Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                 

ELŞAD ABDULLAYEVLƏ BAĞLI YENİ ŞOK FAKTLAR
Tarix: 18-09-2013, 14:18 | Çap et
ELŞAD ABDULLAYEVLƏ BAĞLI YENİ ŞOK FAKTLAR
SABİQ REKTOR ƏRƏB ƏMİRLİYİ TƏHSİL NAZİRİNİN MÜAVİNİNİ NECƏ ALDADIB?

Ramiz Zeynalov: В«İnterpol tərəfindən saxlanılmış və nəzarətə götürülmüş bu В«parisli oğlanВ» Elşad Abdullayevin yalanları ayaq tutsa da heç vaxt yeriyə bilməz…»

Asif Mərzili: В«Elşad Abdullayev 2008-ci ilin oktyabrın 5-də Bakıda rəsmi səfərdə olan BƏƏ-nin təhsil nazirinin müavinləri-Seyf əl Məzruini, YUNESKO-nun BƏƏ-də baş katibi Avadi Salehi aldadaraq ABU-ya aparmışdır ki, guya H.Əliyevin heykəlinin açılışı olacaq və Prezident İlham Əliyev də açılışa gələcək… Onlar В«TəzadlarВ»a bu görüşdən 4 gün sonra-9 oktyabr 2008-ci ildə müsahibə verərkən bu barədə ABU-dakı mənbə ətraflı məlumat verdi…»


DİA.AZ: - Keçmiş ABU rektoru, bir müddətdir Fransada müvəqqəti məskunlaşan və hazırda barəsində İnterpol tərəfindən həbs edilməklə axtarış verilən Elşad Abdullayev diaaz.space saytına məktub göndərib və saytda təqdim edilib.

Məlum olur ki, bu məktub E.Abdullayevin neçə aylar əvvəl yazdığı köhnə, savadsız cümlələrindən ibarət bir məktubdur və indi onun adamları Bakıdan sayta göndəriblər. Sadəcə, bu məktubun iki yerinə tanınmış vəkil Ramiz Zeynalovun və В«TəzadlarВ» qəzetinin baş redaktoru Asif Mərzilinin adını əlavə ediblər… Amma məktubda bir neçə məqam var ki, Asif Mərzili bu barədə şok açıqlamalar verdi. Məsələ ondadır ki, E.Abdullayev ənənəsinə sadiq qalaraq yenə də В«TəzadlarВ» qəzetini MTN-nin, R.Mehdiyevin kürəkəni Fikrət Əliyevin sifarişini yerinə yetirən KİV kimi təqdim edir və s.

Bununla bağlı Baş redaktor Asif Mərzili bildirdi ki, əvvəla, bu açıqlama E.Abdullayevin növbəti nağıllarından biridir, o, özü bunu yaya bilməz, çünki onu İnterpol saxlayıb, üzərində ciddi nəzarət var... Sadəcə, Bakıdakı adamları tərəfindən yayılır ki, baxın, E.Abdullayev sağ-salamatdır, İnterpol tərəfindən saxlanılmayıb:

