Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

SƏRHƏD QOŞUNALRI KOMANDANINDAN İRANA MESAJLAR
Tarix: 10-01-2012, 12:46 | Çap et
SƏRHƏD QOŞUNALRI KOMANDANINDAN İRANA MESAJLAR

“HƏR BİR DÖVLƏTİN SƏRHƏDİ ONUN ÜÇÜN MÜQƏDDƏSDİR”

“Xəzərin Azərbaycan sektoruna nəzarətin həyata keçirilməsi üçün ən müasir radar infrastrukturu yaradılıb”

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyevin APA-ya eksklüziv müsahibəsi

- Cənab general, “2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair” Dövlət Proqramı başa çatdı. Bu proqramın icrası Dövlət Sərhəd Xidməti (DSX) üçün hansı imkanlar qazandırdı?

- Qeyd etdiyiniz “2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair” Dövlət Proqramı uğurla başa çatdı. Proqramın bölmələrində sərhəd mühafizəsinin təmin edilməsi üçün bütün məqamlar nəzərə alınmışdı. Yəni, sərhədçi heyətin yerləşməsindən tutmuş onların zəruri avadanlıqlarla, silahlarla təchiz edilməsinədək bütün məsələlər bu sənəddə nəzərdə tutulmuşdu. Proqramın bütün müddəaları yerinə yetirildi. Sözsüz ki, proqramın yerinə yetirilməsi Azərbaycan sərhəd mühafizəsini çox ciddi səviyyəyə qaldırdı. Amma bu o demək deyil ki, sərhəddə bütün işlər yekunlaşdı və bundan sonra heç bir iş görməməliyik. Əksinə, bu gün dövlətimizin iqtisadi nöqteyi-nəzərdən inkişafı qarşımızda yeni perspektivlər açır. O nöqteyi-nəzərdən ki, sərhəd mühafizəsini dövlətimizin təhlükəsizliyinin onun sərhədlərində təmin edilməsini tamamilə yeni, müasir müstəviyə qaldıraq, sərhəd təhlükəsizliyi sözün əsl mənasında tam təmin edilsin. Bu çox ciddi məsələdir. İqtisadi imkanların artması daha ciddi avadanlıqların və silahların sərhəd mühafizəsinə tətbiqi imkanını artırır. Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi tapşırıqlarına əsasən bu istiqamətdə xüsusi addımlar atılır.

- Dekabrın sonlarında DSX-nın Rusiyadan aldığı Mi-35M tipli helikopterlərin ilk partiyası ölkəyə gətirildi. Müqavilə çərçivəsində qalan helikopterlərin tam olaraq ölkəyə gətirilməsi nə zamana nəzərdə tutulur?

- Mi-35M tipli helikopterlərin Azərbaycan sərhəd mühafizəsi tərəfindən alınmasını modernləşmə, yeni texnikaların alınması prosesi kontekstində atılmış addımlardan biridir. Bildiyiniz kimi, ərazilərimizin bir hissəsi işğal altındadır. Ali Baş Komandan dəfələrlə vurğulayıb ki, danışıqlar yolu ilə torpaqlarımız işğaldan azad olunmasa, biz bütün yollara əl atacağıq, həmçinin hərbi yola. Ona görə də Silahlı Qüvvələrin tərkib hissəsi olaraq, Müdafiə Nazirliyi ilə yanaşı, digər qoşun növlərinin imkanlarının artırması sözsüz ki, gələcəkdə torpaqlarımızın işğaldan azad olunması imkanlarını artırır. O ki qaldı müqavilədə nəzərdə tutulan helikopterlərin qalan hissəsinin Azərbaycana gətirilməsinə, düşünürəm ki, 2012-ci il ərzində bu müqavilənin icrası başa çatdırılacaq.

- Bu gün artıq inkişafının birinci mərhələsini geridə qoymuş Azərbaycan sərhəd mühafizəsini milli model olaraq necə dəyərləndirmək olar?

- Hər bir dövlət üçün onun sərhəd mühafizəsi modeli individualdır. Yəni, hər bir dövlətin sərhədində olan əməliyyat şəraiti ona məxsusdur və digər dövlətlərdən fərqliliyi var. Ulu öndər Heydər Əliyevin 2002-ci il iyul ayının 31-də Dövlət Sərhəd Xidmətinin yaradılması barədə qərarı məhz Azərbaycan şəraitinə uyğun sərhəd modelinin yaranmasına xidmət edirdi. Təbii ki, o zaman bütün məqamlar nəzərə alınaraq belə bir modelin yaradılması məqbul hesab edilmişdi. Azərbaycan sərhəd mühafizəsi modeli milli model olaraq, dövlətimizin sərhəd təhlükəsizliyinin təmin olunmasına yönəlib və bu istiqamətdə atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Bu da tək Azərbaycanın daxilində deyil, Azərbaycandan kənarda, həmçinin NATO institutlarında da birmənalı olaraq yüksək qiymətləndirilir. Belə olmasaydı, NATO Azərbaycana Əfqanıstan və İraq sərhədçilərinin təliminin təşkili üçün müraciət etməzdi. Digər tərəfdən, hazırda Azərbaycan sərhəd mühafizəsinin infrastrukturunun mükəmməlliyi həm də eşalonlaşmış, ardıcıl mühafizə sisteminin tətbiqindən irəli gəlir. Bu istənilən sahəyə aiddir - istər nəzarət buraxılış məntəqələri, istər quru, istər dəniz sərhədlərində olsun. Öz növbəsində, bu eşalonlaşma baş vermiş sərhəd pozmalarının qarşısını alınmasında çox effektivdir və bunun nəticələrini gündəlik fəaliyyətimizdə görürük.

- Gürcüstanla delimitasiya olunmamış sərhəddə sərhəd mühafizəsi necə, hansı prinsiplər əsasında təşkil olunur?

- Delimitasiya sözsüz ki, sərhəd mühafizəsinin təşkili üçün önəmlidir. Delimitasiya olunmamış ərazilərdə də sərhəd mühafizəsini təşkil etmək mümkündür. Bu, həmin istiqamətlərdə sərhəd komissarlarının işidir. Hər iki dövlətin sərhəd nümayəndələri görüşərək şərti əraziləri müəyyən edir və həmin ərazilər ətrafında öz xidmətlərini qururlar. Azərbaycanla Rusiya arasında delimitasiya işlərinin başa çatması müstəqillik tariximizdə çox ciddi bir hadisə oldu. Onu da deyim ki, Rusiya ilə delimitasiya ötən il başa çatdı. Keçən ilədək həmin sərhədlər delimitasiya olunmamışdı, lakin orada sərhəd mühafizəsi aparılırdı. Yəni, delimitasiyanın başa çatmaması sərhəd mühafizəsinin təşkilinə mane olmur.

- 2012-ci ildə Sahil Mühafizəsi sistemində hansı yeniliklər gözlənilir?

- Birmənalı olaraq Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin inkişafı bizim üçün önəmli məsələlərdəndir. Azərbaycanın Xəzər dənizində dövlət maraqlarının təmin edilməsi, kəmərlərin və neft-qaz infrastrukturunun mühafizəsi Sahil Mühafizəsinə həvalə edilib. Bu günədək bu tapşırıqlar tərəfimizdən yerinə yetirilir. Deyə bilərəm ki, Xəzər dənizinin Azərbaycan sektoruna zəruri nəzarətin həyata keçirilməsi üçün ən müasir radar infrastrukturu yaradılıb. Biz bu infrastruktur, gəmilərimiz və digər avadanlıqlar vasitəsilə dəniz akvatoriyamıza və oradakı gəmilərə nəzarət edirik. 2012-2013-cü illərdə istər yeni avadanlıqların tətbiqi, istərsə də yeni kater və gəmilərin xidmətimizə qəbulu nöqteyi-nəzərdən imkanlarımız artacaq.

- Bu yaxınlarda bəzi KİV-də Lənkəran rayonunda yerli sakinlər və sərhədçilər arasında problemin yaranması barədə məlumatlar yayıldı. Bu məsələyə münasibət bildirməyinizi istərdik.

- Müəyyən mətbuat orqanları Sahil Mühafizəsinin guya ki, dənizdə balıqçılara qarşı qeyri-qanuni fəaliyyəti barədə məlumatlar yayır. Lakin bunlar qərəzli və böhtan xarakterli məlumatlardır və biz başa düşürük ki o məqalələr kimlər tərəfindən hazırlanır. Onu qeyd etmək istəyirəm ki, Sahil Mühafizəsi brakonyerliyə qarşı mübarizə aparmır. Bu, digər qurumların vəzifələridir və biz bununla məşğul olmuruq. Digər qurumların müraciəti olarsa, yardım göstərə bilərik. Sahil Mühafizəsinin vəzifəsi Xəzərin Azərbaycan sektorunda rejim sularına nəzarətdir. Biz bu vəzifələrimizi yerinə yetirir və bundan sonra da qeyd olunan istiqamətdə imkanlarımızı artıracaq, nəzarəti daha da gücləndirəcəyik. Bir daha deyirəm ki, Sahil Mühafizəsi brakonyerliyə qarşı mübarizə ilə məşğul olmur.

- Bir neçə ay əvvəl Azərbaycanın dövlət sərhədini pozarkən, sərhədçilərin əmrinə tabe olmayan iranlı əsgər öldürüldü. İran tərəfi hələ də bu məsələ ilə bağlı bəyanatlar səsləndirir, rəsmi Bakının İrandan buna görə üzr istəməsini tələb edirlər...

- Qeyd etmək istəyirəm ki, bu kimi məsələlər həmişə prosedur qaydalar əsasında müzakirə olunur. Əvvəlcə yerlərdə sərhəd nümayəndələri görüşür, müzakirələr aparılır. Problem həll olunmazsa, daha yuxarı instansiyalar - hər iki ölkənin Sərhəd Qoşunlarının komandanları səviyyəsində məsələ müzakirə olunur. Bundan bir qədər öncə, iyul ayında Yardımlı rayonu istiqamətində İran sərhədçiləri tərəfindən bizim zabit öldürülmüşdü. Mən bu məsələ ilə bağlı müzakirələr aparmaq üçün İran Sərhəd Qoşunlarının komandanı, general Zülfüqarini sərhəddə görüşə dəvət etdim. Üstündən bir neçə ay keçməsinə baxmayaraq o, hələ də görüşə gələ bilmir. Onun görüşə gələ bilməməsininin səbəbi bizim üçün də aydın deyil. Düşünürəm ki, bu görüş baş tutduqda, Sərhəd Qoşunlarının komandanları üz-üzə, göz gözə bu məsələləri müzakirə etdikdə, hər iki tərəf üçün maraqlı məsələlərə tam aydınlıq gətirilə bilər. Onu da qeyd edim ki, hər bir dövlətin sərhədi onun üçün müqəddəs və pozulması yolverilməzdir.

- Azərbaycan tərəfindən beynəlxalq təşkilatlar qarşısında dəfələrlə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə nəzarətsiz qalmış sərhədlərdən narkotik ticarəti, qaçaqmalçılıq kimi məqsədlərlə istifadə olunmasına dair məsələnin qaldırıldığı bəyan olunur. Bilmək istərdik ki, bu məsələyə beynəlxalq təşkilatların münasibəti necədir?

- Biz iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə, NATO, Beynəlxalq Sərhəd Konfransı, FRONTEX və s. kimi təşkilatlarda dəfələrlə bu məsələni qaldırır və bildiririk ki, nəzarətsiz sərhədlərdən narkotik ticarəti, qaçaqmalçılıq da daxil olmaqla və digər bu kimi məqsədlər üçün istifadə olunur. Onların cavabları isə demək olar ki, eynidir: münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar gedir. Bizim açıqlamalarımız bu prosesə mane ola bilər.

- İşğal olunmuş ərazilərə yaxın sərhəd zastavalarının fəaliyyəti necə təşkil olunur?

- Hərbi qurumun vəzifəsi istənilən halda torpaqların işğaldan azad olunmasına hazır olmaqdır. Bu şərəfli vəzifədir, biz də buna hazırıq. Düşünürəm ki, çox qalmayıb, gec-tez torpaqlarımız işğaldan azad olunacaq. Bu gün işğalda olan həmin ərazilərdə sərhəd infrastrukturu yaradılacaq, üçrəngli bayrağımız həmin sərhəd zastavalarında dalğalanacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru