Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar atmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                     “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” .....                     Peşə Təhsili Agentliyində kadr xaosu .....                     Vüsal Nəsirli də belə narazılıq yaradır .....                     Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb .....                     Azərbaycanda yağ və ət problemi yaşanır .....                     "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" .....                     “Tramp marşrutu”na qarşı “qara piar” .....                     Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? .....                     Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası .....                     Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? .....                     Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma .....                     Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb .....                     ABŞ Dövlət Departamentinin nümayəndələri .....                     ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib .....                     Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                 

HEYDƏROVUN DAHA BİR MAXİNASİYASI
Tarix: 9-01-2012, 10:24 | Çap et
HEYDƏROVUN DAHA BİR MAXİNASİYASI

FHN ŞEFİNİN GİZLİ İNŞAAT SÖVDƏLƏŞMƏSİNİN ŞOK TƏFƏRRÜATLARI

DİA.AZ: - "GEN" MMC, "Mur-Ay" MMC, "Kamran - B.Ə" MMC, "Safari-N" MMC... Bu şirkətlərin adı çəkiləndə uzun müddət mətbuatın gündəmindən düşməyən hadisələr xatırlanır: sadə vətəndaşların aldadılması, külli miqdarda pulların mənimsənilməsi, açılan cinayət işləri, həbslər.

Xatırladaq ki, ayrı-ayrı vaxtlarda bu tikinti şirkətlərinin hər biri vətəndaşlardan tikdikləri binalarda mənzil satmaq adı ilə böyük məbləğdə pullar almış, lakin sözlərinin üstündə durmamışdılar. Zərərçəkənlərin şikayətləri əsasında bu şirkətlərin bəziləri haqqında cinayət işi açılmış, bir neçə əməkdaşları həbs olunmuşdu. İş elə bununla da yekunlaşmışdı.

Vətəndaşlara isə nə mənzil verilmiş, nə də ödədikləri məbləğ geri qaytarılmışdı.

Təxminən, bir ay öncə isə "Mur-Ay" MMC-nin aldadıb pullarına sahib olduğu vətəndaşlara başqa bir şirkət tərəfindən yeni evlərin veriləcəyi söylənildi. Belə ki, "Şərur-inşaat" tikinti şirkəti hökumətlə olan anlaşmasına əsasən zərərçəkmişlərə itirdikləri evlərin əvəzində özünün inşa etdiyi və tikilməkdə olan binalardan yeni mənzillər verməyi öz öhdəsinə götürüb.

Məlumat üçün bildirək ki, "Mur-Ay" MMC vətəndaşlarla imzaladığı müqavilə əsasında onlara 80 min 500 kvadratmetr mənzil sahəsi tikib verməli olduğu halda, cəmi 23 min 400 kvadratmetr tikib. Bundan əlavə, vətəndaşlardan yığılmış 21 milyon 269 min manat vəsaitin 17 milyon 310 min manatı mənimsənilib.

Göstərilən rəqəmlər də "Şərur-inşaat"ın öz üzərinə nə qədər böyük məsuliyyətli iş götürdüyünü göstərir. İstər-istəməz, ortaya belə bir sual çıxır - "Şərur-inşaat"ın başqa şirkətin aldatdığı vətəndaşlara pul verməkdə marağı nədir?

İlk versiya kimi ağıla gələn şirkətin özünü bu yolla reklam etməsi fikri olur. Belə ki, bu xəbər demək olar ki, bütün mətbuat orqanlarında dərc olundu, "Şərur-inşaat"ın indiyə qədər heç kimin görmədiyi bir iş görməsi - başqa tikinti şirkətinin fırıldağından əziyyət çəkənlərə pulsuz mənzil paylaması sensasiyalı bir xəbər kimi yayıldı. Əlbəttə, reklam fikri ağlabatan olsa da, o qədər də inandırıcı səslənmir. Çünki, heç bir şirkət öz reklamına 17 milyondan artıq pul xərcləməz.

Başqa bir variant isə şirkətin bu addımından sonra dövlətin ona edəcəyi güzəştlərdən yararlanmasıdır. Çünki, razılaşmaya əsasən hökumət tərəfindən "Şərur-inşaat" şirkətinə Yasamal rayonunda 4 hektar torpaq sahəsi və güzəştli şərtlərlə - illik 12% olmaqla uzun müddətə 10 milyon manat kredit ayırılıb.

Lakin şirkətin maraqları heç bununla da bitmir. Belə ki, "Mur-Ay" MMC-yə mənzillərinin haqqını tam ödəmiş şəxslərə evlər əvəzsiz şəkildə verildiyi halda, pulun yarısını ödəmiş vətəndaşlar ödəmədikləri hissəni "Şərur-inşaat"a verməli olacaqlar. Ən maraqlısı isə qalıq hissənin "Mur-Ay" MMC ilə razılaşdırılmış məbləğdən daha yüksək tələb olunmasıdır.

Amma sadalanan səbəblər belə, "Şərur-inşaat"ın niyə bu cür "xeyriyyəçi" addım atmasına tam aydınlıq gətirmir. Əsas səbəb isə tamam başqadır. Artıq heç kimə sirr deyil ki, yazının əvvəlində adını sadaladığımız tikinti şirkətləri də "Şərur-inşaat"ın törəmə şirkətləridir. Bu isə o deməkdir ki, "Şərur-inşaat" heç də xeyriyyə məqsədli bir iş görmür. Əksinə, çoxdan atmalı olduğu addımı atır.

Əhali isə bu qədər aldanışdan sonra yenə də öz mənzillərinə sahib olacaqlarına inana bilmirlər. Digər tikinti şirkətlərinin qurbanı olmuş vətəndaşlar isə hələ də ya mənzillərini ya da ödədikləri pulu alacaqları günü gözləyir.

Qeyd edək ki, "Şərur" MTK-nın törəmə şirkəti olan "Kamran B.Ə" MMC mənzil-tikinti şirkətinin aldatdığı müştərilər bu günlərdə yenidən etiraz aksiyası keçirdilər. 250-yə yaxın aldadılan müştərini təmsil edən 60-a yaxın müştəri aksiyaya qatılıb.

Aksiya iştirakçıları şirkət rəhbərliyinin müştəriləri aldatmasına, müqavilə şərtlərinə əməl etməməsinə, bir mənzili bir neçə müştəriyə satmasına etirazlarını ifadə edib.

Bu barədə redaksiyamıza hökumət içindəki qaynaqlardan ötürülən informasiyada isə bildirilir ki, əslində В«Şərur-inşaatВ»ın fırıldaqçı şirkətlərin qurbanı olmuş vətəndaşlarla bağlı yaranmış problemin həllinə cəlb edilməsində birbaşa olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərov da iştirak edib. Xatırladaq ki, bu barədə hələ öncələrdən də məlumat vermişdik və bildirmişdik ki, birbaşa olaraq dövlət başçısı Kəmaləddin Heydərovu həm В«Mur-AYВ» MMC-nin və həm də digər inşaat firmalarının aldatdığı sakinləri razı salmağa təhkim edib.

Bu barədə yayılan xəbərlərdə bildirilirdi ki, Kəmaləddin Heydərov əslində burada təsadüfən seçilməyib. Hər halda, onun bu gün inşaat sektorunda əsas fiqur olması hər kəsə məlumdur. Hətta digər oliqarx-məmurlar belə FHN şefi ilə bu məsələdə ayaqlaşa bilmirlər. Eyni zamanda Kəmaləddin Heydərovun həm də rəhbərlik etdiyi qurumun mahiyyəti səbəbindən inşaat sektorunda əldə etdiyi В«təbii haqqlarıВ» da şərait yaradır ki, o, bu sahədə əsas fiqur kimi qabara bilsin. Bu da nəticədə Kəmaləddin Heydərova üstünlüklər verdiyi kimi, həm də problemləri həll etmə öhdəçiliyini də yaratmış olur.

Onu da xatırladaq ki, Kəmaləddin Heydərovun ilk əvvəl В«Mur-AYВ» MMC ilə bağlı yaranmış qalmaqalı hazırda Xətai rayonuna rəhbərlik edən Razim Məmmədova həll etməsi üçün göstəriş verdiyi və bu göstərişin icra başçısı tərəfindən qulaqardına vurulduğunu da diqqətinizə çatdırmışdıq. Bu səbəbin isə nəticədə icra başçısının FHN şefinin hədəfinə çevrilməsinə şərait yaratdığı məlum olmuşdu. Onu da bildirək ki, Razim Məmmədov birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kurasiyasında olan fiqurlardan biri kimi dəyərləndirilir.

Qayıdaq mövzumuza. Məlumatlı mənbələr bildirir ki, В«Şərur-inşaatВ»ın fırıldaq nəticəsində aldadılmış vətəndaşların probleminin həllinə cəlb edilməsi ideyası da elə Kəmaləddin Heydərova məxsusdur. Bu barədə məlumatlı qaynağın söylədikləri: В«Həmin şirkət bu vaxta qədər inşaat üçün lisenziya əldə edə bilmirdi. Amma bu ilin ilk günlərindəcə В«Şərur-inşaatВ»ın lisenziya problemi həllini tapıb. Bundan əlavə, В«Şərur-inşaatВ» məhz В«fırıldaq problemiВ»ni çözəcəyi səbəbindən əlavə imtiyazlara da malik olacaq ki, bu imtiyazların başında gələni sözügedən şirkətin tikdiyi yaşayış evlərinin qazlaşdırılma probleminin həlli məsələsidir. Yni zamanda В«Şərur-inşaatВ»ın dövlət layihələrindəki əksər tenderlərdə də qalib olacağı şübhəsizdirВ».

Necə deyərlər, bu ölkədə heç nə təsadüfən baş vermir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar atmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru