu dəfəki dəyişikliklərin isə yerdəyişmə mahiyyətindən kifayət qədər uzaq olacağı bildirilir. Yalnız hazırda Xaçmaz rayouna rəhbərlik edən Şəmsəddin Xanbabayevin Bakının Xətai rayonuna icra başçısı gətirilməsi nəzərdə tutulur. Digərlərinin - hazırda adları qara siyahıda olan Mingəçevirin icra başçısı Mübariz ağayevin, Xətainin icra başçısı Razim Məmmədovun, Nərimanov rayonunun icra başçısı Abidin Fərzəliyevin, Binəqədi rayonunun icra başçısı Alı Qocayevin və Suraxanının icra başçısı İlqar Abbasovun birdəfəlik olaraq görəvlərindən alınacağı bildirilir.

Razim Məmmədov fırıldaqda ittiham olunur

Onu da bildirək ki, gerçəkləşməsi gələn ilin ilk ayının ikinci ongünlüyündən etibarən nəzərdə tutulan bu dəyişikliklər zamanı daha bir neçə rayonun icra başçısının da birdəfəlik olaraq vəzifəsindən alınması nəzərdə tutulur. Adı В«qara siyahıВ»ya düşən Xətai rayonunun hazırki ira başçısı Razim Məmmədova qarşı isə cinayət işinin qaldırılma ehtimalları da var. Bu barədə redaksiyamıza məlumat verən hökumət içindəki mənbənin dediklərindən belə aydın olur ki, Razim Məmmədov В«GENВ» MMC ilə bağlı yaranmış qalmaqalın qurbanıdır.

Xatırladaq ki, bu barədə keçən günlərdə daha dolğun məlumatları diqqətinizə çatdırmışdıq. Məlumatlarda deyilirdi ki, Xətainin ica başçısı Razim Məmmədov В«GENВ» MMC-nin sahibi Elbrus Əliyevlə birgə dələduzluq yolu ilə yüzə yaxın vətəndaşın pulunu mənimsəməkdə ittiham olunur. Belə ki, birbaşa olaraq sözügedən icra hakimiyyətinin iştirkı ilə hər bir vətəndaşdan 5-10 min manat arası pul alınıb. Toplam olaraq 1 milyon manata yaxın vəsaitin mənimsənildyi iddia olunur ki, həmin vəsaitin də tən yarısının Razim Məmmədova çatdığı söylənilir.

Bu barədə yayılan xəbərlərdə o da qeyd olunur ki, Razim Məmmədova həmin pulun ödənilməsilə bağlı fövqəladə hallar nazri Kəmaləddin Heydərov tərəfindən xəbərdarlıq edilsə də, icra başçısı nazirin sözlərini qulaqardına vurub. Halbuki FHN şefinə В«GENВ» MMC ilə bağlı qalmaqalın yatırılması barədə göstərişi birbaşa olaraq prezidentin verdiyi söylənilirdi. Lakin bu faktın özü belə hələ də fırıldaq qurbanlarının razı salınması ilə nəticələnməyib. Çünki kimsə hazırda həbsdə saxlanılan В«GENВ» MMC-ni sahibi Elbrus Əliyevin mənimsədiyi pulları ödəmək istəmir.

Redaksiyamızın əldə etdiyi məlumatlardan aydın olur ki, son bir neçə gün ərzində Razim Məmmədova ciddi şəkildə təzyiqlər edən Kəmaləddin Heydərov nəhayətdə onu mənisənilən pulun yarısını ödməyə razı sala bilib. Lakin bu addımın nə zaman atılacağı, pulun fırıldaq qurbanlarına nə zaman veriləcəyi hələlik məlum deyil.

İlqar Abbasova qarşı daxili qruplaşma

Bu arada redaksiyamıza daxil olan bir başqa məlumatda isə vurğulanır ki, hazırda Suraxanı rayonuna rəhbərlik edən İlqar Abbasovun durumu da çox gərgindir. Prezident Administrasiyasındakı mənbələrimizin bildirdiyinə görə, İlqar Abbasovun yaxın günlərdə, yəni nəzərdə tutulandan da erkən vaxtda vəzifəsindən azad edilməsi gözlənilir.

Mənbənin söylədikləri: В«İlqar Abbasova qarşı çox ciddi ittihamlar var. Söhbət korrupsiyadan gedir və bu yöndə müvafiq araşdırmalar da həyata keçirilib. Və iddia olunan faktlar demək olar ki, öz təsdiqini tapıb. Lakin bir icra başçısının korrupsiya ittihamı ilə həbs olunması heç də asan məsələ deyil. Bunun üçün siyasi qərar verilməlidir. Hətta əməlləri açğa çıxan Şəkinin sabiq icra başçısı Cabbar Muradlı belə korrupsiya ilə ittiham olunmadı. Heç bir ilinin tamam olmamasına baxmayaraq vəzifəsindən azad olundu. Ona görə də İlqar Abbasovla bağlı məsələdə məhz yuxarıların qərar verməsinə ehtiyac varВ».

Mənbəmiz iddia edir ki, İlqar Abbasova qarşı elə icra hakimiyyətinin daxilində də ciddi bir qruplaşma fəaliyyət göstərməkdədir: В«Əslində hazırda istənilən məmuru, xüsusən də icra başçılarını korrupsiya ittihamı ilə rahatlıqla mühakimə etmək mümkündür. Elə icra başçıları vəzifələrinə təyin olunduğu andan korrupsiya başlayır. Yəni rüşvət verib icra başçısı olan şəxsi rüşvətxorluqda ittham etmək asandır və bunun üçün yetərincə zəmin var. Suraxanının icra başçısı İlqar Abbasov da əslində digər həmkarlarından fərqli birisi deyil. Sadəcə olaraq, onun etdikləri artıq ictimailəşib və ona qarşı rəhbəri olduğu İH-də konkret bir qrupun fəaliyyət göstərməsi səbəbindən əməlləri ilə bağlı müvafiq dövlət qurumları davamlı olaraq məlumatlandırılmaqdadırlarВ».

Əbülfəz Ağayevi rayonun deputatı bitirir

Durumu gərgin olan icra başçılarından birinin də hazırda İmişli rayonuna rəhbərlik edən Əbülfəz Ağayev olduğu söylənilir. Qeyd edək ki, Əbülfəz Ağayev həmin rayondan millət vəkili olan Əsabil Qasımovla az qala düşmən münasibəindədir. Hətta zaman-zaman bu iki şəxsin üz-üzə gəldiyi də söylənilir. Bu barədə əldə etdiyimiz məlumatlarda bildirilir ki, ayrı-ayrı mətbu orqanlarda Əsabil Qasımova qarşı aparılan kampaniyada da icra başçısı şəxsən maraqlıdır.

Xatırladaq ki, bir müddət əvvəl qəzet səhifələrində belə bir informasiya yayıldı ki, həm də В«KaratВ» şirkətinin sahibi olan Əsabil Qasımov düşmən Ermənistanla İranın araçılığı ilə mübhəm ticari ələqalərdədir. Və sonradan aydın oldu ki, əslində bu faktın ictimailəşməsində Əbülfəz Ağayev maraqlı olub. Doğrudur, bu səbəblə deputatla başçının В«razborkaВ» masasına əyləşmədikləri də məlumdur. Amma haqq-hesabı mütləq çəkiləcəyi şübhəsiz idi. Məlumatlı m ənbələr iddia edir ki, Əbülfəz Ağayevin bu gün vurulmsında da Əsabil Qasımovun yetərincə payı var. Çünki icra başçısından fərqli olaraq deputat Əsabil Qasımov Əbülfəz Ağayevlə bağlı faktları mətbuata yox, müvafiq dövlət qurumlarına ötürməklə məşğuldur. Bu isə nəticədə icra başçısının durumunu acınacaqlı vəziyyətə gətirib.

Onu da xatırladaq ki, korrupsiya ilə mübarizənin şıdırğı vaxtında mətbuatda belə bir informasiya yayıldı ki, artıq Əbülfəz Ağayevin də qolları qandallanıb və ona qarşı korrupsiya ittihamı irəli sürülüb. Hətta xəbər portallarının birində iddia olunurdu ki, qolları qandallanmış icra başçısını korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Bakıya gətirirlər. Lakin bu xəbərlər təsdiqini tapmadı. Amma В«od olmayan yerdən tüstü çıxmazВ» deyib atalarımız.

Elə həmi ərəfədəcə məlumat verildi ki, əslində Əbülfəz Ağayevə qarşı həqiqətən də korrupsiya ittihamı olub. Lakin bu faktın rəsmiləşdirilməsinin qarşısını almağa müvəffəq olan Əbülfəz Ağayev son nəticədə məlumatı ictimailəşdirən mətbuat işçilərinə də В«qarmaq ataraqВ» onlarla anlaşdı: В«Məlumatlar yığıdırıldı və icra başçısı müəyyən müddətlik sakitlik əldə etdiВ».

Lakin bu sakitliyin gələn il pozulacağı tam şübhəsizdir.

Cənub bölgəsinin 3 başçısı çətin durumda

Hədəfdə olan icra başçıları sırasında adı çəkilənlərdən biri isə Lənkəran rayonunun icra başçısı Tofiq İbrahimovdur. Bildirək ki, Tofiq İbrahimov əslində yeni başçılardan biridir. Yəni 2010-cu ildə Lənərana rəhbər təyin edilən Tofiq İbrahimov hakimiyyətin yazılmayan qanunlarına görə, hələ görəv başında qalmalıdır. Yəni bir icra başçısının ən azından beş il müddətə vəzifədə saxlanıldığı və loru dildə ifadə etsək, bir rayon rəhbəri vəzifəsinin beş illik müddətə satıldığı məlumdur.

Amma Şəkidə baş verən olaylar və Şəkinin sabiq icra başçısı Cabbar Muradlı ilə bağlı yaranmış presedent də təsdiqləyir ki, artıq hakimiyyət icra başçıları ilə bağlı siyasətində fərqli addımlar da ata bilir. Əgər Şəki rayonuna rəhbərlik etmiş Cabbar Muradlını bir sahibkarı intihar həddinə çatdırması faktı sıradan çıxartdısa, Tofiq İbrahimova qarşı da əsas arqument son günlərin əsas olaylarından biri kimi diqqətə gələn Lənkəran rayonunun Nərimanabad kəndinin sakinləri ilə bağlı yaranmış qalmaqal olub.

Bu barədə redaksiyamıza ötürülən məlumatlarda bildirilir ki, artıq Tofiq İbrahimovla bağlı da qərar verilib. Mənbəmizin sözlərinə görə, ümumiyyətlə cənub bölgəsinin üç rayonunda rəhbər dəyişikliyi planlaşdırılır. Ləkəran rayonu ilə yanaşı Masallı və Yardımlı rayonunda da eyni əyişikliyin nəzərdə tutulduğunu söyləyən qaynaq iddia edir ki, daha gərgin durumda olan başçılardan biri də Yardımlı rayonuna başçılıq edən Xəzər Aslanovdur: В«Doğrudur, mətbuatda Yardımlı ilə bağlı faktlar daha az yer alır. Amma iş mətbuatla bitmir, söhbət daxili mübarizədən gedir və Xəzər Aslanova qarşı olan qruplaşmalar kifayət qədər fəaldırlarВ».

Prezidenti aldadan icra başçısı

Adı В«qara siyahıВ»da olan başçılardan birinin də Samux rayonuna rəhbərlik edən Vilyam Hacıyevin olduğu söylənilir. Onu da xatırladaq ki, Vilyam Hacıyev neçə müddətdir ki, mətbuatın dilindən düşmür. Samux rayonu ərazisində tam özbaşınalıq və В«bespredelВ» mühiti yaratmış Vilyam Hacıyevin isə prezidenti aldatdığına görə görəvindən alacaqlar. Doğrudur, prezidentə söylənilən В«müqəddəs yalanВ»ın üzərindən artıq 3 il keçib. Amma buna baxmayaraq, Prezident Administrasiyasındakı qaynaqlarımız bildirir ki, Vilyam Hacıyevlə bağlı yekun qərar verilib.

Onu da qeyd edək ki, Vilyam Hacıyev 2008-ci ilin 4 mart tarixində - prezident İlham Əliyevin Samux rayonuna səfəri zamanı rayonda В«Mosu kişinin çayxanasıВ» kimi tanınan obyekti dövlət başçısına yeni inşa edilmiş В«Şahmat KlubuВ» kimi təqdim edərək, ona çayxananın lentini kəsdirib. Hər halda, bu olayın anoloquna anoloqsuz məmləkətimizin heç bir guşəsində rast gəlinməyib.

Məlumatlarda bildirilir ki, əslində Vilyam Hacıyev bu В«müqəddəs yalanıВ» özbaşına söyləməyib və çayxananın lentinin kəsdirilməsindən PA-da müəyyən rəhbər işçilər də məlumatlı olublar: В«Təbii ki, prezident bu işdən xəbərsiz olub. Hər halda, o, ən azından 55 min sakini olan rayonun camaatının gözləri qarşısında böyük bir yalanın işlənilməsinə, özünün aldadılmasına razı ola bilməzdiВ».

Qeyd edək ki, bu yalının ifşa olunmaması üçün Vilyam Hacıyev dərhal, qısa müddət içində çayxanaya yaxın ərazidə yeni В«Şahmat KlubuВ» inşa etdirib: В«Amma yenə də o, cəzadan yaxasını qurtara bilməyəcək. Hətta bu barədə prezidentin şəxsi göstərişinin olduğu da söylənilirВ».

Sonda…

Beləcə, hakimiyyətin icra başçılarının növbəti В«yarpaq tökümüВ» sezonuna qərar verdiyi məlum olur. Ola bilsin ki, bu dəfişikliklərin baş verməsi üçün müəyyən zaman keçsin. Amma istənilən halda əldə etdiyimiz informasiyalara qaynağın etibarlılığı baxımından şübhəmiz yoxdur. Bu isə deməkdir ki, Əjdaha ili ən azından 10 rayonun rəhbəri üçün düşərli olmayacaq…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Dünən, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Dünən, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Dünən, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Dünən, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Dünən, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Dünən, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Dünən, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Dünən, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Dünən, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Dünən, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Dünən, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Dünən, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Dünən, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Dünən, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Dünən, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Dünən, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Dünən, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Dünən, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Dünən, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Dünən, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Dünən, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Dünən, 07:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru