Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? .....                     Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma .....                     Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb .....                     ABŞ Dövlət Departamentinin nümayəndələri .....                     ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib .....                     Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                 

MEHDİYEVƏ QARŞI DAHA BİR PLAN
Tarix: 9-01-2012, 10:28 | Çap et
MEHDİYEVƏ QARŞI DAHA BİR PLAN

PA RƏHBƏRİNİN ANTİ-KORRUPSİYA KOMİSSİYASI GƏRƏKSİZ QURUMA ÇEVRİLİB

DİA.AZ: - Ötən ilin ən böyük rezonanslarından sayılan hakimiyyətin В«korrupsiyaya cihadВ» elanından bir il ötür. Ötən ilin bu günlərində, konkret olaraq yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasını keçirdi.

Mehdiyevin dilindən səslənən müxalif fikirlər

O zaman yayılan rəsmi xəbərd görə Komissiya üzvlərinin diqqətini Nazirlər Kabinetinin iclasında dövlət başçısının vurğuladığı nöqsan və çatışmamazlıqlara yönəldərək bildirib: В«Prezident hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələlə gətirir. Ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdırВ». Azərbaycanda rüşvətxorluğun və korrupsiyanın olmadığını, sahibkarlığın inkişafı üçün cənnət yaradıldığını illərlə gözə soxan bir iqtidarın ən yüksək ranqlı şəxsinin dilindən bu fikirlərin səslənməsi sensasiya sayılırdı. Hakimiyyət korrupsiyanın mövcudluğunu rəsmən etiraf etdi.

Ramiz Mehdiyev həmçinin bildirmişdi ki, Prezident Administrasiyasına və komissiyaya mərkəzi və yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının nöqsanları barədə çoxsaylı şikayətlər göndərilir. O, həmin şikayətlərin məzmununu bu cür təqdim etmişdi: В«Sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə mövcud neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlarВ».

Toplantıda sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, əsasız yoxlamalar son qoyulması ilə bağlı fikirlər səslənmişdi. Bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi, dövlət başçısının tapşırıqlarını yerinə yetirmək və məruzədə vurğulanan neqativ halların aradan qaldırılması ilə bağlı təkliflər, müxtəlif dövlət orqanlarına tapşırıqlar verilmişdi. Amma nə o zaman nə də ötən bir il ərzində heç bir rəsmi məlumatda konkret hansı dövlət orqanlarına nələr tapşırıldığı haqqında konkret məlumatlar verilmədi.

Günahkar məsul şəxslər kimdir?

Hakimiyyət sanki yuxudaymış, birdən ayılıb korrupsiyanın ölkəni başına götürdüyünü gördü. Halbu ki, məhz Ramiz Mehdiyevin rəhbərliyi altında 6 ilə yaxın idi ki bu neqativ hallara qarşı mübarizə aparmaq üçün komissiya fəaliyyət göstərirdi.

Komissiyanın 15 üzvündən 5-i prezident, 5-i Milli Məclisi, 5-i isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Komissiyaya Daxili işlər, Milli təhlükəsizlik Ədliyyə nazirləri, Baş prokuror, Konstitusiya Məhkəməsinin sədri, Prezident Administrasiyasının yüksək vəzifəli rəsmiləri, Milli Məclisinin bir neçə deputatı daxildir. Komissiya üzvləri bunlardır:

Prezident tərəfindən təyin edilənlər
Ramiz Mehdiyev - Komissiyanın sədri, Azərbaycan respublikası Prezidentinin Administrasiyasının rəhbəri;
Ramil Usubov - Azərbaycan Respublikasının Daxili işlər naziri;
Şahin Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri;
Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri;
Eldar Mahmudov - Azərbaycan Respublikasının Milli təhlükəsizlik naziri
Milli Məclisi tərəfindən təyin edilənlər
Ziyafət Əsgərov - Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini;
Əli Əhmədov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İcra Katibi;
Lətif Hüseynov - Azərbaycan Respublikası Milli Məclisinin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri;
Əli Hüseynov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Bəxtiyar Əliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Konstitusiya Məhkəməsi tərəfindən təyin olunanlar
Fərhad Abdullayev - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri;
Fikrət Məmmədov - Məhkəmə Hüquq Şurasının Sədri, Azərbaycan Respublikasının Ədliyyə naziri;
Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru;
Ramiz Rzayev - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri;
İnam Kərimov - Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibi.

Korrupsiyaya yol açan anti-korrupsiya qurumu

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası В«Korrupsiyaya qarşı mübarizə haqqındaВ» Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə uyğun olaraq yaradılmışdır və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirməliydi.

Əslində isə bu komissiyanın yaradılmasının özü korrupsiyaya rəvac vermək idi. Çünki korrupsiyaya yol vermək cinayətdir və Azərbaycan konstitusiyasına görə isə cinayətkarlığa qarşı mübarizə aparan cinayət təqibi orqanları var. Bu orqanlar polisdir, prokurorluqdur, milli təhlükəsizlik orqanları və məhkəmədir. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yaradılması əslində korrupsiya cinayətlərini həmin cinayət təqibi orqanlarının nəzarətindən çıxarmaq və müəyyən bir məhdud çərçivəyə salmaq idi ki, ora nə polisin, prokurorun, milli təhlükəsizlik orqanının müdaxiləsi olmasın.

15 nəfərin əvəzinə bir akademik

2004-cü ilin 13 yanvarında Qanunla mübarizəsinə start verilən antikorrupsiyanın 2005-ci ildə təsdiqlənən Əsasnaməsinə 2008-ci ilin 30 oktyabrında В«dəyişiklikВ» edilib. Bu dəyişikliyə əsasən 10-cu maddəni İlham Əliyevə beləcə imzalatdırıb: В«Komissiyanın səlahiyyətlərinə aid edilmiş bəzi məsələlər üzrə Komissiyanın qərarlarını iclas çağırılmadan üzvlərinin rəyi öyrənilməklə Komissiyanın sədri qəbul edə bilərВ».

Bu əndrəbadi cümlənin məğzi ondan ibarətdir ki, onsuz da əhəmiyyətsiz bir qurum olan Korrupsiyaya qarşı mübarizə Komissiyası Ramiz Mehdiyevdən ibarətdir. Əslində, Komissiyada təmsil olunan 15 üzvün 5 nəfərinin nazirdən, 5 nəfərinin Milli Məclisdən və 5 nəfərinin Konstitusiya Məhkəməsindən təyin edilməsinin özü cinayətkarları mühakimə edəcək В«hakimlərВ» haqda təsəvvür yaradır. Amma görünür, Ramiz müəllim Komissiya üzvlərinin 6 aydan bir yığışmasına ümumiyyətlə, ehtiyac görməyib!

Antikorrupsiya Qanun və Əsasnaməsinin ildən-ilə dəyişməsi ölkədəki ictimai-siyasi və korrupsiya məntiqinə uyğundur: 2004-cü ildə - hakimiyyət ötürülməsinin ilk ilində korrupsiyaya qarşı nəsə yaradır, 2005-ci ildə - parlament seçkiləri öncəsi В«nəsəninВ» Əsasnaməsi təsdiq edilir, 2008-ci il oktyabrın 30-da, prezident seçkilərindən sonra və ölkəyə külli miqdarda neft pullarının axmasından, iri-iri layihələrə yekə-yekə pulların xərclənməsi prosesinə başlanılmasından sonra В«nəsəВ» faktik olaraq ləğv edilir, Komissiya üzvləri rahat-rahat öz işləriylə məşğul olmağa göndərilir. Zatən, kimsəyə ehtiyac yox - korrupsiyaya akademik Mehdiyev şəxsən nəzarət edəcək!

Prezident Mehdiyevi necə ifşa etdi?

2011-ci ildə, heç gözlənilmədən, tarappıltıyla Korrupsiyaya qarşı Komissiyanın iclası çağırıldı və sədr Ramiz Mehdiyev bildirdi ki, iclas İlham Əliyevin tapşırığı əsasında çağırılıb. Niyə? Əvvəla, Komissiya var, Əsasnaməsi yaradılıb, Dövlət Proqramları qəbul olunub, bu azmış kimi antikorrupsiya üzrə Milli Strategiya müəyyənləşib, 6 aydan da bir prezidentə məruzə olunur (və ya olunmalıdır). İclasın çağırılmasını niyə prezident tapşırmalıdır? Komissiya özü niyə işləmir?

Əslində ötən bir il dəbdə olan antikorrupsiya şousu həm də o demək idi ki, rəsmi starta qədər ölkədə korrupsiyaya qarşı heç bir mübarizə olmayıb. Bu an isə göz önünə ilk olaraq Ramiz Mehdiyevin başçılıq etdiyi komissiya gəlir. Mehdiyev uzun illərdir ictimai rəyi formal manipulyasiya etmək üçün yaradılmış, hətta korrupsiyadan şikayət edənlərin ərizələri vasitəsilə siyahılaşdırılması məqsədilə formalaşdırılan bir quruma rəhbərlik edib. İlham Əliyev bir sərəncamla açıq-aşkar şəkildə göstərdi ki, Ramiz Mehdiyev ya ölkənin talanmasına başçılıq edib, ya da bu talançılığa göz yumub. Bu tam rəsmi nəticədir. Həm də yeganə nəticə deyil.

Qaçılmaz sonluq

Mehdiyevin rəhbərlik etdiyi komissiya ilə paralel bu illər ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyət göstərib. Ötən dövr ərzində idarə 480 nəfər barəsində cinayət işi qaldırıb. Son beş il ərzində 480 nəfər barəsində 265 cinayət işinin istintaqı aparılıb ki, həmin işlər tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. Ötən ilin ilk 6 ayı ərzində isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə korrupsiya ilə bağlı 360-dan çox müraciət daxil olub. Müraciətlərə əsasən 87 fakt üzrə cinayət işi başlanıb. İdarə rəisi ötən il bu rəqəmin 69 olduğunu açıqlayıb.

Tək bu müqayisə onu göstərir ki, Ramiz Mehdiyevin hakim komandaya nəzarət imkanlarını artırmaqdan başqa heç nəyə xidmət etməyən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ləğv edilə bilər. Artıq hakimiyyətdə bu barədə ciddi müzakirələr başlayıb. Bu məsələdə xüsusilə Ramiz Mehdiyevin əleyhdarları fəallıq göstərir. Onlar ən pis halda Komissiyanın PA rəhbərinin nəzarətindən çıxarılmasına çalışır.

Heç kəsə sirr deyil ki, Ramiz Mehdiyev 2004-cü ildə yaradılan Komissiyanın rəhbəri olmaqla bu statusundan istifadə edərək rəqiblərinə ciddi zərbələr vurmaq imkanına malikdir. Korrupsiya ilə bağlı şikayətlər Komissiyaya daxil olduqda təbii ki, saf-çürük edilir və əsasən Ramiz Mehdiyevə rəqib olan məmurlardan edilən şikayətlərin araşdırılması təmin olunur. Bu baxımdan PA rəhbərinin əleyhdarları Komissiyanın ləğvini istəyir. Onların arqumentlərinə görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi olduğu halda Komissiyaya ehtiyac yoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Dünən, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Dünən, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Dünən, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Dünən, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Dünən, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Dünən, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Dünən, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Dünən, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Dünən, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru