GÖYÇAY SAKİNLƏRİ BAŞÇININ ƏLİNDƏN CANA DOYUBLAR
Tarix: 20-09-2013, 12:28 | Çap et
 YAYDA GÜNƏŞİ, QIŞDA QARI PROBLEM GÖRƏN RAYONUN ACI YAŞANTILARI
DİA.AZ: - В«2007-ci ildən sonra Göyçayda problem əlindən tərpənmək olmur. Rayonun icra başçısının dəyişməsi ilə əhalinin durumu çətinləşməyə başladı. İcra başçısı Mənsur Məmmədovun vəzifə normativlərindən kənar işlər görməsi rayonun sosial-iqtisadi inkişafının ləngiməsinə səbəb olubВ». Bu sözləri redaksiyamıza verdiyi açıqlamada icra hakiminin fəaliyyətindən narazı qalan bir qrup Göyçay sakini bildirdi. Onların sözlərinə görə, 2007-ci ilin dekabr ayından Rayon İcra Hakimiyyətinin başına keçən məmur qanuna zidd fəaliyyəti ilə camaatı özündən narazı salıb: В«Nazirlərdən birinin yaxın qohumu olan başçı ona arxayın olaraq rayonda əməlli-başlı hegemonluq edir.
İxtisasca mühəndis-texnoloqdur. İdarəetmə işlərində yanlış təcrübələrdən yararlanmaqla insanlara əlavə problemlər yaradır. Rayonumuzda bir sıra sahələrdə çatışmazlıqlar var. Biz demirik, prezident rayonun inkişafına dəstək olmur. Ölkə başçısı sağ olsun, rayonu həmişə diqqətdə saxlayır. Ancaq icra hakimi Göyçayın gözəlləşməsinə ayrılan vəsaitləri öz məqsədləri üçün istifadə edir. Rayonun ən görməli yerləri onun və yaxın adamlarının nəzarəti altındadır.
Yaşıllıqların çoxunu qırıb özünə obyekt tikdirib. Bu ərazilərin bir hissəsini isə sahibkarlara satıb. Başçı sanki rayonda hakimi-mütləqdir. Coğrafi cəhətdən əlverişli olan kəndlərdə onun möhtəşəm villaları var. Camaat müxtəlif problemlərin əlində aciz qalsa da, başçı kef içində yaşayırВ».
Narazı vətəndaşların bildirdiyinə görə, rayonda ciddi su problemi var. Havalar isti keçdiyindən suya olan tələbat ikiqat artıb: В«Göyçayın içməli su ilə təminatı yox səviyyəsindədir. Ən yaxşı halda insanlara içmək üçün palçıqlı su verirlər. Halbuki, digər rayonlarda həmin suyu ya heyvanlara verirlər, ya da suvarma işlərində istifadə olunur. İcra hakimi bizi nə yerinə qoyub bilmirik. İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişik. İcradan deyirlər ki, bu bizlik deyil, Su İdarəsinə gedin. İdarədə isə В«gedin hara istəyirsiniz şikayət edin, biz sizə su verən deyilikВ» deyib başlarından edirlərВ». Sakinlər deyir ki, rayonun mavi yanacaq və enerji ilə təminatı da ürəkaçan səviyyədə deyil: В«Yay fəsli olmasına baxmayaraq, kəndlərdə hər gün işığın verilməsində fasilələr yaranır. Aidiyyəti şəxslər bunu yeni işıq xətlərinin çəkilməsi ilə əlaqələndirsə də, yalan deyillər. Yeni işıq xətləri üçün büdcədən vəsait ayrılıb. Pulları yeyiblər. Köhnə işıq xətləri dəyişilmədiyindən hər gün qəzalar baş verir. Qazın verilməsində də eyni problemlər yaşanmaqdadır. Rayona yaxın bəzi kəndlər istisna olmaqla, əksər yaşayış massivlərində mavi yanacaq yoxdur.
Qaz xətləri olsa da, qazın üzünə həsrət qalmışıqВ». Apardığımız araşdırmalar isə göstərir ki, icra hakimi rayona rəhbərlik etdiyi 6 il ərzində dövlət büdcəsinə dəhşətli zərbələr vurub. Rayonda aparılan abadlıq və quruculuq işlərinin sürətləndirilməsi məqsədilə büdcədən ayrılan vəsaitlərin çoxu müxtəlif şəxslərin cibinə gedib. İcra başçısı bu yaxınlarda rayonda fəaliyyət göstərən və rayondan kənarda yaşayıb işləyən göyçaylı sahibkarlardan təxminən 5 milyon manat vəsait toplayıb. Və bildirib ki, bu pul rayonda bir sıra obyektlərin tıkilməsinə xərclənəcək. Lakin həmin məbləğin 3 milyon manatını özünə götürüb.
Bir vaxtlar onun bütün maliyyə işlərini Elsevər adlı köməkçisi görürmüş. Elsevər bir dəfə başçıya 500 min manata yaxın pul atıb və elə buna görə də həm işini, həm də əldə etdiyi əmlakları itirməli olub. Verilən məlumata görə, icra başçısı qazla təmin edilməyən ərazilərdə büdcə təşkilatlarının binalarının - məktəblərin, xəstəxanaların, bağçaların, iaşə obyektlərinin qızdırılması üçün nəzərdə tutulan yanacaq pulları özünə məxsus olan В«İdrakВ» MMC tərəfindən mənimsənilir: В«Onun gəlişindən sonra hektarla torpaq sahəsi satılıb. Bu işdən milyonlar əldə edib. Heç nədən çəkinməyərək internat məktəbinin bir hissəsini müxtəlif şəxslərə satıb. Burda Şamaxının deputatı Elxan Süleymanovun "Oskar” mağazalar şəbəkəsi də fəaliyyət göstərir. Həmçinin Qubanın icra başçısı Mübariz Ağayevin də həmin ərazidə obyektləri varВ».
Qarşı tərəfə də cavab haqqı tanıyırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
| • Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00 |
|
|
|
| • İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46 |
|
|
|
| • Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45 |
|
|
|
| • Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35 |
|
|
|
| • DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29 |
|
|
|
| • Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26 |
|
|
|
| • İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21 |
|
|
|
| • Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16 |
|
|
|
| • Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14 |
|
|
|
| • Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11 |
|
|
|
| • Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08 |
|
|
|
| • "Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54 |
|
|
|
| • Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52 |
|
|
|
| • Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51 |
|
|
|
| • Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49 |
|
|
|
| • Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46 |
|
|
|
| • İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37 |
|
|
|
| • “Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36 |
|
|
|
| • İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32 |
|
|
|
| • Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30 |
|
|
|
| • “Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
| • Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27 |
|
|
|
| • Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26 |
|
|
|
| • İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21 |
|
|
|
| • 33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07 |
|
|
|
| • 17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00 |
|
|
|
| • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57 |
|
|
|
| • Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54 |
|
|
|
| • "Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45 |
|
|
|
| • AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39 |
|
|
|
| • “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36 |
|
|
|
| • Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26 |
|
|
|
| • “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17 |
|
|
|
| • İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16 |
|
|
|
| • Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06 |
|
|
|
| • Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00 |
|
|
|
| • Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54 |
|
|
|
| • Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44 |
|
|
|
| • Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41 |
|
|
|
| • Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33 |
|
|
|
| • Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29 |
|
|
|
| • KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14 |
|
|
|
| • Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11 |
|
|
|
| • Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34 |
|
|
|
| • AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05 |
|
|
|
| • Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48 |
|
|
|
|