-Biz dəfələrlə yazmışıq ki, niyə E.Abdullayev özü hansısa bir KİV-ə zəng edib demir ki, mənəm-Elşad Abdullayevdir, görürsünüzmü, İnterpol tərəfindən saxlanılmamışam... Amma bu baş vermir. Nə oldu, əvvəllər gündə on dəfə zəng vuran Elşad Abdullayev bir aydır ki, elə bil ölüb, susur… Və adı çəkilən məlum açıqlamasının sonunda isə В«İsveçrəВ» sözünü də yazıblar ki, guya Elşad indi də ordadır. Yəni bu da bir fırıldaqdır. Demək istəyirlər ki, əgər Elşadı Fransada saxlasaydılar, o indi İsveçrəyə necə gedə bilərdi? Amma bizdə dəqiq məlumat var ki, onu İnterpol saxlayıb və ona bəzi hüquqi sənədləşmələr başa çatanadək susmağı məsləhət görüblər. Bu barədə Ramin Nağıyevin В«TəzadlarВ»a neçə gün əvvəl açıqlamasında da məqamlar var idi… O ki qaldı Ramiz Mehdiyevin qohumu Fikrət Əliyev barədə şantaj xarakterli məlumatları sadalayan E.Abdullayevin В«Diqqəti cəkən o idi ki, bu ərəfədə azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatın qəzeti Təzadların Baş redaktoru qəzetci Asif Məmmədov biznən barışdı və barışmaq ücün bizdən 10 ton kagız və yaxud 10 min manat “şirinlik” tələb etdi. KQB Fikrət Əliyev öz qurdugu oyunu özü də həll edirdi…» kimi sərsəm fikirlərinə, bunlar E.Abdullayevin daha bir uşaq nağılının tərkib hissəsidir. Əvvala, mən-Asif Mərzili E.Abdullayevlə nə üçün barışmalı idim? Saxta diplom satan, on minlərlə tələbəni kələk gəlib aldadan, elmlər doktoru işi, təltif və medalları, dərslikləri saxta çıxan Elşad Abdullayevdir və bu barədə araşdırma yazılar dərc edən bir qəzet bu fırıldaqçı ilə niyə və nəyə görə barışmalı idi? Deyir ki, 10 ton kağız istədilər, ya da pul… Hər şeyi pulla ölçən E.Abdullayev kabinetindəki tualetin aftafasını da çəkirmiş, otaqda gəzən milçəkləri də. Əgər belə bir barışıq, sövdələşmə varsa, niyə bu gizli videonu çürüdür, yaymır?

В«Bu nadan Elşad Abdullayev başa düşmür ki, Ramiz Mehdiyevin, MTN-nin, yaxud Fikrət Əliyevin sifarişini yerinə yetirən В«TəzadlarВ» qəzetinin əməkdaşlarına da məlum KİV-lər kimi KİV-ə Dəstək Fondundan pul ayrılardı, qəzetin bir əməkdaşına ev verilərdi...В»

Fikrət Əliyevə gəlincə, mən heç bu insanın şəklini belə bu günə kimi görməmişəm, nəinki onun hansısa sifarişini yerinə yetirək, onunla əməkdaşlıq edək və s. Elşad Abdullayev bizi Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin özünün və kürəkəni Fikrət Əliyevin, MTN-nin sifarişini yerinə yetirməkdə suçlayır. Bu nadan Elşad Abdullayev başa düşmür ki, Ramiz Mehdiyevin, MTN-nin, yaxud Fikrət Əliyevin sifarişini yerinə yetirən В«TəzadlarВ» qəzetinin əməkdaşlarına da məlum KİV-lər kimi KİV-ə Dəstək Fondundan pul ayrılardı, qəzetin bir əməkdaşına ev verilərdi... Bunlar sərsəm və axmaq iddialar, boş sözlərdir!

Nəhayət, В«Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın sifarişlərini yerinə yetirən “Təzadlar” qəzetiВ» ifadəsini işlədən E.Abdullayevə tanınmış vəkil, В«advokat TerraziniВ» kimi tanınan Ramiz Zeynalovun sözləri ilə cavab verirəm: Elşad Abdullayev, İnterpol tərəfindən saxlandıqdan sonra saxlanıldığın yerdə sənə yaxşı В«istirahətВ» arzulayıram ki, tezliklə Kürdəxanı Təcridxanasında istintaqın çoxsaylı suallarını cavablandırmağa, aldatdığın minlərlə ABU zərərçəkənləri ilə üzləşmələrə halın olsun… İkincisi və ən vacibi, hamı bilir ki, Azərbaycanda indiyədək bir mütəşəkkil cinayətkar dəstə olub-o da sənin rəhbərliyin altında, qohumlarından ibarət olaraq on ildən çox müddətdə ABU-da fəaliyyət göstərib, saxta diplom satmaqla, rüşvət almaqla tanınıb!

Asif Mərzili daha bir məqama toxundu:
-Elşad Abdullayev yazır (guya): «…MTN zabiti Fikrət Əliyevin Dubay sussurlugu. Kiyev qara transplantasiya şousundan əvvəl Fikrət Əliyev BƏƏ-in Dubay şəhərində də mənə qarşı fabrikovat olunmuş saxta cinayət işi açdırmışdır. 29 avqust 2009-cu il tarixində Amerika Universitetinin dəvəti ilə Dubay şəhərinə getdim. Məni Dubayın Aerpotunda polis tanımadığım qadını öldürmək istədiyimə görə həbs etdilər. 3 gün istintaq getdi və zərəcəkmiş qadın ifadəsində bildirdi ki, 19 may 2009 il tarixində mən onu öldürmək istəmişəm, mənim əlimdən qacıb canını qurtarıbdır. Mən BƏƏ-in Təhsil Nazirini Dubay Polis İdarəsinin İstintaqına dəvət etdim. O da sağ olsun qısa müddətdə Təhsil Nazirinin l müavini Dubay şeyxinin ailə üzvü Seyf cənablarını Abu-Dabudan Dubay şəhərinə göndərdi. Mən istintaq etiraz edərək bildirdim ki, mən hec bir vaxt 19 may 2009 il tarixində Dubay şəhərində olmamışam, Dubayda olmaya-olmaya mən Sizi necə öldürmək istəmişəm. BƏƏ elektron hölümət oldugu ücün mənim həmin müddət Dubayda olmadıgımı müəyyən etdi və polis məndən üzr istəyib azd etdiВ».

(Saxta professorun qrammatik səhvlərini olduğu kimi verməli olduq.Red.).

Bildirirəm ki, E.Abdullayev BƏƏ-nin təhsil nazirinin 1 müavini Seyf Əl Məzrui barədə də yalan danışır. Guya ki, onu tanımırmış, onlar da bu fırıldaqçının çağrışını eşidən kimi qaçıb gəliblər yanına, sonra Elşad kimi bir fırıldaqçıdan üzr də istəyiblər… Əslində isə E.Abdullayev cənab Seyfi hələ 2008-ci ildə Bakıda aldatmışdı. Belə ki, E.Abdullayev 2008-ci ilin oktyabrın 5-də YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Bakıda keçirilən İslam ölkələri təhsil nazirlərinin 4-cü Konfransında iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdə olan BƏƏ-nin təhsil nazirinin müavini-Seyf əl Məzruini və YUNESKO-nun BƏƏ-də baş katibi Avadi Salehi aldadaraq ABU-ya aparmışdır ki, guya ABU-da H.Əliyevin heykəlinin açılışı olacaq və Prezident İlham Əliyev də açılışa gələcək… Onlar В«TəzadlarВ»a bu görüşdən 4 gün sonra-9 oktyabr 2008-ci ildə müsahibə verərkən bu barədə ABU-dakı etibarlı mənbəmizlə ətraflı söhbət etdik… Həmin gün В«Həyat-ReycensВ» otelində şəxsən mən BƏƏ-nin təhsil nazirinin 1 müavini-Seyf əl Məzrui və YUNESKO-nun BƏƏ-də baş katibi Avadi Saleh ilə görüşüb geniş müsahibə aldım. Həmin müsahibə В«TəzadlarВ»ın 11 və 14 oktyabr 2008-ci il tarixli 60 və 61-ci saylarında dərc olunub... Həmin görüşdə ABU-nun saxta Dubay filialının rektoru Qurban Söhbətzadə də tərcüməçi kimi iştirak edirdi... (Qurban Söhbətzadənin Elşad Abdullayev barədə açıqlamaları isə növbəti yazıda təqdim ediləcək.Red.). Amma vacib olan budur ki, E.Abdullayev bundan əvvəl cənab Seyfi bir dəfə də aldadıb və ABU-nun Dubayda filialını açmaq istəyib. Hətta yer də kirayələnmişdi... Lakin sonradan məlum olub ki, Dubaya bəzi qadınları ABU tələbəsi adı altında aparırlar, BƏƏ Təhsil Nazirliyinin rəhbərliyi bundan duyuq düşərək bu fırıldağın qarşısı almağa çalışmışdır. Və ABU-nun Dubay filialı müəmması hələ də qalır...

Ramiz Zeynalov: В«İnterpol tərəfindən saxlanılmış və nəzarətə götürülmüş bu В«parisli oğlanВ» Elşad Abdullayevin yalanları ayaq tutsa da heç vaxt yeriyə bilməz…»

Keçmiş ABU rektorunun bəzi açıqlamaları barədə həm də tanınmış vəkil Ramiz Zeynalovdan şərh verməsini istədik:

-Ramiz müəllim, E.Abdullayev ABU Klinikada baş vermiş cinayətlərin əksinə olan açıqlamaları ilə nə demək istəyir sizcə?
-Söhbət ondan gedir ki, E.Abdullayev özünü axmaq yerinə qoyub ağlına və ağzına gələni danışsa da, həm də məsuliyyətini dərk edir, ona görə də həbsinə az qalmış ictimai rəy yaratmaq üçün adamları tərəfindən keçmişdə olmuş bir açıqlması indi təkrarən yayılır… O, bildirir ki, В«Bizim lisenziyadan kənar heç bir iş birlyimiz olmamışdır. Belə ki, ABU Tibb Mərkəzinin Baş Həkimi Dilarə İsmayılova müstəqil hüquqi şəxs statusunda olubdur və ABU Tibb Mərkəzində aparılan bütün tibbi əməliyyatlara bilavasitə məsuliyyət daşımışdırВ». ELŞAD ABDULLAYEVLƏ BAĞLI YENİ ŞOK FAKTLAR

D.İsmayılova isə, bildiyimə görə, istintaqa ifadəsində bildirib ki, bütün qanunsuz orqan transplantasiyasını Elşad Abdullayevin göstərişi ilə edibdir. Bütün hallarda, heç vaxt ola bilməz ki, E.Abdullayev deməmiş D.Əliyeva icarəsinə verilmiş bir Tibb Mərkəzində transmilli cinayət sayılan bir əməllə məşğul olsun, xaricilərin burada bu əməlinə şərik olsun. Bu qətiyyən ağlabatan iş deyil, hamısını E.Abdullayevin tapşırığı ilə edibdir… İkincisi, hara tələsirlər, E.Abdullayev tezliklə həbs olunub Azərbaycana gətirilib üzləşdiriləndə hər şey aydın olacaq.
Siz bir məqama fikir verin: bu fırıldaqçı bir tərəfdən özünü sığortalamaq üçün deyir ki, hər şeyə görə məsuliyyəti Dilarə İsmayılova daşıyır. Digər tərəfdən, özünün məsuliyyətini başa düşərək müqayisəli şəkildə deyir: «…Əgər elədirsə, gündə bir həkimi cinayət məsuliyyətinə cəlb edirlər, nə ücün AR Səhiyyə Naziri Oqtay Şirəliyev cinayət məsuliyyətinə cəlb olunmur??? Yaxud, “Qarabulaq sussurluguna” görə AR Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış Şöbəsinin rəisi polis polkovniki Hacı Məmmədov ömürlük həbs edilibdir və ya həmin nazirliyin Baş Cinayət Axtarış İdarəsinin rəsi polis general Zakir Nəsirov ömürlük həbs edilibdir. MTN zabiti Mahir Abdullayevin ogurlugunda bir başa iştirak edən Aeroport Polis İdarəsinin rəisi Rasim İldımzadıyə görə nə ücün Daxili İşlər Naziri Ramil Usubov cinayət məsuliyyətinə cəlb edilmir? MTN zabiti Mahir Abdullayevin cinayət işini aparan DİN-in l müavini general Zahid Dünyamalıyevin izsiz-tozsuz yox edilməsinə kim məsuliyyət daşıyır? Bəs onda AR Daxili İşlər Naziri Ramil Usubov nə ücün bu günə qədər ona bilavasitə tabe olan polis əməkdaşlarının daha sosial təhlükəli dövləti cinayətlərinə görə cinayət məsuliyyətinə cəlb olunmamışdır? Yaxud, sosial şəbəkələrdə ictimailəşmiş MTN zabiti Mahir Abdullayevin ogurluq işində iştirak edən MTN əməkdaşlarının cinayət əməllərinə görə nə ücün Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi bu günə qədər mənəvi və hüquqi məsuliyyət daşımır? Nə ücün MTN zabiti Mahir Abdullayevin oğurluq işini bilə-bilə vəzifəsindən sui-istifadə edərək, bilə-bilə Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı gizlədən AR Baş Prokuroru Zakir Qaralov hüquqi məsuliyyət daşımır?В»
Bəli, bu cinayətkar, keçmiş rektor məsuliyyətini gözəl dərk edir…

-E.Abdullayev nədənsə həm də MTN zabiti Fikrət Əliyevi də bu məsələdə qaralayıb… məsələn, deyir ki, «…ABU-da Tibb Mərkəzinə bilavasitə rəhbərliyi PİA-in rəhbəri Ramiz Mehdiyevin yaxın qohumu, В«KQBВ»-nin lV İdarəsinin rəisi Fikrət Əliyev daşıyır. Hesab edirəm ki, Dilarə İsmayılovanı bu işə məcburi cəlb edən ABU-da tibb sahəsinə bilavasitə rəhbərlik edən В«KQBВ» polkovniki Fikrət ƏliyevdirВ».
-Təbii ki, bütün bunlar onun növbəti şantajıdır. Fikir verirsinizmi, E.Abdullayev törətdiyi cinayətlərinə bəraət qazandırmaq üçün həmişə PA rəhbəri Ramiz Mehdiyevin adını ABU-nun ələ keçirilməsi naminə Mahir Abdullayevin oğurlanması cinayətini ortaya atırdı. İndi də Fikrət Əliyevin adını hallandırır. Yenə də utanmadan deyir ki, R.Mehdiyevin qohumu, MTN zabiti Fikrət Əliyev ABU-nu ələ keçirmək ücün hər cür yollara əl atıbdır və s. Mən sizin başqa bir suallarınıza cavabımda dedim: R.Mehdiyev dövlətdə mühüm vəzifə tutan şəxsdir, həmçinin Korrupsiyaya Qarşı Mübarizə Dövlət Komissiyasının sədridir. Onun səlahiyyəti çatırdı ki, Vergilər Nazirliyinə, yaxud Baş Prokurorluğa daxil olmuş çoxsaylı şikayətlər əsasında tapşırıq versin ki, ABU-dakı cinayətkar dəstənin fəaliyyəti yoxlanılsın. Təbii ki, bu sadə və qanuni tapşırıqdan bir gün sonra başda E.Abdullayev olmaqla, böyük bir dəstə həbs ediləcəkdi, cinayətkar yuva-ABU avtomatik olaraq bağlanacaqdı. Soruşuram: Ramiz Mehdiyev səlahiyyətlərinə aid olan bu sadə yolu qoyub ABU-nu ələ keçirmək üçün niyə Mahir Abdullayevi oğurlatmalı idi? Mahir ABU-da kim idi? Elə Elşad Abdullayevin özünü həbs etdirərdi də! Bnlar Elşad Abdullayevin kəmağıl düşüncəsinin jantaşla yüklü iddialarıdır, heç bir hüquqi əsası, hüquqi məntiqi yoxdur…
Yazır ki, В«Həmin vaxta qədər “Abituriyent” jurnalının rəsmi məlumatına görə ABU Azərbaycan universitetləri arasında reytinq göstəricisinə görə uzun müddət birinci onluqda idiВ». Əvvəla, yalan danışır. ABU-nun fəaliyyəti dövründə bir dəfə belə hal olub, onu da saxta yolla necə etdirib, o vaxtkı təhsil naziri Misir Mərdanov bunu yaxşı bilir… Bazarda göy satan qadınlara da bəlli idi ki, ABU korrupsiya yuvası idi, burada tədrisdən başqa nə desən var idi… Əgər həqiqətən də ABU-nu Ramiz Mehdiyev bağlatdırıbsa, onda açıq deyirəm ki, bu insan ABU kimi cinayətkar yuvanı dağıtmaqla Azərbaycan xalqının qarşısında misli görünməmiş xidmət göstərmişdir…

«…E.Abdullayevi Dubay polisi ona görə saxlayıb ki, E.Abdullayevin himayə etdiyi dəstə başçısı olan bir qadının ABU-nun Dubay filialının tələbəsi adı altında Dubaya apardığı qadınların siyahısında həmin o qadın da olub… Bir məsələ üstündə mübahisədən sonra E.Abdullayev həmin qadına hədə-qorxu gəlib. Həmin qadın da Dubay polisinə şikayət verib. Polis də Elşad Abdullayevi həbs edib, saxlayıblar…»

-Ramiz müəllim, E.Abdullayevin Dubayda həbsi iddiası nə dərəcədə həqiqətə yaxındır?
-Onu həqiqətən də o vaxt həbs ediblər, amma mənə çatan məlumata görə, guya hansısa bir qadını öldürməyə cəhd etdiyinə görə yox, ABU-nun Dubay filialının tələbsi adı altında Dubaya əxlaqsız qadınların aparılmasına rəhbərlik etdiyinə görə… Hətta məndə məlumat var ki, Azərbaycanın Aeroport polisi belə bir dəstə qadını o vaxt burda saxlayıb, onların üstündən ABU-nun Dubay filialına sessiyaya getmək barədə sənədlər, tələbə biletləri çıxıb… İndi isə yalandan deyir ki, «…MTN zabiti Fikrət Əliyev BƏƏ-in Dubay şəhərində də mənə qarşı fabrikovat olunmuş saxta cinayət işi açdırmışdır. 29 avqust 2009 il tarixində Amerika Universitetinin dəvəti ilə Dubay şəhərinə getdim. Məni Dubayın Aerpotunda polis tanımadığım qadını öldürmək istədiyimə görə həbs etdi. 3 gün istintaq getdi və zərərçəkmiş qadın ifadəsində bildirdi ki, 19 may 2009 il tarixində mən onu öldürmək istəmişəm, mənim əlimdən qaçıb canını qurtarıbdır…» və sair.

Mən bir hüquqşünas kimi araşdırma aparmışam və hələlik əldə etdiyim belə bir məlumat var ki, həmin qadının şikayəti, əslində başqa motivlə olub. Belə ki, E.Abdullayevin himayə etdiyi dəstə başçısı olan bir qadının ABU-nun Dubay filialının tələbəsi adı altında Dubaya apardığı qadınların siyahısında həmin o qadın da olub. Lakin sövdələşmə baş tutmadığından və Dubayda vəd olunan şərtlər yerinə yetirilmədiyindən orada bir dəfə mübahisə düşüb, həmin qadın geri qaytmaq istəyib. Bu zaman E.Abdullayevə məlumat verilib, o isə həmin qadını qaydaya riayət etməyə çağırıb, əks halda başına oyun açacağını bildirib, hədə-qorxu gəlib. Həmin qadın da Dubay polisinə şikayət verib. Polis də Elşad Abdullayevi həbs edib, saxlayıb… Məsələ belə olub. Mənim araşdırmalarım davam edir, tezliklə ətraflı məlumat verəcəym…

“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru