Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

"QƏZETİMİZİN DAYANMAQ TƏHLÜKƏSİ VAR"
Tarix: 19-01-2012, 12:16 | Çap et
"QƏZETİMİZİN DAYANMAQ TƏHLÜKƏSİ VAR"

"GÜNDƏM XƏBƏR"İN ÇÖKDÜRÜLMƏSİNDƏ MARAQLI ŞƏXS ƏLI HƏSƏNOVDUR"

Xeyli vaxtdır ki, "Gündəm Xəbər" qəzeti hakimiyyətdəki bir qrup məmurun təzyiqləri ilə üzləşib. Belə ki, qəzetimizin təsisçisi Şirin Cəfərli barəsində Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) və 309-cu (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb. Bundan başqa, Vergilər Nazirliyi qəzetimizə fantastik məbləğdə - 107 245 manat cərimə kəsib. Qəzetin Bank hesabına həbs qoyulub. Son vaxtlar isə yayım firmaları biri-birinin ardınca qəzetlə nağd hesabalaşmaqdan imtina edir. Bir sözlə, "Gündəm Xəbər"ə qarşı təzyiqlər getdikcə daha sərt xarakter alır. Şirin Cəfəri ilə söhbətimiz də elə bu barədə oldu.

- Şirin bəy, Vergilər Nazirliyi yanında Audit Departamenti "Gündəm Xəbər"ə qəzetinə 107 min manatdan artıq cərimə kəsib. Bu qərarla razılaşmadığınız üçün məhkəməyə müraciət etmisiniz. Məhkəmənin gedişi ilə bağlı nə deyə bilərsiniz?
- Əvvəla onu qeyd edim ki, Vergilər Nazirliyi yanında Audit Departametinin çıxardığı qərar saxta idi. Ona görə də biz bu qərarla razılaşmadıq və 1 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət etdik. Məhkəmədə bu işə hakim Sevic Alıyevanın sədrliyi ilə baxılır. Artıq dekabrın 20-da məhkəməyə hazırlıq iclası keçirildi. Həmin iclasda mən dinlənildim, vəkilimiz Elçin Sadıqov lazımi sənədləri məhkəməyə təqdim etdi. Məhkəmənin növbəti iclası yanvar ayının 19-na, saat 11.00-a təyin edilib. Ayın 19-da proses davam etdiriləcək. Mən məhkəmədə hüquqlarımızın bərpa olunması, haqq-ədalətin öz yerini tapmasına çalışacağam. İnanıram ki, Vergilər Nazirliyi yanında Audit Departametinin çıxardığı saxta qərar məhkəmədə öz təsdiqini tapmayacaq. Çünki məhkəmənin bundan fərqli qərar verməsi mümkün deyil. Buna əsas yoxdur. Əgər Azərbayan məhkəmələri müstəqildirsə və özünə hörmət qoyursa, ağ yalanlara yer verməməlidir. Bir sbzlə, məhkəməyə böyük ümid bəsləyirəm. İnanıram ki, orada "tərəzi" öz tarazlığını saxlayacaq və haqq-ədalət yerini tapacaq.
Bir məsələni də əqeyd etmək istəyirəm. Bu gün Azərbayanda məmur özbaşınalığı özünün pik nöqtəsinə çatıb. Əksər məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər. Onlar elə düşünürlər ki, Azərbaycan dövləti və onun sərvətləri bunların atalarınındır. Bu sərvətlər bunlara dədə-babalarından qalıb və bundan necə lazımdır istifadə edə, Azərbaycanın büdcəsini dağıda bilərlər. Dağdırlar da. Məhz buna görə də bizim qəzetimiz həmin məmurlara qarşı çox sərt mövqe tutur. Ölkədə baş verən özbaşınalıqlar, korrupsiya və rüşvətxorluq, digər qanunsuzluqlar barədə açıq şəkildə, cəsarətlə yazdığımıza, yüksək vəzifəli məmurların iqtisadi maxinasiyalarını işıqlandırdığımıza görə bu cür təzyiqlərə məruz qalırıq. Elə bu səbəbdən də həmin məmurlar bizim əleyhimizə sifarişli qərarlar çıxartdırıb, qəzetimizə yüksək məbləğdə maliyyə sanksiyası tətbiq olunub, bank hesabımıza həbs qoyulub. Vergilər Nazirliyi yanında Audit Departamentinin qərarı bir daha təsdiq etdi ki, müstəqil qəzetləri susdurmaq üçün məmurlar bilərəkdən onlara belə yüksək məbləğdə maliyyə sanksiyası tətbiq edilməsi barədə göstəriş verirlər. Bu qərarlar növbəti dəfə hamıya bəlli oldu ki, Azərbayanda söz azadlığı boğulur, jurnalistlər əziyyət çəkirlər.

- Həmin qərarla bağlı məhkəməyə müraciət etsəniz də, artıq Vergilər Nazirliyi onu icraya yönəldib. Elə bundan sonra bank hesabınıza həbs qoyulub. Məhkəmə prosesi bitməmiş qərarın icraya yönəldilməsini, bank hesabına həbs qoyulmasını nə dərəcədə düzgün addım hesab edirsiz? Bu, qanunidirmi?
- Bu təbii ki, düzgün deyil, qanunsuzdur. Məhkəmə qərarı olmadan hər hansı işin icraya yönədilməsi qanunvericiliyə görə, yolverilməzdir. Amma buna baxmayaraq, Azərbayanda belə addımlar atılır. Mən razılşmadığım bir qərardan məhkəməyə müraciət etmişəm, hələ məhkəmə prosesi gedir və qərar qəbul olunmayıb, amma buna baxmayaraq, bizə qarşı təzyiqlər, xüsusən də qəzetimizin iqtisadi dayaqlarına yönələn sanksiyalar davam edir. "Gündəm Xəbər" sırf satışdan gələn gəlir hesabına yaşayan bir qəzetdir. Bizim qəzetə başqa qəzetlərdən fərqli olaraq, nə hökumət, nə müxalifət nümayəndələri, nə də iş adamları tərəfindən heç bir maliyyə dəstəyi yoxdur, ola da bilməz. Qəzetin satışı normaldır, kiçik kollektivimiz var, satışdan gələn qazacımız kollektivi orta səviyyədə olmasa da, saxlamağa imkan verir. Yəni satışımız ac qalmadan yaşamağa imkan verir və qəzetin digər xərclərini də çətiniklə də olsa, çıxarır. Biz qəzetin gələcəkdə daha böyük tirajla çıxması üçün çalışırıq ki, sırf satışla, halal, təmiz yolla özümüzü saxlaya bilək. Amma bəzi məmurlar qəzet yayımı ilə məşğul olan firmalara, konkret olaraq, "Metroservis" və "Qasid" Mətbuat Yayımı firmalarına qeyri-rəsmi şəkildə tapşırıq veriblər ki, qəzetimizin satışdan gələn pul vəsaitini nağd ödəməsinlər, bank hesabına köçürsünlər. Bank hesabımıza isə dediyim kimi, Vergilər Nazirliyi yanında Audit Departamentinin saxta qərarı ilə həbs qoyulub. Həmin tapşırıqdan sonra firmalar bizimlə nağd hesablaşmaqdan imtina ediblər. Satışdan gələn pulu bank hesabımıza köçürürlər. Hesaba həbs qoyulduğundan o pulları ala bilmirik.
Yayım firmaları son vaxtlara kimi bizimlə, ümumiyyətlə, bütün qəzetlərlə nağd şəkildə işləyiblər. Hesab edirəm ki, bu cür də davam etməlidir. Çünki həmin firmaların satış məntəqələri satılan qəzetlərin pulunu onlara nağd şəkildə ödəyirlər. Əgər mən istehsalçıyamsa, qəzetimin pulunun bank hesabına köçürülməsi, yoxsa nağd şəkildə ödənilməsi məsələsində mənim istəyim nəzərə alınmalıdır. Yayım firmaları isə "yuxarıdan" gələn tapşırıqla zorən satışdan bizə çatacaq pulu bank hesabına yönəldirlər. Bu və digər sünii şəkildə yaradılan əngəllər nəticəsinldə bu gün "Gündəm Xəbər"in mətbəələrə 3000 manatdan artıq borcu yaranıb. Mən bu borcun altından çıxmaq imkanında deyiləm.
Bəzi məmurlar elə hesab edirlər ki, "Gündəm Xəbər" qəzeti də bir sıra qəzetlər kimi hansısa mənbələrdən maliyyələşir. Amma qətiyyən belə deyil. Kiminsə buna şübhəsi varsa, hansısa nazir, məmur və ya müxalifətçinin mənim qəzetimə kömək etdiyini düşünürsə, mənə bildirsin, həmin məmurun və ya şəxsin fəaliyyətindəki nöqsanları ən sərt şəkildə tənqid edim. Çünki faktiki olaraq, heç kim bizə kömək etmir, heç kimin qarşısında öhdəçiliyimiz yoxdur və olmayacaq. Amma elə qəzetlər var ki, ona sponsorluq edən şəxslərlə bağlı yazı yazmır. "Gündəm Xəbər"ə indiyə kimi ölkənin müxtəlif şəhər və rayonlarından minlərlə insan şikayət edib. Bir nəfər də deyə bilməz ki, biz kiminsə şikayətini dərc etməmişik. Demək olar ki, bütün nazirliklərlə və dövlət qurumları ilə bağlı şikayətlər olub və biz onları obyektiv şəkildə araşdırıb işıqlandırmışıq. Bu da bir daha göstərir ki, biz heç kimə bağlı deyilik, tam müstəqlik və müstəqilliyimizi əlimizdən almaq üçün məmurlar qəzetimizə qarşı hücuma keçib bizi çökdürmək istəyirlər.

- Konkret hansı məmurlardan söhbət gedir?
- Qəzetimizə qarşı təzyiqlərin arxasında Prezident Adminstrasiyası ictimai siyasi şöbənin müdiri Əli Həsənov dayanır. Əli Həsənov bizim cərimə olunmağımız, bank hesabımıza həbs qoyulması, qəzetimizin yayımına əngəllər törədilməsinin birbaşa sifarişçisidir. Qəzetimizin çökdürülməsində maraqlı olan bir nömrəli şəxs Əli Həsənovdur. O istəmir ki, biz onun qurduğu işlərlə bağlı nəsə yazaq, onun fəaliyyətini tənqid edək. Əli Həsənov belə şeylərə çox dözümsüzdür. Elə dözümsüz olduğuna görə də qəzetimizə qarşı təzyiq kampaniyasına start verdi. Bunlar hətta məni həbs etdirmək istəyirdilər. Əli Həsənovun təsiri altında olan Mətbuat Şurası mənimlə əlaqədar Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişdi. Bu müraciətin arxasında məni həbs etdirmək məqsədi dururdu. Amma müraciət əsaslı deyildi. Çünki kim tərəfindən Mətbuat Şurasına şikayət edilmişdi, Mətbuat Şurası hansı ərizə əsasında məndən sözügedən idarəyə şikayət etmişdi, bunlar yox idi. Şuranın müraciətinin arxasında fakt və arqumentlər dayanmırdı. Təbii ki, Azərbaycanda dövlət məmurlarının hamısını pisləmək haqsızlıq olardı. Dövlət məmurları arasında öz obyektivliyini, düzgünlüyünü qoruyan insanlar da var. Onlar bizim həbs olunmağımızla bağlı heç bir addım atmadılar. Çünki dediyim kimi, Mətuat Şurası tərəfindən verilən şikayət əsassız idi. Bu şikayət təmin olunmasa da, Vergilər Nazirliyi Əli Həsənovun sifarişini yerinə yetirdi, haqqımızda saxta qərar çıxardı, hesabımıza həbs qoydu. Bütün bunlar bizə ciddi çətinliklər törədir, artıq qəzetimizin dayanmaq təhlükəsi var. Buna baxmayaraq, biz öz yolumuza sadiq qalacağıq.
Mən fürsətdən istifadə edib üzləşdiyimiz çətinliklərlə bağlı qəzetimizin oxucularına müraciət etmək istəyirəm ki, biz bu gün bir qrup məmurun ciddi təzyiqlərinə məruz qalmışıq. Mən oxucularımızı qəzetimizə dəstək nümayiş etdirməyə çağırıram. İmkanlı oxuculardan xahiş edirəm ki, səyyar qəzet satıcılarına müraciət edib "Gündəm Xəbər"i bir-bir yox, üç-üç, dörd-dörd alsınlar və imkansız oxuculara da təqdim etsinlər. Belə bir obyektiv qəzeti araya-ərsəyə gətirmək çox çətindir. Mən bunu özümüzü tərifləmək üçün demirəm. Reallıq budur. Oxuculardan xahiş edirəm ki, qəzetimizin dayanmasına imkan verməsinlər, qoy bizə maliyyə sanksiyaları tətbiq edib qəzetimizi iqtisadi cəhətdən çökdürmək istəyənlərin arzusu gözündə qalsın. Söhbət Azərbaycanda müstəqil, obyektiv və cəsarətli bir qəzetin ayaq üstə dayanmasından gedir. Biz redaksiyada bir neçə nəfərik, amma bu qəzet minlərlə insanın hüquqlarını müdafiə edir, şikayətlərini ictimailəşdirir. Ona görə də imkan dairəsində bu qəzeti qorumaq lazımdır ki, Əli Həsənov kimi məmurların ayğının altında əzilməsin.

- Yeri gəlmişkən, son vaxtlar müstəqil qəzetlərin çökdürülməsi üçün onların yayımına da ciddi maneələr var. Bu baxımdan "Gündəm Xəbər" hansı çətinliklərlə üzləşib?

(davamı var)

Zöhrab – “GÜNDƏM XƏBƏR”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru